Электронная библиотека » Коллектив авторов » » онлайн чтение - страница 5

Текст книги "Ədəbiyyatsız dünya"


  • Текст добавлен: 29 ноября 2022, 15:01


Автор книги: Коллектив авторов


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +
MƏNIM TÜRK KITABXANAM

Kitabxanamın əsasını atamın kitabxanası təşkil edir. 17-18 yaşlarımda vaxtımın çoxunu kitab oxuyaraq keçirməyə başlayanda, İstanbul kitabçıları qədər, atamın qonaq otağındakı kitabxanasına da hücum çəkdim. Oxuyub bəyəndiyim bir kitabı atamın kitabxanasından götürüb öz kitabxanama aparmağa həmin illərdə başladım. Oğlunun kitab oxumağından məmnun olan atam, onun kitablarından bəzilərini öz kitablarıma qatmağıma sevinər, mənim kitabxanamda öz köhnə kitablarından birini görəndə, “Ooo bu cild də yüksək mərtəbəyə qəbul edilib!” – deyə mənə ilişərdi.

1970-ci ildə, 18 yaşım olanda kitablara marağı olan hər türk uşağı kimi şeir yazmağa başladım. Bir yandan memarlıqda oxuyur və rəsm çəkməkdən aldığım zövqü itirdiyimi hiss edir, bir yandan da hamıdan gizlin-gizlin gecə yarıları siqaret çəkib şeir yazırdım. Cavanlığında şair olmaq istəyən atamın kitabxanasındakı türk şairlərin kitablarının hamısını bu dönəmdə oxudum.

Türk poeziya tarixinə Birinci yeni (1940 və 1950-ci illər) və İkinci Yeni (1960-70-ci illər) adlarıyla düşən şairlərin nazik və solğun üzlü kitablarını sevir, onları oxuduqca onlar kimi şeir yazmaqdan zövq alırdım. Modern türk şeirinə küçədəki vətəndaşın dilini, zarafatcıllığını gətirən və təzyiq edən, avtoritar dünyadan gələn rəsmi dilin formalist tərəfinə etiraz edən Birinci yeni şairlərini Orhan Veli, Melih Cevdet Anday və Oktay Rıfatın birlikdə çap etdirdikləri ilk şeir kitabının adıyla “Qərib” adlandırırdılar. Atam bəzən bu şairlərin kitablarının ilk nəşrini kitabxanasından götürər və bizi nəşələndirib xoşbəxt edən, zarafatcıl, əyləncəli bir-iki şeiri, ədəbiyyatın həyatın ən gözəl yanlarından biri olduğunu hiss etdirən bir ədayla yüksəkdən oxuyardı.

Bu yenilikçi cərəyanın davamı olan İkinci Yeni poeziyası isə şeirdən təsvirçi, nəqli tonu çıxartmağı, bəzən dadaist, sürrealist, bəzən də bər-bəzəkli bir xaos yaratması ilə məni həyəcanlandırardı. Bəzən qəribə şəkildə, həm anlaşılmaz və çətin, həm də təsirli olan və bu gün hamısı dünyadan köçmüş olan bu şairləri (Cemal Süreya, Turgut Uyar, İlhan Berk) oxuyarkən, özümü eynilə “abstrakt” bir rəsmə baxarkən “Bunu mən də çəkə bilərəm” düşüncəsinə qapılan saf biri kimi hiss edərdim. Yaxşı bir rəsmə, ya da ümumən hər hansı bir rəsmə baxıb, o rəsmin necə çəkildiyini anladığını zənn edərək, tezcə atelyesinə qaçıb nəsə çəkmək istəyən bir rəssam kimi, şeir yazmaq istəyər, oturub yazardım da.

Bu şairlərin yazdıqlarından başqa türk poeziyasının dili gündəlik həyatdan çox uzaq və süni olduğu üçün, bəzi marginal və nadir gözəl şeirləri, misraları çıxmaq şərtilə, məni şeirdən çox, intellektual bir məsələ kimi maraqlandırırdı. Qərbləşmənin, modernləşmənin, Avropanın təsiri altında yerli şairlər dağılıb gedən ənənədən nəyi, necə qoruyacaqdı? Osmanlı ədəbi elitasının İran ədəbiyyatının təsiri ilə yaratdıqları Divan şeirinin yeni nəslin ancaq lüğətlər və bələdçi kitablarla anlaya bildiyi gözəlliklərini, ədəbi oyunlarını, modern şeirə necə tətbiq edə bilərdik? “Ənənədən bəhrələnmə” sözüylə dildə öz ifadəsini tapan bu suallar, məndən əvvəlki nəslin yazıçıları qədər mənim nəsildaşlarımı da uzun müddət məşğul etdi. Qərb təsirindən kənarda qalmış güclü Osmanlı şeiri və onun neçə əsrlik ənənəsi sayəsində ədəbi, fəlsəfi problemlər şeir vasitəsilə daha rahat və asanca müzakirə olunurdu. Esse və roman ənənəsinin olmamağı, ədəbi və formal lokallıq əndişəsi olan biz romançıların gözlərini şeirə çevirməyinə səbəb olurdu.

1970-ci illərin əvvəlində, şeirə olan həvəs və həyəcanımın qısa müddət içində alovlanıb sönməsindən sonra, romançı olmağa qərar verəndə, Türkiyədə şeir həqiqi ədəbiyyat, roman isə daha aşağı və populyar bir şey sayılırdı. Keçən otuz beş ildə romanın daha çox ciddiyə alındığını, şeirin isə önəmini itirdiyini söyləmək haqsızlıq olmaz. Bu müddətdə ədəbiyyat oxucusu və kitab sənayesi də heyrətamiz sürətlə böyüdü və zənginləşdi.

Mən yazıçı olmağa qərar verəndə hakim ədəbiyyat anlayışı həm şeirdə, həm də romanda bir fərdin yalnız kəlmələrlə özünü, öz ruhunu və qəribəliyini ifadə etməsinə yox, qruplarla, camaatlarla, dostlarıyla birgə hərəkət edən bir yazıçının ictimai bir utopiyaya, bir xəyala (modernizm, sosializm, islamçılıq, milliyyətçilik, dünyəvi cumhuriyyətçilik kimi) xeyir verməsini də qiymətləndirirdi.

Buna görə də tarixdən, ənənədən bəhrələnmə instinkti yaradıcı yazıçıların özlərinə ən uyğun gələn tondakı ədəbi formanı tapmağına yarayan fərdi ədəbi problem yox, onun əvəzinə, gələcəkdəki xoşbəxt və harmonik cəmiyyəti, hətta milləti, dövlətlə birgə inşa etmək fantaziyasının bir parçası olmuşdu. Bəzən düşünürəm ki, istər maarifçi və dünyəvi cumhuriyyətçilər, istərsə də bərabərlik tərəfdarı sosialistlər olsun, modernist pozitiv ədəbiyyat, gözlərini gələcəyə çox dikdiyi üçün, ötən əsrdə İstanbulun küçələrində, evlərində olanların ruhunu diqqətdən qaçırdı, itirdi. Düşünürəm ki, Türkiyənin parlaq bir gələcəyə necə keçə biləcəyini təşnəliklə özünə dərd edən yazıçılar yox, Tanpınar, Abdülhak Şinasi Hisar kimi keçmiş mədəniyyətin itkisinə hüznlənən yazıçılarla, Ahmet Rasim, Sait Faik və Aziz Nesin kimi İstanbul küçələrinin şeirini və həyatiliyini qərəzsiz sevən yazıçıların əsərləri yaşadığımız həyatı daha doğru ifadə edib.

Qərbləşmə və modernləşmə başladıqdan sonra, təkcə türk ədəbiyyatının yox, Qərbdən kənar bütün ədəbiyyatların əsas problemi, gələcək fantaziyası ilə indinin rənglərini, modern bir insan və ölkə arzulamaqla, mövcud olan ənənəvi dünyada yaşamağın zövqlərini eyni anda qucaqlamağın çətinliyi olub. Radikal bir gələcək arzulayan yazıçıların çox vaxt siyasi döyüşlərə, iqtidar mücadilələrinə girişib həbsxanalara düşməsi, onların səs tonunu, müşahidələrini sərtləşdirib acılaşdırmışdı.

Atamın kitabxanasında Nazim Hikmətin hələ həbsə düşməmişdən öncə 1930-cu illərdə çıxmış ilk kitabları da vardı. Bu şeirlərin qəzəbli, ümidli və xoşbəxt bir gələcəyə inanan pozitiv ədasından və rus futuristlərindən gələn forma yeniliyindən təsirləndiyim qədər, şairin çəkdiyi çilədən, həbsxanada keçən günlərindən, onunla eyni zindanda yatmış Orxam Kamal, Kamal Tahir kimi realist romançıların xatirə və məktublarındakı həbsxana həyatından da təsirlənərdim. Həbsdə yatmış türk ziyalılarının, jurnalistlərin xatirələri, zindanda keçən roman və hekayələr, öz-özlüyündə bir kitabxanadır. Həbsxana ədəbiyyatını bir dönəm o qədər çox oxudum ki, kameralardakı gündəlik həyatı, çox sevdiyim həbsxana jarqonunu, lotuluq, cayıllıq qaydalarını zindana düşmüş bir məhkum qədər öyrəndim. O illərdə yazıçılıq mənə qapısında daim polislərin gözlədiyi, küçələrdə sivil polislər tərəfindən izlənən, telefonlarına qulaq asılan, pasport ala bilməyən və sevgilisinə həbsdən təsirli məktublar və şeirlər yazan bir adamın həyatı kimi görünürdü. Kitablardan öyrəndiyim bu həyata heç qibtə etmir, amma onu romantik hesab edərdim. Otuz il sonra bənzər sıxıntıları bir az yaşayanda, düşündüm ki, mənim vəziyyətim, gəncliyə xas romantizmlə oxuduğum kitablardakı yazıçıların vəziyyətindən daha yumşaqdır və bununla təsəlli tapdım.

Kitabların bizi həyata hazırlayan nəsnələr olduğunu dəstəkləyən maarifçi və mənfəətpərəst duyğunu, əfsus ki, bir az itirdim. Bəlkə də Türkiyədəki yazıçılıq həyatı həmişə bunu təsdiqlədiyi üçün. Daha çox da o vaxt Türkiyədə istədiyiniz hər kitabı asanca tapıb oxuya biləcəyiniz böyük kitabxanalar olmadığı üçün. Kitabların hər birinin əsrarəngiz bir özəllik qazandığı və buna görə də kitabxananın dünyanın qarmaqarışıqlığına uyğun bir stixiyaya və metafizik bir sərhədsizlik haləsinə büründüyü Borxesçi kitabxana fantaziyasının arxasında sayıla və oxuna bilməyəcək qədər çox kitabı olan böyük kitabxanalar durur. Borxes Buenos-Ayresdə belə bir kitabxananın müdiriydi. Amma mənim cavanlığımda marağı olanlar üçün bu cür kitabxanalar İstanbulda, Türkiyədə heç yox idi. Xarici dildə olan kitablar isə heç bir kitabxanada tapılmırdı. Hər şeyi öyrənmək, informasiyalı, dərin bir adam olub milli ədəbiyyatın camaatlar, dostluqlar, ədəbi diplomatiya və qadağalarla qorunan boğucu sərhədindən qurtulmaq istəyirdimsə, böyük kitabxanamı özüm qurmalıydım.

1970-1990-cı illər arasında bütün vacib, yararlı kitabların olduğu bir kitabxana qurmaq üçün, yazmaqdan sonra ən önəmli işim kitab almaq oldu. Atam mənə yaxşı cib xərcliyi verirdi. On səkkiz yaşımdan başlayaraq Bəya-zıtdakı bukinistlər yarmarkasına həftədə bir dəfə getməyə adət etmişdim. Kiçik elektrik sobalarıyla güclə qızdırılan, təsnifatlaşdırılmamış kitab qalaqları ilə ağzına kimi dolu olan, satıcısından dükan sahibinə, təsadüfi ziyarətçidən kitab axtaran həvəskara qədər hamının çox yoxsul göründüyü bu yerlərdə saatlarımı, günlərimi keçirərdim. İkinci əl kitablar satan bir dükana girər, bütün rəfləri, bütün kitabları tək-tək gözdən keçirər, XVIII əsr Osmanlı-İsveç əlaqələrindən bəhs edən bir tarix kitabını, Bakırköy Ruhi dispanserinin baş həkiminin xatirələrini, uğursuzluqla bitən bir hərbi çevrilişə şahidlik etmiş bir jurnalistin qeydlərini, Makedoniyadakı Osmanlı binaları barəsində bir monoqrafiyanı, XVII əsrdə İstanbula gəlmiş bir alman səyyahın xatirələrindən ibarət türkcə bir antologiyanı, depressiv pozğunluqla şizofreniyaya meyllilik haqqında Çapa Tibb Fakültəsindən bir professorumuzun düşüncələrini, hamının unutduğu bir Osmanlı şairinin çağdaş türkcəyə çevrilmiş və şərh edilmiş Divanını, yaxud İstanbul Valiliyinin 1940-cı illərdə şəhərdə çəkdirdiyi yolları, binaları və parkları göstərən ağ-qara rəsmli bir təbliğat kitabını seçər, satıcı ilə qiyməti danışıb alardım. Əvvəlcə dünya və türk ədəbiyyatının bütün klassiklərini – türk ədəbiyyatı üçün “önəmli kitab” demək daha doğrudu – toplayırdım. Digər kitabları da, eynilə klassiklər kimi, bir gün oxuyacağımı düşünürdüm. Amma çox oxuduğum üçün dərdlənən anam da oxuduğumdan daha çox kitab aldığımı görür, bezginliklə “Barı bu dəfə aldıqlarını oxumamış gedib yenə alma!” – deyərdi.

Kitabları bir kolleksioner kimi yox, gələcəkdə hər şeyi oxuyaraq dünyanın mənasını və Türkiyənin niyə bu qədər yoxsul və problemli olduğunu tezliklə anlamaq istəyən nigaran biri kimi alırdım. İyirmi-iyirmi iki yaşlarımda valideynlərimlə birgə yaşadığım evə gəlib, otaqları get-gedə daha sürətlə dolduran bu kitabları niyə aldığımı soruşan dostlarıma konkret bir cavab verə bilməzdim. Gümüşxana nağıllarında ev motivini, Çərkəz Ethemin Atatürkə qarşı çıxmasının pərdə arxasını, Məşrutiyyət dönəmindəki siyasi cinayətlərin salnaməsini, Əbdülhəmidin London konsulunun padşahın sifarişi ilə İngiltərədən alıb Türkiyəyə yolladığı tutuquşunun hekayəsini, utancaqlar üçün sevgi məkt


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации