Текст книги "Brilyant məsələsi"
Автор книги: Cəmşid Əmirov
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]
İcazə verin bir az da sizinlə söhbət edim.
– Buyurun əyləşin, həmişə gözüm üstündə yeriniz var.
Əli Rəsulov divanın üstündə əyləşərək, Həliməni maraqla nəzərdən keçirdi. Gözlərini onun üzünə dikərək xoş
təbəssümlə dedi:
– Həlimə xanım, xahiş edirəm mənim haqqımda pis fikirdə olmayasınız. Təqsir özünüzdədir, gündüz məni çox mehriban qarşıladınız. Sizin bu cür səmimi münasibə-tiniz məni sevindirdi. Ona görə də ürək edib bir də gəldim. Mən yaxşı başa düşürəm ki, düzgün hərəkət etməmişəm. Sizin mənə acığınız da tuta bilər. Əgər gəlişimdən narazısınızsa, mən bu saat çıxıb gedə bilərəm.
Rəsulovun şirin dili, dərin mənalı baxışı o dəqiqə öz təsirini göstərdi. Milis kapitanının birdən-birə dəyişdiyini, səhərki ciddi söhbətdən və istehzalı baxışlardan əsər-əlamət qalmadığını, bu baxışların nəvazişlə əvəz olunduğunu görən Həlimə sevindi, öz-özünə dedi: “Ah, nə yaxşı oldu, deyəsən, bu milis kapitanını özümə məftun etmişəm. Adamın belə bir aşnası olsa, kefi həmişə saz olar, bəd ayaqda adamın dalında durar, mənə dayaq olar, kim bilir, bəlkə yaxşı hədiyyələr də alar”.
Kapitanın qəflətən gəlişindən qorxuya düşən Həlimənin rəngi açıldı, o da gülməyə başladı. Əvvəlcə aynanın qabağına keçdi, əlləri ilə saçını tumarlayıb başını dala 135
döndərdi, ehtirasla parıldayan qara gözlərini Rəsulova zillədi. Sanki bu baxışla o, kapitandan soruşmaq istəyirdi:
“Necəyəm, xoşuna gəlirəmmi?” Həlimə kapitanın utancaqlıqla başını aşağı saldığını görüb onun yanına gəldi, gülə-gülə dedi:
– Qadan alım, belə lap əcəb edib bizə gəlmisiniz. Öz evinizdir. Mənim qapılarım həmişə sizin üzünüzə açıqdır.
İstədiyiniz vaxt buraya gəlib istirahət edə bilərsiniz.
– Sağ olun, Həlimə xanım, mən sizdən çox razıyam.
– Sizin üçün çay dəmləyim?
– Pürrəngi?
– Bəli, məxməri çay, özü də əlasından.
– Nə olar. Məmnuniyyətlə bir stəkan içərəm.
– Gözlərim üstə. Qaynar suyum var. Bu saat dəmlə-rəm. Beş dəqiqəyə hazırlaram. Sizdən yaxşı olmasın, mənim bir yaxşı dostum var, mağaza müdiridir. Srağagün mənə əntiqə hind çayı verib.
– Mağaza müdiri kişidir?
– Xeyr əşi, qısqanmayın, qadındır, – deyə Həlimə
nazlana-nazlana dəhlizə çıxdı.
Həlimə qapını örtən kimi kapitan Rəsulovun üzü ciddiləşdi. O, ayağa qalxıb gəzişdi, otağı diqqətlə nəzərdən keçirdi. Lakin otaqda maraqlı heç bir şey tapmadı. Divanın üstündə əyləşmək üçün geri qayıdarkən divarın yanında xeyli dayanmalı oldu. Divanın arxasında divarda iki kiçik qan ləkəsi kapitanın diqqətini cəlb etdi. Bu laxta-lanmış qana oxşayırdı. Rəsulov öz yerində əyləşib fikirləşdi: “Görəsən qan ləkələri divarda nə gəzir?” deyə
öz-özünə sual etdi. Lakin sualına heç bir cavab tapmadı.
Dərhal ayağa qalxıb divara yaxınlaşdı. Cibindən çıxardığı 136
bıçaqla qan ləkələrini qaşıyıb kağıza yığdı. Kağızı büküb cibinə qoyduqdan sonra öz yerinə qayıtdı.
Bu zaman Həlimə otağa girdi, Rəsulovun xəyala dal-dığını görüb sual etdi:
– Nə haqqında düşünürsünüz, qadan alım?
– Mən adam haqqında düşünürəm, Həlimə xanım.
– Görəsən, o xoşbəxt adam kimdir?
– Doğrusunu bilmək istəyirsiniz?
– Bəli, doğrusunu. Mən yalan danışmağa adət elə-məmişəm. Yalançı adamları da sevmirəm. Əgər mənimlə
dostluq etmək istəyirsinizsə, həmişə sözün düzünü deyin.
Doğru danışsanız, bütün təqsirlərinizdən keçərəm. Doğru oğlana can qurban.
– Düzünü bilmək istəsəniz, Həlimə xanım, mən sizin haqqınızda düşünürəm.
– Mənim barəmdə?
– Bəli, sizin haqqınızda.
– Mən ki, sadə bir qadınam. Necə oldu ki, sizin kimi qəşəng və rütbəli bir kişinin diqqətini özümə cəlb edə bildim. Hardadır məndə o bəxt.
– Bəli, Həlimə xanım. Bayaqdan mən fikirləşirəm ki, nə üçün siz ərə getmirsiniz. Özünüz gözəl və göyçəksiniz.
Ayrıca otağınız var, hər şeyi də içində.
– Qadan alım, ərə getmək bizə yaraşmaz. Qocalmışıq.
– Siz qocalmısınız? Elə şey ola bilməz. Lap cavan görünürsünüz. Soruşmaq ayıb olmasın, neçə yaşınız var?
– Demərəm, bilmirsiniz ki, qadından onun yaşını soruşmaq nəzakətsizlikdir. Bacarırsınızsa, özünüz təyin edin.
Rəsulov Həlimənin könlünü ələ almaq üçün bir hiylə
işlətdi, onun yaşını beş-altı il azaltmağı qərara alıb dedi: 137
– Məncə sizin yaşınız otuz ancaq olar.
– Yox əşi, yəni mən bu qədər cavan görünürəm. Halbuki mən siz düşündüyünüzdən xeyli qocayam. Otuz doqquz yaşım var.
– Hər halda cavan görünürsünüz. Özünüz də əla qal-mısınız. Yəqin bədənə yaxşı qulluq edirsiniz.
– Vaxtım hanı? O qədər iş var ki, gəl görəsən. Bir parça çörək elə bil ki, daşdan çıxır. Ərim olsaydı, mən də başqaları kimi bəxtəvər olub evdə xanımlıq edirdim. Nə
edim, bəxtim qara gətirib. Cavan vaxtımda ərim getdi cəbhəyə, bir daha qayıtmadı. Mən yazıq da oturub onun yolunu gözlədim. Əlqərəz başağrısı verdim. Sözünüzə
davam edin, deyin görək nə üçün mənim haqqımda düşünürsünüz?
– Deyirəm, ay Həlimə xanım, nə üçün özünüzə münasib, hallıca-dulluca bir kişi axtarıb tapmırsınız?
– Bağışlayın, yoldaş kapitan, isminiz nədir?
– Əli.
– Əli qardaş, siz məndən də yaxşı bilirsiniz ki, indiki kişilərə etibar yoxdur. Odur ki, dul qalmaq yaxşıdır.
– Nə üçün, yəni kişilər tamamilə etibardan düşüblər.
– Məncə kişi həmişə qadına qayğı göstərməlidir. İndiki kişilər isə əksinə hərəkət edirlər, qadının qazandığı çörəyə göz dikirlər.
– Siz səhv edirsiniz, Həlimə xanım, hər yerdə olduğu kimi, bizim Bakıda da ağıllı-kamallı, evdar, öz ailəsini dərin məhəbbətlə sevən, arvadına, uşaqlarına böyük qayğı göstərən on minlərcə yaxşı kişi var.
– Düz buyurursunuz, Əli qardaş. Bədbəxtlik orasındadır ki, biz qadınlar yaxşı kişini pisindən ayıra bilmirik.
138
Bir kişi bizə xor baxanda elə bilirik ki, bütün kişilər onun kimidirlər. Qurunun oduna yaş da yanır.
– Nahaq yerə. Qadın ağıllı hərəkət etsə, özünə münasib həyat yoldaşı tapa bilər.
– Əli qardaş, Allahdan gizlin deyil, bəndədən nə gizlin. Gəlin elə mənim özümü götürək. Məni almaq istəyənləri mən bəyənmirəm. Mən istəyənlər isə yan keçib məni bəyənmirlər. Uzağa niyə gedirsiniz. Elə bizim qonşumuz Hüseyni götürək. Doğrudur, sənəti bir zibil iş deyil, jurnalistdir, felyeton yazır. İşi-peşəsi onun-bunun evini yıxmaqdır. Müxbir olmağına baxmayaraq, mədəni, alicənab kişidir. Ancaq arvad tayfasından it kimi qorxur. Evlənmək məsələsi ortaya düşəndə, hər qıza bir qəmiş qoyur: nə bilim filankəsin burnu belədir, o birisinin qulaqları yekədir, üçüncüsünün dişləri əyridir, dördüncüsü-nün ali təhsili yoxdur. Daha demir ki, dünyada min ali təhsilli qızlara dəyən qadınlar da var. Siz inandığınız, bir mənə yaxşı-yaxşı baxın. Nəyim pisdir, gözəl-göyçək, pul qazanan. Min cavan qızı Araza susuz aparıb, susuz gətirərəm. Çoxları mənim həsrətimi çəkir. O isə mənə qəmiş
qoyur. Eh, qadam ağzına, özü nədir ey? Saralmışın biridir, uzun, özü də arıq.
– Həlimə xanım, mən demirəm ki, siz hökmən müxbirə gedin. Məgər şəhərdə ağıllı, ailə sevən, subay kişilər azdır?
– Əli qardaş, siz mənim dərdimi lap təzələdiniz. Bir iş
var. Axı, siz mənim tərcümeyi-halımı bilmirsiniz. Mənim ərim müharibədə itkin düşüb. İndiyədək ondan boşanma-mışam. Oturub yolunu gözləmişəm.
– Yəni heç tanışınız, dostunuz olmayıb?
139
– Yalan desəm, nankor olaram, Əli qardaş, qabaqlar bir nəfərlə görüşürdüm.
– Soruşmaq ayıb olmasın, o kimdir, nəçidir?
– Heç, elə adi adamdır. Ticarət işçisidir. Özü də subaydır. Neçə dəfə mənə ailə qurmağı təklif edib. Ancaq razı olmamışam.
– Həlimə xanım, belə çıxır ki, siz də ticarət işçisisiniz.
– Bəli, qadan alım, qorxuram ki, işlədiyim yeri bilib məndən qaçasınız. Neçə dəfə sənətimi dəyişmək istəmi-şəm. Ancaq idarədən qoymayıblar. Deyiblər ki, idarəmiz-də sənin kimi ikinci bir yaxşı işçi yoxdur.
– Hansı mağazada işləyirsiniz?
– Bədbəxtlik də orasındadır ki, Əli qardaş, mağazada işləmirəm. Vallah, deməyə də utanıram. Mən Sabunçu vağzalının qabağında qutab satıram.
– Həlimə xanım, qutab satanda nə olar. Bizim ölkədə
hər bir sənət, hər bir peşə şərəflidir. Qohum-qardaşınız necə, çoxdurmu?
– Xeyr, mən bədbəxt təkəm, yetim böyümüşəm. Xalamın evində tərbiyə almışam.
– Bəs rəfiqəniz necə, varmı?
– Bəli, bir yaxşı rəfiqəm var. Xeyrə-şərə qalan adamdır. Xətrimi çox istəyir.
– Kimdir, bəlkə mən onu tanıyıram.
– Eh, Əli qardaş, siz onu hardan tanıya bilərsiniz. Mənim rəfiqəm sadə bir qızdır. Kasıb ailədəndir. Siz isə böyük bir rəissiniz. Ancaq rəfiqəm çox sədaqətli qızdır. Özü də sirr saxlayandır. Öldürsən belə adamı satmaz. O bədbəxt də mənim kimi ər cəhətdən yarımayıb. Axmağın birinə ərə getmişdi. Taksi şoferi idi. Yazıq qızın bəxtinə nəşə-xor və xuliqan çıxdı. Adam basdığı üçün tutub səkkiz il 140
dama saldılar. İndi Klara oturub onun yolunu gözləyir.
Hey ona deyirəm ki, ay qız cavanlığına heyfin gəlsin. Mənim kimi gənclik illərini ərinə qurban eləmə. Boşanıb başqasına get. Deyir ki, mən elə qələt eləyə bilmərəm. Ayıbdır.
– Klara? Bu ad mənə çox tanış gəlir. Nə təhər adamdır?
– Hündürboy, qıvrımsaç qızdır. Özü də çox simpa-tişnidir. Xoşunuza gələr, qadan alım.
– Familiyası nədir?
– Mərdanova.
– Bu, səhər buraya gələn rəfiqənizdir?
– Bəli, o, gündə iki dəfə gəlib mənə dəyməsə rahatlıq bilməz.
– Məni onunla tanış edərsiniz?
– Böyük məmnuniyyətlə. Axşam vaxt tapıb bizə
gəlin. Klara da burada olacaq. Balaca bir kef məclisi dü-zəldərik.
– Gələrəm, Həlimə xanım, – deyə Əli Rəsulov ayağa qalxıb xudahafizləşdi.
Kapitan Rəsulov qapıya çatanda geri döndü. Mülayim səslə dedi:
– Həlimə xanım, az qala yadımdan çıxmışdı. Səhər mütləq milis idarəsinə gəlin.
Həlimə qorxuya düşüb soruşdu:
– Bıy, qadan alım, mənim orada nə işim var?
– Bəs oğurluq məsələsi yadınızdan çıxıb?
– Xeyr, çıxmayıb.
– Bu işi başa vurmaq lazımdır. Protokol tərtib edilmə-lidir. Sonra gərək sizi Vaqiflə üzləşdirək.
– Vaqif kimdir?
141
– Oğru oğlan.
– Onsuz olmaz? Axı qadası, mən akt və protokol mə-sələlərini sevmirəm.
– Nə etməli? Bu bizim borcumuzdur.
– Qorxuram məni get-gələ salasınız.
– Qorxmayın. Çalışaram, məsələni tez həll edərik.
– Baş üstə, gələrəm.
MİLİS RƏİSİ
Kapitan Rəsulov qapını açıb, kabinetinə girən kimi telefon zəng vurdu. Danışan tələbə Aliyə Heybətova idi.
Kapitan qızın salamına cavab verib soruşdu:
– Eşq olsun, Aliyə. Necəsən? Anan xəstəxanadan çıxdı?
– Xeyr, hələ çıxmayıb.
– Səhhəti necədir?
– Qayğıkeşliyinizə görə sağ olun. Tapdığınız dərman çox kömək elədi.
– Dəyməz. Bir şey lazım olsa, yenə xəbər verin.
– Mütləq xəbər verərəm. Mənim sizə bir sualım var.
– Dinləyirəm.
– Deyirlər ki, Yədulla qaçıb, düzdür?
Kapitan Rəsulov qızı sakit etmək üçün yalan deməyə
məcbur oldu. Əvvəlcə bu xəbərin necə yayıldığını öyrənmək istədi:
– Kim deyir?
– Mərdəkanda hamı bu haqda danışır.
– Yalan sözdür, inanmayın.
142
– Yox, Əli qardaş, yalan deyil. Mən özüm də bunu bilirəm.
– Necə yəni mən özüm də bilirəm.
– Ürəyim hiss edir.
– Ürəyin səni aldadır.
– Başqa bir səbəb də var.
– Nə səbəb?
– Mənə zəng vurmuşdular.
– Kim zəng vurmuşdu?
– Bir qadın.
– Nə deyirdi?
– Əvvəlcə məni küçə sözləri ilə təhqir etdi. Sonra de-di ki, Yədulla həbsxanadan qaçıb, Bakıya gələn kimi səni tikə-tikə doğrayacaq.
– İnanma. Görəsən hansı axmaq səni qorxudub. Yəqin Yədullanın intiqamını belə yolla, yəni səni qorxut-maqla almaq istəyirlər. Ancaq sən qorxma, tamamilə sakit ol. Biz səni gözbəbəyi kimi qoruyacağıq.
– Mən müvəqqəti Bakıdan çıxıb getmək istəyirəm.
– O nə üçün?
– Düzünü bilmək istəyirsinizsə, qorxuram.
– Nahaq yerə. Sən mənə inanmırsan? Dedim ki, bütün bunlar uydurmadır. Axşam mütləq sizə gələrəm, ətraflı söhbət edərik.
– Mütləq gəlin. Mən sizi gözləyəcəyəm.
– Gələrəm.
Aliyənin telefon zəngindən sonra kapitan Rəsulov ev oğurluğu məsələsini müvəqqəti olaraq ikinci plana saxlayıb, yenə Yədullanı yadına saldı.
Yədullanın qaçması xəbəri Bakıya gəlib çatan gündən nə şəhər milis idarəsinin rəisi polkovnik Talıb İsayev, nə
143
də cinayət-axtarış şöbəsinin rəisi mayor Rövşən Qarayev, nə kapitan Əli Rəsulov rahatlıq bilmirdi. Görünür, qorxusundan hələ başqa şəhərdə gizlənən Yədulla Bakıya gəlib çıxmamışdı. Çünki şəhərin bütün rayonlarında tam sakitlik hökm sürürdü. Böyük cinayətlərin arası kəsilmiş, soy-ğunçuluq aradan qaldırılmışdı. Bütün bunlara baxmayaraq, saçını-saqqalını cəmiyyətə zidd olan tüfeyli ünsürlərlə mübarizədə ağardan polkovnik İsayev çox narahatdır. Çünki polkovnik İsayev yaxşı bilirdi ki, Əmirhacı-yanlı Yədulla harda olursa-olsun, gec-tez Bakıya qayıdacaq və öz pozğun işinə başlayacaq. Buna görə də polkovnik bütün rayon milis şöbələrinin rəhbərlərinə, bütün əməliyyat zabitlərinə, o cümlədən kapitan Rəsulova gözdə-qulaqda olmağı tapşırmışdı. Respublika İctimai Asayişi Mühafizə Nazirliyinin xüsusi göstərişi ilə Bakıya gələn bütün təyyarələr, gəmilər və qatarlar nəzərdən keçirilirdi.
Lakin Yədullanı axtarmaqla məşğul olan əməliyyat müvəkkilləri bir şeyi, avtomobil nəqliyyatını yaddan çıxar-mışdılar. Avtomobil isə Yədullanın ən çox sevdiyi nəqliyyat vasitələrindən biri idi. O, başqa şəhərlərə qısa müddətli səyahətdən sonra məhz bu vasitə ilə Bakıya qayıdar-dı. Yədulla uzaq yerlərdən qayıdarkən təyyarə ilə Mine-ralneye Vodı stansiyasına gəlir, burada bir neçə gün qal-dıqdan sonra xüsusi avtomobillə Mahaçqalaya gedir və
oradan avtobusla və ya taksi ilə Bakıya qayıdırdı.
Quldur Yədullanı özünün şəxsi düşməni hesab edən Əli Rəsulov bu bir ay ərzində şəhərdə baş verən hər bir hadisəni istər-istəməz Yədulla ilə əlaqələndirir, onun bu cinayətdə iştirak edib-etmədiyini aşkara çıxarmağa çalışırdı. İndi də belə idi. Bakı şəhər milis idarəsində öz kabi-nəsində əyləşib kiçik leytenant Rzayevin yolunu gözlə-144
yən Əli Rəsulov yenə də Yədulla haqqında düşünürdü.
Kapitan Rəsulov yaxşı bilirdi ki, o, bütün diqqətini müxbir Dadaşovun evinin oğurlanması məsələsinə verməli, bilik və bacarığını bu cinayətin açılmasına sərf etməlidir.
Buna baxmayaraq Rəsulov oğurluq haqqında düşünmək, sarı qalstuklu oğlanı və oğruları müxbirin evinə gətirən avtomobilin şoferini axtarıb tapmaq üçün plan çəkmək əvəzinə nədənsə tez-tez Yədullanı yadına salırdı.
Hər dəfə Yədullanın sifəti onun gözləri qarşısında canlandıqda kapitan Rəsulovun qaşları çatılır, bütün əzə-lələri gərginləşir və o, dişlərini qıcırdaraq iki ay bundan əvvəl istintaq zamanı həmin bu kabinetdə “Tapança”nın dediklərini xatırlayırdı. O zaman Yədulla Rəsulova demişdi: “Bura bax, kapitan, qulaqlarını aç, dediklərimi yadında möhkəm saxla. İki qoçun başı bir qazanda qayna-maz. Bir dəfə səkkiz il bundan qabaq mən səni yaraladım.
Ancaq sənin də Allahın varmış, ölmədin. İndi isə sən mə-ni ələ keçirmisən. Elə düşünmə ki, biz kivit olduq. Yaxşı bilirəm ki, mənə güllələnmə verməyəcəklər. Ən çoxu on-on beş il iş alacağam. Əgər sağ gəlib çıxsam, bu dəfə
mənim əlim əsməyəcək. Mən gülləni birbaşa sənin ürəyinə çaxacağam. Qabaqcadan xəbərdarlıq edirəm, özünü gözlə, əgər qayıtmasam, yenə də səni özümə borclu hesab edəcəyəm. O dünyada səninlə hesablaşmağa çalışacağam. Gülmə, kapitan, gülmə. Çoxları mənim başımı yemək istəmişlər. Ancaq mən boyda qozu sındırmağa onların gücü, bacarığı çatmayıb. Mən çox bərk qozam. Kim məni dişləmək istəsə əvvəlcə dişlərini sındırar, sonra isə
qəflətən özü də gözləmədiyi, bilmədiyi vaxtda ömrünü mənə bağışlayar. Bəli, bəli, “Tapança” belə adamdır. Yədullanı dəyirmana ölü salsan, diri çıxar. Unutma ki, “Ta-145
pança” ölməyəcək. Səni cəhənnəmə vasil etmək üçün Bakıya qayıdacaq. Əgər qayıtmasam, mənim intiqamımı başqaları alarlar. Bil və agah ol, mənim dostum çoxdur.
Gec-tez onlar səninlə hesablaşarlar, mənim üstümdə Allahın qəzəbi də səni tutar”.
Bütün bunları yadına salan kapitan Rəsulov bir papiros yandırıb növbətçi zabit Sərdar Əzimova zəng vurdu.
– Yoldaş mayor, Rzayev hələ qayıtmayıb?
– Xeyr, hələ ki, xəbər yoxdur.
– Hadisə haqqında rəisə məlumat verdiniz?
– Bəli, polkovnik İsayevin özü zəng vurmuşdu. Mən hadisəni ona danışdım.
Rəsulov telefon dəstəyini yerə qoyub pəncərəyə yaxınlaşdı. İdarənin qarşısında durmuş avtomobilləri nəzərdən keçirə-keçirə xəyala daldı: “Görəsən, Yədulla indi hardadır? O, Bakıya qayıtmışdır? Nə üçün Həlimə Əlağa qızı məndə şübhə oyadır? Bəlkə müxbir Dadaşovun evinin oğurlanmasında Yədullanın da barmağı vardı” deyə
öz-özünə müxtəlif suallar verdi. Sonra həmin sualların ca-vablarını fikirləşməyə başladı: “Yox, yox, yəqin Yədulla hələ Bakıya qayıtmayıb. O, Bakıya gəlsəydi, bu böyüklükdə şəhərdə mutləq iri bir cinayət baş verərdi. Deməli, müxbirin evindəki oğurluqla Yədullanın heç bir əlaqəsi yoxdur. Ola da bilməz. Axı “Tapança” xırda oğurluqla məşğul olmur. O, həmişə qaz vurub, qazan doldurmağa çalışır”.
“Bəs Həlimə nə üçün şübhə doğurur?” deyə Rəsulov özünə daha bir sual verdi. Bu suala cavab tapmaq üçün o çox fikirləşdi, nəhayət, pıçıldadı: “Anladım, Həlimə özündən, vəzifəsindən qorxur. Axı o, əliəyri ticarət işçilərin-dəndir. Gör qutab satmaqla nə qədər mal-dövlət yığıb.
146
Həm də Həlimə sadəcə pozğun qadındır. Evində rəfiqəsini başqa kişilərlə görüşdürür. Gündüzlər Həlimə işdə
olur, deməli, kişilər də onun yanına gecələr gəlirlər. Bəs Həliməgildə divardakı qan ləkələri nə deməkdir? Bu qan kimindir? İnsan qanıdır ya heyvan? Həlimənin qanıdır, ya başqasının? Fikirləş, kapitan, fikirləş. Bunu mütləq yoxlamaq lazımdır”.
Bu zaman qapı döyüldü. Kimsə qapını açıb ucadan soruşdu:
– Olar, yoldaş kapitan?
– Rzayev, sənsən, gəl görək.
Cabir Rzayev otağa keçib stolun yanında dayandı.
Rəsulova soruşdu:
– Rzayev, danış görək, nə oldu? Həlimə evdən çıxıb hara getdi?
Kiçik leytenant başını aşağı salıb dinmədi. Rəsulov təəccübləndi:
– Sənə nə olub. Cabir, səsin nə üçün çıxmır?
– Təqsirim var, yoldaş kapitan, mən Həlimənin hara getdiyini bilmirəm.
– Bilmirsən, nə üçün?
– Yoldaş kapitan, o, gözümün qabağında yoxa çıxdı.
– Əyləş, kiçik leytenant, danış görək bu nə təhər ol-du?
Cabir Rzayev kapitanın qarşısında əyləşərək əhvalatı danışdı:
– Siz gedəndən sonra mən paltarımı dəyişib tez Həlimənin evinin qarşısına gəldim. Bağda bir ağacın dalında gizləndim. Özümü elə göstərdim ki, guya ağac altında qəzet oxumaqla məşğulam. Üç-dörd dəqiqə keçdikdən sonra Həlimə evdən çıxdı. Üzüyuxarı addımlamağa başladı.
147
Mən də onun dalına düşdüm. Həlimə sağ səki ilə, mən isə
onun ardınca qəzetə baxa-baxa sol səki ilə gedirdim. Tini burulan kimi gördüm ki, qarşıdakı küçədən gələn bir taksi Həlimənin yanından keçdi. Həlimə əl edib avtomobili saxladı. Taksi dərhal yola düşdü. Maşında Həlimədən başqa heç kim yox idi. Mən maşın axtarıb tapınca, taksi gözdən itdi. Maşını taksi gedən tərəfə – Bakı Sovetinin binası yanına sürdürdüm, burada taksinin izini itirdim.
Həlimənin taksini hansı tərəfə – üzüaşağıyamı, yoxsa şəhərin dağlıq hissəsinəmi sürdürdüyünü öyrənə bilmədim.
– Daha sənə heç sözüm yoxdur, Cabir mən sənin bu qədər təcrübəsiz olduğunu bilmirdim. Məgər sən bilmirsən ki, şübhəli adamı piyada izləmək olmaz. Axı izlənən adam qəflətən atılıb tramvaya, avtomobilə, trolleybusa minə bilər. Yaxşı ki, biz Həlimənın ünvanını bilirik. Gec-tez o yenə də evinə qayıdacaq. Bəlkə Həlimənin əvəzinə
sənə adı, familyası və ünvanı bəlli olmayan böyük bir canini izləmək tapşırılaydı, onda nə edərdin?
– Təqsirkaram, yoldaş kapitan.
– Yaxşı, təqsirin haqqında sonra danışarıq. De görüm, heç olmazsa taksinin nömrəsini yadında saxlaya bildinmi?
– Əlbəttə. AZA 99-43.
– Bəs indiyə qədər harada batıb qalmısan?
– Taksini axtarırdım.
– Nazim nə oldu, tapa bildin?
– Bəli, mən onu çox axtarmalı oldum. Xeyli sonra Həlimənin minmiş olduğu taksi avtomobilini Sabunçu vağzalının yanında tapdım. Sürücü düz adamdır, özü də
komsomolçudur. Dedi ki, Həlimə “Nizami” kinosunun 148
yanında taksidən düşüb, yeddi nömrəli tralleybusa mindi. Belə güman etmək olar ki, Həlimə ya Nəsimi bazarına, ya da stadion tərəfə gedib. Mən də kor-peşman geri qayıtdım.
– Kapitan Rəsulov bir az fikirləşib dedi:
– Burada bir məsələ çox şübhəli görünür.
– Hansı məsələ, yoldaş kapitan?
– Nə üçün Həlimə taksidə getdiyi halda, yolda avtomobildən düşüb trolleybusa minmişdir?
– Doğru deyirsiniz, bu məsələ məni də şübhələndirir.
Buna görə də sürücü ilə söhbət etdim, məsələni öyrənməyə çalışdım.
– Sürücü nə deyir?
– O deyir ki, mən “Nizami” kinosuna çatanda pul he-sablayıcısı əlli qəpik göstərdi. Həlimə çox həyəcanlı imiş.
O, sürücünü tələsdirib “tez sür!” deyirmiş. “28 Aprel” küçəsinin tininə çatan kimi Həlimə taksini saxlatdırıb sürücüyə bir manat vermiş, pulun artığını almadan maşından düşmüş və elə buradaca trolleybusa minmişdir.
– Maraqlıdır, çox maraqlıdır. Görəsən, Həlimə nə
üçün bu cür hərəkət etmişdir?
– Mən də özümə bu sualı verdim, yoldaş kapitan, ancaq cavab tapa bilmədim.
– Bilirsən, Cabir, belə hallarda adam özünü cinayətkarın yerinə qoymalıdır. De görüm, sən Həlimənin yerinə
olsaydın nə edərdin?
– Yoldaş kapitan, hey fikirləşirəm, ancaq bir şey çıxmır.
– Mənə isə belə gəlir ki, burada başa düşülməyəcək heç bir şey yoxdur. Həlimə kiminləsə görüşə tələsirmiş.
Tələsdiyi halda, qəflətən taksini saxlatdırıb trolleybusa 149
minmişdir. Bəs o, nə üçün fikrini dəyişmiş, öz yoluna davam etməmişdir? Deməli, Həlimə gözlənilmədən küçədə
istədiyi adama rast gəlmişdir. Həlimə həmin adamın trol-lleybusa mindiyini görüb, taksidən düşmüş və troll-leybusa minmişdir. Hər şey gün kimi aydındır.
Elə bu zaman telefon zəng vurdu. Baş əməliyyat müvəkkili telefonun dəstəyini götürüb qulağına apardı:
– Kapitan Rəsulov dinləyir.
Telefonda növbətçi zabit Sərdar Əzimovun səsi eşidildi:
– Yoldaş kapitan, rəis sizi gözləyir.
– Baş üstə, bu dəqiqə gəlirəm, – deyə Rəsulov telefonun dəstəyini yerə qoydu, durub gedərkən Rzayevə dedi:
– Polkovnik çağırır, yuxarı qalxıb vəziyyəti danışa-ram, görək nə sərəncam verəcək. Hər halda əminəm ki, Həliməni itirdiyin üçün sənə “təşəkkür” elan edəcək.
Bakı milis idarəsinin rəisi polkovnik Talıb İsayevin zabitlər arasında böyük hörməti vardı. Saçını-saqqalını oğru və quldurlarla mübarizədə ağardan ucaboy polkovnik İsayev qorxmazlığı, igidliyi, yaşının əllini ötməsinə
baxmayaraq cavanlar kimi yorulmaq nə olduğunu bilmə-məzliyi, bu və ya başqa cinayəti aşkar etmək üçün həmişə
düzgün axtarış yolu seçməsi ilə bütün milis zabitlərinin hörmətini qazanmışdı. İntizamı çox sevən idarə rəisi verilmiş tapşırıqların daim dürüst yerinə yetirilməsini za-bitlərdən tələb edir, belə işlərdə hamıya şəxsi nümunə
göstərirdi.
Çox vaxt Talıb İsayev gecəyarısından xeyli keçmişə
qədər idarədə qalar, rayon milis şöbələri ilə sıx əlaqə saxlar, mühüm cinayət işlərinin gedişində şəxsən iştirak edərdi. Buna baxmayaraq, ertəsi gün səhər saat doqquza 150
beş dəqiqə qalmış polkovnik İsayevi yenə də idarədə görmək olardı. Polkovnik İsayev gecələr çox işləməsini belə
izah edirdi: “Cinayətlərin çoxu gecə baş verir. Əgər mən hər gecə istirahət etsəm, milis şöbələrinin rəisləri də bu cür hərəkət edərlər. Onda şəhərdə cinayət artar”.
Polkovnik İsayevin çox qəribə bir xüsusiyyəti də vardı. Zabitlərdən biri intizamı pozduqda, yaxud tapşırığı vaxtında və ya dürüst yerinə yetirə bilmədikdə, Talıb İsayev bəzi idarə rəisləri kimi hirslənib özündən çıxmaz və
heç bir zaman həmin zabiti danlamazdı. Belə hallarda İsayev bir gözünü qıyaraq zabitə baxar, sakit səslə deyərdi:
“Çox sağ olun, üzümüzü ağ etdiniz, etimadımızı yaxşıca doğrultdunuz. Mən sizə hədsiz dərəcədə minnətdaram.
Təşəkkür edirəm”. Bu “təşəkkür” idarədə ən yüksək cəza tədbiri sayılırdı. Belə danladıqdan sonra həmin zabit özünü oda-közə vurar, buraxdığı nöqsanı aradan qaldırmaq üçün var qüvvə ilə çalışar tapşırığı istənilən kimi yerinə
yetirdikdən sonra rəisin yanına gəlib bu haqda raport verərdi. Polkovnik İsayev zabiti hörmətlə qəbul edib dinlər, axırda deyərdi.
– Yaxşı, bu dəfə təqsirinizdən keçirəm, “təşəkkürü”
geri götürürəm. Ancaq çalışın ki, bir daha belə səhvlərə
yol verməyəsiniz. Polkovnik İsayevin bu xasiyyətinə görə
idarənin zabitləri arasında kiçik bir lətifə də yaranmışdı.
zabitlər bir-birilərinə deyərdilər: “Başqa idarədə adamlar töhməti üzərlərindən götürməyə çalışırlar, bizim idarədə
isə “təşəkkürü”. Buna görə də bəzən zabitlər bir-biri ilə
görüşən zaman zarafat edib soruşardılar: “Təşəkkürün”
yoxdur ki, deməli, hər şey öz qaydasındadır”.
Kapitan Rəsulov idarə rəisinin kabinetinə girəndə Talıb İsayev cinayət-axtarış şöbəsinin rəisi mayor Rövşən 151
Qarayevlə şirin söhbət edirdi. Qarayevlə İsayevi bir-birinə səmimi dostluq teli möhkəm bağlamışdı. Bu iki zabitin dostluğunun uzun bir tarixi vardı. 1941-ci ildə alman-faşist işğalçıları qəflətən SSRİ-yə hücum edəndə Talıb İsayevlə Rövşən Qarayev Sovet ordusu sıralarında xidmət edirdilər. İsayev batalyon komandiri, Qarayev isə rabitəçi zabit idi. Onların bu dostluğu müharibənin odlu illərində dəfələrlə sınaqdan çıxmış bir hadisədən sonra xüsusilə sarsılmaz olmuşdu. Qarlı qış günlərindən birində
Qarayev ağır yaralanmış İsayevi ölümdən qurtarmışdı. O, İsayevi cəbhə boyu beş kilometr arxasında aparıb tibb məntəqəsinə gətirib çıxarmışdı. Sonralar milis orqanlarında birgə iş dövründə bu iki zabitin dostluğu daha da möhkəmlənmişdi. Lakin bu dostluq işdə prinsipial ol-maqda onlara mane olmurdu. Hər iki zabit milis idarəsinin işinə kollektiv surətdə rəhbərlik etməyə çalışır, çətin məsələlərin həllində sıravi işçilərlə belə məsləhətləşmək-dən çəkinmirdi.
İndi də belə idi. Onlar kapitan Rəsulovun raportunu birlikdə dinləmək və hadisə haqqında birgə tədbir görmək istəyirdilər. Polkovnik İsayev Rəsulovu hörmətlə
qarşıladı. Oturmağa yer göstərdi. Rəsulov şöbənin rəisi ilə
də salamlaşdı. İsayev zarafatla soruşdu:
– Hə, salam, yoldaş kapitan, necəsən, “Tapança” hələ
gəlib çıxmayıb? Özünü gözlə ha, yoxsa çıxıb yenə sənə
dəyər.
Yədullanın adını eşidən kapitan Rəsulov qaş-qabağını sallayıb dedi:
– Yoldaş polkovnik, Yədulla Bakıya gəlib çıxmasa da-ha yaxşı olar.
– Nə üçün kapitan? – deyə mayor Qarayev soruşdu.
152
– O, Bakıda asudə gəzəndə mən rahat ola bilmərəm.
Çünki onun hər bir addımı, hər bir hərəkəti müəyyən bir cinayətlə əlaqədardır. Yaxşı olardı ki, Yədulla bir daha buraya gəlməsin, başqa şəhərdə qalsın. O zaman şəhərimizdə sakitlik olar.
Mayor Qarayevin qaşları çatıldı, başını yırğalaya-yırğalaya dedi:
– Afərin kapitan, mən heç bir zaman sizdən belə bir cavab gözləməzdim. Sizin dediyinizdən belə çıxır ki, biz burada başımızın altına yastıq qoyub istirahət etməli, başqa şəhərlərin milis işçiləri isə bizim əvəzimizə gecə və
gündüz yuxusuz qalıb, quldur “Tapança” ilə mübarizə
aparmalıdırlar. Bəs sizin öz vəzifəniz üçün, milis zabiti ki-mi şərəfli ad üçün iftixar hissiniz harada qaldı? Düz deyirəm?
– Bəli, elədir.
– Belə olan tərzdə bəs siz nə üçün razı olursunuz ki, Yədullanın ifşa olunması, tutulması ilə başqaları məşğul olsunlar. Eh, kapitan, kapitan. Necə deyərlər “sənə gü-vəndiyim dağlar, sənə də qar qar yağarmış”.
– Üzr istəyirəm, yoldaş mayor. Mən o mənada demədim.
– Yadınızda saxlayın, yoldaş kapitan, – deyə polkovnik İsayev də bu məsələ haqqında öz rəyini bildirdi. Şəhə-rimizin sakitliyi üçün ən yaxşı odur ki, “Tapança” uzaqda da, yaxında da olsa belə, tezliklə həbs edilsin. Əgər mən Yədullanın hansı şəhərdə gizləndiyini heç olmazsa təxmini bilsəydim, o zaman sizi bir dəqiqə belə Bakıda sax-lamazdım, dərhal həmin şəhərə ezamiyyətə göndərib əmr verərdim: “Kapitan Rəsulov, Yədullanı tapmayınca, geri 153
qayıtmayın”. Daha bu barədə bəsdi. İndi isə müxbir Dadaşovun evindəki oğurluq haqqında məlumat verin.
Kapitan Rəsulov hadisəni olduğu kimi nəql etdi, gördüyü tədbirlərdən danışdı. Axırda öz şəxsi mülahizələ-rindən bildirib dedi:
– Nədənsə mən Vaqifin oğru olmasına inanmıram.
Həlimə isə fırıldaqçı adama oxşayır. Özünü çox şübhəli aparır. Mənimlə dost olmağa can atır.
– Həlimə ilə Vaqifi üzləşdirmisinizmi?
– Xeyir, hələ yox.
– Nə üçün?
– Doğrusunu bilmək istəsəniz, mən Həlimə ilə Vaqifi elə hadisə yerində üzləşdirmək istəyirdim. Ancaq Həlimədən şübhələndiyim üçün imtina etdim. Mən onları sabah üzləşdirmək istəyirəm. Vaqiflə birlikdə daha beş-altı nəfəri otaqda sıraya düzəcəyəm. Qoy Həlimə onlara baxıb müxbirin evinə hansının gəldiyini aşkar etsin.
– Pis tədbir deyil. Bəs Vaqif nə deyir?
– Oğurluğu boynuna almır. O, evə təsadüfi gəldiyini bildirir. Ancaq nə üçün gəldiyini demək istəmir.
– Deməli, belə çıxır ki, Vaqif də özünü şübhəli aparır.
– Bəli, həm də bütün faktlar onun oğru olduğunu sübut edir. Həlimə isə, mənə belə gəlir ki, insan dərisinə girmiş hiyləgər bir tülküdür. Mən onunla xeyli söhbət etdim. Şirin söhbət əsnasında bəzi məlumat yığdım. Mən sabah ayrı-ayrı faktları yoxlamaq istəyirəm. Mən həmin evin divarında qan ləkələri tapdım. Bu məsələ də məni çox düşündürür. Həmin ləkənin insan qanı olub-olmamasını və qan qrupunu aydınlaşdırmağa çalışacağam.
– Həlimə haqqında daha nə tədbir görmüsünüz?
154
– Mən onun özünü də, evini də nəzarət altına almışam.
– Bəs sizin fikriniz nədir, yoldaş mayor? – deyə polkovnik İsayev Qarayevə müraciət etdi.
– Mənə belə gəlir ki, Vaqifin təqsirkar olub-olmamasını gələcək göstərər. Hər halda onun həbsdə saxlanılması üçün prokurordan sanksiya almaq lazımdır. Qoy Həlimə
ilə Rəsulovun özü məşğul olsun.
– Bəs sarı qalstuklu oğlan? – deyə İsayev soruşdu.
– Sarı qalstuklu oğlanı da Rəsulov axtarmalıdır. Sarı qalstuklu oğlanı Həliməgilin evinə gətirən şoferin axtarıl-masını isə başqa adamlara tapşırmaq lazımdır.
– Məsələn, kimə?
– Elə kapitan Rəsulovun öz köməkçisinə. Mənə belə
gəlir ki, kiçik leytenant Rzayev bu vəzifənin öhdəsindən gələ bilər.
– Həliməni itirdiyi kimi, eləmi? – deyə polkovnik İsayev mayor Qarayevin sözünü kəsdi.
– İcazə verin öz fikrimi söyləyim, yoldaş polkovnik, –
deyə Rəsulov rəisə müraciət etdi.
– Buyurun.
– Mən belə hesab edirəm ki, Həlimənin itrilməsində
Rzayevin təqsiri böyük deyil. Həlimə qəflətən avtomobilə
minmişdir. Rzayevin isə maşın tutmağa imkanı olmamışdır. Hadisə yerində Rzayev deyil, başqası da olsaydı, Həliməni itirə bilərdi.
Kapitan Rəsulov, siz köhnə xasiyyətinizdən əl çəkmə-misiniz, yenə də haqq-nahaq işçilərinizi müdafiə edirsiniz. Ancaq əbəs yerə. Bu dəfə Rzayevin təqsiri var. Siz özünüz də bu hadisənin açılmasında yaxşı işləməmisiniz.
Özünüzü təcrübəsiz bir adam kimi aparmısınız. Məncə
155
siz böyük bir səhvə yol vermisiniz. Əməliyyat işçisi həmişə yadda saxlamalıdır ki, milisin əsas qüvvət mənbələrindən biri onun xalqla sıx əlaqəsidir. Siz isə bu sadə həqiqəti – bütün işimizin əsasını unutmusunuz. Hadisə yerində Həlimənin qonşularından heç biri ilə söhbət etməmi-siniz. Evlər idarəsi müdirinin yanında olmamısınız, təkcə
çəkməsilən oğlanla söhbət etməklə kifayətlənmisiniz. Bu qabaqcıl milis zabiti üçün bağışlanılmaz bir səhvdir. Başa düşdünüz?
– Bəli, yoldaş polkovnik.
– Sizə “təşəkkür” elan edimmi?
– Təqsirkaram, yoldaş polkovnik, səhvimi düzəldərəm.
– Yaxşı, gedin işə başlayın. Həlimənin necə adam olduğunu öyrənin. Sarı qalstuklu oğlanı axtarın. Lakin
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?