Электронная библиотека » Cəmşid Əmirov » » онлайн чтение - страница 5

Текст книги "Brilyant məsələsi"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Cəmşid Əmirov


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +

özünü sərxoş göstərmək üçün səndələyə-səndələyə şəhərə tərəf getdi.

Yədulla Don çayı sahilindəki Naxçıvanın birmərtəbəli alçaq evlərini bir-birinin ardınca ötüb keçdikcə kimin evində və necə gizlənəcəyi haqqında düşünürdü. Otuz birinci küçədə onun gözlərinə bir lövhə sataşdı. Lövhədə

yazılmışdı: “Aerodroma getmək üçün burada avtobusa minmək olar”. Yədulla lövhəni görcək dərhal Kislovodsk şəhərində tanış olduğu kiyevli Lyudmila Yasenko yadına düşdü. Yədulla öz-özünə dedi: “Məni Kiyevdə axtarmaq heç kimin xəyalına gəlməz. Burada isə məni hər addımda təhlükə gözləyir. Bu avtobusu mənə allahın özü rast salıb.

Kiyevə getsəm yaxşıdır”.

Yədullanın bəxti gətirdi. Az sonra aerodroma gedən növbəti avtobus yola düşdü. Aerodromda da heç bir hadisə baş vermədi. Heç kim Yədullanın kim və nəçi olduğu ilə maraqlanmadı. O, iyirmi iki manat verib bilet aldı, başqa sərnişinlərlə bərabər təyyarəyə mindi. Səhər saat 10-da isə Rostov-Kiyev təyyarəsi Yədullanı Ukraynanın pay-taxtına gətirib çıxartdı. Yalnız təyyarə Kiyev aerodromun-da yerə endikdən sonra Yədulla rahatlıqla nəfəs almağa başladı. O, aerodromun bufetində qəlyanaltı etmədən bir stəkan konyak içdi. Dərhal bədəni qızışdı. Dünən gecədən bəri onu tərk etməyən üşütmə və qorxu yox oldu. O, aero-dromdan taksi ilə şəhərə gəldi. Şevçenko adına bulvarı keçib Lenin prospektinə döndü, səki ilə addımlayan ca-89


maata qarışıb oradan Kreşşatikə keçdi. Yədulla Kiyevin bu gözəl və mənzərəli yerini, bir-birinin yanına düzülmüş

uca sərv, söyüd və şabalıd ağacları arasında qərq olmuş

çoxmərtəbəli cazibədar yaşayış evlərinə tamaşa etməyi də

lazım bilmədi. Yədulla bir tərəfdən uca yaşıl təpə və ikinci tərəfdən qamətli sərv ağacları ilə araya alınmış Vladi-mir enişi ilə düz aşağı irəliləyib Dnepr çayına çatdı. Bir qədər sahildə gəzənlər arasında veyilləndikdən sonra on altı nömrəli trolleybusa minib, Kiyevin yaxınlığındakı qalın meşədə məskən saldı.

Yorulub əldən düşən və güclə ayaqlarını sürüyən Yədulla yalnız axşam, hava qaraldıqdan sonra meşədən çıxdı. O, rast çıxan ilk taksiyə minib özünü Peçersk rayonuna çatdırdı. Buradakı birmərtəbəli evlərdən birinə yaxınlaşıb qapının zəngini çaldı. Xeyli keçdikdən sonra içəridən bir qadının gur səsi eşidildi:

– Kimdir?

– Lyudmila Yesenko burada olur?

– Kimdir soruşan?

– Dostu.

– Adın nədir?

– Yura. Biz Lyudmila ilə bir ay bundan əvvəl Kislovodsk şəhərində tanış olmuşuq.

– Buyurun içəri.

Qapını açan dolğun bir qadın idi. O, Yədullanı şübhəli nəzərlə diqqətlə süzdü, dodaqaltı dedi:

– Deyəsən, Lyudmila səhv etməyib.

Yədulla qulaqlarını şəkləyib tələsik soruşdu:

– Nə barədə?

Qadın Yədullanın sualını cavabsız buraxıb dedi: 90


– Gəlin əvvəlcə tanış olaq. Mən Lyudmilanın anası-yam. Adım Valentina, atamın adı isə Stepandır.

– Mən isə Yurikəm.

– Bilirəm. Özü də Yurik yox, Yatullax. Lyudmila mə-nə sizin haqqınızda çox danışıb.

Yədulla daha da şübhələndi. Bayaqkı sualını təkrar edib soruşdu:

– Əziz Valentina Stepanovna, axı siz demədiniz, Lyudmila nə barədə səhv etməyib?

– Sizin xarici görnüşünüz barəsində. O, mənə demişdi ki, Yədullax xarici görünüşündən dələduz adama oxşayır. Ancaq, əslində isə çox bacarıqlı və istiqanlı oğlandır.

Əlbəttə, Lyudmila bu axırıncı sözləri heç bir zaman anasına deməmişdi və deyə də bilməzdi. Valentina Stepanovna Yədullanı şübhədən çıxarmaq üçün bu sözləri özündən əlavə etmişdi.

Valentina Stepanovna Yədullanın dinmədiyini görüb əlavə etdi:

– Yatullax, başa düşə bilmirəm, bu nə vid-fasondur.

Adlı-sanlı qazma ustası da bu cür geyinərmi? Hardan be-lə gəlirsiniz?

Yədulla tanış-bilişə sirr verməyi sevməzdi. Buna görə

də o, Valentina Stepanovnanın sualına cavab olaraq bir yalan uydurdu:

– Doğrusunu bilmək istəsəniz, başqa şəhərə gedirdim. Yol yoldaşlarım içki məclisi düzəltdilər. Sonra sərxoş

olanadək içdilər. Mən də vaqonda dava düşəcəyini görüb, onları tərk etdim. Şeylərim də vaqonda qaldı. İndi həm yuxusuzam, həm də pulsuz. Gərək Bakıya teleqram vu-ram, tez pul göndərsinlər.

91


Valentina Stepanovna bir daha Yədullanı süzərək de-di:

– Keçin içəri. Yerinizi salaram, yatarsınız.

– Valentina Stepanovna, siz heç demədiniz, bəs Lyudmila hardadır?

– Siz soruşmadınız, mən də demədim. İndi ki, maraq-lanırsınız, sualınıza cavab verirəm. Dünəndən təkəm.

Lyudmila iki həftəliyə Moskvaya gedib. Ali məktəbə imtahan verir.

– Çox yaxşı. Afərin ona! Ağıllı qızdır.

– Mən qızımdan çox razıyam. Şikayətlənə bilmərəm,

– deyə Valentina Stepanovna iftixarla cavab verdi.

Sonra ev sahibi Yədullanı yataq otağına gətirib dedi:

– Yatullax, siz istirahət edin. Mən isə bazara qaçmaq istəyirəm. Tez gəlib sizin üçün qəlyanaltı hazırlamaq fikrindəyəm. İstəyirəm ki, Kislovodsk şəhərində Lyudmilaya verdiyiniz hədiyyələrin xəcalətindən çıxım.

Valentina Stepanovnanın belə tələsik bazara getmək istəməsi Yədullanın şübhəsini daha da artırdı. O, hər şeyi ciddi yoxlamaq və asanlıqla ələ keçməmək qərarına gəldi.

Buna görə də ev sahibi ilə razılaşdı.

Valentina Stepanovna Yədullanı yataq otağında qoyub, bayıra çıxdı. Küçə qapısını tələsik bağlayıb harasa getdi. Yədulla pəncərəni açıb küçəyə çıxdı, arvadın dalına düşdü, onu addım-addım izlədi.

Valentina Stepanovna üç tin keçib sağa döndü, Vladi-mir enişinin yanındakı üçmərtəbəli binaya girdi. Yədulla yaxına gəlib binanın üstündəki lövhəyə baxdı. Lövhədə

“Kiyev şəhər milis idarəsi” sözləri yazılmışdı. Qan Yədullanın başına vurdu. Əvvəlcə bir dəliqanlılıq eləmək istədi.

Arvadı gözləyib, elə buradaca, milis idarə-sinin qarşısın-92


da bıçaqlamaq qərarına gəldi. Lakin ələ keçəcəyini başa düşüb dərhal buranı tərk etdi. Taksiyə minib vağzala gəldi. Rastına düşən ilk qatara bilet aldı. İyirmi dəqiqə keçdikdən sonra Valentina Stepanovna milis işçiləri ilə birlikdə evinə gələndə, artıq Yədulla qatarla Xarkova gedirdi.

Həmin gün Xarkovda heç bir hadisə baş vermədi. Yədulla rastına gələn ilk poçt şöbəsindən Rantikə aşağıdakı məzmunda teleqram vurdu:

“Bakı, bağbanlar qəsəbəsi, ev 145. Rantik Nalband-yana. İyunun 9-da Yuranın iki yaşı tamam olur. Təbrik etməyi unutma. Lyudmila”.6

Sonra Yədulla bazarda bir qadınla danışıb evini beş

günlüyə kirayə götürdü. Doyunca yeyib yatdı. İki gün sonra Rantik səhər təyyarə ilə Xarkova gəldi. Axşama qədər şəhərdə fırlandı. Təqib olub-olunmadığını dönə-dönə

yoxladı. Yalnız hava qaralandan sonra Yədullanın görü-şünə getdi.

Dostlar səmimi görüşüb öpüşdülər. Böyük bir kef məclisi düzəltdilər. Yalnız gecədən xeyli keçdikdən sonra ev sahibi şirin yuxuya dalan zaman Yədulla ilə Rantik qonşu otağa keçib, pıçıltı ilə söhbətə başladılar.

– Həmişə azadlıqda, Yədulla! – deyə Rantik bir daha dostunun əlini sıxıb qaçması münasibətilə onu təbrik etdi.

– Çox sağ ol.

– Necə qurtuldun?

– Çox asanlıqla.

– Spiçkanı işə salmaq lazım gəldi?

– Spiçka iti idi. Şükür ki, bu dəfə adama dəymədi.

Təkcə və onun döşəməsini sökməyə kömək etdi.


6 İyulun 9-da Xarkovda ol. Mütləq özünlə min manat gətir.

93


– Özünü necə hiss edirsən?

– Gizlətmək nə lazım, Rantik, yaxşı deyiləm. Vəziy-yətim pisdir. Bilirəm ki, məni bərk axtarırlar. Başımı itirmişəm. Heç bilmirəm harada və necə gizlənim.

– Ara sakitləşənə qədər bir-iki aylığa Kiyevdə Lyud-milagildə qala bilməzsən?

– Bu qız da, anası da satqındırlar. Mən hayıfımı on-lardan çıxaram.

– Bakıya qayıtsaq necə? Şüvəlan, Pirşağı bağlarının camaatı hələ şəhərdə qalır. Bağlarda asanlıqla gizlənmək olar.

– Rəsulovdan bərk qorxuram. O məni yerin deşiyindən də tapar. Başqa çarə düşünmək lazımdır.

– Yaxşı yadıma düşdü, Yədulla, axır Rostovda da sənin tanışların var.

– Qabaqlar vardı. Ancaq indi onların sağ-salamat olduqlarını bilmirəm, yoxlamaq da istəmirəm. Heç nədən ələ keçə bilərəm. Axı mən Rostovun yaxınlığında vaqondan qaçmışam. Onlar da məni burada daha çox axtara-caqlar. Bu dəfə tutulsam axırı pis olacaq.

– Bəs sən nə təklif edirsən?

– Bütün ümidimi sənə bağlamışam.

– Mən sənin qulluğunda hazır.

– Sabah gedib bir gizli otaq taparsan. Mən orada bir-iki gün gizlənib qiyafəmi dəyişmək istəyirəm. Sonra Allah kərimdir.

– Yədulla, gəlsənə özünü verəsən günəşli Gürcüsta-na?

– Mən də elə bu fikirdəyəm. De görüm, Ağəli necədir?

– Yaxşı.

94


– Onu tutmayıblar ki?

– Xeyir, əşi.

– Çox yaxşı, ona de ki, qoy Tbilisi səfərinə çıxsın, mən də ora gələrəm. “Volqa” ilə Gürcüstan şəhərlərini gəzərik.

– Baş üstə. Səhər gedib otaq axtararam. Ağəliyə də

xəbər verərəm.

– Rantik, buraya necə gəldin? Ehtiyatla tərpənmisən, ya yox? Dalınca quyruq gətirməmisən ki?

– Arxayın ol, mən Xarkova səhər gəlib çıxdım. Bütün günü şəhəri gəzdim. Dəfələrlə avtobusdan düşüb tramvaya, tramvaydan düşüb taksiyə mindim. Neçə dəfə dala döndüm, təqib olunub-olunmadığımı yoxladım. Yalnız axşam qaranlıq düşəndə buraya gəldim.

– Afərin. İkinci maşını neyləmisən, gətirmisən? Axı, mən alətsizəm. Maşınımı kor köpək oğlu Mirzə Məlik əlimdən aldı.

– Mirzə Məlik kimdir?

– Əncirlikdə bağ gözətçisi. Sağlıq olsun, onunla da görüşüb hesablaşarıq.

– Yox, mən maşını gətirməyə qorxdum. Tapançanı elə həmin Əncirli stansiyasındakı qara tutun altında basdırmışam.

– Yaxşı, Rantik, biz bu mənzildən elə getməliyik ki, ev sahibi Xarkovda qaldığımızı başa düşməsin. Qoy elə

bilsin ki, Bakıya qayıtmışıq. Mənə otaq tapan kimi şəhərdə qalma, çıx get. Maşını tut ağacının altından çıxardıb Ağəliyə ver. Qoy onu özüylə Tbilisiyə gətirsin.

– Dediyin kimi edərəm.

– Ağəli ilə görüş parolunu bilirsən?

– Üç-dörd günlüyə otaq kirayə almaq məsələsi? – Elədir ki var.

95


– Yadımdadır.

– Onda gecən xeyrə qalsın, gedək yataq.

Bir həftə sonra axşam Tbilisi stansiyasında beli bükülmüş qoca bir kişi qatardan düşərək axsaya-axsaya Na-ta Vaçnadze küçəsinə gəldi. Yaşıllıqlar arasında qərq olmuş qəşəng bir evin qapısını döydü. Qapıya səliqə ilə geyinmiş kök bir gənc çıxdı. Qoca təmiz gürcü dilində soruşdu:

– Bağışlayın, sizdə otaq kirayə verilirmi?

– Neçə günlüyə lazımdır?

– Üç-dörd günlüyə bəs edər.

– Otağa indi baxacaqsınız?

– Bəli, indi, mütləq indi.

– Onda keçin içəri.

Otağı kirayə verən Ağəli Möhtacov, qoca kişi isə Yədulla idi.

Onlar səmimi görüşüb qucaqlaşdılar. Bir-birilərindən hal-əhval soruşdular. Sonra şirin söhbətə başladılar.


96


İKİNCİ FƏSİL


EV OĞURLUĞU HAQQINDA İŞ

İyulun sonuncu, otuz birinci günü idi. Bu günlər Bakıda bərk istilər düşmüşdü. İstirahət günü olduğundan şəhər milis idarəsində adi günlərə nisbətən sakitlikdi. İda-rəyə yalnız növbətçilər, əməliyyat işçiləri, bir də ki, təcili işi olan zabitlər gəlmişdilər.

Gündüz şəhərdə sakitlik olmuş, axşam isə bir hadisə

baş vermişdi: bir sərxoş kişi arvadını bərk döymüşdü. Hadisə baş verməməsindən şadlanan növbətçi zabit Sərdar Əzimov bekarçılıqdan darıxan baş əməliyyat müvəkkili kapitan Əli Rəsulovla zarafatlaşaraq soruşdu:

– Ay Əli, nə üçün belə qaşqabağını sallamısan. Təqsirim nədir ki, küsülü gəlinlər kimi mənə bu cür əyri-üyrü baxırsan?

Kapitan Rəsulov həmişə özünü ciddi aparan bir zabit idi. O, zarafatı sevməzdi. Bir-birilə şit zarafat edən zabit-lərə həqarətlə baxardı. Rəsulov həmişə səliqə ilə geyinər, paltarlarının təmiz olmasına çox diqqət yetirərdi. O, işində də səliqəli idi. Rəsulov hər bir işdə, hər bir tapşırığın yerinə yetirilməsində fərqlənməyə çalışar, əməliyyat işlə-97


rində qızğın fəaliyyət göstərər, öz istirahətini, mənəvi zövqünü bu fəaliyyətdə tapardı. Bəzən ayrı-ayrı zabitlər çətin əməliyyatlardan boyun qaçırmağa, yüngül işlərdən yapışmağa çalışırdılar. Əli Rəsulov isə əksinə hərəkət edirdi. Vaxtla hesablaşmadan gecə-gündüz yorulmaq nə

olduğunu bilmədən ən mürəkkəb, ən dolaşıq işlərə qoşu-lur, bu və ya başqa cinayət işində əvvəlcə kələfin ucunu ələ keçirməyə, sonra isə ipi yavaş-yavaş dartaraq dolaşıq düşmüş bütün kələfi açmağa çalışırdı. Hərdən elə olardı ki, kələfin ucu qırılardı. Belə hallarda kapitan Rəsulov yemək-içməyi yadından çıxardar, qırılmış ipin ucunu axtarıb tapmağa səy edərdi.

Son zamanlar ictimai asayişi pozanların sayı xeyli azaldığından şəhərdə demək olar ki, tam sakitlik hökm sürürdü. Buna görə də başqa əməliyyat müvəkkilləri kimi Rəsulova da idarədə heç bir tapşırıq vermirdilər. Bekar qalan Əli qaşqabağını sallayıb heç kimlə danışmır, nə edəcəyini bilmirdi.

İndi də belə idi. Axşamdan bəri Bakı milis idarəsində

növbədə olan Əli Rəsulov bekar qalmışdı. Bu gecə şəhərdə heç bir mühüm hadisə baş verməmişdi. İdarənin növbətçi zabiti mayor Sərdar Əzimovun bundan kefi kök idi, deyib-gülürdü, kapitan Rəsulov isə, əksinə, dilxor idi. Bu-na görə də Əli dostunun sualına acıqlı cavab verdi:

– Sərdar, sən o yeddi bibinin canı, məndən əl çək. Qa-nımın qara vaxtında sənin kefin gəlib, zarafatın da vaxtı var.

Doğrudan da, yeddi bibisi olan və bununla fəxr edən Sərdar Əzimov hirsləndi.

– Bura bax ey, sənə min dəfə demişəm ki, mənim bi-bilərimə sataşma.

98


–Sataşanda nə olar? Yəqin bibilərin qalıb evdə, onları alan yoxdur. Bu da sənə acıq gəlir.

– Heç elə şey-zad yoxdur. Sən tamamilə səhv edirsən.

Bibilərimin altısı ərdədir. Yaxşı da ailələri var. Yeddincisi isə hələ uşaqdır. İstəyirsən gəl onu verim sənin oğluna.

– Xeyr, qardaş, mən çox ailəli adamlarla qohum ola bilmərəm, məndən əl çək, darıxıram.

– Ay Əli, axı sənə nə olub ey? Nə olsun ki, şəhərdə

heç bir hadisə baş verməyib. Bu ki, çox yaxşıdır. Bu onu göstərir ki, milis orqanları əla işləyir, zəhmətkeşlərin dinc həyatını yaxşı qoruyurlar. Əhali də şüurlu olub. Cinayət azalıb. Sən bundan narazı qalmamalısan, əksinə, fərəhlən-məlisən.

– Sərdar, dostum, nə üçün sən məni başa düşmək istəmirsən. Mən başqa təbiətli adamam. Sən özün yaxşı bilirsən ki, mən bekar dayanmağa adət etməmişəm.

– Darıxırsansa. Götür bir kitab oxu.

– Gecəyarısına kimi oxumuşam, gözlərim qaralıb.

– Əli acığın gəlməsin, bir söz deyim.

– Buyur görək, yenə nə kimi nəzəriyyə irəli sürəcəksən?

– Bilirsən, Əli, hərdən mən sənin haqqında düşünürəm. Arvadın Zərifə xanımda olan hövsələyə heyran qa-lıram. Gecə işdə, gündüz işdə. Tək-tək hallarda evə gedəndə də ictimai asayişi pozanlar haqqında düşünürsən.

Mən Zərifə xanımın yerinə olsaydım, səni çoxdan evdən qovmuşdum.

– Görürsən, Sərdar, yenə başladın axmaqlamağa.

Elə bu zaman telefon zəngi çalındı. Mayor Sərdar Əzimov yenə zarafat edərək dedi:

99


– Budur, bax, Əli, qarğa kimi o qədər qarıldadın ki, bədbəxt hadisəyə də səbəb oldun. Əminəm ki, bu dəqiqə

telefonla böyük bir hadisə haqqında xəbər verəcəklər.

– Təki bir balaca hadisə baş versin, heç olmasa sənin şit zarafatlarından yaxam qurtarar.

Sonra o, telefonun dəstəyini qulağına aparıb dedi: –

Növbətçi mayor Əzimov dinləyir. Telefonda bir qadının titrək səsi eşidildi:

– Allo! Bura 02-dir?

– Bəli, elədir ki, var.

– Sizi “qaradağlı” küçəsindəki 136 nömrəli evdən narahat edirlər. Tez olun, adam göndərin. Qonşumuzun evinə oğru gəlib. Ev sahibi də burada yoxdur. Mən isə təkəm. Bayıra çıxmağa qorxuram.

Mayor Əzimovun üzü ciddiləşdi. O qələmi əlinə alıb soruşdu:

– Danışan kimdir?

– Həlimə Əliağa qızı.

– Mənziliniz neçənci mərtəbədə yerləşir?

– İkinci.

– Həyət tərəfdən mənzilə yol var?

– Yox, ancaq küçədən.

– Haradan zəng vurursunuz? – Evdən.

– Telefonunuzun nömrəsi neçədir?

– On doqquz-qırx beş.

– Yaxşı, mən sizə zəng edərəm.

Mayor Əzimov telefonun dəstəyini yerinə qoydu,

“Bəlkə bizi aldadırlar” – deyə on doqquz-qırx beş nömrəli telefona zəng vurub soruşdu:

– Milis idarəsinə siz zəng vurmuşdunuz?

– Bəli.

100


– Kimin evinə oğru gəlib?

– Qonşumuzun, qapıbir yaşayırıq. O, ezamiyyətə gedib.

– Adı nədir?

– Hüseyn Dadaşov.

– Harada işləyir.

– Qəzet müxbiridi.

– Yaxşı, gözləyin, bu dəqiqə gəlirik.

Mayor Əzimov telefonun dəstəyini yerinə qoyub kapitan Rəsulova müraciət etdi:

– Bax, görürsən Əli, o qədər darıxdın ki, sənin üçün hadisə də tapıldı. – Sonra əlindəki kağızı Rəsulova uzadıb rəsmi əmr etdi:

– Yoldaş kapitan, “Qaradağlı” küçəsindəki 136 nömrəli evin ikinci mərtəbəsində yaşayan müxbir Hüseyn Dadaşovun evinə oğru gəlib. Müxbir Bakıda yoxdur, ezamiyyətə gedib. Zəng vuran onun qonşusu Həlimə Əlağa qızıdır. Evin yolu küçə qapısındandır. Tez hadisə yerinə

gedin. Həlimə ilə əlaqə saxlayın, oğrunu əldən buraxma-yın.

– Baş üstə, yoldaş mayor, – deyə Rəsulov kağızı Əzimovun əlindən qapıb aşağı qaçdı.

Sərdar Əzimov dostu Rəsulovun ardınca baxaraq, bu istiqanlı əməliyyat işçisində olan enerjiyə heyran qaldı, sonra telefonu götürüb harasa zəng vurdu. Əmredici tər-zə dedi:

– Ekspert Hacıyeva, kiçik leytenant Rzayev, aşağı düşün! Kapitan Rəsulov sizi gözləyir.

Səkkiz dəqiqə keçdikdən sonra Bakı milis idarəsi cinayət-axtarış şöbəsinin tən ortadan qırmızı zolaqla haşi-yələnmiş avtomobili şəhərin çox izdihamlı küçələrindən 101


keçərək kapitan Əli Rəsulovu və onun köməkçilərini “Qaradağlı” küçəsindəki 136 nömrəli evə gətirib çıxartdı.


***


Kapitan Əli Rəsulov ortaboylu, sağlam bədənli, ağ-bəniz bir kişiydi. Onun otuz beş yaşı ancaq olardı. Nazik burnu, qafqazlı gənclərə məxsus tara bığı, səliqə ilə dala daranmış qalınsaçı, çox cazibədar və ağıllı gözləri vardı.

O, yolda tanışları və dostları ilə görüşdükdə, telefon ilə

bu və ya başqa yerə zəng vurduqda “salam” və təbrik əvəzinə həmişə “eşq olsun” deyərdi. Buna görə də onun dostları və tanışları telefonda “eşq olsun” sözlərini eşidəndə danışanın Rəsulov olduğunu dərhal bilirdilər.

1945-ci ilin yay aylarında kiçik leytenant rütbəsində

Sovet Ordusu sıralarından tərxis olunub Bakıya qayıdarkən Əli Rəsulov təsəvvürünə belə gətirə bilməzdi ki, o, milis orqanlarında işləyəcək. Böyük Vətən müharibəsinin odlu günlərindən sonra atası Nadir kişi kimi Əli də gündüzlər Zabratda neft mədənində çalışmaq, axşamlar isə

fəhlə-gənclər məktəbində təhsilini davam etdirmək istəyirdi. Axı, o, müharibəyə gedərkən kamal attestatı almamışdı. Cəmi doqquz sinif bitirmişdi. O zaman Əlinin həyatda yeganə bir arzusu vardısa, o da kamal attestatı aldıqdan sonra sənaye institutunda oxumaq və neft mühən-disi olmaq idi.

Belə günlərdən birində Lenin rayon komsomol komitəsi neftçi gənclərin kiçik leytenantı Əli Rəsulovla görüşünü keçirdi. Axşam Zabrat qəsəbəsindəki “1 May” adına mədəniyyət sarayında kiçik leytenant Rəsulov komsomol-çulara və gənclərə Sovet Ordusunun qələbələrindən, Ber-102


lin, Varşava, Praqa, Muqden, Xarbin, Çansun döyüşlərin-də alman faşistlərinin və yapon samuraylarının darmada-ğın edilməsindən danışdı, neftçiləri Vətənimizin bərpa-sında fəal iştirak etməyə, duru yanacaq istehsalını daha da artırmağa çağırdı.

Görüşdən razı qalan komsomol katibi Rəsulovu raykoma dəvət etdi. Ertəsi gün raykom katibi Rəsulovla köhnə bir dost kimi görüşdü, əhvalını soruşdu. Gənclərin əməyindən, təhsilindən və tərbiyəsindən söhbət saldı.

Lap axırda soruşdu:

– Yaxşı, yoldaş Rəsulov, gələcəyiniz haqqında düşün-müsünüzmü? Sənətiniz varmı? Harada işləmək fikrində-siniz?

– Sənətim var. Orduda mexanikliyi öyrənmişəm. Mədənə getmək istəyirəm. Atam, babam, bütün nəslimiz neftçi olmuşdur. Mən də mədəndə buruqlar arasında böyümüşəm. Mədənə getmək, neftçi olmaq arzusundayam.

– Bəs təhsiliniz?

– Müharibəyə gedəndə doqquzuncu sinfi bitirmiş-dim. Axşam məktəbində oxuyacağam.

– Çox yaxşı fikirdir. Oxumaq lazımdır. Ancaq işiniz haqqında bir az fikirləşmək lazımdır. Bilirsiniz, yoldaş

Rəsulov, sizə bir iş təklif etmək istəyirik.

– Buyurun, mən raykomun hər bir tapşırığını yerinə

yetirməyə hazıram.

– Dünən Bakı milis şöbəsinin rəisi raykoma zəng vurmuşdu. Milis kadrlarını bir qədər cavanlaşdırmaq lazımdır.

– Onun mənə nə dəxli?

– Siz komsomolun putyovkası ilə milis orqanlarında işə göndərmək fikrindəyik.

103


– Kimi? Məni? Siz zarafat edirsiniz? – deyə Əli Rəsulov təəccüblə soruşdu.

– Xeyr, yoldaş Rəsulov, çox ciddi deyirəm.

– Təəccüblüdür. Belə fikir ömrümdə mənim ağlıma gəlməyib.

– Biz sizi tələsdirmirik, bir neçə gün fikirləşin, ailə-nizlə məsləhətləşin. Yaddın çıxarmayın ki, milis orqanlarının işi xüsusi bir cəbhədir. Adamların dinc quruculuq əməyini qorumaq şərəfli bir vəzifədir. Bu vəzifəni Vətənin sədaqətli, sınanmış oğulları yerinə yetirməlidirlər.

– Yoldaş katib, inanın, məndən milis işçisi çıxmaz.

– Axı nə üçün?

– Çünki mən belə hesab edirəm ki, bu, həddindən ziyadə çətin, çox mürəkkəb və yüksək dərəcədə məsuliy-yətli işdir.

– Siz çətinlikdən qorxursunuz?

– Xeyir, çətinlikdən qorxmuram, başqa şeydən qorxuram.

– Sirr deyilsə, yoldaş kiçik leytenant, deyin görək siz nədən qorxursunuz?

– Qorxuram ki, raykomun etimadını doğrultmayım, işin öhdəsindən gələ bilməyim. Mən bütün bu oğru, cibgir, anaşa çəkən dələduz və soyğunçulardan qorxuram.

– Heç nə başa düşmürəm, yoldaş Rəsulov. Siz dörd il dalbadal müharibədə olmusunuz, dəfələrlə ölümlə qarşı-laşmısınız. Döşünüz order və medallarla doludur. Bu onu göstərir ki, siz müharibədə igidlik və mərdliklə vuruşmu-sunuz. Bəs indi nə üçün qorxursunuz?

– Çünki mən müharibə zamanı faşistlərlə üz-üzə gəlirdim. Düşmənlər mənim öz qabağımda idi. İndi isə mən gizli düşmənlərlə, altdan-altdan iş görən tüfeyli ünsür-104


lərlə vuruşmalı olacağam. Mən elə hesab edirəm ki, belə

iş üçün adam çox təcrübəli, bacarıqlı və istedadlı olmalı, həm də əməliyyat işini yaxşı bilməlidir.

– Siz düz danışırsınız. Rayon komsomol komitəsi belə hesab edir ki, bütün bu sifətlərin hamısı sizdə vardır, yoldaş kiçik leytenant, – deyə raykom katibi söhbətin bit-diyini bildirərək ayağa qalxdı, sonra əlavə etdi:

– Daha danışmayın, beş-altı gün istirahət edin, evdə

də məsləhətləşin. Ancaq onu bilin ki, heç bir etiraz qəbul olunmayacaq. Raykomun putyovkasını alın, birbaşa milis idarəsinə gedin. Sizə yeni işinizdə – xüsusi cəbhədə müvəffəqiyyət arzu edirəm.

Bir həftə sonra Lenin rayon milis şöbəsində sahə müvəkkili vəzifəsində işə başlayan kiçik leytenant Rəsulovun qaşqabağı açılmırdı. İşdən könülsüz yapışan Əli ic-laslarda bir küncə qısılaraq heç kimlə danışmır, bu və ya başqa tapşırığı alanda “bəli” və “xeyr”lə yaxasını qurtarmaq istəyir, çox zaman işdən tez çıxıb evə getməyə çalışırdı. Lakin az sonra Əli Rəsulovun özü belə hiss etmədən işə alışdı. Əməliyyat müvəkkili vəzifəsini, hüquqşunaslığı dərindən öyrənməyə, boş vaxtlarını rayon milis şöbəsində

təcrübəli işçilər arasında keçirməyə başladı. İlk illər kiçik leytenant əvvəlcə sahə müvəkkili, sonra müstəntiq, dövlət əmlakını oğurlayanlarla mübarizə şöbəsinin müfəttişi, baş

əməliyyat müvəkkili, milis şöbəsi rəisinin müavini vəzi-fələrində işlədi. Daha sonra Rəsulov bilikli, təcrübəli zabit kimi Bakı şəhər milis idarəsində işə keçirildi. Artıq beş il-di ki, kapitan Əli Rəsulov cinayət axtarış şöbəsində baş

əməliyyat müvəkkili vəzifəsində çalışırdı. O, indiyədək bir çox cinayətlərin üstünü məharətlə açmış, özünü şəhərin ən yaxşı milis zabitlərindən biri kimi tanıtmışdı. Əli 105


Rəsulovun igidlik, mərdlik və məharəti haqqında bir neçə

dəfə “İnqilabi keşikdə” qəzetində və “Sovetskaya milisi-ya” jurnalında oçerklər də dərc olunmuşdu.

Bu beş il ərzində Əli Rəsulov iki dəfə “Tapança” ləqəbi daşıyan quldur Yədulla ilə üz-üzə gəlmişdi. Kapitan Rəsulov yaxşı bilirdi ki, şəhərdə baş verən cinayətlərin əksəriyyəti quldur Yədullanın adı ilə sıx bağlıdır. O, hiss edirdi ki, bəzilərini cinayətə gətirib çıxardan, onlar üçün müxtəlif dələduzluq planları quran Yədulladır. Ancaq Yədullanı ifşa etmək, onu məsuliyyətə cəlb etmək üçün əldə

heç bir əsas yox idi. Bu və ya başqa cinayətin üstü açılar-kən Yədullanın əlaltıları bütün təqsirləri öz üzərlərinə götürür, Yədullanı tanımadıqlarını bildirirdilər. Ancaq Rəsulov başa düşürdü ki, onlar qorxudan belə edir, Yədullanı ələ verməmək üçün bəzən etmədikləri cinayətləri be-lə öz üzərlərinə götürürlər.

İndi ekspert Səmayə Hacıyeva və kiçik leytenant Cabir Rzayevlə əməliyyata gedən kapitan Rəsulov nədənsə

yenə də Yədulla haqqında düşünürdü.

Milis işçiləri “qaradağlı” küçəsindəki 136 nömərli evə

yaxınlaşanda saçları pərişan halda çiyinlərinə dağılan bir qadın ikinci mərtəbənin pəncərəsindən küçəyə boylandı.

Milis avtomobilini qapı ağzında görcək fəryad etdi:

– Ay haray, kömək edin, evimizə oğru gəlib.

Əli Rəsulov avtomobildən düşən kimi qısa əmrlər verməyə başladı:

– Ekspert maşında qalsın, bələdçi itlə qapının ağzını kəsdirsin.

Sonra kapitan Rəsulov köməkçisi Cabir Rzayevə müraciət etdi:

106


– Kiçik leytenant, ardımca gəl, silahını hazır saxla.

Yəqin ki, oğrular silahlıdırlar. Bəlkə atışmalı olduq.

Kapitan Rəsulovla kiçik leytenant Rzayev küçə qapısından pilləkənlərlə yuxarı qalxmaq istədikdə əlində qara çamadan tutmuş bir gəncin tələsik pilləkənlərlə aşağı düşdüyünü gördülər. Oğlan milis işçilərini görcək əlindəki çamadanı yerə qoyub yuxarı çıxmaq istədi. Kiçik leytenant Rzayev bir sıçrayışla oğlanın qabağını kəsdi. Dərhal onun sağ qolunu qanırıb ciblərində silah olub-olmamasını yoxladı. Oğruda heç bir silah yoxdu. Bu onu təəccüb-ləndirdisə, heç bir söz demədi. Oğlanın qolunu buraxma-dan soruşdu:

– Kimsən, hara gedirsən?

Oğlanın rəngi qar kimi ağardı, dili tutuldu, pıçıltı ilə

dedi:

– Bu nə işdir mən düşdüm. Mən… mən… Kapitan Rəsulov da bir neçə sual verdi:

– Çamadan kimindir?

– Bilmirəm, tanımıram.

– Necə yəni bilmirəm. Bəs bu dəqiqə çamadan sənin əlində deyildi?

Oğlan bir anlığa çaşdı, sonra qətiyyətlə dedi:

– Bəli, mənim əlimdə idi.

– Çamadanın sahibini tanımırsansa, o sənin əlində nə

gəzir?

– Mən onu dəhlizdən tapdım. Mən düz adamam. Rəsulov istehza ilə oğlanı yamsıladı.

– Düz adamam. Əgər sən düz adamsansa, nə üçün çamadanı atıb qaçmaq istəyirdin.

– Qorxdum, düşündüm ki, siz məni oğru sanarsınız.

Kapitan Rəsulov köməkçisinə tərəf dönüb əmr etdi: 107


– Kiçik leytenant, qoy bu “düz” adam çamadanı yerdən qaldırıb maşına aparsın. Gözün onun üstündə olsun.

– Oldu!

Əli Rəsulov daha burada dayanmayıb ikinci mərtəbəyə qalxdı, açıq qapıdan içəri girdi. Dəhlizdə xeyli adam vardı. Kapitan qarşısına çıxan ilk qadından soruşdu:

– Milis idarəsinə kim zəng vurmuşdu. Həlimə Əlağa qızı kimdir?!

– Mənəm, – deyə qarşıdakı qapıdan dolğun bədənli, ilk nəzərdə gözəl görünən bir qadın çıxdı. Çox qiymətli parçadan yaraşıqlı xələt geymiş bu qadın üz-gözünə həddindən ziyadə zinət vurmuş, ağ sinəsini və tüklü qollarını açıq qoymuşdu. Qoluna qızıl saat taxmışdı. Barmaqların-da nişan və brilyant üzüklər, qulaqlarında isə almaz sırğa parıldayırdı. Boynuna üç sap iri dənli mirvari salmışdı.

Sağ yanağında süni bir iri xal vardı. Ağzında bir neçə qızıl diş görünürdü.

Nədənsə Həlimə Əlağa qızının xarici görünüşü kapitan Rəsulova xoş gəlmədi. O, Həlimədən soruşdu:

– Bəs bu camaat burada nə gəzir?

– Bıy, qadan alım, mənim təqsirim nədir? – deyə Həlimə cavab verdi.

– Oğrular otaqda olanda mən haray çəkib köməyə çağırdım. Onlar da gəldilər də.

Bu zaman kiçik leytenant Rzayev də yuxarı qalxdı.

Kapitan əmr verdi. – Yoldaş Rzayev, qoy qonşular evlərinə dağılsınlar. Məni burada gözlə. – Sonra Rəsulov Həliməyə müraciət etdi:

– Buyurun otağa, söhbət edək.

Bu mənzildə üç otaq vardı. Otaqlardan ikisində mərkəzi qəzetlərdən birinin müxbiri Hüseyn Dadaşov, üçün-108


cüsündə isə əri Vətən müharibəsində İtkin düşmüş Həlimə Əlağa qızı yaşayırdı. Həlimənin otağı kiçik idi. Lakin buna baxmayaraq otaqda çoxlu şey vardı: divan, çarpayı, bufet, soyuducu, piano, şkaf, bəzək aynası. Bütün bunlar səliqəsiz halda bir-birinin yanına düzülmüşdü.

Kapitan otağa girən kimi Həlimənin səliqəsiz və pinti bir qadın olduğunu dərhal hiss etdi. Günortadan keçməsinə baxmayaraq çarpayı hələ yığılmamışdı. Həlimənin paltarı və corabları divanın üstünə atılmışdı. Ayaqqabıla-rının biri divanın yanında, ikincisi isə stolun altında idi.

– Bağışlayın, axşam rojdeniyaya getmişdim. Ona gö-rə də səhər yuxudan gec durdum. Evi yığışdırmağa macal tapmadım, – deyə Həlimə divanın üstündəki paltarını bürmələyib şkafın dalına atdı, ayaqqabılarını yerdən götürmək üçün özünə əziyyət vermədi, ayağı ilə onları bir küncə itələdi. Divanın üstündə kapitana yer göstərdi: –

buyurun əyləşin.

Kapitan Rəsulov divanın əvəzinə stulda oturdu:

– Danışın görək, hadisə necə baş verdi.

Divanda əyləşən Həlimə də ayağa qalxıb stolun arxasına keçdi, stulu götürüb kapitanın lap yaxınlığında əyləşdi.

– Qadan alım, oğrular iki nəfər idi. Biri maşında getdi, o birisi isə qaça bilmədi. Çamadanla aşağı düşəndə tutuldu. Heyf ki, bir az gecikdiniz, beşcə dəqiqə tez gəlsəy-diniz, ikinci oğrunu da tutardınız.

– Oğrulardan birinin tutulduğunu hardan bildiniz?

– Pəncərədən gördüm.

– Nahaq yerə hay-küy salıb camaatı bura yığmısınız.

Bu adamlar yəqin oğruların bütün izlərini tapdalayıblar.

İşimizi çətinləşdirdiniz.

109


– Bıy, qadan alım, mən yazıq nə biləydim.

– Yaxşı, danışın, mən sizi dinləyirəm.

– Hə, gələk mətləb üstə. Dedim ki, dünən rəfiqəmin ad günü idi. Mən evə gec gəlmişdim. Ancaq yatıb yu-xumu ala bilmədim. Səhər tezdən müxbir məni yuxudan durğuzdu. Beş günlüyə ezamiyyətə gedəcəyini bildirdi.

Qapını bağlamağı xahiş etdi. Mən qonşumu yola salıb ge-ri qayıtdım. Nə qədər çalışdımsa, daha yata bilmədim.

Divana uzanıb kitab oxumağa başladım.

Kapitan Əli Rəsulov ətrafa göz gəzdirdi. Otaqda nə

kitab şkafı, nə də kitab vardı. Təəccüblənib ötərgi soruşdu:

– Bağışlayın, hansı kitabı oxuyurdunuz?

Həlimə Əlağa qızı bir anlığa çaşdı. Rəsulova elə gəldi ki, qadın özünü itirdi. Lakin Həlimə dərhal özünü ələ alıb dedi:

– “Qış gecəsi” romanını.

Rəsulov özünü elə göstərdi ki, guya bu roman haqqında heç nə bilmir. Halbuki o, gənc və istedadlı yazıçı Salam Qədirzadənin “Qış gecəsi” romanını nəinki oxumuş, hətta ailə üzvləri ilə birlikdə müzakirə də etmişdi.

– Müəllifi kimdir?

– Qadan alım, vallah yadımda deyil. Mən kitabı oxu-yanda müəllifinə fikir vermirəm. Kitabı məşğuliyyət üçün oxuyuram. Vaxt keçsin. Özü də məhəbbətdən danışan romanları çox sevirəm. Ədəbiyyatçı deyiləm ki, yazıçı və

şairlərlə maraqlanam.

– Aydındır, söhbətinizi davam etdirin.

– Hə, qadan alım, bir də eşitdim ki, qonşumuzun ota-ğından hənirti gəlir. Əvvəl fikir vermədim. Elə düşündüm ki, müxbir geri qayıdıb. Ancaq sonra şübhələndim.

110


Yadıma düşdü ki, qonşum qatarla Xarkova gedib. Pəncərədən otağa baxıb gördüm ki, içəridə adam var. İki nəfərdir. Birinin əlində bıçaq vardı. Qorxudan dilim tutuldu, istədim qışqıram, səsim çıxmadı.

Kapitan Rəsulov kiçik leytenantı səsləyib dedi:

– Yoldaş Rzayev, qoy bələdçi işə başlasın. Əvvəlcə iti buraxın, siz isə oğrunu izləyin.

Əvvəlcə oğurluq olan otağa iz axtaran it buraxıldı.

Kapitan Rəsulovun ehtimal etdiyi kimi iz oğruların izini götürə bilmədi, çünki Həlimənin harayına toplaşmış qonşular otağa dolmuş, oğruların izlərini tapdalamışdılar. İt yeri iyləyib başını qaldırdı, zingildəyərək bir yerdə dayandı. Bələdçi bir neçə dəfə “Julbars” adlı iti iz götürməyə

məcbur etdi. Lakin bu cəhdlərdən heç bir şey çıxmadı.

Əli Rəsulov bələdçiyə müraciət etdi:

– Yoldaş serjant, bəlkə çamadanı itə iylədəsiniz? Bu kömək etməzmi?


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации