Электронная библиотека » Kamran Məmmədov » » онлайн чтение - страница 2


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Kamran Məmmədov


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Şuşaya qayıtmaq əmrini verir.


***


Ağa Məhəmməd şah Qacar Şuşanı mü-hasirəyə aldığı günlərin birində, İbrahim xanı qorxutmaq məqsədi ilə saray şairi Seyid Məhəmməd Şirazinin yazdığı aşağıdakı bəndi məktub vasitəsi ilə xana göndərdir:

Zi məncənige-fələk sənge-fitnə mibarəd, To əbləhanə girifti miyane-şişə qərar.

(Fələyin mancanağından fitnə daşları yağır, Sən əbləhcəsinə şişə içərisində dayanmısan)


Bu kağız xana yetişən kimi Vaqifə verir.

Vaqif şeirə baxıb, cəld həmin məktubun arxasında aşağıdakı bəndi yazıb, İbrahim xana verir: Gər nigahdareye-mən an əst ke, mən midanəm, Şişera dər beğəlbe-səng nigəh midarəd.

(Məni qoruyan mənim tanıdığımdırsa, Şişəni daş qoynunda salamat saxlayar) 50


Şeir xanın xoşuna gəlir və məktubu geriyə göndərir. Ağa Məhəmməd şah cavabı oxu-yarkən, qəzəbi daha da alovlanır.


***


Ağa Məhəmməd şah Qacar Şuşanın müha-sirəsi vaxtı İbrahim xana məktub yazaraq, ona bir at göndərməsini tələb edir. Lakin bu at nə kəhər, nə kürən nə səmənd, nə qara, nə ağ, yəni, heç bir rəngdə olmamalı idi.

İbrahim xan, Vaqifə müraciət edir. Vaqif, Ağa Məhəmməd şaha belə bir cavab yazır: “İstədiyiniz at xan tövləsində hazırdır. Adam göndə-rin, aparsın. Lakin həmin adam həftənin şənbə, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümədən başqa hansı günündə istəyir gəlsin”.

51


***


1797-ci ildə Ağa Məhəmməd şah Qacarın qoşunları, aclıqdan taqətdən düşmüş Şuşaya daxil olurlar. İbrahim xanın yaxın adamları tutulur.

Vaqif də həmçinin. Şair yolda dustaq yoldaşı Sofi bəyə deyir:

– Mən nə şahın üzünü görəcəyəm, nə də

qətl ediləcəyəm. Səni bilmirəm.

O gün cümə axşamı imiş. Qacar qatı dindar olduğu üçün cümə axşamı qan tökməyi günah sayır və deyir:

– Sabah elə bir siyasət eləyim ki, tarixlərdə

deyilsin. Bir minarə qurduracağam, şair Molla Pənahın da başı lap yuxarılarda asılsın. Gedin də-mirçilərə deyin minarə üçün çoxlu mıx qayırsın-lar! …

Vaqif saraya gətiriləndə qüruba bir və ya iki saat qalıbmış. Sərkeşbaşı Məhəmmədhüseyn xan Vaqifi qapıda əli bağlı görüb soruşur:


– Bu kimdir?


Cavabında deyirlər:

–Bu, həmin Molla Pənahdır ki, eşidibsiniz.

Həmin dəm sərkeşbaşı Vaqifə nalayiq sö-yüşlər yağdırır:

52


– Ay pədər süxtə! Qoca köpək!

Vaqif öz ləyaqətinin tapdanmasına yol verməyərək, qürurla sakitcə cavab verir:


– Ey xan, siz şəxsi-dövlətsiniz, dəstgir və

giriftarlara yaman gəlmələr, hədyan sözlər bu-yurmaq sizin rütbə və məratibinizə şayistə deyil…

Lakin Məhəmmədhüseyn xana bu sözlər zərrəcə təsir göstərmir. O, Vaqifi yenə təhqir edir.

Lakin Vaqif soyuqqanlılıqla onun cavabını verir:

– Ey xani-nanəcib! Mən əgər dustağəm, dustaği-şahəm, sən nəçisən ki, mənə bir zərrəcə

acib yetirə biləsən. Həmin bu cür rəftar məhz sənin nanəcib və naqabilliyinə nişanədir! Bəlkə şah sabah məni azad edəcəkdir və ya fələyi-kəcrəftar və təqdiri-pərvərdigar bəlkə qeyri bir yol gedəcəkdir. Gecə hamilədir, kim bilir sabah nə do-ğacaq.

Məhəmmədhüseyn xanın göstərişi ilə Vaqifi zindana salırlar.

Molla Pənah gecə yarısı zindanbandan:

– Şəhərdə təzə bir əhvalat və şuriş yoxdur?

O cavab verir ki, bir şey bilmir. Şairin gözünə

yuxu getməyib, sübh tezdən yenə zindanbandan soruşur:

– Şəhərdə nə xəbər var?

53


Zindan böyüyü bu səfər də Molla Pənahın ürəyini sakit edə bilməyib cavab verir ki, o, bir xəbər eşitməyibdir.

Amma çox keçmir ki, Ağa Məhəmməd şa-

hın qətlə yetişmək xəbəri şəhərə yayılır. Dəmir-çilərə xəbər gəlir ki, mıx lazım deyil, şahın cəna-zəsi üçün bir neçə mismar lazımdır. Baş dəmirçi:

– Ey mıxı mismara döndərən Allah! – de-yə üzünü göyə çevirir. Dustaqlıqdan azad olan Vaqif də öz əziz dostu şair Vidadiyə məşhur “Ey Vidadi gərdişi-dövrani kəcrəftara bax” rədifli qəzəlini yazır:


Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, Hökmü-adil padşahi-qadirü qəhharə bax!

Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çirağ, Keçərki iqbalı gör, gündüzdəki idbarə bax!


***


1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşada öldürüldükdən sonra hakimiyyət İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşirin əlinə keçir. Məhəmməd bəy İbrahim xanın ən yaxın adamlarını, o sıradan Vaqifi və oğlunu həbsə

aldırır.

54


…Molla Pənahı oğlu Qasım ağa ilə qətlgaha apartdırmışdır. Qətlgah isə Cıdır düzünün qurtaracağındakı Xəzinə qayası idi. Bura dəhşətli və sıldırım bir qayadır ki, oradan müqəssirləri xanın hökmü ilə aşağı atarlarmış. Yolda Molla Pənah qətlgaha aparıldıqlarını anlayır. O, duyduğu-nun həqiqət olub-olmamasına inanmaq üçün təngnəfəs halda oğlundan soruşur:

– Qasım ağa, bizi hara aparırlar?


Oğlu sərzənişli sözlərlə cavab verir:

–Ağa, bir çoxlarını sən bu yolla göndər-misən, indi də bizi həmin yolla ora aparırlar!

Vaqif Cıdır düzünə çıxan bir yamacda ye-rə oturur. Onda ürəyilə getməyə taqət qalmır.

Cəllad bir-iki dəfə qolundan dartırsa da, yerindən qaldıra bilmir. Vaqif zəif, lakin qürurlu səslə deyir:


– Nə eləyəcəksinizsə, elə burada eləyin, heç yerə getməyəcəm!


Cəlladlardan biri qəməsini çıxardıb Qasım ağaya yaxınlaşdıqda, Vaqif yalvarır:

– Amandır! Əvvəl məni! Mənə oğul dağı göstərməyin!

Cəlladlar şairə qulaq asmayıb, əvvəl oğlunu, sonra da özünü öldürürlər.


55



QASIM BƏY ZAKİR

1784-1857


Zakirin başına gələn müsibətlər, ona məxsus Xındırıstan kəndinin dağıdılması, təqib və

təhdidlər, özünün Şuşadan Bakıya sürgün edil-məsi, oğlu və qardaşı oğlunun Sibirə göndərilmə-si, o biri qardaşı oğlu, çar çinovliklərinin qənimi Behbudun tutulub vəhşicəsinə öldürülməsi, ailə-sinin müsibətlərlə üzləşməsi şairin yenilməz vüqarını sarsıda bilmir. Əksinə, onda mübarizəni alovlandırmaq, şiddətləndirmək niyyətini daha da qüvvətləndirir:


Rahi-müsibətdə keçmişəm candan,

Müxənnəsdir qorxan bir qaşıq qandan, Ehtiyatım yoxdur paşadan, xandan, Analar doğubdur şiri-nər məni!

56


***

Qasım bəy xasiyyətcə həlim, mürvətli və

rəhmli bir şəxs imiş. İnsafdan, vicdandan kənar sözlər və işlər şairin qəzəbinə və hiddətinə səbəb olarmış. Ədaləti ilə başqa bəylərdən seçilər, əm-əkçi kəndlilərə xüsusi hörmət edərmiş. Belə nəql edirlər ki, bir gün bədxasiyyət bəylərdən biri kəhrizi bağlayır və kəndlilərə su buraxmır. Kəndlilər şairin yanına gəlib şikayətlənirlər ki, bəyin adamları kəhrizin başında durub, suyu bağlayıblar: bizə kömək edin, yoxsa əkinimiz məhv olub gedir. Zakir onlara söz verir ki, qorxmayın, hücum çəkib bəyin adamlarını qovun. Kəndlilər də şair deyən kimi edirlər. Bəy adamları ilə kəndlilər arasında savaş, dava düşür. Həmin toqquşmada əm-əkçi kəndlilər istəklərinə çatırlar. Rəvayətə görə, bu əhvalat şairi ruhlandırır və o, fəqir və zəiflərin birlik əzmini ifadə edən “Tısbağa, qarğa, kəsəyən, ahu” təmsilini yazır.

57


***

Zakirin qızı Nənəş xanım da atası kimi qoçaq, dilli-dilavər imiş. O, Şuşa həbsxanasında öldürülmüş əmisi oğlu, cəngavər Behbudun qala divarı yanında basdırılmış meyitini qohumlarının köməyi ilə gizlicə oğurlatmış və hara isə apartdırmışdır. Bu əhvalat yerli çar hakimlərini xüsusi qorxuya salmış, onları yuxarılara raport yazdırmağa məcbur etmişdir.


58



AĞABƏYİM AĞA

XVIII-XIX əsrlər


Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim ağa da şairə imiş. Rəvayətə görə, hələ gənc yaşlarında öz əmisi oğlu, gözəl qamətli, mərdliyi və şücaətli ilə ad qazanmış Məhəmməd bəyə vurulur. O zaman Məhəmməd bəy vuruşmalarda qoşuna başçılıq edirmiş. Yenə bir gecə vacib bir məsələdən ötrü Şuşaya – İbrahim xanın yanına gələn Məhəmməd bəy, elə o gecə də geriyə -

vuruşan qoşunun yanına qayıdır. Ağabəyim ağa bu münasibətlə deyir:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi, Heç bilmədim ömrüm necə gəldi, necə getdi …

59


***

İran şahı Ağa Məhəmməd şah Qacarın ba-

şı Şuşada kəsildikdən sonra, İranla Qarabağ xan-lığı arasındakı münasibətlər düzəlsin deyə, İbrahim xan öz sevimli qızı Ağabəyim ağanı Tehrana, Fətəli şaha girov göndərir. Rəvayətə görə, Fətəli şahın bir xasiyyəti var imiş. O da beləymiş ki, on-un hərəmxanasına daxil olan xatunlar ilk dəfə bəzəkli paltarlarla dolu böyük otağa girməli, orada istədiyi paltarı geyinməli, sonra şahın hüzuruna getməli, imiş. Ağabəyim ağa müxtəlif yollarla öyrənir ki, şahın anasının da paltarı oradadır.

Onu otağa gətirdikdə, qız birbaşa şahın anasının paltarı asıldığı güşəyə gedir və həmin libası geyir.

Ağabəyim ağanı şah öz anasının libasında görəndə əhvalı dəyişir, ona heç vaxt əl vurmur.

***


Ağabəyim ağa öz ağlı, zəkası ilə Fətəli şahın o qədər xoşuna gəlmişdi ki, ona baş hərəm vəzifəsi vermiş və özünə də başdan-ayağa inci ilə

işlənmiş bir don bağışlamışdı. Lakin Ağabəyim ağa həmişə öz vətənini arzulayar və yazdığı bir bayatını tez-tez oxuyarmış:


60


Mən aşiqəm, Qarabağ, Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!


Həmin bayatını Fətəli şaha çatdırırlar və

həm də deyirlər ki, Qarabağlı qızı Tehranda oturub, Tehranı bəyənmir. Şah incimiş halda Ağa-bəyim ağanı yanına çağırır. Şairə isə onun fikrini ustalıqla yayındırır:

– Mən elə yazmamışam, sizə pis çatdırıblar.

Mən belə yazmışam:


Mən aşiqəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ

Tehran cənnətə döndü,

Yaddan çıxdı Qarabağ!


61



HEYRAN XANIM


(1790 – 1848)


Naxçıvan xanlarının nəslindən olan Heyran xanımın birinci əri əvvəlcə onu dərin bir məhəbbətlə sevmiş, ürəyini ovlamış, sonra isə vəfasız çıxmışdır. Şairə onun vəfasızlığını dilinə gətirmiş və kağıza köçürmüşdür:

Vurdun ol qədər sən vəfadan dəm, Xatirimdə nə şübhə qaldı, nə qəm.

Gülüşün qönçə, göz yaşın şəbnəm, Məni aldatdı, bilmədim nə edəm.

Məni – biçarəni zəbun etdin,

Zar qəlbimi qərqi-xun etdin.

62


***

Şairənin ikinci əri isə daima onunla pis rəftar etmiş, göz verib işıq verməmişdir. Heyran xanım ikinci ərini də qələmə almışdır:


Məni zəncirdə saxladın, bu yetər, Doğrusu, sən mənə deyilsən ər.

Daima ac, susuz və qəlyansız,

Oturum bu xərabədə nə qədər?

Birlmirəm ruzigarə neyləmişəm,

Ki, salıbdır kəməndinə bu təhər.

Azərbaycanın ruslar tərəfindən işğalı zamanı ailəsi ilə Təbrizə köçən Heyran xanımın həyatı kədərli keçmişdir. O, həmişə zəmanədən, adamların vəfasızlığından, özünün qürbətdə tək-tənha qalmasından gileylənmiş, yaşadığı Təbriz şəhərini "guşeyi-zindan" adlandırmışdır. Ömrü iztirablar içində keçən şairənin gənclik təravəti və

gözəlliyi tez solmuş, zahirən tamam qocalmışdır.

Şeirlərinin birində, Heyran xanım öz vəziyyətini təsvir edərək yazır:

Belim büküldü,qara saçlarım ağardı mənim, Qocalmışam bu cəfakar çərx əlindən, aman.

63


"Təbrizdə zəlzələ haqqında" şeirində Heyran xanım yaşadığı şəhərdə baş verən təbii fəlakət nəticəsində əmələ gəlmiş faciəli hadisələrdən, "sinəsi dağlı, gözləri giryan" qalmış anaların kə-dərindən, onların göylərə qalxan əfqanından bəhs edir. Həcmcə kiçik olmasına baxmayaraq, bu şeir kədərli bir lövhə kimi yadda qalır:


Oldu, ya rəbb, həlak insanlar,

Suvarıb torpağı qızıl qanlar.

Oldu çöllər cavanlara mədfən,

Çoxlarına nə qüls var, nə kəfən.

Sinəsinə dağlı, gözləri giryan,

Minlər ilə ana edər əfqan.

Bala dərdilə cümləsi ağlar,

Nə bir ehsan, nə bir xətmi-Quran var.

Baxasan, hər tərəf cəsədlə dolu, Bağlanıb xalq üçün nicat yolu.


64



MİRZƏ ŞƏFİ VAZEH

1794-1852


Gəncədə Mirzə Şəfi Vazehdən dini dərslər alan M.F. Axundzadə ilə müəllimi arasında bir gün belə bir söhbət olur. Mirzə Şəfi gənc Axun-dovzadədən soruşur:


– Mirzə Fətəli, elmləri təhsil etməkdən məqsədin nədir?

Mirzə Fətəli cavab verir ki, ruhani olmaq istəyirəm.

– Sən də riyakar və şarlatanmı olmaq istəyirsən?

65


Mirzə Fətəli müəlliminin sözündən təəccüblənir və heyrət edir. Mirzə Şəfi onun halına baxaraq deyir:

– Mirzə Fətəli, öz ömrünü bu qaragü-ruhun içərisində zay etmə, başqa bir iş qəbul et!


Bu hadisədən sonra, Mirzə Fətəli ruha-niliyə nifrət edir və fikrini dəyişdirir.


***

Deyilənlərə görə, Mirzə Şəfi yüksək rüt-bəli ruhanilərdən biri ilə məscid haqda söhbət edərkən, çox əsəbiləşmiş və belə söyləmişdir:

Min ev yıxıb, tikirsiniz bir boş minarə,

Ərşə çıxıb, yetmək üçün pərvərdigarə.


66



ABBASQULU AĞA BAKIXANOV

1794-1847


Rəvayətə görə, Abbasqulu ağa Peter-burqda olduğu vaxt I Nikolayın qonaqlıq məclisinə

dəvət olunur. Nikolaya və arvadına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəyməyib. Nikolayın arvadı çox qürrəli halda söyləyir ki, mən Abbasqulu ağaya ilk dəfə şərab içdirərəm. O, bir bokal şərabı qızıl podnosa qoyur və özü gətirib Bakıxanova təqdim edir. Padşahın arvadının şərab təqdim etməsi qonaq üçün ən yüksək hörmət sayılarmış. Abbasqulu ağa ayağa qalxaraq, podnosdan bokalı götürür və üzünü çara, I Nikolaya tutaraq deyir:

67


– Ey mənim həşəmətli hökmdarım, siz deyirsiniz bu şərabı içim, Allahım deyir içmə. Han-sınızın sözünə baxım?

Çox dindar olan çar I Nikolay bir anın içində:

– Əlbəttə Allahın, – söyləyir.

Abbasqulu ağa əlindəki şərab bokalını təzədən qaytarıb padşah arvadının əlindəki podnosa qoyur. Padşah arvadı peşman halda qayıdıb yerində oturur.

***

Deyilənlərə görə, Abbasqulu ağa Məkkəyə

gedərkən, məhərrəm ayı imiş. Məkkəyə böyük təntənə, dəbdəbə ilə gedənlərdən biri də İran vəliəhdi imiş. Aşura gününü onlar Məkkənin bir günlük məsafəsində qarşılayırlar. Vəliəhd öz ça-dırının önündə iri hərflərlə aşağldakı beyti yazdırıb vurdurubmuş:


Bu sərbazu əsas şəhzadə,

Olaydı kaş o dəmdə Kərbəladə!


Abbasqulu ağa çadırın yanından keçərkən gözü yazıya sataşır, oxuyur və onun altında yazır:


Busati-cəng saət qaçardı,

Qoyardı sərvəri-dini aradə!

68


Vəliəhdə xəbər verirlər ki, bəs bir nəfər belə etmişdir. Abbasqulu ağanı tutub vəliəhdin çadırına aparırlar. Qəzəblənmiş vəliəhd Abbasqulu ağanın qətlinə fərman verir. Abbasqulu ağa namaz qılmaq arzusu ilə vəliəhddən xahiş edir ki, bir neçə dəqiqəliyə öz çadırına getməyə ona icazə

versin. Namaz sözünü eşidən vəliəhd ona icazə

verir. Abbasqulu ağa öz çadırına gəlib, general li-basını geyir və vəliəhdin çadırına yollanır. Bakı-xanovu çar generalı libasında görən vəliəhd özünü itirir, Abbasqulu ağanın ayaqlarına döşənir:


– Qurban olum ağa, günahımdan keç! –

ona yalvarmağa başlayır. Bakıxanov onu ayağa qaldırır:

– Mən sənin günahından keçirəm. Amma ağılla iş görməyi unutmayın, hər şeydən tez qə-zəbnak olmayın. Bəlkə mən general yox, adi ada-mam? Uşaqlarımı yetim, gözüyaşlı qoymağı özü-nüzə necə rəva bilirdiniz?!


***

Belə rəvayət olunur ki, Abbasqulu ağa Qüdsi Məkkəyə Həcc ziyarətinə getdikdə, məşhur Quba qazisi Hacı Molla Abdulla axundu da özü ilə bərabər aparmışdı. Qüdsi ziyarətini başa çatdırdıqda, üzünü “dərgahi-həqqə” tutub deyir: 69


– Pərvərdigarə! Hər padşahdan mənə nişan verilibdir. Səndən də bir nişan təmənna ey-ləyirəm ki, axır nişanım olsun.

Hacı Molla Abdulla axund o nişandan muradının nə olduğunu soruşur. Abbasqulu ağa deyir:

– O nişan, bu müqəddəs məkanda ölməkdir.

Bu əhvalatdan üç gün sonra, 1847-ci ilin fevralında Abbasqulu ağa Bakıxanov Məkkə və

Mədinə arasında “Vadiyi-Fatimə” deyilən yerdə

təsadüfən vəba xəstəliyindən ölmüş və orada dəfn edilmişdir.


70



MİRZƏ İSMAYIL QASİR

1805-1900


1840-cı ildə Qasir Təbrizdən Qaradonlu sərhəd idarəsinə tərcüməçi vəzifəsinə çağırılır.

Şair Muğan səhrasını piyada getməli olur. O, sər-həddə İran qoşununa rast gəlir. Demə, həmin yerdə İran ilə Rusiya arasında mübahisəli sərhəd məsələsi üzrə danışıqlar aparılırmış.

Qasir, İran qoşunları düşərgəsindən, vəzirin çadırı yanından keçərkən münşinin çadıra 71


şahmat qutusu apardığını görür, ondan xahiş edir ki, qoy xanaların birinə bir beyt yazım və həmin beyti vəzirə çatdır. Münşi razılıq verir. Qasir yazır:


Payi-piyadə peyi-yek əsb bedin filsəvar Rəxi-hacət be vəzire dəri-şah amədeəm


(Bir atdan ötrü filə minərək, piyada halda ehtiyac topu ilə şahın vəzirinin qapısına gəlmişəm).


Münşi əhvalatı vəzirə çatdırır. Vəzirin də

təbi varmış. O, Qasirə şeirlə belə cavab yazır: Gər koni matəmu əsbi dəhəmət filinəjad, Vər ne-bapaje piyadə be vətən baş şetab.


(Əgər məni mat eyləsən, sənə fil nəslindən bir at bağışlaram, əks halda vətənə piyadə getməlisən.) Qasir şərtə razı olur və vəzirlə şahmat oynamağa başlayır. Şair oyunun başlanğıcında vəzirə deyir:

– Sizi hansı xanədə mat saxlasam, in-ciməzsiniz?

Vəzir tutulur və dodaqaltı söyləyir:

– Necə də üzlü adamdır.

72


Qasir şahmatı daha yaxşı oynadığı üçün, vəziri bir neçə dəfə mat edir. Vəzir şərtə əməl edir və şairə gözəl bir at bağışlayır.

73



SEYİD ƏBÜLQASIM NƏBATİ

1812-1873


Rəvayətə görə, Nəbati Muğanda bir xana çobanlıq edirmiş. Xan ona bir yabı bağışlayır. Nəbati həmin yabını minib yol gedərkən, həm-kəndlilərinə rast gəlir. Həmişə piyada gəzən xan çobanı – Nəbatini arıq yabı belində görən kəndlilər çox təəccüblənirlər. Onların simasında oxuduğu suala şair gülə-gülə belə cavab verir: Dingidir, dingildədir yabu məni,

Ya mən öldürrəm bunu, ya bu məni.

74


***

Şair, Nəbat adlı bir qıza vurulur. Lakin qızı ona vermirlər və o da bundan sonra, əvvəlcə

Məcnun, sonra isə Nəbati təxəllüsünü qəbul edir və nakam eşqi haqqında çoxlu şeirlər yazır.

Onlardan birində deyilir:


Əgər görmək dilərsən surəti-Məcnuni-şeydanı Uzaq gəzmə, tamaşa qıl, budur ol aşiqi rusva.

Şikəstə-xatirü məhzun, sözü aşüftə, digərqun, Tutub nəqşi-rəhi-Məcnun, gəzər vəhşi kimi səhra.

Nəbati, həmd qıl-Allaha, min şükrü sənə eylə

Ki, Məcnunun məqamini sənə ruzi edib mövla.


75



MİRZƏ FƏTƏLİ AXUNDZADƏ

1812-1878


Mirzə Fətəlinin andı: “Sizi and verirəm qəlbimdə sizə bəslədiyim məhəbbətə!”

Mirzə Fətəlinin məqsədi: “Mənim məqsə-dim İslam xalqlarını sarsıdan cəhaləti ortadan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üç-ün, vətənin abadlaşdırılması üçün… ədalətə rəvac verməkdir ”.

Mirzə Fətəlinin etiqadı: “… Xalqın tərbiyəsi, onun səadəti, vətənin abadlaşdırılması və

ölkənin vəziyyətinin yaxşılaşması uğrunda bir iş

76


görülərsə, bu elə bir xeyirli işdir ki, insanlar onu bəyənər! …”

Mirzə Fətəlinin şüarı: “Fikir azadlığı ol-madan tərəqqi mümkün ola bilməz!”

Mirzə Fətəlinin tapşırığı: “… Gəlin bir qədər şəxsi mənfəət güdmədən vətənimizin abad-lığı, xalqımızın tərəqqi və səadəti yolunda yaxşı işlərə iqdam edək”.


***


Mirzə Fətəli bir gün Qoçur yaylağındakı dərələrdən keçərkən, yerdə nazikcə axan bir suya rast gəlir. Həmin saat oranı qazdırıb bir bulaq halına gətirir. Həmişə dostları ilə bu bulağın başına gəzməyə gələrmişlər. Dostları bu bulağa

“Mirzə Fətəli bulağı” adını vermişdilər. Bir il sonra, günlərin bir günü Mirzə Fətəli ilə yoldaşları o bulağa gedərkən görürlər ki, Qoçur gürcülə-rindən birisi bulağın qaşına Məryəm ananın şəklini həkk etdirmişdi. Mirzə Fətəli bunu görür və dostlarına deyir:

– Bax, bu bulağa ad qoydular, bunun adı Allah bulağıdır.

O zamandan bulağın adı “Allah bulağı”

qalmışdır.

77


***

Mirzə Fətəli məhkəməyə və başqa yerlərə

hər zaman at üstündə gedirmiş. Bir gün yoldaşları ilə bərabər gəzməyə çıxdığı zaman, Mirzə Fətəli mindiyi atı dar bir arxın içərisi ilə sürür. Bir az getdikdən sonra ayaqları arxın o tərəf, bu tərəfinə ilişir, at onun altından çıxıb gedir. Mərzə

Fətəli üzünü ata tutaraq deyir:

– Ay heyvan, dayan! Sən də Mirzə Hüseyn xan kimi mənə bivəfalıq etmə, haraya ge-dirsən məni də apar.


Yoldaşları xeyli gülürlər.


***


Mirzə Fətəli divanxanadan evinə mü-əyyən bir vaxtda qayıtmaz imiş. Gah tez gələrmiş, gah da yubanarmış. Bir gün arvadı ondan qəti söz alır ki, vaxtında gəlib nahar etsin. O söz verir və

həmişə də dediyinə əməl etdiyi kimi, saat dörddə

evə gəlir. Lakin bir gün Mirzə Fətəli verdiyi sözə

əməl etmir, evə gec gəlir. Arvadının məzəmməti-ni eşitməmək üçün onu qabaqlayır:

–Bu dəfə məni bağışla, pəncşənbənin nöq-tələrini qoyurdum, ona görə yubandım.

78


***

Avam dindarlar M.F. Axundzadəni kafir və dinsiz kimi tanıyırdılar. O, avam xalqın ona belə nəzərlə baxdığını gözəl bilirdi. Mərzə Fətəli yoldaşlarına deyirdi:

– Dəftərxanaya getdiyim vaxt, üstüörtülü dalanın ağzında oturan dükançı Məşədi Qasım məni görən kimi dodaqlarının altından mırtıl-damağa başlayır… Sözlərini qana bilmirəm… Am-ma bilirsinizmi nə deyir? O deyir ki, “Ey fələk, göydəki daşlarını onun başına nə səbəbə yağ-dırmırsan? Ey yer, yarılıb bu məlunu nə üçün ud-mursan?”


***


M.F. Axundzadənin fikrincə kamil adam olmaq üçün yeddi əsas insanlıq vəzifəsini yerinə

yetirmək vacibdir:


Birinci vəzifə: insan pis əməldən qaçma-lıdır.

İkinci vəzifə: insan yaxşılıq etməyə çalışmalıdır.

79


Üçüncü vəzifə: insan zülmü dəf etməyə ça lışmalıdır.

Dördüncü vəzifə: insan öz həmnövləri ilə

cəmiyyətdə müttəfiq yaşamalıdır.

Beşinci vəzifə: insan elm ardınca get-məlidir.

Altıncı vəzifə: insan hər yerdə elmi yaymağa çalışmalıdır.

Yeddinci vəzifə: insan öz qüvvəsi və im-kanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və həməqidələri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə

aparmalıdır.

80



LEYLA

XIX əsr

XIX əsrin ikinci yarısında yazıb-yaratmış şairə

Bilqeys öz şeirlərində Leyla təxəllüsü işlətmişdir.

Ərdəbil mahalında yaşayan Leyla Miyana şəhə-rinin sakini şair Mustafa Əhqər ilə uzun müddət məktublaşmışdır. Onun taleyindan şikayətlənən qəzəllərindən birinin möhür bəndi xalq arasında məşhurdur:


Leyla adımdır, Leylidən artıq bəlalıyam, Hər kimsə seyrə çıxsa, onun mən maralıyam.


81



AŞIQ ƏLƏSGƏR

1826-1926


Aşıq Ələsgər başında çox iri bir papaqla məclisə gəlir. Aşığın bəy dostlarından biri onun papağına sataşmaq məqsədilə deyir:

– Aşıq, qardaşın varmı?

Aşıq Ələsgər arif olduğu üçün mətləbi o saat başa düşür:

– Var, amma heyf, onun papağı mənim-kindən də iridir.

82


***


Rəvayətə görə, Aşıq Ələsgərin arvadı Anaxanım əri ilə tez-tez dalaşarmış. Yenə soyuq qış günlərinin birində aşıq arvadını danlamış, o da küsüb evdən çıxıb getmişdir. Aşıq oğlu ilə səhərə qədər arvadını axtarmış, lakin onu tapa bil-məmişlər. Səhər arvadının sağ-salamat olduğunu bilincə aşıq sevinmiş və məzahla dolu “Salamat-dı” qoşmasını demişdir:


Çox obadan, ağır eldən keçibdi,

Pələng, əjdahalı koldan keçibdi, Coşğun dərya, daşqın seldən keçibdi, Öldürməyib boran, qar, salmatdı.


***

Aşıq Ələsgərin arvadı Anaxanım bir gün ərinə deyir:

– Bütün qız-gəlinləri tərifləyirsən, bir tərif də mənə de.

Aşıq Ələsgər: – Baş üstə, – deyib sazı əlinə

alır, məşhur “Xəbərin varmı?” gəraylısını söyləyir:


83


O vədə ki, gəlin oldun, Qabırğası qalın oldun,

Qaynanana zalım oldun,

Dilindən xəbərin varmı?


Bu həcvdən sonra Anaxanım aşıqdan küsmüş, o da “Niyə döndü” gəraylısını demiş, barışmışlar.

84



KƏRBƏLAYİ QƏHRƏMAN BƏY ARİF

XVIII-XIX əsr

(1780 – ?)


Hazırcavab, bədahətən şeirlər söyləyən, rəvan təbli bir şair kimi tanınan Kərbəlayı Qəhrəman Bəy Heydər oğlu (Qəhrəman bəy Arif) eşidəndə ki, İbrahim xanın ağıllı, tədbirli qızı Gövhər ağa elm və mərifətdən bixəbər bir adama

– Xankişiyə ərə gedib, dilxor olur və deyir: Xərmöhrəyə layiq olmayan xər,

Səd heyf, cahanda tapdı Gövhər!

Təqdiri-qəzayə qıl təmaşə,

Axır səni verdi cəhrə başə!


85



XURŞİDBANU NATƏVAN

1830-1897


İki bacı varmış: Nabat və Gövhər. Natəvan xanımın qohumlarından imiş. Böyük bacı Nabatı ərə verərəkən, cehizə baxmağa Natəvan xanımı da çağırırlar. Kiçik bacı Gövhər cehizin çox olduğunu görüb şikayətlənir:

–Ay Ana! Cehizin hamısını Nabata ver-diniz. Mənə heç nə qalmadı.

Balaca qızın sözləri Xurşid xanımın çox xoşuna gəlir, o, xeyli gülür və deyir:

–Qızım, qorxma, sənə elə cehiz verəcəyəm ki, ondan da yaxşı olsun.

Elə də olur. Gövhər ərə gedəndə, onun cehizini Xurşid xanım özü verir…


86


***


Qəza torpaq idarəsi rəisi Şuşada oturarmış. O, çox təkəbbürlü imiş. Bir gün o, yanından laqeydcəsinə keçən Məşədi Nəsir adlı bir nə-fərin hərəkətindən qəzəblənir, əlindəki ağacla onu vurur. Kişi qorxusundan Xurşid xanımın im-arəti olan tərəfə doğru qaçır, yıxılır. Çar çinovniki onu təpikləməyə başlayır… Demə bu mənzərəni Xurşid xanım görürmüş. O, cəld küçəyə çıxıb çar çinovnikinin üstünə cumur, ona bir-iki bərk sillə

ilişdirir, sonra da əl atıb zərli paqonunu qoparır.

Çinovnik Natəvana heç bir söz deməyə cürət etmir, şəhər hakiminə şikayətə gedir. Xurşid xanımın cəsarəti qarşısında özünü itirən şəhər hakimi deyir:

–Xurşid xanım, çinovniki vurmağa etiraz etmirəm, lakin paqonları qırmaq, dövlətə hör-mətsizlik kimi qiymətləndirilə bilər.

–Nə cür qiymətləndirirsiniz, qiymətlən-dirin! – deyə şairə cavab verir.

87


***

Xurşid xanım Şərq təbabətini gözəl bilir, bir çox xəstəlikləri özü türkəçarə üsulu ilə müalicə edirmiş. Qudurmuş it tutanlara belə bir müalicəsi varmış: Parabizən adlı cücünü (bu ən çox xımmı otu üzərində gəzən, qırmızı və qara xallı kiçik cücüdür) kağıza və ya taxtaya sancıb quru-dar, sonra həvəngdəstədə narın döydürərmiş.

Xəstəyə dərmanın qədərini də özü təyin edərmiş.

On gün xəstə onun yanında qalarmış. Sonuncu gün Xurşid xanım xəstə ilə üzbəüz oturar və qəfildən ona sillə vurarmış. Xəstə diksinərsə, deməli, o, sağalıbdır, yox, diksinməzsə, müalicəni davam etdirərmiş.


***

Xurşid xanım evində xüsusi həkim sax-lamazmış. Lakin bir nəfər şəhərin görkəmli hə-kimi daima onların evinə gedib-gələrmiş. Bir dəfə

Xurşid xanım xəstələnəndə həkim deyir:

– Xan qızı, qanınınz azalıb, gərək çaxır içəsiniz.

Xan qızı Nəcəfül-Əşrəfə, müctəhidin yanına xüsusi adam göndərir ki, onun məsləhətini öyrənsin. Müctəhid də məsləhət görür ki, əgər şə-88


rabı kef üçün yox, müalicə üçün içirsə, bu, şəriətə

zidd deyil, belə halda şərab dava-dərman hesab edilməlidir.

Bundan sonra o, şərab içir. Stəkanı dodaqlarına özü aparmaz, ev xidmətçilərindən biri çaxırı ona içirdərmiş. Sonra da ağzı təmiz olsun deyə, suya çəkərmiş və tez də namaza oturarmış

ki, “işlədiyi günah” paka çıxsın.


***


1880-ci ilin bahar fəslində, Natəvan xanım pəncərə önündə əyləşib, şiddətlə yağan yağışa və

gurultu ilə axan sellərə tamaşa edirmiş. Köçərilər mal-qara ilə arandan yaylağa köçürmüşlər. Na-təvan xanım öküzün belinə alaçıq keçəsi və çubuq-larla bərabər iki körpə uşağın da örkənlə sarındı-ğını görür. Onlar bərk islanmış, ağlayırlarmış.

Şairənin ürəyi tab gətirə bilmir. Tez adam göndərib uşaqları və valideynlərini gətirtdirir. Onlara olmazın yaxşılıq etdikdən sonra, uşağın birini onun yanında qoyub getmələrini xahiş edir:

–Uşağa öz balam kimi baxaca-ğam…

İstədiyiniz vaxt gəlib uşağı görə bilərsiniz…

Razılaşırlar, uşaq xan qızının evində xoşbəxt, qayğısız böyüyür. İllər keçir. Seyid Həsən 89


adlı bu oğlanı çoxları Natəvanın oğlulluğu yox, doğma oğlu hesab edirmişlər.


***

Deyirlər qızıl gülün lap təzəcə çıxdığı vaxt bir nəfər fəqir Natəvana bir dəstə qızılgül gətirir.

Xan qızı ona təşəkkür etdikdən sonra yüz manat da bağışlayır. Kişi xanıma dua edir, xudahafiz-ləşib getdikdən sonra, ev darğası Natəvana deyir:

– Xanım, icazə versəniz, sizə bir söz demək istəyirəm.

– Eşidirəm.

– Xanım, o kişi sizə bir dəstə qızılgül gətirdi, onu qiymətə vursaq, lap yuxarısı iki şahıdır.

Bir dəstə gülə yüz manat verməniz, məni həqi-qətdə çox təəccübləndirdi. Səxavətin də bir sər-həddi var.

– Bizim yerlərdə gülü pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur.

Gülü əldə bəhanə edərək mənim yanıma gəl-mişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı.

Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlməz. Bunu yadında saxla.

90


***

1883-cü ildə Natəvan oğlu ilə faytonda, yanında da atlılar, Bərdədən Ağdama gəlirlərmiş. Yolda, Narlı dərə deyilən yerdə, bir qarı onların qa-bağını kəsir və açdığı süfrəyə dəvət edir. Şairə qarının xahişini məmnuniyyətlə qəbul edir, bir-iki stəkan çay içib, təzə yuxa ilə pendir yedikdən sonra, təşəkkür bildirib yola düşürlər. Atlılardan biri qarıya deyir:

– Qarı, xan qızı oturan döşəyin altına bax, Allah qismətini yetirdi.

Demə Xurşid xanım kasıb, kimsəsiz qarıya yüz manat bəxşeyiş veribmiş.


91




MİR MÖHSÜN NƏVVAB

1831-1918


Nəvvab gənc yaşlarında ciyər xəstəliyinə

tutulmuş, lakin öz müalicəsi sayəsində yüz yaşa yaxın bir ömür sürmüşdür. Müalicəsi isə çox sadə

imiş, özünə möhkəm rejim yaratmış və il boyu üzüm yemişdir. Nəvvab ilin bütün fəsillərində

otağın döşəməsində üzümü təzə halda saxlamağı bacarırmış.


***

Rəvayətə görə, Nəvvab oğurluğu tap-

maqda mahir imiş. Bir gün onu sınamaq üçün bir torba qızılı gətirib olduğu evin damında giz-92


lədirlər. Əhvalatı Nəvvaba bildirirlər. O, özü dü-zəltdiyi üstürlabı qoyub baxır. Oğurlanan şeyin onun başı üstündə olduğunu görür. Nəvvab öz gözlərinə inanmır, ikinci dəfə baxır, təəccüblənir, üçüncü dəfə baxır, dəhşətə gəlir. Nəvvab şəhərin ən hörmətli şəxslərindən birini çağırıb deyir:

– Dələduzlar qızılı gətirib taxtapuşda giz-lədiblər. İndi mənə sataşırlar?!

– Narahat olmayın ağa, sizə sataşmaq yox, sizi sınamaq istəyiblər, – deyə hörmətli şəxs söyləyir.


***


Nəvvab musiqiyə qulaq asmağı, muğa-matı dinləməyi lap çox sevərmiş. Hətta xanən-dənin təsirli səsindən gözləri yaşararmış. Dövrünün bütün məşhur xanəndələri ilə dost imiş.

Deyərmiş:

– İnsanın musiqidən aldığı həzzi başqa heç bir şeylə əvəz etmək olmaz. Gör, nə günə qal-mışıq ki, bu avam mollalar bizi dünyanın ən gözəl hissindən məhrum etməyə çalışırlar. Musiqidən nəinki insanlar, hətta heyvanlar və quşlar da təsirat alırlar. Lazım olduqda, musiqi ilə müalicə

də edirlər. Mənim xəstə könlümü ilhamlandıran, məni yaşadan, deyərdim ki, musiqidir.

93



SEYİD ƏZİM ŞİRVANİ

1835-1888


Seyid Əzim müəllim idi. Uşaqları çox sevirdi.

Bir gün uşaqlar məktəbə gəldikdə, əziz müəllimlərini görmürlər. Saat ona qədər gözləyirlər. Dözə

bilməyib iki nəfəri şairin evinə göndərirlər. Onlar evə daxil olduqda, müəllimlərinin otaqda tək oturub, dirsəyini dizinə söykədiyini, əliylə başını tutub fikrə getdiyini görürlər. Salam verirlər. Şair başını yuxarı qaldırdıqda, uşaqlar onun ağladığını görüb təlaşa düşürlər.

– Gediniz, mən indi gəlirəm, – deyə Seyid onları yola salır. Sonra məktəbə gedir. Şagirdlər müəllimin ağlamasının səbəbini bilmək istəyirlər.

94


O, demək istəmir. Hamı təkid etdikdən sonra şair deyir:

– Oğlanlarım, budur, bir neçə ildir çalışıram, şeirlər, əsərlər yazıram. Təbii, bunları camaatımızın istifadəsi üçün yazmışam. İndi baxıb görürəm, bunları heç cürə təb və nəşr etməyə

iqtidarım yoxdur. Vəfatımdan sonra da onların necə olacağını bilmirəm. Bəli, məni ağladan da budur. Hərçənd, indi mənim bu sözlərimi başa düşməzsiniz, lakin sonradan nə dediyimi bilərsiniz.


***

Seyid Əzimin qonşusu bir dəfə qonaqlıq verir, hamını-əsasən, varlıları çağırır, qapıbir qonşusu şairi yaddan çıxarır. Bu, ona pis təsir edir.

Seyid Əzim bir neçə gündən sonra təsadüfən qonşusu ilə qarşılaşır və həmin qonaqlığa işarə edərək bədahətən deyir:


Eşşək küçədən Mirzə Qədir yadına düşdü, Mən şah küçədən düşmədim, eşşək köpəkoğlu!


Seyid Əzim mövhumata, köhnə zeh-niyyətə qarşı qələm çalarkən, öz yeni fikirlərini həya-95


ta keçirərkən, kinayəli sözlər də eşidirdi. Özünün söylədiyi kimi, bəzən onun görərkən deyirlərmiş:


Budur gəldi səfahətin kani,

Hacı Seyid Əzim Şirvani.


Seyid Əzimin məzar daşında yazılan sözləri şairin gələcəyə olan inamını, əbədiliyini ifadə

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации