Электронная библиотека » Джордж Оруэлл » » онлайн чтение - страница 4

Текст книги "Kataloniyanı Xatırlarkən"


  • Текст добавлен: 29 ноября 2022, 15:41


Автор книги: Джордж Оруэлл


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

– Amma atəş açmayın!-deyə fotoaparatı onların üstünə tuşlayıb hər ehtimala qarşı yarızarafat xəbərdarlıq etdim.

– Yox, yox! Atmaq fikrimiz yoxdur.

Elə həmin saniyə də pulemyot şaqqıldamağa başladı. Güllələr o qədər yaxından keçdi ki, hətta barıt qığılclmlarının yanağımı isindirdiyini hiss etdim. Pulemyotdan bilmədən atəş açmışdılar. Amma etdikləri hərəkəti əla zarafat sayırdılar. Özü də bunu o vaxt edirdilər ki, cəmisi beş gün əvvəl komissar gözləri qarşısında avtomatik tapança ilə oynayarkən gözzlənilmədən daraqdakı bütün güllələri yaxınlıqda dayanıb baxan qatırçının qarnına doldurmuşdu.

O zaman cəbhədə işlətdiyimiz parollar da təhlükə mənbəyi idi. Parolun həm özünü, həm də cavabını əzbərləmək tələb olunurdu. Parollar adətən bəlağətli inqilabi şüarlardan quraşdırılırdı. Məsələn, Cultura-Progreso1010
  Culturo – Progreso! (İsp) – Mədəniyyət – Tərəqqidir!


[Закрыть]
, yaxud Seremos-invencibles1111
  Seremos – İnvensiblos! (İsp) – Biz məğlubedilməzik!


[Закрыть]
tipli ifadələr geniş yayılmışdı. Savadsış könüllülər bəzən çətin kəlmələri yadlarında saxlaya bilmirdilər. İşi asanlaşdırmaq üçün bir dəfə parol olaraq Cataluna, cavab kimi isə Eroica sözlərini seçmişdilər. Sifəti bədirlənmiş ayı xatırladan kəndli oğlan Xaim Domenak işi dolaşığa düşmüş adam kimi yanıma gəldi. Eroika sözünün mənası ilə maraqlandı.

Mən Eroica-nın da valiente sözü ilə eyni məna daşıdığını, qəhrəmanlıq anlamı bildirdiyini izah etdim. Bir dəqiqə sonra o, qaranlıq səngərdən çıxanda növbə çəkən əsgərin parolu söyləmək tələbi eşidildi:

–Alto! Cataluna!1212
  Alto! Cataluna! (İsp.) – Dayan! Kataloniya!


[Закрыть]

–Valiente!-deyə cavab sözünün məhz belə olduğuna inanan Xaim qışqırdı.

Dərhal atəş səsi eşidildi.

Amma əsgərin gülləsi yan keçmişdi. Əslində bu müharibədə hamı əlindən gələni edirdi ki, güllə hədəfə dəyməsin.

IV

Cəbhəni bu hissəsində üç həftə qaldım. Sonra Alkuberreyə İngiltərədən Müstəqil Leyborist partiyasının göndərdiyi əlavə 20, yaxud 30 nəfər gəldi. İngilis könüllülərinin hamısının bir yerə toplanması məqsədi ilə Vilyamsla məni də onlara qoşdular. Yeni mövqeyimiz əvvəlkindən bir qüədər qərb tərəfdə, Monte Oskuro yaxınlığında yerləşirdi. Buradan Saraqosaya gözəl mənzərə açılırdı.

Mövge ülgüc kimi sivri əhəngdaşı qayalarının üstündə qərar tutmuşdu. Qayalığın içində göyərçin yuvasını xatırladan hərəkət cığırları qazılmışdı. Cığır nəhəg qayanın dərinliyinə qədər gedib çıxırdı. Orada isə daşların altından keçdiyindən elə alçaq idi ki, ayaq üstə dayanmaq bir yana qalsın, hətta başın tavana toxunmadan dizi üstə durmaq da mükün deyildi. Bizdən sol tərəfdə, yenə də qayalıqda P.O.U.M.-un daha iki dəstəsi mövqe tutmuşdu. Mövqelərdən biri bütün döyüşçülərinin diqqət mərkəzində idi. Çünki oradakı mətbəxdə üç qadın çalışırdı. Gözəl olduqlarını demək çətindi. Amma komandanlıq işini ehtiyatlı tutub döyüşçülərin digər mövqelərdən bura gəlməsini qadağan etmişdi. Sağda, bizdən təxminən beş yüz metrik məsafədə, Alkuberreyə dönən yolda P.S.U.C. döyüşçülərinin mühafizə postu yerləşirdi. Cəbhə xətti həmin postun yanından keçirdi. Gecələr Alkuberredən bizə, Saraqosadan isə faşistlərə ərzaq və sursat daşıyan yük maşınlarının faraları qaranlığı işıqlandırırdı. Olduğumuz yerdən Saraqosanı da görmək mümkün idi. Gəmi illüminatorlarının şüasını xatırladan nazik işıq zolağı bizdən təxminən iyirmi kilometr cənub-qərbdə bərq vururdu. Hökumət qoşunları hələ 1936-cı ilin avqustunda burada dayanıb Saraqosanın işıqlarına tamaşa edirdilər. İndi də eyni yerdədirlər.

Bir nəfər ispanı-Vilyamsın qaynı Romanı və on iki ispan pulemyotçusunu əlavə etmək şərti ilə otuz nəfər idik. Müharibə adətən həmişə yaramaz, dələduz adamları özünə çəkir. Lakin ingilislər hamısı əla uşaqlar idilər. Dözümlü və üzüyola xasiyyətləri ilə seçilirdilər. Aralarında ən yaxşısı isə Bob Smayli – sonralar Valensiyada mənasız ölümlə həyatına son qoyulan məşhur şaxtaçı rəhbərinin nəvəsi idi. Dil maneəsinə baxmayaraq ingilislərlə ispanlar həmişə asanlıqla bir-birlərinə uyğunlaşa bilirdirlər. Məncə, burada ispanların rolu daha böyük idi. Doğrudur, onlar cəmi-cümlətanı iki ingilis sözü bilirdilər. Biri “O`key, bebi”1313
  OK, bebi (İng.) – Oldu, balaca!


[Закрыть]
idi. O birisi isə Barselona fahişələrinin ingilis dənizçiləri ilə danışarkən istifadə etdikləri ifadəydi. Ancaq naşirlərin həmin ifadəni kitaba salmayacaqlarını əvvəlcədən bildiyimdən burada yazmıram.

Yenə cəbhədə heç bir hadisə baş vermirdi. Arabir məqsədsiz atılan güllənin vıyıltısı eşidilir, nadir hallarda isə ətrafda faşist minası partlayırdı. Bizimkilər dərhal dağın zirvəsindəki səngərdən başlarını qaldırıb minanın hara düşdüyünü öyrənməyə çalışıırdılar. Burada düşmən bizə yaxın məsafədə idi – təxminən üç yüz-dörd yüz metr aralıda yerləşirdi. Ən yaxın mövqe isə bizimlə üzbəüz idi. Ambrazuradakı düşmən pulemyotlarının yuvaları daim döyüşçülərimizi şirnikləndirirdi. Ara yerdə isə havayı xərclənən patronlar hayıf olurdu. Faşistlər nadir hallarda tüfəngə əl agtırdılar. Başını səngərdən azacıq çıxarmaq istəyən hər kəsi isə sərrast pulemyot atəşinə tuturdular. Amma yenə də dəstəmizdə ilk yaralı yalnız on gündən sonra peyda oldu. Fərarilərin məlumatına görə önümüzdəki ispan qüvvələrinin sırasında bir neçə nəfər alman kiçk zabiti də vardı. Orada mavrlar da vuruşurmuş. İsti iqlimə öyrəşmiş zavallıların soyuqdan necə əziyyət çəkdiklərini təsəvvür eləmək çətin deyildi. Düşmənlə aramızdakı neytral ərazidə düşüb qalmış mavr meyitini on gün götürən olmamışdı. Bizim mövqemizdən sol tərəfdə, iki-üç kilometrlik məsafədə qarşı-qarşıya dayanan təmas xətti başa çatır, heç kimin nəzarət etmədiyi meşəli dərə başlayırdı. Faşistlər də, biz də gündüzlər ora patrul göndərirdik. Bu əsl boyskaut1414
  İngilis sözü “scout” həm də “kəşfiyyatçı” mənasında işlədilir. Müəllif də buna işarə edir.


[Закрыть]
ruhunda olan yaxşı oyun idi. Amma heç vaxt faşist partulunu bir neçə yüz metrlik məsafədən yaxında görə bilməmişdim. Qarnı üstə sürünə-sürünə xeyli məsafə qət edəndən sonra biz cəbhə xəttini keçir, damında monarxist bayrağı dalğalanan kəndli evinin tuşuna çatırsdıq. Müəyyən fasilələrlə evə atəş açır, pulemyot güllələrinə hədəf olmamaq üçün dərhal da gizlənirdik. Burada faşistlərin qərargahı yerləşirdi. Ən azı bir neçə pəncərənin şüşəsini sındıra bildiyimizə ümidim çox idi. Pusquda dayandığımız yerlə qərargahın arası azı səkkiz yüz metr olardı. Bizim tüfənglərlə belə məsafədən atılan güllələrin gedib evə çatmağının özü böyük sual altında idi.

Günlər soyuq və işıqlı keçirdi. Bəzən günortalar səmada günəş görünürdü. Amma şaxta sınmaq bilmirdi. Təpənin yamacında yabanı zəfəran və süsənotunun pardaxlanmış ləçəkləri gözə dəyirdi. Bahar gəlirdi. Amma gəlişi çox ləng, asta idi. Gecələr qışdakından da soyuq olurdu. Səhərə yaxın qarovuldan qayıdanda mətbəxdə sönməkdə olan tonqalın külünü eşələyir, öləzimiş qırmızımtıl kömürün üstündə dayanırdıq. Düzdür, ayaqqabımızın altı yanırdı, amma ayaqlarımız qızınırdı. Bəzən səhərlər dağların arxasından elə gözəl sübh şəfəqləri parıldayırdı ki, bu gözəlliyi görmək üçün çox ertədən oyanmaq da adamı təəssüfləndirmirdi. Dağları o qədər də sevmirəm. Onlara tamaşa etməkdən də xoşlanmıram. Amma bəzən arxamızdakı zirvələrin rasından doğan sübh şəfəqlərini, onların qaranlığı ülgüc kimi kəsən, sonra isə ətrafı nura boyayan şüalarını görəndə bütün gecəni yatmadığıma, ayaqlarımın keyiyib daşa döndüyünə, tez oyandığımdan səhər yeməyi verilənə qədər azı üç saat gözləyəcəyimə hayıfsılanmırdım. Bu bir neçə ay ərzində bütün ömrüm boyu gördüyündən daha çox sübh şəfəqlərinə tamaşa etmişdim. Onlar həyatımın sonuna qədər mənə bəs edəcək.

Sayca o qədər də çox deyildik. Deməli, qarovul növbəsinə daha tez-tez çıxmalı, nəticədə daha çox yorulmalı idik. Mən cəbhənin hətta ən sakit yerlərində də döyüşçünün formada qalması üçün zəruri olan yuxunun çatışmamasından əziyyət çəkirdim. Qarovul və partul növbələrindən başqa gecələr bəzən həyəcan siqnalları və “Qalx!” komandası da verilirdi. Hələ onu demirəm ki, adamın ayaqlarının daim donduğu lənətə gəlmiş torpaq çalada yuxuya getməyin özü də asan məsələ deyildi. Cəbhədə keçirdiyim ilk üç-dörd ayında bəlkə də on-on iki sutka yerli-dibli yata bilməmişdim. O biri tərəfdən səhərə qədər yata bildiyim gecələrin sayı da on-on ikidən artıq olmazdı. Həftədə iyirmi-otuz saat yuxu norma sayılırdı. Əslinə qalsa, yuxusuzluq mənə o qədər də dəhşətli təsir etmirdi. Sadəcə, gündüzlər adam dəli kimi gəzirdi. Bir də dağa dırmaşmaq çətin olurdu. Bütövlükdə isə ümumi əhvali-ruhiyyə pis sayılacaq dərəcədə deyildi. Amma aclıq hissi adamı bir an da rahat buraxmırdı. Aman allah, deməli aclıq belə olurmuş! Belə dəqiqələrdə hər cür yemək, hətta İspaniyaya bir dəfə yolu düşən hər kəsin həyatının sonuna qədər bütün varlığı ilə nifrət etdiyi lobya da çox ləzzətli görünürdü. Suyu (təbii ki, əgər bizə gəlib çatsa!) bir neçə kilometrlik məsafədən qatırların, yaxud arıqlıqdan üzülüb əldən düşmüş uzunqulaqların belində daşıyırdılar. Hansı səbəbdənsə, Araqon kəndliləri qatıra xoş münasibət bəsləyir, uzunqulaqları isə heç sevmirdilər. Eşşək bir balaca inadkarlıq eləyən kimi dərhal xayasını təpikləməyə başlayırdılar.

Daha bizə şam vermirdilər. Kibritlər də çox az qalmışdı. İspanların köməyi ilə zeytun yağı, tənəkə süd qutusu, giliz və bir parça əskidən lampa düzəltməyi öyrənmişdik. Bir az zeytun yağı tapan kimi belə əldəqayırma lampaya doldurub yandırırdıq. Amma ətrafa möhkəm his yayılırdı. Hər belə lampa bir şamın işığının dörddə birini verirdi. Bu işıqda sadəcə qaranlıqda tüfəngimizi tapa bilirdik.

Əsl döyüşə bəslədiyimiz ümidlər hələ də doğrulmasmışdı. Monte Poçeronu tərk edərkən patronlarımı hesablamışdım. Üç həftə ərzində düşmənə cəmisi üç güllə atdığım aşkara çıxmışdı. Adətən deyirlər ki, bir adamı öldürmək üçün gərək min güllə sıxasan. Deməli, ilk faşisti öldürənə qədər hələ gərək iyirmi il də gözləyəydim. Monte Okurada düşmən daha yaxında idi. Tez-tez tüfəngə əl atmalı oluduq. Lakin gülləmin hələ də bir adama dəymədiyinə əmin idim. Həmin dövrdə cəbhənin bu hissəsində həqiqi silah tüfəng yox, meqafon idi. Düşməni öldürmək imkanı olmadığından üstünə qışqırırdıq. Müharibə aparmağın bu üsulu o qədər qeyri-adidir ki, onun üzərində yəqin ki, daha ətraflı dayanmaq lazımdır.

Əgər düşmən səngəri çox yaxın məsafədə idisə, hər iki tərəf qara – qışqırıqla biri-birinin səsini batırmağa çalışırdı. Biz bağırırdıq: Fascistas-maricones! Faşistlər cavab verirdilər. Viva Espana! Viva Franco!1515
  Viva Espana! Viva Franko (İsp) – Yaşasın İspaniya! Yaşasn Franko!


[Закрыть]
Əgər qarşılarında dayananların ingilis olduğunu bilirdilərsə, mütləq əlavə edirdilər: “İngilislər, go home!1616
  Go home! .(İng.) – Rədd olun!


[Закрыть]
Bizə xaricilər lazım deyil!” Respublika qoşunları, xüsusən də könüllü dəstələr düşməni mənəvi cəhətdən ruhdan salıb sarsıtmaq üçün “qışqırmağın” mükəmməl texnologiyasını yaratmışdılar. Azacıq imkan düşən kimi döyüşçüləri, xüsusən də pulemyotçuları meqafonlarla təchiz edir, səsli təbliğata göndərirdilər. Onlara əvvəlcədən hazırlanmış material, əsasən də inqilabi ruhlu şüarlar verirdilər. Bu şüarlar vasitəsi ilə faşist əsgərlərinə dünya kapitalizminin əlaltıları olduqları, siyasi korluqları ucbatından öz qardaşlarına qarşı mübarizə aparmaları və s. məsələlər izah edilməli idi. Təbliğatın mühüm hissəsi faşistləri bizim tərəfimizə keçmələri üçün şirnikləndirməyə yönəlmişdi. Şüarlar fasiləsiz təkrarlanır, meqafon önündə əsgərlər biri-birini əvəz edirdilər. “Təbliğat” bəzən gecədən səhərə qədər çəkirdi. Bu işin müəyyən bəhrəsinin olması göz önündə idi. Faşistlər tərəfdən qaçan fərarilərin ilk növbədə uğurlu təbliğatımız nəticəsində bu addımı atdıqları güman edilirdi. Yəqin ki, bir vaxtlar sosialistlərin, yaxd anarxistlərin həmkarlar təşkilatının üzvü olan, indi isə keçmiş əqidədaşları ilə üzbəüz səngərdə dayanıb soyuqdan donan əsgərlər “Öz qardaş-larınıza silah qaldırmayın!” – çağırışından təsirlənirdilər. Əks tərəfə keçib-keçməmək məsələsində tərəddüd edən əsgər üçün eşitdiyi ani çağırış həlledici olurdu. Təbii ki, belə müharibə üsulu ingilis anlayışları ilə bir araya sığmırdı. “Meqafon müharibəsini” görəndə özüm də heyrətə gəlmişdim. Düşməni gülləbaran etmək əvəzinə sözlə inandırmaq? İndi isə həmin üsulun hər mənada özünü doğrultduğuna səmimi – qəlbdən inanıram. Artilleriyanı işə salmağa imkan olmadığı səmərəsiz mövqe savaşında özün üç nəfər itki vermədən üç dümən əsgərini aradan götürmək qeyri-mümkündür. Amma onlardan müəyyənini cəbhəni buraxıb qaçmağa inandıra bilsəniz, bu əla nəticədir! İstənilən halda fərarilər sənə meydan oxuyan düşməndən daha yaxşıdır. Çünki onlardan hansısa məlumat almaq olur. Amma ilk vaxtlar bu üsul bizi pərt eləmişdi. İspanların müharibəyə kifayət qədər ciddiyyətlə yanaşmadıqlarını düşünürdük. Bizdən sağ tərəfdəki P.S.U.C. dəstəsində "meqafon müharibəsini" əsl təbliğat ustası aparırdı. Bəzən inqilabi şüarlar qışqırmaq əvəzinə o, faşistlərə yediyimiz ləziz xörəklərdən danışmağa başlayırdı. Bu adamı respublika ordusunun qida rasionu ilə əlaqədar fantaziya qıtlığında günahlandırmaq çətin idi. “Qızardılmış çörək və yağ!” – əsgərin səsi dərə boyu əks-səda verirdi. “İndi biz qızardılmış çörəklə yağ yeyirik! Qızardılmış çörəyin üstünə yaxılan kərə yağı adama ləzzət eləyir!” Şübhəsiz, o da bizim kimi aylarla olmasa da, həftələrlə yağ üzü görməmişdi. Lakin faşistlər isti çörəklə kərə yağı haqqında iştah açan bir tərzdə deyilən sözləri eşidəndə, yəqin, ağızlarının suyunu saxlaya bimirdilər. Təbliğatçı həmkarımızın yüz faiz yalan danışdığını bildiyim halda mənim də ağzımın suyu axırdı.

Fevral ayında bir dəfə yaxınlığımızda uçan faşist təyyarəsi gördük. Həmişə belə hallarda olduğu kimi pulemyotu açıq yerə çıxardıq, lüləsini yuxarı qaldırıb daha yaxşı nişan almaq üçün arxası üstdə uzandıq. Yamacdakı mövqeyimiz düşmənə o qədər də əhəmiyyətli görünmürdü. Yəqin həmin səbəbdən də səmada az-az gözə dəyən faşist təyyarələri pulemyot atəşinə hədəf olmamaq üçün kənardan uçmağa çalışırdılar. Amma bu dəfə təyyarə düz üstümüzə gəlirdi. Həm də elə ucadan uçurdu ki, atəşə tutmaq mümkün deyildi. Təyyarədən atılan isə bomba deyil, havada uçuşan vərəqlər idi. Bir neçə vərəq də bizim səngərə düşmüşdü. Bu, Malaqanın süqutu haqda xəbər verən “Heraldo de Araqon” adlı faşist qəzeti idi.

Həmin gecə faşistlər səngərimizə uğursuz hücuma cəhd göstərmişdilər. Yorğunluqdan ayaq üstə güclə dayandığımdan yatmağa hazırlaşırdım. Birdən yuxarıda, başımızın üstündə açılan atəş səslərini eşitdim. Kimsə səngərin içərisinə əyilib “Düşmən hücuma keçib!”-deyə qışqırdı. Tüfəngi götürüb təpəyə, pulemyot bölüyünün yanındakı postuma qaçdım. Göz – gözü görmürdü. Dəhşətli səs-küy qopmuşdu. Yəqin bizi ən azı beş pulemyotdan atəşə tutmuşdular. Faşistlərin axmaqcasına az qala öz səngərlərinə tulladıqları qumbaralar boğuq səslə partlayırdı. Hər tərəfə zülmət qaranlıq çökmüşdü. Aşağıda, bizdən sol tərəfdəki dərədə düşmənin güllə yağışının yaşılımtıl işığı diqqətimi çəkdi. Deyəsən, hansısa faşist patrulu döyüşə girişmişdi. Qaranlıqda güllə parıltıları işıldayırdı. Başımızın üstündən keçən bir neçə mərminin vıyıltısı eşidildi. Amma bizim müharibədə tez-tez təsadüf etdiyimiz kimi atılan mərmilər də partlamadı. Arxadan pulemyot şaqqıltısı eşidiləndə əməlli-başı qorxuya düşdüm. İlk anda mühasirəyə alındığımızı fikirləşdim. Amma bir an sonra öz pulemyotumuz olduğunu anladım. Deməli, biz də atmağa başladıq. Lakin həmişəki kimi patronların keyfiyyətsizliyi üzündən güllə pulemyotun lüləsində ilişib qaldı. Şompol harasa yoxa çıxmışdı. Əlacımız dayanıb üstümüzə gələn düşməni gözləməyə qalmışdı. İspan pulemyotçuları heç vaxt gizlənmək haqda fikirləşmirlər. Əksinə, bəzən bilərəkdən özlərini güllə qabağına qoyurlar. İndi mən də onlar kimi hərəkət etməyə məcbur idim. İlk dəfə idi ki, sözün həqiqi mənasında atəş altında dayanmışdım. hərəkətim özümə alçaldıcı görünsə də, bərk qorxmuşdum. Atəş yağışına düşəndə həmişə belə olur. Səni vuracaqlarından daha çox güllənin haradan dəyəcəyindən qorxursan. Hər an növbəti güllənin hədəfinə çevriləcəyini düşünürsən, əzələlərin gərilir, bədənin ilan kimi qıvrılıb həssas vəziyyət alır.

Bir, yaxud iki saat keçdi. Atəş seyrəldi, sonra tamam kəsildi. Bizdən bir nəfər yaralanmışdı. Faşistlər neytral əraziyə bir neçə pulemyot çıxarmışdılar. Lakin təhlükəsiz məsafədə dayanıb gözləyirdilər. Səngərlərimizə hücum etməyə təşəbbüs göstərmirdilər. Deyəsən, ümumən belə niyyətləri yox idi. Sadəcə havaya atəş açır, şənlənir, yəqin ki, Malaqanın süqutunu bayram edirdilər. Məndən ötrü bu hadisənin əsas ibrət dərsi həmin gündən qəzetlərdə çıxan hərbi məlumatlara inamsız yanaşmağım oldu. Çünki faşistlərin baş tutmayan hücum cəhdindən bir-iki gün sonra qəzetlər cəsur ingilis könüllüləri tərəfindən düşmən süvariləri və tanklarının (özü də sıldırım yamacda!) hücumunun qəhrəmancasına dəf edilməsindən yazırdılar.

Faşistlər Malaqanın süqutu haqda vərəqə tullayanda əvvəlcə xəbərin yalan olduğunu düşündük. Ertəsi gün doğruya daha çox bənzəyən şayiələr eşitdik. Sonra isə rəsmi məlumat yayıldı. Tədricən biabırçı hadisənin təfərrüatları üzə çıxdı. Şəhərin bircə güllə atılmadan təslim edilməsi, italyanların cəbhəni qoyub qaçan əsgərlərə deyil, mülki əhaliyə hücumu, bir yolla canlarını qurtarmağa çalışan yerli sakinləri uzun müddət izləmələri və pulemyot atəşinə tutmaları məlum oldu. Yenilik ön cəbhədəki əsgərlər üzərində çox pis təsir buraxdı. Hamı yekdilliklə Malaqa-nın xəyanət qurbanı olduğunu düşünürdü. Mən ilk dəfə idi ki, xəyanət və düşmənə münasibətdə fikir ayrılığı barədə eşidirdim. Mən ilk dəfə idi ki, həqiqətin kimin tərəfində olduğunu qəti bildiyim bu müharibəyə şübhə ilə yanaşmağa başlamışdım.

Fevralın ortalarında Monte Okuranı tərk etdik, cəbhənin həmin nöqtəsindəki P.O.U.M. könüllüləri ilə birlikdə Xueskunu mühasirəyə alan orduya qoşulduq. Yük maşınları bizi qırov basmış düzənliklə təxminən səksən kilometlik məsafəyə apardı. Yolun hər iki tərəfində budanmış üzüm başları və torpağın altından yenicə baş qaldıran arpa zəmiləri uzanıb gedirdi. Yeni mövqeyimizin dörd kilometrliyində oyuncaq şəhərciyə bənzəyən Xuesku görünürdü. Hələ neçə ay əvvəl, Sietamo ələ keçiriləndən sonra respublika ordusuna komandanlıq edən general gülə-gülə “Sabah Xueskoda qəhvə içəcəyik” – demişdi. Amma belə olmamışdı. Bir neçə qanlı hücum hazırlanıb həyata keçirilsə də, şəhər möhkəm dayanmışdı. “Sabah Xueskoda qəhvə içəcəyik” – sözləri isə orduda lətifəyə çevrilmişdi. Əgər nə zamansa yolum bir də İspaniyaya düşsə, mütləq Xueskoda qəhvə içəcəyəm.

V

Martın sonlarına qədər cəbhənin Xuesko altındakı şərq hissəsində heç bir hadisə baş verməmişdi. Demək olar ki, heç bir hadisə. Düşməndən min iki yüz metrlik aralıda səngər salmışdıq. Faşistlər geri oturdulub Xueskoda möhkəmlənəndən sonra respublika ordusu düşməni təqib etməyə xüsusi səy göstərməmişdi. Bu səbəbdən də cəbhə xətti şəhər ətrafında nal kimi əyilmişdi. Sonrakı hücumlar nəticəsində çətin də olsa, naslvari əyrini bir az düzəltmək lazım gəlmişdi. İndi düşmən elə bil, yox kimi idi. Bizim fikrimizi isə sadəcə iki şey məşğul edirdi: necə qızınmaq və yeməyə haradan bir şey tapmaq. Əlbəttə, bu ayrı heç nəyə maraq göstərmədiyimin dəlil-sübutu sayıla bilməz. Maraqlar barədə sonra yazacağam. İndi isə hadisələrin ardıcılığını pozmadan respublikanın daxili siyasi vəziyyəti haqqında təsəvvür yaratmağa çalışacağam.

Əvvəlcə müharibənin siyasi tərəfinə elə də əhəmiyyət vermirdim. Yalnız onun içərisinə düşəndən sonra siyasətlə maraqlanmağa başladım. Əgər partiya siyasətinin dəhşətləri sizə maraqlı gəlmirsə, səhifələrin üstündən oxumadan ötüb keçə bilərsiniz. Təhkiyəmin siyasi hissəsini də məhz bu məqsədlə ayrıca fəsildə yerləşdirirəm. Həm də ispan müharibəsi haqqında yalnız hərbi baxımdan söz açmaq düzgün olmazdı. Bu, hər şeydən əvvəl siyasi müharibə idi. Cəbhə xəttinin arxasında, respublikaçıların sıralarında gedən partiyadaxili mübarizənin mahiyyətini aydınlaşdırmadan ön xətdə baş verən hadisələri, xüsusən də müharibənin birinci ilinin özünəməxsusluqlarını başa düşmək mümkün deyil.

İspaniyaya gəldiyim ilk vaxtlarda nəinki siyasətlə maraqlanırdım, hətta onun mövcudluğundan bixəbər idim. Müharibə getdiyimi bilirdim, lakin xarakteri haqqında heç bir təsəvvürüm yox idi. Əgər məndən könüllülərin sırasına nə üçün qoşulduğumu soruşsaydılar, belə deyərdim: “Faşizmə qarşı vuruşmaq üçün!” Nəyin uğrunda vuruşduğumu soruşana isə cavabım belə olardı: “Bəşəri dəyərlərin qorumnası naminə!” Mən bu müharibəyə “Nyus-Kronikl-Nyu steytsmen” jurnalının verdiyi tərifi qəbul etmişdim. Orada deyilirdi ki, ispan müharibəsi “sivilizasiyanı Hitlerin maliyyələşdirdiyi polkovnik Blimplərin1717
  İngilis karikaturaçı rəssamı C. Lounun qəhrəmanı olan küt, səviyyəsiz, cahil, düşünmək qabiliyyətindən məhrum hərbçi surəti. Eyni mövzuda “Polkovnik Blimpin həyatı və ölümü” adlı ingilis hərbi filmi də var. (Tərcüməçinin qeydi)


[Закрыть]
ordusundan qorumaq üçün” aparılır. Barselonanın inqilabi atmosferi məni çox həyəcanlandırmışdı. Lakin bu atmosferin mahiyyətini başa düşməyə can atmamışdım. P.S.U.C., P.O.U.M., F.A.İ., C.N.T1818
  C.N.T. – Confederecion Nacional del Trabaya (İsp)– Milli Əmək Konfederasiyası


[Закрыть]
., U.G.T1919
  U.G.T.– Union General de Trabayadoros (İsp.) – Zəhmətkeşlərin Ümumi Həmkarlar İttifaqı


[Закрыть]
., J.C.İ2020
  J.C.İ. (Junior Chamber İnternational (İng.) – Beynəlxaqq Gənclər Birliyi


[Закрыть]
., J. C.U2121
  J.C.U. (Junior Chamber Union (İsp.) – Birləşmiş Gənclər Birliyi


[Закрыть]
., AİT kimi yeknəsək adlarla tanınan siyasi partiya və həmkarlar təşkilatlarının kaleydoskopuna gəldikdə isə, onlar məni sadəcə əsəbiləşdirirdilər. İlk baxışdan adama elə gəlirdi ki, İspaniya ixtisar epidemiyasından əziyyət çəkir. P.O.U.M.-un (Barselonaya İ.L.P2222
  I.L.P. International Labour Party (Ing.) -Beynəlxalq Əmək Partiyası


[Закрыть]
. xətti ilə gəldiyimə görə P.O.U.M.-a qəbul edilmişdim) könüllülər dəstəsinin tərkibində olduğumu bilirdim. Lakin partiyalar arasında fərqlərin əhəmiyyətli ağlıma da gəlmirdi. Monte Poçeroda bizdən soldakı mövqelərdə sosialistlərin (P.S.U.C. nəzərdə tutulurdu) dayandığını eşidəndə bərk təəccübləndim və soruşdum: “Məgər biz sosialist deyilik?” Həyatı uğrunda mübarizə aparan xalqın partiyalara bölünməsi mənə səfehlik təsiri bağışlayırdı. Fikirlərimdə sadə bir düşüncəyə əsaslanırdım: “Partiya cəfəngiyyatını bir tərəfə ataq və müharibə ilə məşğul olaq”. Bu həm də ingilis qəzetlərinin hiyləgərcəsinə təbliğ etdikləri düzgün “antifaşist” mövqe idi. Təbliğatdan məqsəd mübarizənin əsl mahiyyətini anlamağın qarşısını almaq idi. Lakin eyni münasibəti İspaniyada, xüsusən də Kataloniyada hifz eləmək imkansızdı. İstəsə də, istəməsə də hər kəs sonda öz partiyasını seçirdi. Kimisə partiya, yaxud həmin partiyanın siyasi xətti maraqlandırmaya bilərdi. Lakin hər kəs yaxşı başa düşürdü ki, indi söhbət onun fərdi taleyindən gedir. Könüllülər dəstəsində xidmət dövründə siz antifaşist ordusunun əsgəri idiniz. Eyni zamanda həm də iki siyasi istiqamət arasındakı mübarizədə kiçik fiqur idiniz. Mən yandırmağa çırpı axtarmaq üçün yamacda süründüyüm vaxt baş verənlərin həqiqi müharibə, yoxsa “Nyus kronikl”in uydurması olması haqda çox düşünürdüm. Barselona üsyanı zamanı kommunistlərin pulemyot atəşlərindən gizlənmişdim. İspaniyanı tərk edəndə isə polis təqiblərinə məruz qalmışdım. Və bütün bunlar P.S.U.C.-da deyil, P.O.U.M.-da xidmət etdiyimə görə baş vermişdi. Sən demə bu iki abbreviaturanın çox böyük fərqi varmış.

Respublikaçı qüvvələr arasında fikir ayrılıqlarının necə yarandıığını anlamaq üçün əvvələ qayıtmaq lazımdır. Güman etmək olar ki, döyüşlərin başlandığı 18 iyul günü Avropanın bütün antifaşistləri rahat nəfəs aldılar. Nəhayət ki, faşizmlə mübarizəyə qalxan demokratik hökumət tapılmışdı. Uzun illər özlərini demokrat sayan qüvvələr faşizm qarşısında addım-addım geri çəkilirdi. Yaponlara Mancuriyada ürəkləri istəyən kimi ağalıq eləməyə imkan yaratmışdılar. Hitler hakimiyyətə gəlib ağına-bozuna baxmadan siyasi əleyhdarlarına divan tutmağa başlamışdı. Mussolini həbəşlərin təpəsinə bomba yağdırırdı. Bütün bunlar baş verən zaman əlli üç millət (ümidvaram ki, sayda səhvə yol vermirəm) xeyirxah istəklə sadəcə “Əlinizi çəkin!”-deyirdi. Lakin Franko mötədil – sol hökuməti devirməyə cəhd göstərəndə heç kimin gözləmədiyi halda ispan xalqı ayağa qalxdı. Hamı artıq ispan tarixinin dönüş anının gəldiyini düşünürdü. (Həqiqətən belə olması da mümkün idi). Eyni zamanda ümumun diqqətindən yayınan faktlar da az deyildi. Əvvəla, Frankonu Hitler və Mussolini ilə eyniləşdirmək düzgün olmazdı. İspan diktatorunun üsyanı kilsə və aristokratiyanın tərəfdar çıxdığı hərbi qiyam idi. Onun məqsədi xüsusən də ilk vaxtlarda faşist rejiminin qurulmasından daha çox feodalizmin bərpa edilməsi idi. Nəticədə yalnız fəhlə sinfi deyil, liberal burjuaziyanın ayrı-ayrı təbəqələri də Frankoya qarşı ayaqlandı. Bunlar əslində daha müasir formada meydana çıxmış faşizmi dəstəkləyən qüvvələr idi. İspan fəhlə sinfinin, məsələn ingilis fəhlələri kimi “demokratiyanın” müdafiəsi, yaxud status-kvonun bərpası tələbləri ilə ortaya atılmaması faktı isə daha böyük əhəmiyyət daşıyırdı. İspan fəhlələrinin müqaviməti əslində həqiqi inqilabi partlayışa çevrilmişdi. Kəndlilər torpaqları tuturdular. Bir çox zavodlar və demək olar ki, bütün nəqliyyat həmkarlar ittifaqlarının əlinə keçmişdi. Kilsələr dağıdılmışdı, din xadimləri qovulmuş, yaxud öldürülmüşdü. “Deyli-meyl” qəzeti katolik ruhanilərin təqdir sədaları altında Frankonu ölkəni “qırmızıların” vəhşi ordularından xilas edən vətənpərvər obrazını yaratmışdı.

Müharibənin ilk aylarında Frankonun həqiqi əleyhdarları hökumətdən daha çox həmkarlar ittifaqları idi. Qiyam başlayan kimi mütəşəkkil fəhlə dəstələri ümumi tətillə cavab verdilər. Onlar özlərinə hökumət cəbbəxanalarından silah verilməsini tələb edirdilər. Mübarizə nəticəsində sonda silahları ala bildilər. Əgər fəhlələr gözlənilmədən, həm də müəyyən qədər müstəqil hərəkət etməsəydilər, çox ehtimal ki, Franko heç bir müqavimətlə üzləşməyəcəkdi. Əlbəttə, bunu qəti şəkildə iddia etmək doğru olmazdı, lakin belə imkanın mövcudluğu da diqqətdən qaçırılmamalıdır. Hökumət hazırlanan qiyam haqda çoxdan məlumatlı olsa da, qarşısını almaq üçün heç nə etmədi. Yaxud demək olar ki, heç nə etmədi. Qiyam başlananda isə özünü o dərəcədə zəif və inamsız göstərdi ki, bir gün ərzində İspaniyada üç baş nazir dəyişildi. Vəziyyəti xilas edəcək yeganə addım – fəhlələrə silah paylanması çox həvəssiz və yalnız kütlələrin təzyiqi ilə həyata keçirildi. Nəhayət, silah verildi. İspaniyanın şərqində hökumətə sadiq qalan bəzi hərbi hissələrin (jandarmeriya) yardımı və fəhlə sinfinin səyləri nəticəsində faşistlər darmadağın edildi. Belə cəsarəti yalnız inqilabi mübarizəyə qalxan, sadəcə status-kvonun saxlanması deyil, daha böyük amal uğrunda çarpışdığının fərqində olan xalq göstərə bilərdi. Yalnız bir gün ərzində küçə döyüşlərində üç min nəfər həlak olmuşdu. Əllərində sadəcə dinamit şaşkaları tutmuş kişilər və qadınlar meydanlara axışıb yaxşı təlim görmüş, pulemyotlarla silahlanmış əsgərlərin qoruduqları binaları ələ keçirirdilər. Saatda yüz kilometr sürətlə şığıyan taksilər hərəkətlərini bir an da ləngitmədən faşistlərin strateji məntəqələrdə qurduqları pulemyot yuvalarını məhv edirdilər. Hətta müqavimətin əsas özəyi olan anarxist və sosialistlərin hələ kəndlilərin torpaqları tutmaları və özünüidarə şuraları yaratmaları haqda heç nə bilmədikləri məqamda da mübarizənin məqsədini kapitalist demokratiyasının qorunub saxlanmasında gördüklərini demək olmazdı. Bu demokratiya, ilk növbədə anarxistlərin nəzərində kütlələrin başını qatmaq üçün mərkəzləşdirilmiş yalan maşınından başqa bir şey deyildi.

Bu arada fəhlələr silah almışdılar və onu əldən buraxmaq istəmirdilər. (Bir il sonra Kataloniyadakı anarxist-sindikalistlərin əlində 30 min tüfəng olduğu aşkara çıxmışdı). Bir çox yerlərdə kəndlilər faşistpərəst mövqe tutan mülkədarların torpaqlarını əllərindən almışdılar.. Sənaye və nəqliyyatın kollektivləşdirilməsi ilə yanaşı fəhlə hakimiyyətinin ilkin orqanlarının yaradılmasına səy göstərilirdi. Yerli komitələr qurulur, fəhlə patrulları köhnə burjua polisini əvəz edir, həmkarlar təşkilatları fəhlələrdən ibarət könüllü dəstələr formalaşdırırdı. Əlbəttə, bu proses hər yerdə eyni şəkildə getmirdi. Hakimiyyətə nəzarət Kataloniyada ölkənin başqa rayonları ilə müqayisədə daha geniş yayılmışdı. Yerli hakimiyyət orqanlarının heç bir dəyişikliyə uğramadan fəaliyyətlərini sürdürdükləri rayonlar da vardı. Başqa ərazilərdə yerli hakimiyyət inqilab komitələri ilə birgə fəaliyyət göstərirdi. Üçüncü qisim yerlərdə müxtəlif anarxist kommunaları qurulmuşdu. Onlardan bəziləri bir ilə qədər fəaliyyət göstərmiş, yalnız bundan sonra hökumətin səyi ilə qovulmuşdular. Kataloniyada hakimiyyət bir neçə ay ərzində sənayenin əsas sahələrinə tam nəzarət edən anarxo-sindikalistlərin əlində olmuşdu. Beləliklə, İspaniyada baş verənlər vətəndaş müharibəsi alovu deyil, inqilabın başlanğıcı idi. Antifaşist mətbuat İspaniya hüdudlarından kənarda məhz bu faktı hər vasitə ilə gizlətməyə çalışırdı. Ölkədəki vəziyyət faşizmin “demokratiyaya qarşı mübarizəsi” kimi təsvir olunurdu. Hadisələrin inqilabi mahiyyəti məhasrətlə ört-basdır edilirdi. Mətbuatın daha çox mərkəzləşdiyi, ictimai fikri aldatmağın isə başqa yerlərlə müqayisədə daha asan olduğu İngiltərədə ispan müharibəsinin yalnız iki versiyası mövcud idi. Sağlar xristian vətənpərvərlə qaniçən bolşeviklərin, sollar isə hərbi qiyamı yatıran centlmen-respublikaçıların mübarizəsi haqqında məlumat yayırdılar. Nəticədə hadisələrin əsl mahiyyətini pərdələmək mümkün olmuşdu.

Bəs bunun səbəbi nə idi? İlk növbədə faşistyönlü mətbuatın respublikaçıların vəhşiliyi haqda vicdansız yalanlarından başlayaq. İspaniyanın artıq “qırmızı ölkə” olduğunu inkar edən xoşniyyətli təblğatçılar, şübhəsiz, bu yolla hökümətin yardımına tələsirdilər. Lakin əsas səbəb başqa idi. Bütün ölkələrdə mövcud olan kiçik inqilabi qrupları çıxmaq şərti ilə dünya İspaniya inqilabının qarşısını almaqda çox qətiyyətli idi. Ələlxüsus Sovet Rusiyasının yardımı ilə Kommunist partiyası inqilabı yatırtmaq üçün əlindən gələni edirdi. Kommunistlər inqilabın indiki mərhələsində məhvedici təsir göstrəcəyini iddia edirdilər. Ona görə də hakimiyyətin fəhlələrin deyil, burjua demokratlarının əlinə keçməsində maraqlı olduqlarını gizlətmirdilər. Kapitalist ölkələrindəki “liberalların“ da oxşar mövqe tutduqlarını şərh etməyə zərurət yoxdur. Xarici maliyyə yatırımları ispan iqtisadiyyatında çox mühüm rol oynayırdı. Məsələn, Barselonadakı nəqliyyat şirkətinə on milyon ingilis funt-sterlinqi həçmində yatırım qoyulmuşdu. Həmkarlar ittifaqları isə bütün nəqliyyat şirkətlərini müsadirə etmişdi. Kapitalist respublikasının qələbəsi xarici kapitalın xilacı demək idi. İnqilabı boğmaq zərurəti yarandığından ən asan yol onun mövcudluğunu yerli-dibli inkar etmək idi. Bu xüsusi çətinlik çəkmədən hər bir hadisənin həqiqi mahiyyətini pərdələməyə imkan verirdi. Həmkarlar ittifaqının hakimiyyəti mərkəzi hökümətə təslim etməsi istiqamətində istənilən addımı hərbi baxımdan yenidən təşkilatlanmanın zəruri tələbi kimi qiymətləndirmək olardı. Beləliklə, olduqca maraqlı mənzərə yaranmışdı. İspaniyadan kənarda çox az adam inqilab baş verdiyini anlayırdı. İspaniyanın özündə isə heç kəsin buna şübhəsi yox idi. Hətta P.S.U.C.-un kommunistlərin nəzarətində olan, müəyyən qədər antiinqilabi xətt yeridən qəzetləri də “bizim şanlı inqilabdan” yazırdılar. Elə bu arada xaricdəki kommunist mətbuatı İspaniyada inqilabın ən kiçik nişanələrinin də gözə dəyməməsi barədə cığır-bağır salır, zavodların ələ keçirilməsini, fəhlə komitələrinin yaradılmasını yerli-dibli inkar edir, ayrı-ayrı təsadüflərə isə “siyasi əhəmiyyət verməyin lüzumsuz olduğunu” göstərirdilər. “Deyli Uorker” qəzeti 6 avqust 1936-cı il sayında bildirirdi ki, yalnız “alçaq yalançılar” ispan xalqının burjua demokratiyası deyil, sosial inqilab uğrunda mübarizə apardıqlarını iddia edə bilər. Digər tərəfdən Xuan Lopezin Valensiya hökumətinin başqa bir üzvü 1937-ci ildə bəyan etmişdi ki, “ispan xalqı öz qanını demokratik respublika və kağız üzərində konstitutsiya üçün deyil, inqilab yolunda axıdır”. Beləliklə “alçaq yalançıların” bizə uğrunda mübarizəyə səslədikləri hökumətin tərkibində qaldıqları aşkara çıxırdı. Xaricdəki antifaşist qəzetlərin bəziləri yalnız faşistlərin möhkəmləndirilmiş istehkama çevirdikləri kilsələrin dağıdılması kimi miskin yalan söyləməkdən çəkinmirdilər. Əslində isə kilsələrin dağıdılması kütləvi xarakter daşıyırdı və hamıya məlum məsələ idi. Çünki ispanların təsəvvüründə kilsə də xalqa qarşı çıxan quldur dəstəsinin tərkib hissəsi idi. İspaniyada olduğum altı ay ərzində cəmisi iki salamat kilsə görə bildim. Madriddəki bir-iki protestant kilsəsini çıxmaq şərti ilə təxminən 1937-ci ilin iyul ayına kimi ümumiyyətlə heç yerdə dini ayin icra edilmirdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации