Текст книги "Kataloniyanı Xatırlarkən"
Автор книги: Джордж Оруэлл
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Əslində, bu inqilabın sonu yox, başlanğıcı idi. Fəhlələr hətta hökuməti devirmək, yaxud funksiyalarına nəzarəti əllərinə almaq (ilk nöbvədə Kataloniyaya, habelə bəzi digər regionlara da aid idi) imkanlarının yarandığı yerlərdə də bunu etmirdilər. Çünki, Frankonun az qala kandarda dayandığı, orta təbəqənin müəyyən hissəsinin diktatorun tərəfini saxladığı bir şəraitdə belə addım ata bilməzdilər. Ölkə keçid vəziyyətində idi. O, ya sosializmə doğru kurs götürə, ya da adi kapitalist respublikası vəziyyətinə qayıda bilərdi. Kəndlilər mülkədar torpaqlarının çoxunu tutmuşdular. Əgər Franko qələbə çalmasa, onu əllərində saxlamaq niyyətində idilər. Bütün əsas istehsal sahələri ümumiləşdirilmişdi. Lakin mövcud vəziyyətin olduğu kimi saxlanması, yaxud kapitalist üsuli-idarəsinə qayıdılması son nəticədə hansı qrupun qalib gəlməsindən asılı idi. İlkin vaxtlarda həm mərkəzi hökumət, həm də yarım-muxtar Kataloniya hökuməti fəhlə sinfinin mövqelərini müdafiə edirdi. Bunu tam əminliklə söyləmək mümkündür. Sol sosialist Kabaleronun hökumətinin tərkibində U.G.T.-nin və C.N.T.-nin təmsil edən nazirlər vardı. Kataloniya hökuməti müəyyən dövr ərzində Antifaşist Müdafiə Komitəsi2323
Comite de Central Miliciascistas (İsp.) – Antifaşist Könüllülərin Mərkəzi Komitəsi. Nümayəndələr təşkilat üzvlərinin sayına görə seçilirdilər. Doqquz mümayəndə həmkarlar ittifaqını, üç nümayəndə liberal partiyasını, iki nümayəndə müxtəlif marksist qrupları – R.O.U.M, kommunistlər və s. təmsil edirdi.
[Закрыть] tərəfindən tamamilə sıxışdırılıb sıradan çıxarılmışdı. Komitə özü isə əsasən həmkarlar ittifaqları nümayəndələrindən təşkil olunmuşdu. Bir müddət sonra Komitə buraxıldı, Kataloniya hökuməti yenidən təşkil edildi. Bu zaman onun tərkibinə həmkarlar ittifaqlarının və müxtəlif sol partiyaların nümayəndələri də daxil oldu. Lakin bundan sonra hökumətdəki hər yeni dəyişiklik onu sağa doğru daha çox çəkirdi. Əvvəlcə hökumətin tərkibindən P.O.U.M.-u qovdular. Altı ay sonra Kabalyeronu sağ sosialist Neqrinlə əvəz etdilər. Bunun ardınca C.N.T., sonra isə U.G.T. mərkəzi hökumətdən çıxarıldı. Sonda C.N.T. Kataloniya hökumətini də tərk etməli oldu. Nəhayət, müharibə və inqilabın başlanmasından bir il sonra hökumət yalnız sağ sosialistlərdən, liberallardan və kommunistlərdən ibarət idi.
Sağa doğru ümumi meyl SSRİ-nin hökumətə silah verməyə başladığı, hakimiyyətin isə anarxistlərdən kommunistlərə keçdiyi 1936-cı ilin oktyabr-noyabr aylarında baş verdi. Rusiya və Meksikadan başqa heç bir dövlət İspaniyanın köməyinə gəlməyə lazım bilmədi. Meksika bəlli səbəblərə görə böyük miqdarda silah göndərə bilmirdi. Nəticədə ruslar öz şərtlərini diqtə etmək imkanı qazandılar. Həmin şərtlərin əsas məzmunu isə çox güman ki, belə ifadə olunmuşdu: “İnqilaba imkan verməyin. Yoxsa silah almayacaqsınız”. İnqilab tərəfdarlarına qarşı çevrilmiş ilk addımın – P.O.U.M.-un Kataloniya hökumətinin tərkibindən qovulmasının SSRİ-nin əmri ilə ediilməsi heç bir şübhə doğurmamalıdır. Bəzən Sovet hökumətinin açıq təzyiq göstərməsi fikrini inkar edirlər. Lakin bunun elə bir əhəmiyyəti yoxdur. Bütün ölkələrdəki kommunist partiyalarının sovet siyasətini həyata keçirdikləri hamıya aydındır. Heç kəs məhz kommunist partiyasının əvvəlcə P.O.U.M.-a, sonra isə anarxistlərə və Kabalyeronun başçılığı altındakı sosialistlər qanadına, yəni bütünlükdə inqilabi siyasətə qarşı çevrilmiş mübarizənin ilhamvericisi olduğu inkar edə bilməz. SSRİ müharibəyə qoşulan kimi kommunist partiyasının qələbəsi təmin edildi. Əvvəla, silah-sursat göndərdiyinə görə Rusiyaya minnətdarlıq və beynəlmiləl briqadaların gəlişindən sonra kommunist partiyasının müharibəni udmaq imkanlarının reallaşması Moskvanın nüfuzunu da əhəmiyyətli dərəcədə artırdı. İkincisi, sovet silahları kommunistlər və müttəfiq partiyalar tərəfindən bölüşdürülürdü. Kommunistlər isə çox üzi miqdarda silahın öz siyasi əleyhdarlarının əlinə düşməsinə xüsusi diqqət yetirirdilər2424
Ona görə də əsasən anarxist hərbi hissələrin dayandıqları Araqon cəbhəsində sovet silahları çox az idi. 1937-ci ilin aprelinə qədər bəlkə də sovet istehsalı olan təyyarələri istisna etmək şərti ilə mənim diqqətimi çəkən bir ədəd avtomat silah olmuşdu.
[Закрыть]. Üçüncüsü, kommunistlər qeyri-inqilabi proqramlarını elan etməklə ekstremistlərin qorxutduqları bütün qüvvələri öz tərəflərinə çəkə bildilər. Məsələn, nisbətən varlı kəndliləri anarxistlərin can atdıqları kollektivləşmənin əleyhinə qaldırmaq asan məsələ idi. Kommunist partiyası üzvlərinin sayı inanılmaz dərəcədə artdı. Bu ilk növbədə orta təbəqədən çıxanların-dükançıların, məmurların, zabitlərin, ortabab kəndlilərin hesabına baş verdi. Əslində, müharibə iki cəbhədə aparılırdı. Franko ilə mübarizə davam edirdi. Lakin hökumət başqa niyyət də güdürdü – bu da həmkarlar ittifaqlarının əlinə keçmiş hakimiyyəti onlardan geri almaq idi. Bu diqqəti çəkməyən manevrlər (kimsə onu "ehmalca iynə batırmaq" siyasəti adlandırmışdı) və hiyləgər üsullar vasitəsi ilə həyata keçirilirdi. Açıq-aşkar əksinqilabi tədbirlər sərf-nəzər edilirdi. 1937-ci ilin may ayına qədər gücə əl atmaq üçün zərurət də yaranmamışdı. Fəhlələri ən sadə dəlillərlə itaətə məcbur etmək mümkün idi. Məsələn, “Filan-filan işləri görməsəniz müharibəni uduzacağıq”. Aydın məsələdir ki, fəhlələrdən mütəmadi şəkildə hərbi mülahizələr naminə 1936-cı ildə qazandıqlarından imtina etmək tələb olunurdu. Həmin tələb heç vaxt etiraz doğurmurdu. Çünki müharibəni uduzmağı ən az istəyən inqilabçı partiyalar idi. Məğlubiyyət demokratiya və inqilab, sosializm və anarxiya anlayışlarını tamamilə mənasız söz yığınına çevirə bilərdi. Digər siyasi qüvvələri özü ilə hesablaşmağa məcbur edə bilən yeganə nüfuzlu inqilabi partiya – anarxistlər addım-addın geri çəkilməyə məcbur idilər. Nəticədə mülikyyətin ümumiləşdirilməsi prosesi dayandı, yerli komitələr buraxıldı, fəhlə patrulları tərxis olundu. Onların yerini isə qat-qat gücləndirilmiş və daha yaxşı silahlan-dırılmış köhnə polis tutdu. Həmkarlar ittifaqlarının nəzarətindəki iri müəssisələr hökumətin əlinə keçdi. (May döyüşlərinə səbəb olan Barselona telefon stansiyasının tutulması həmin prosesin epizodlarından biri idi). Nəhayət, prosesin əsas göstəricilərindən biri kimi həmkarlar ittifaqlarının yaratdıqları könüllü fəhlə dəstələri tədricən xalq ordusuna, öz maaş sistemi, müxtəlif imtiyazlara malik zabitləri olan yarımburjua tipli silahlı qüvvələrə çevrildi. Dövrün şərtləri daxilində bu ən əsas, həlledici addım idi. Kataloniyada başqa əyalətlərlə müqayisədə könüllülər dəstəsinin ləğvi nisbətən gec baş verdi. Çünki burada siyasi partiyaların mövqeyi daha güclü idi. Fəhlələrin yalnız silahlı qüvvələrin bir hissəsini nəzarəti altında saxladıqları təqdirdə nailiyyətlərini qoruya biləcəkləri gün kimi aydın idi. Bir qayda olaraq könüllü dəstələrinin yenidən formalaşdırılması onların döyüş qabiliyyətlərinin artırılması üçün edilirdi. Köklü hərbi dəyişikliklərin zəruriliyi fikri heç kimdə etiraz doğurmurdu. Təbii ki, könüllü dəstələri həmkarlar təşkilatlarının nəzarəti altında saxlamaqla da yenidən formalaşdırmaq və döyüş qabiliyyətini yüksəltmək olardı. Həyata keçirilən tədbirlərin məqsədi isə başqa idi. İlk növbədə anarxistləri silahlı qüvvələrindən məhrum etmək istəyirdilər. Digər tərəfdən, fəhlələrdən ibarət könüllü dəstələrdəki ruh inqilabi ideyalar doğururdu. Bu məsələdə kommunistlər özlərinə tam aydın hesabat verməyi bacarırdılar. Ona görə də P.O.UM. və anarxistlərin rütbələrinə baxmadan bütün döyüşçülərə eyni miqdarda maaş verilməsi təklifinə münasibətdə sərt mövqelərindən bir addım da geri çəkilmək istəmirdilər. Ümumi bir “burjualaşdırma”, inqilabın ilk aylarındakı bərabərlik ruhunun planlı şəkildə məhv edilməsi prosesi gedirdi. Hər şey elə sürətlə dəyişirdi ki, bir neçə aylıq fasilədən sonra yenidən bura qayıdan adam ölkəni tanıya bilmədiyini deyirdi. İlk baxışdan fəhlə dövləti təsiri bağışlayan İspaniya hamının gözü qarşısında cəmiyyətin varlı və kasıblara bölündüyü burjua respublikasına çevrilirdi. 1937-ci ilin payızında baş nazir vəzifəsini tutan sosialist Neqrin açıq şəkildə “biz xüsusi mülkiyyətə hörmətlə yanaşırıq” demişdi. Müharibə başlananda faşistpərəst baxışlarına görə təqibdən qorxub İspaniyadan qaçan kortes– parlament deputatları isə tədricən geri qayıdırdılar.
Haqqında danışdığım proseslərin faşizmin təhlükəyə çevrildiyini görən fəhlələrlə burjuaziyanın öz aralarında bağladıqları müvəqqəti ittifaqın nəticəsi kimi meydana çıxdığını xatırlasaq, onun mahiyyəti daha da aydınlaşar. Xalq cəbhəsi adı ilə tanınan həmin ittifaq əslində düşmənlərin birliyi idi. Nəticədə müttəfiq tərəflərdən birinin digərini udması həmişə qaçılmaz nəticəyə çevrilirdi. İspaniyadakı vəziyyətin ölkənin xaricində anlaşılmazlıq doğuran yeganə gözlənilməz cəhəti kommunistlərin hökumət sıralarında ifrat sol deyil, ifrat sağ mövqedə dayanmaları idi. Əslində burada da təəccüblü heç bir şey yox idi. Çünki digər ölkələrdə, ilk növbədə isə Fransada kommunist partiyalarının taktikası aydın şəkildə göstərmişdi ki, rəsmi kommunizmə ən azı indiki mərhələdə antiinqilabi qüvvə kimi baxmaq lazımdır. Kominternin siyasəti (beynəlxalq vəziyyəti göz önünə gətirəndə bunun müəyyən dərəcədə yolverilən olduğu anlaşılırdı) hərbi ittifaqlar sistemindən tam şəkildə asılı olan SSRİ-nin müdafiəsinə yönəlmişdi. Məsələn, SSRİ kapitalist – imperialist Fransa ilə müqavilə bağlamışdı. Əgər Fransada kapitalizm zəifləsəydi, bu ittifaq SSRİ üçün əhəmiyyətini itirərdi. Deməli, Fransa Kommunist partiyasının siyasətinin antiinqilabi mahiyyət daşıması zərurətə çevrilirdi. Başqa sözlə desək, fransız kommunistləri indi yalnız üçrəngli bayraq altında getmir və “Marselyoza” oxumurlar. Ən mühüm məsələ onların fransız müstəmləkələrində fəal təbliğatdan çəkilmələridir. Təxminən üç il əvvəl Fransa Kommunist partiyasının rəhbəri Torez bildirmişdi ki, Fransa fəhlələrini heç vaxt alman qardaşlarına qarşı müharibəyə cəlb edə bilməzlər. İndi isə ən çox çığır-bağır salan vətənpərvərlərdən biridir. İstənilən ölkədəki kommunist partiyasıın siyasi xəttinin ən mühüm tərəfi həmin ölkənin Sovet İttifaqı ilə hərbi (həqiqi, yaxud potensial xarakterindən asılı olmayaraq) əlaqəsidir. Məsələn, indi İngiltərənin mövqeyi aydın deyil. Ona görə də İngiltərə Kommunist partiyası hələ də hökumətə düşməncəsinə yanaşır, silahlanmaya qarşı kəskin çıxışlar edir. Əgər Böyük Britaniya SSRİ ilə ittifaqa girib hərbi müqavilə bağlasa, ingilis kommunistləri də öz fransız həmkarları kimi sədaqətli vətənpərvərlərə və imperialistlərə çevriləcəklər. İlk əlamətlər artıq göz önündədir. İspaniyada kommunist “dəsti-xətti” Rusiyanın müttəfiqi Fransanın bu ölkənin inqilabi qonşuya çevrilməsinin, eləcə də ispan Mərakeşinin müstəqillik arzusunun qarşısının alınmasında özünü göstərirdi. Qırmızı inqilab haqda nağıllar yayan və Moskvadan maliyyələşən “Deyli-meyl” qəzeti həqiqətdən həmişəkindən daha uzaq dayanmışdı. Əslində İspaniyada inqilabın qarşısını ilk növbədə məhz kommunistlər almışdılar. Sonralar, hakimiyyət bütünlüklə sağların əlinə keçəndə kommunistlər inqilab liderləri ovunda liberallardan daha qabağa getməyə hazır olduqlarını göstərdilər.
Mən ispan inqilabi hərəkatının ilk ilindəki ümumi gedişini təsvir etdim. Bu isə indiki vəziyyəti daha aydın başa düşməyə imkan verir. Eyni zamanda fevralda hər şeyin mənə məhz yuxarıda təsvir etdiyim şəkildə göründüyünü iddia ermək fikrindən də uzağam. İlk növbədə həmin dövrdə mövcud vəziyyəti tam anlamağa imkan yaradan hadisələr baş verməmişdi. Digər tərəfdən, o zamankı rəğbətim indikindən fərqlənirdi. Bu da ilk növbədə müharibənin siyasi tərəfinin məni xeyli darıxdırmasından irəli gəlirdi. Ona görə haqqında daha tez-tez məlumat aldığım baxışlarla – P.O.U.M. və İ.L.P.– nin məsələyə münasibətləri ilə mübahisə edirdim. Bizim dəstədəki ingilislərin çoxu İ.L.P.-nin üzvləri (bir neçə nəfər kommunist də vardı) idilər. Təbii ki, siyasi proseslərdən məndən daha yaxşı baş çıxarırdılar. Xueskoda tam sakitliyin hökm sürdüyü uzun və darıxdırıcı həftələrdə mən sonu görünməyən siyasi diskussiyalarda iştirak edirdim. Müxtəlif siyasi istiqamətlərin təmsilçiləri pis qoxuyan, yel vurub yengələr oynayan am-bar binalarında, səngərlərin bürkülü qaranlığında, ön atəş xəttində keçirdiyimiz şaxtalı gecələrdə bitib-tükənmək bilməyən mübahisələrini davam etdirirdilər. Eyni proses ispanlar arasında da gedirdi. Qəzetlərin şoxu partiyadaxili məsələləri ilk səhifələrində işıqlandırırdılar. Belə şəraitdə istənilən partiyanın əsas ideyaları haqda təsəvvür əldə etməmək üçün tamam kor, ya da küt olmaq lazım idi. Siyasi nəzəriyyə baxımından yalnız üç partiya, sadələşdirmə naminə anarxist adlandırıla biləcək P.S.U.C., P.O.U.M., C.N.T.-F.A.İ. mühüm qüvvə təsiri bağışlayırdı. İlk olaraq P.S.U.C.-un fəaliyyətindən başlayacağam. Çünki o, sonda mübarizəsini qələbə ilə başa çatdıran ən böyük partiya idi. Artıq İspaniyaya gəldiyim dövrdə P.S.U.C. fəaliyyətini yüksələn xətlə davam etdirirdi.
Əvvəlcə onu diqqətə çardırım ki, P.S.U.C.-un siyasətindən danışarkən ilk növbədə kommunist “xəttini” göz önünə gətirirlər. İxtisarla P.S.U.C. adlandırılan Kataloniya Sosialist Partiyası müharibənin əvvəlində marksist yönlü müxtəlif siyasi qüvvələrin, o cümlədən də Kataloniya Kommunist partiyasının birləşməsi nəticəsində meydana gəlmişdi. Lakin hadisələrin cərəyan etdiyi dövrdə P.S.U.C. tamamilə kommunistlərin nəzarətində idi və III Beynəlmiləl üzvlüyünə qəbul edilmişdi. İspaniyada sosialistlərlə kommunistlərin ikinci belə ittifaqı mövcud deyildi. Eyni zamanda həmin dövrdə kommunistlərlə sağ sosialistlərin vahid platformada dayanmaları da diqqətdən yayınmamalıdır. Təfərrüatlara girişmədən P.S.U.C.-u U.G.T.-nin yəni sosialist həmkarlar təşkilatlarının siyasi orqanı adlandırmaq olar. Qurumun ölkə üzrə üzvlərinin ümumi sayı milyon yarımı aşmışdı. U.G.T.-nin tərkibinə çoxlu fəhlə və sənətkar birlikləri daxil idi. Müharibənin başlanması ilə orta təbəqə təmsilçiləri də bura axışmağa başladılar. İlk “inqilabi” günlərdə çoxları U.G.T., yaxud C.N.T.-nin üzvü olmağı daha üstün tutdular. İki həmkarlar ittifaqları əslində oxşar təşkilatlar idilər. Lakin C.N.T. daha aydın sezilən fəhlə səciyyəsi ilə seçilirdi. Beləliklə, P.S.U.C. həm fəhlələri, həm də kiçik burjuaziyanı-dükançıları, qulluqçuları, ortabab kəndliləri öz sıralarında birləşdirən siyasi qüvvə kimi tanınırdı.
P.S.U.C.-un dünya miqyasında istər kommunist, istərsə də kommunistpərəst mətbuat səhifələrində geniş şərh edilən proqramını təxminən belə səciyyələndirmək mümkündür: “İndiki məqamda ən mühüm məqsəd qələbədir. Müharibədə qələbə qazanılmasa hər şey mənasını itirir. Ona görə də indi inqilabın genişləndirilməsi haqda danışmağın vaxtı deyil. Kəndliləri zorla kollektivləşməyə cəlb etməklə onları özümüzdən uzaqlaşdırmağa yol verə bilmərik. Əlbir vuruşduğumuz orta sinfi də qorxutmamalıyıq. İlk növbədə inqilabi xaosa son qoyulmalıdır. İdarəçiliyi yerli komitələr deyil, güclü mərkəzi hakimiyyət və vahid komandanlığa tabe olan ordu vasitəsi ilə həyata keçirməliyik. Fəhlə nəzarətinin son qalıqlarından dördəlli yapışmaq, inqilabi ibarələri mənasiz yerə təkrarlamaq yalnız faydasız iş deyil, yalnız inqilabın gedişinə mane olmur. Ən pis cəhət onun əksinqilaba xidmət etməsidir. Çünki bu yolla sıralarımızın bütünlüyü pozulur. Nəticədə faşistlər niyyətlərinə daha asanlıqla çatmaq üçün əlavə vasitələr əldə edirlər. İndiki mərhələdə biz proletariat diktaturası yox, parlament demokratiyası uğrunda mübarizə aparırıq. Vətəndaş müharibəsini sosialist inqilabına çevirmək istəyən hər kəs faşistlərə yardım göstərmiş olur. Bunu şüurlu şəkildə edənlər isə bizim nəzərimizdə xəyanətkarlardır”.
P.O.U.M.-un xətti bütün cəhətləri ilə bu mövqedən fərqlənirdi. Bənzərlik yalnız qələbənin vacibliyi ilə bağlı məsələdə özünü göstərirdi. P.O.U.M. o illərdə dünyanın bir çox ölkələrində “stalinizmi”, başqa sözlə desək, kommunist siyasəti kursunu həqiqətən, ya da zahirdə dəyişmək təmayülünə qarşı müxalifət kimi meydana çıxan təfriqəçi kommunist partiyalarından biridir. P.O.U.M. keçmiş kommunistlər və keçmiş Fəhlə-Kəndli Bloku üzvlərindən yaranmışdı. Sayca Kataloniyanın hüdudları xaricində o qədər də mühüm təsir qüvvəsi olmayan kiçik partiya2525
1936-cı ilin iyul ayında P.O.U.M.-un 10 000, həmin ilin dekabr ayında 70 000, 1937-ci ilin iyununda 40 000 üzvü var idi. Lakin burada sadaladığım rəqəmlər P.O.U.M.-un rəsmi mənbələrindən götürülüb. Fikrimcə, düşmən partiyalar rəqəmləri azı dörd dəfə azalda bilərlər. İspan partiyaları haqqında tam əminliklə söylənə biləcək yeganə fikir onların hamısının öz üzvlərinin sayını artırmasıdır.
[Закрыть] hesab ollunurdu. İstisnasız təsir gücü sıralarında əsasən siyasi cəhətdən yüksək şüura malik ideyalı mübarizləri birləşdir-məsində idi. P.O.U.M.-un Kataloniyadakı əsas istinadgahı Lerido idi. Partiya heç bir həmkarlar təşkilatı blokunun görüşlərini ifadə etmirdi. P.O.U.M.-un könüllü dəstələrinin özəyini əsasən C.N.T üzvləri təşkil edirdi. Bunlar isə öz növbəsində U.G.T.-dan gəlmişdilər. Lakin P.O.U.M. yalnız C.N.T.-da təsir gücünə malik idi. P.O.U.M.-un dəsti-xətti öz ifadəsini təxminən aşağıdakı şəkildə tapırdı.
“Burjua demokratiyasının faşizmə qarşı çıxdığını iddia etmək mənasız işdir. Burjua “demokratiyası” kapitalizmin fərqli adlarından biri olmaqdan başqa heç bir məna ifadə etmir. Eyni sözləri faşizm haqda da demək mümkündür. Faşizmə qarşı demokratiya naminə mübarizə aparmaq kapitalizmin bir formasına qarşı o digər forması vasitəsi ilə savaş açmaqdan başqa bir şey deyildir. Burada birinci çox asanlıqla ikinciyə, yaxud əksinə, ikinci birinciyə çevrilə bilər. Faşizmin yeganə gerçək alternativi fəhlə nəzarətidir. Qarşıya bundan daha dar məqsəd qoymaq ya qələbəni Frankoya vermək, ya da faşizmi arxa qapıdan içəri buraxmaqdır. Fəhlələr güc tətbiqi ilə əldə olunanları dişləri və dırnaqları ilə qorumalıdırlar. Fəhlələrdən ibarət könüllü dəstələri və polis qüvvələrini saxlamaq, onların “burjualaşmalarına” hər vasitə ilə mane olmaq indiki mərhələdə son dərəcə zəruridir. Əgər fəhlələr silahlı qüvvələri nəzarət altına almasalar o zaman silahlı qüvvələr fəhlələri nəzarətə götürəcəklər. Müharibə və inqilab biri-birindən ayrılmazdır”.
Anarxistlərin proqramını izah etmək daha çətindir. Anarxist dedikdə ən fərqli və ziddiyyətli fikirlərin daşıyıcıları olan çoxsaylı adamlar nəzərdə tutulurdu. Sıralarında iki milyona yaxın üzvü birləşdirən həmkarlar təşkilastının siyasi birliyi C.N.T. və F.A.İ. əsas anarxist təşkilatlar sayılırdı. Lakin hətta F.A.İ. üzvlərini də əksər ispanlar kimi müəyyən özbaşınalığa meylli olsalar da, sözün həqiqi mənasında anarxist saymaq mümkün deyildi. Müharibə başlanandan sonra onlar adi sosializmə tərəf daha bir addım atdılar. Çünki şərait bu qurumun üzvlərini mərkəzi inzibati orqanların işində iştiraka, hətta prinsiplərinə müğayir olsa da, hökumətdə yer almağa məcbur etdi. Lakin bununla birlikdə onlar kommunistlərdən əhəmiyyətli dərəcədə fərqlənirdilər. Fərq ilk növbədə özünü anarxistlərin də P.O.U.M. kimi parlament demokratiyasına deyil, fəhlə hakimiyyətinə can atmalarında göstərirdi. Anarxistlər P.O.U.M.-un “Müharibə və inqilab ayrılmazdır” şüarını mənimsəmişdilər. Lakin ona daha ehkamçı şəkildə yanaşırdılar. Ümumi cəhətlərinə diqqət yetirsək, C.N.T.-F.A.İ. mübarizəsini aşağıdakı proqrama əsaslanaraq qurduğu aşkara çıxır.
“1. Sənayenin hər sahəsində – yəni nəqliyyatda, toxuculuq müəssisələrində və s. çalışan fəhlələr istehsal üzərində özlərinin birbaşa nəzarətlərini həyata keçirirlər.
2. Hakimiyyət yerli komitələrin əlində cəmlənir və onlar mərkəzləşdirilmiş avtoritarizmin bütün formalarına müqavimət göstərirlər.
3. Burjuaziya və kilsəyə münasibətdə barışmaz düşmənçilik nümayiş etdirilir.”
Sonuncu maddə bir qədər qeyri-müəyyən ifadə edilsə də, fəaliyyət proqramının ən vacib ünsürü idi. Anarxistlər özlərini inqilabçı adlandıranların əksəriyyətindən belə bir cəhətləri ilə fərqlənirdilər: prinsipləri kifayər qədər yayğın olsa da, ədalətsizliyə və imtiyazlara həqiqi nifrət bəsləyirdilər. İdeoloji baxımdan kommunizmlə anarxizm biri-birinin tam əksi idi. Təcrübədə, yəni cəmiyyət həyatının tənzimlənməsi üçün münasib formaların tapılması məsələsində bu ideologiyarın arasındakı fərqliliklər də barışnaz xarakter daşıyırdı. Kommunistlər operativlik və mərkəzçiliyə, anarxistlər azadlıq və bərabərliyə istinad edirdilər. Anarxizm İspaniyada dərin köklərə malikdir və çox ehtimal ki, sovet təsiri aradan qalxandan sonra kommunizmi üstələyəcəkdir. Müharibənin ilk iki ayı əzində işlərin nizama salınmasında anarxistlət hamıdan ciddi çalışmışdılar. Sonralar da anarxistlərdən ibarət könüllülər nizam-intizama laqeyd yanaşmalarına baxmayaraq yalnız ispanları birləşdirən dəstələr içərisində döyüş qabiliyyətlərinin yüksəkliyi ilə seçilirdi. Təxminən 1937-ci ildən başlayaraq anarxistlərlə P.O.U.M. müəyyən dərəcədə əlbir hərəkət edirdilər. Əgər hər şey anarxistlərdən asılı olsaydı, P.O.U.M. və sol sosialistlər hələ müharibənin əvvəlindən birləşər və real siyasət həyata keçirərdilər. O zaman, çox ehtimal ki, savaşın nəticəsi də fərqli şəkildə meydana çıxardı. Lakin bütün inqilabi partiyaların özlərini vəziyyətin həqiqi ağası saydıqları ilk mərhələdə qüvvələri bir araya gətirmək mümkün deyildi. Köhnə paxıllıq anarxistlərlə sosialistlər arasındakı nifaqın əsas səbəbi idi. P.O.U.M. marksist partiya kimi anarxistlərə şübhə ilə yanaşırdı. Anarxist mövqeyindən isə P.O.U.M.-un “trotskizmi” kommunistlərin “stalinizmindən” çox da yaxşı bir şey hesab olunmurdu. Lakin buna baxmayaraq kommunist taktikası bu iki partiyanın yaxınlaşmasına yönəlmişdi. Barselonadakı mənhus may döyüşü günlərində P.O.U.M. sövq-təbii olaraq C.N.T.-nin tərəfini tutdu və hərbi əməliyyatlara qoşuldu. Sonralar P.O.U.M. qadağan olunanda isə yalnız anarxistlər onun müdafiəsinə cəsarət etdilər.
Beləliklə, qüvvələr nisbəti təxminən aşağıdakı şəkildə meydana çıxmışdı: Bir tərəfdən C.N.T.-F.A.İ., P.O.U.M. və fəhlə nəzarətinin tərəfdarları olan sosialistlər fraksiyası, o biri tərəfdən isə sağ sosialistlər, liberallar və mərkəzləşmiş hökumətlə nizami ordunun tərəfdarı olan kommunistlər.
Həmin dövrdə P.O.U.M.-la müqayisədə kommunistlərin yürütdükləri siyasətin mənə daha məqbul görünməsinin səbəblərini başa düşmək çətin deyil. Kommunistlərin sağlam ağlın tələblərinə daha çox cavab verən (əlbəttə, bir neçə ay əvvələ baxmaq şərti ilə) aydın və praktiki proqramları vardı. P.O.U.M.-un gündəlik siyasəti, təbliğat işləri isə olduqca yarıtmaz qurulmuşdu. Əgər P.O.U.M. xatərlatdığım məsələlərə daha çox diqqət yetirsəydi, öz ətrafına xeyli tərəfdar və ardıcıllar toplaya bilərdi. Lakin o zaman məndə yaranan təəssürata görə, kommunistlər həqiqətən döyüşürdülər, anarxistlərlərlə biz isə yerimizdə sayırdıq. Həmin vaxt hamı təxminən belə düşünürdü: kommunistlər hakimiyyəti ələ alıb, kütlələri öz ətraflarında birləşdiriblər. Bu, bir tərəfdən əhalinin orta təbəqəsinin onların antiinqilabi siyasətini dəstəkləməsi, digər tərəfdən isə kommunistlərin müharibəni qələbə ilə başa çatdırmağa qadir yeganə qüvvə sayılmaları sayəsində mümkün olmuşdu. Sovet silahı və Madridin əsasən kommunistlərin rəhbərliyi ilə təşkil edilən inadlı müdafiəsi onları bütün İspaniyanın gözündə qəhrəmana çevirmişdi. O zaman kimsə yaxşı demişdi ki, başımız üzərindən uçan hər bir sovet təyyarəsi kommunist təbliğatına xidmət edir. P.O.U.M.-un inqilabın təmzliyi şüarını məntiqi baxımdan qəbul etsəm də, o mənə faydasız cəhd kimi görünürdü. Çünki yekunda yalnız bir şey – müharibəni udmaq tələb olunurdu.
Bu arada isə qəzet, jurnal, pamflet, kitab və plakatlarda – bir sözlə hər yerdə partiyalararası iblisvari çəkişmələr davam edirdi. Mən daha çox P.O.U.M.-un P.SU.C.-dan olan əksinqilabçılara saysız-hesabsız hücumları üzərində köklənən, özünə vurğun və darıxdırıcı təsir bağışlayan “La Batalla”, “Adelante” kimi qəzetləri oxuyurdum. Sonralar P.S.U.C. və kommunistlərin mətbuatı ilə daha yaxından tanışlıq nəticəsində əleydarları ilə müqayisədə P.O.U.M.-un daha zərərsiz, amma daha məhdud imkanları olduğunu gördüm. Kommunistlərdən fərqli olaraq ölkə hüdudları xaricində P.O.U.M.-un mövqelərini müdafiə edən mətbuat yox idi. İspaniyanın özündə isə senzuraya kommunistlər nəzarət etdiklərindən P.O.U.M.-un xoşlarına g
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?