Электронная библиотека » О. Генри » » онлайн чтение - страница 2

Текст книги "Hekayələr"


  • Текст добавлен: 16 декабря 2022, 19:21


Автор книги: О. Генри


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 14 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

POLİS və XORAL1818
  Xoral – kilsədə xor şəklində oxunan dua


[Закрыть]

Medison bağında Sopi öz skamyasında oturub qurdalanırdı. Əgər vəhşi qazlar gecələr səmanın yüksəkliklərinə qalxırlarsa, mantosu olmayan qadınlar ərlərinə qarşı daha nəvazişli olurlarsa, Sopi isə parkda öz skamyasında qurdalanmağa başlayırsa, bu o deməkdir ki, artıq qış qapını kəsdirib.

Sopinin dizinin üstünə sarı yarpaq düşdü. Bu, Şaxta babanın vizit kartı idi; bu qoca Medison bağının daimi sakinlərinə qarşı xeyirxah idi və yaxın vaxtlarda gəlməsi barədə onları vicdanla xəbərdar edirdi. Dörd yolayrıcında o, kartını şimal küləyinə, “Açıq səma altında” mehmanxanasının qapıçısına təqdim edirdi ki, kirayənişinlər hazırlaşa bilsinlər.

Sopi başa düşdü ki, yaxınlaşan soyuqdan qorunmaq üçün vəsait və yollar axtarmaq məqsədi ilə şəxsi komitə yaratmağın vaxtı çatıb. Elə ona görə də skamyasında oturub qurdalanırdı.

Sopinin qış planları məxsusi şöhrətpərəstlikdən xəbər vermirdi. O nə cənub səması, nə də Neapolitan körfəzində dayanmaqla Aralıq dənizi boyunca yaxta səyahəti arzulayırdı. Adada üçaylıq həbs – onun qəlbi bu həsrətlə alışıb-yanırdı. Üç ay etibarlı sığınacaq və yemək təminatı, polislərin və soyuğun təcavüzündən uzaq gözəl kompaniya, həqiqətən, Sopinin ən böyük arzusu idi.

Artıq bir neçə il idi ki, Adadakı qonaqpərvər həbsxana onun üçün qış mənzilini əvəz edirdi. Necə ki şəhərin xoşbəxt vətəndaşları Floridaya və yaxud Rivyeraya bilet alırdılar, Sopi də eləcə Adanı ziyarət etmək üçün o qədər çətin olmayan hazırlıq işləri görürdü. Artıq həmin vaxt yetişmişdi.

Keçən gecə bazar günü çıxan üç qəzetin birini pencəyinin altına sərdi, biri ilə ayaqlarını bürüdü, üçüncüsünü dizlərinə bağladı – ancaq soyuqdan qoruna bilmədi: o, fəvvarənin yanındakı skamyanın üstündə çox narahat bir gecə keçirdi. Ona görə də Ada onun gözünə arzulanan və vaxtı çatmış sığınacaq kimi görünürdü. Sopi şəhərdə hökm sürən səfalətlə bağlı mərhəmət adına göstərilən qayğılara nifrət edirdi. Onun fikrincə, qanun filantropiyadan1919
  Filantropiya (yunan. – insanı sevmək) – xeyriyyə işləri ilə məşğul olmaq, ehtiyacı olan insanlara yardım etmək


[Закрыть]
bir qədər mərhəmətlidir. Şəhərdə saysız-hesabsız ictimai və xüsusi xeyriyyəçilik müəssisələri var idi ki, kiçicik bir xahişlə onlardan daldalanacaq və ərzaq ala bilərdi. Amma Sopinin qürurlu təbiətinə xeyriyyəçilikdən əldə olunan bəxşişlər ağır gəlirdi. Filantropların əlindən qəbul etdiyin hər cür yaxşılığa görə pul ödəməsən də, alçalmaqla mütləq əvəzini qaytarmalısan. Hər mərhəmət çarpayısı məcburi vanna ilə, hər bir loğma çörək isə ruhuna icazəsiz soxulanlar ilə müşayiət olunurdu. Belə olduğu halda həbsxananın kirayənişini olmaq daha yaxşı deyildimi? Orada, əlbəttə, hər şey qəbul olunmuş ciddi qaydalara əsaslanır, amma heç kim centlmenin şəxsi işlərinə burnunu soxmur.

Beləliklə, qış mövsümünü Adada keçirmək qərarına gələn Sopi planını təcili olaraq həyata keçirmək məqsədi ilə işə başladı. Həbsxanaya getməyin çoxlu asan yolları var idi. Ən münasib yol isə restorandan keçirdi. Yaxşı restoranların birində gözəl nahar sifariş verirsən, doyunca yeyirsən, sonra isə borcunu ödəyə bilmədiyini bəyan edirsən. Heç bir dava-dalaşa yol vermədən səni polisə təhvil verirlər. Üzüyola hakim xeyirxah işi sona çatdırır.

Sopi qalxdı, parkdan çıxaraq Brodveylə Beşinci küçəni qovuşduran asfaltlanmış dəhlizlə addımlamağa başladı. Gur işıqları olan kafenin yanında dayandı. Üzüm suyunun, ipəkqurdu istehsalının və protoplazmanın2020
  Protoplazma (yunan. – ilk, birinci) – canlı toxuma, hüceyrə. Bu termin ədəbiyyata 1839-cu ildə gətirilib və XX əsrin əvvəllərinə qədər bədii ədəbiyyatda da geniş istifadə olunurdu.


[Закрыть]
verə biləcəyi yaxşı nə varsa, axşamlar burada cəmləşir.

Sopi jiletinin aşağı düyməsindən ta yuxarıya qədər özünə arxayın idi: üzünü təmiz qırxmış, münasib pencək geyinmişdi, qara rəngli gözəl qalstuku isə ona Şükranlıq günündə2121
  Şükranlıq günü – rəsmi amerikan bayramı; Yeni Dünyada ilk məhsul yığımı şərəfinə (noyabrın axırıncı cümə axşamı) Yeni İngiltərənin kolonistləri tərəfindən təsis edilmişdir.


[Закрыть]
bir missioner qadın bağışlamışdı. Əgər diqqət çəkmədən özünü masaya yetirə bilsə, deməli, müvəffəqiyyət təmin olunmuşdur. Bədəninin masadan yuxarı görünən hissəsi ofisiantda heç bir şübhə doğurmayacaqdı. Sopi düşündü ki, əvvəlcə qızardılmış ördək və bir şüşə şərab sifariş versin. Sonra isə pendir, bir fincan qara qəhvə və siqar. Birdollarlıq siqar yerinə düşər. Hesab yüksək olmaz və kafe rəhbərliyi qisas məqsədi ilə sərt tədbirlərə əl atmaz. O isə bu cür nahardan sonra ləzzətlə öz qış sığınacağına səyahətə başlaya bilər.

Lakin Sopi restoranın kandarına ayaq basan kimi baş ofisiantın iti gözləri dərhal onun sürtülmüş şalvarını və əyilmiş çəkmələrini gördü. Qüvvətli, çevik əllər cəld onu çevirdi və sakitcə küçəyə ötürdü. Bununla da ördəyin canı onun üçün hazırlanmış kədərli taledən qurtardı.

Sopi Brodveydən geri qayıtdı. Belə düşünürdü ki, onun Adaya gedən yolu qızılgüllərlə bəzədilməyəcək. Nə etməli? Cənnətə daxil olmaq üçün başqa üsullar axtarmaq lazımdır.

Altıncı küçənin axırında müxtəlif mallarla gözəl bəzənmiş vitrinlərin gur işıqları yoldan ötənlərin nəzərini cəlb edirdi. Sopi yerdən bir daş götürüb şüşəyə atdı. Tindən çıxan adamlar ora-bura qaçışdılar. İrəlidə isə polis yüyürürdü. Sopi əllərini cibinə salıb dayandı və polisin qarşısında gülümsəməyə başladı.

– Bunu kim edib? – polis tələsik xəbər aldı.

– Sizə elə gəlmir ki, bu işdə mənim barmağım var? – Sopi xəfif istehzayla, lakin öz böyük uğuruna sevinən adam təki mehribancasına soruşdu.

Polis Sopini heç fərziyyə kimi də qəbul etmək istəmədi. Mağazaların vitrinlərini daşla qıran adamlar qanun keşikçiləri ilə danışığa girmirlər. Onlar o dəqiqə dabanlarına tüpürüb qaçırlar. Polis məhəllənini axırında tramvaya çatmaq üçün qaçan adamı gördü və dəyənəyini qaldırıb onun arxasınca yüyürdü. Sopi qəlbində ikrah hissi ilə yoluna davam etdi. İkinci uğursuzluq…

Küçənin qarşı tərəfində xüsusi tələbləri olmayan bir restoran yerləşirdi. O, böyük iştahası və az pulu olanlar üçün nəzərdə tutulmuşdu. Qab-qacağı və havası ağır, süfrəsi bəzəksiz və şorbaları dadsız idi. Bu mədə məbədgahına Sopi öz eyibli çəkmələrini və sürtülmüş şalvarını əngəlsiz keçirə bilərdi. O, masa arxasında oturub bifşteks, bir porsiya oladya2222
  Oladya – buğda unundan hazırlanmış kökə


[Закрыть]
və bir tikə piroq yedi. Sonra isə restoran xidmətçisinin nəzərinə çatdırdı ki, lap xırda qəpiklərlə də ümumi tanışlığı yoxdur.

– Yaxşı, indi isə, – Sopi dedi, – tez olun! Polisi çağırın. Lütfən, cəld tərpənin, centlmeni gözləməyə məcbur etməyin.

– Polissiz də keçinərsən! – ofisiant yağlı bulka kimi yumşaq səslə dilləndi və kokteyldəki albalıya oxşar gözləri işıldadı, – ey, Kon, kömək elə!

İki ofisiant Sopini səliqə ilə sol qulağı üstə səkinin üstünə yıxdı. O, uzun dülgər xətkeşi kim yerdən hissə-hissə qalxdı, paltarının tozunu çırpdı. Həbs olunmaq ona xoş arzu, Ada isə əlçatmaz xəyal kimi görünürdü. İki ev aralıdakı aptekin yanında dayanan polis gülüb yoluna davam etdi.

Sopi bəxtini bir daha sınamaq üçün cəsarət toplamazdan əvvəl beş məhəllə dolaşası oldu. Ciddi və gözəl geyinmiş cavan bir qadın mağazanın vitrini qarşısında dayanmışdı, üz qırxmaq üçün ləyənçələrə və mürəkkəbqabılara baxırdı. İki addım kənarda isə zorba, zabitəli bir polis dirsəyini yanğınsöndürən krana söykəyib özünü nümayiş etdirirdi.

Sopi ikrah doğuran küçə arvadbazı rolunu oynamaq qərarına gəldi. Nişan aldığı qadının münasib xarici görkəmi və heybətli polisin yaxında olması tezliklə polisin güclü əlini çiynində hiss edəcəyinə və qış mövsümünü rahat adacıqda keçirəcəyinə təminat verirdi.

Sopi missioner xanımın hədiyyəsi olan qalstuku düzəltdi, sözə qulaq asmayan manjetini çölə çıxardı, şlyapasını rəşadətlə yan qoydu və düz gənc qadına sarı addımladı. O, şuxluqla qadına göz vurdu, qaqqıldadı, gülümsədi, öskürdü, bir sözlə, küçə avaralarına məxsus bütün klassik fəndlərdən həyasızcasına istifadə etdi. Sopi gözünün ucu ilə baxıb gördü ki, polis diqqətlə onu izləyir. Gənc qadın bir neçə addım kənara çəkildi və yenidən ləyənçələrə baxmağa başladı. Qadının arxasınca gedən Sopi sırtıqcasına onunla yanaşı dayandı və şlyapasını qaldırıb dedi:

– Ah, siz necə də gözəlsiniz! Bir az gəzişək?

Polis izləməkdə davam edirdi. Təhqir olunmuş gənc qadının barmağını qaldırması kifayət edərdi ki, polis özünü yetirsin. Sopi artıq polis məntəqəsinin istiliyini və rahatlığını canında hiss edirdi. Amma birdən Sopiyə tərəf çevrilən gənc qadın onun əlindən tutdu.

– Məmnuniyyətlə, Mayk! – qadın sevinclə dilləndi. – Pivəyə qonaq edərsən? Mən elə əvvəldən səninlə danışardım, amma polis baxırdı.

Gənc qadın sarmaşıq palıd ağacına dolaşan kimi Sopinin ətrafında dolanırdı. Beləliklə, o, qadınla əl-ələ qanun keşikçisinin yanından ötub-keçdi. Müsbət olanı o idi ki, Sopi azadlıqdan ləzzət almağa məhkum olunmuşdu. Yaxınlıqdakı küçədə o, yol yoldaşından kənarlaşıb aradan çıxdı. O, reklam işıqları ilə bəzədilmiş məhəllədə dayandı. Bu məhəllədə insanlar da, qəlblər də, musiqi də eyni dərəcədə xoşagəlimli idi. Qadınlar xəzlərində, kişilər isə isti paltolarında soyuq küləklə mehriban ünsiyyətə girmişdilər. Sopini qəfil qorxu hissi bürüdü. Bəlkə, hansısa yaman caduların hesabına o, polislərin qarşısında dişbatmaz olub? Çaşıb-qalmışdı. Polisin yanına çatdığı zaman teatrın işıqlandırılmış girişi qarşısında vüqarla dayandı və “ictimai yerdə xuliqanlıq” adlanan sonuncu saman çöpündən yapışmaq qərarına gəldi.

Sopi xırıltılı səsi ilə gücü çatdığı qədər hansısa mahnını keflilərsayağı bağırmağa başladı. O, səkinin üstündə rəqs eləyir, bağırır, ədabazlıq edir – asayişi pozmaq naminə bütün üsullardan yararlanırdı. Polis dəyənəyini fırladı və arxasını qalmaqalçıya çevirərək yoldan ötən birinə dedi:

– Bu, tələbədir. Onlar bu gün Hartford kollecinin futbol komandası üzərində çaldıqları qələbəni bayram edirlər. Səs-küy salırlar, amma bu, təhlükəli deyil. Bizi təlimatlandırıblar ki, onlara toxunmayaq.

Çarəsiz Sopi heç nəyə yaramayan canfəşanlığına son qoydu. Doğrudanmı, bir polis tapılmayacaq ki, onun yaxasından yapışsın? Adadakı həbsxana ona əlçatmaz arzu kimi görünməyə başladı. O, nazik pencəyini bərk-bərk düymələdi: soyuq bütün bədəninə işləyirdi.

Tütün dükanında Sopi qaz borucuğunda siqar çəkən cənabı gördü. O, ipək parçadan olan çətirini girişdə qoymuşdu. Sopi kandarı adladı, çətiri götürdü və yavaş-yavaş geri qayıtmağa başladı. Siqarlı adam cəld onun arxasınca düşdü.

– Bu mənim çətirimdir, – o, ciddi şəkildə dedi.

– Doğrudan? – Sopi soyğunçuluğa əlavə kimi həyasızcasına gülümsədi, – bəs nə üçün polis çağırmırsınız? Bəli, çətirinizi götürmüşəm. Ona görə də polis çağırın! Bax o, tində dayanıb.

Çətirin sahibi addımını yavaşıtdı. Sopi də həmçinin. O artıq hiss etdi ki, tale yenidən onunla amansız oyun oynayır. Polis maraqla onlara baxırdı.

– Görünür, – siqarlı adam dedi, – əlbəttə… siz… bir sözlə, belə səhvlər olur… Əgər bu sizin çətirinizdirsə… düşünürəm ki, məni bağışlayarsınız… mən bu gün onu restorandan götürmüşəm… Əgər siz onu özünüzünkü hesab edirsinizsə… nə olar… olsun.

– Əlbəttə, bu mənim çətirimdir, – Sopi hirslə dedi.

Çətirin əvvəlki sahibi geri çəkildi. Polis isə əynində dəbdəbəli manto olan hündür, sarışın qadına kömək etməyə tələsdi: ona küçəni keçməyə kömək etmək lazım idi, çünki iki məhəllə aralıda tramvay görünürdü.

Sopi təmir nəticəsində eybəcər hala salınmış küçə ilə şərqə tərəf üz tutdu. O, dəbilqəli və dəyənəkli adamlara lənətlər yağdıra-yağdıra çətiri hirslə çalaya tulladı. Onların əlinə keçməyi nə qədər arzulasa da, ona müqəddəs Roma papası kimi baxırdılar.

Nəhayət, Sopi, demək olar ki, heç bir təlaşın və səs-küyün olmadığı küçələrdən birinə çatdı və Medison bağına doğru addımladı. Görünür, insanı doğma ocağa çəkən instinkt hətta bu evi parkdakı skamya əvəz eləsə də, heç zaman ölmür.

Lakin Sopi xüsusilə sakit olan dalanların birində qəflətən dayandı. Burada sivri damı olan köhnə kilsə yerləşirdi. Pəncərənin birinin bənövşəyi şüşəsindən xəfif işıq süzülürdü. Görünür, bazar günü xoralını ifa etmək üçün içəridə adamlar toplaşmışdılar. Çünki Sopinin qulaqlarına musiqinin həzin sədaları dəyirdi və o, çuqun barmaqlıqlara sıxılaraq duruxub qaldı.

Ay sakitcə doğub gecəni işıqlandırırdı; faytonlara və yoldan ötənlərə az-az rast gəlmək olurdu; damların altında sərçələr yuxulu-yuxulu cikkildəşirdilər – düşünmək olardı ki, adam kənd qəbiristanlığındadır. Orqan alətinin müşayiəti ilə ifa olunan xoral Sopini çuqun barmaqlığa bənd etmişdi, çünki o bu musiqini əvvəllər çox eşitmişdi – o vaxtlar onun həyatında anası var idi, o vaxtlar onun həyatında cəsarətli məqsədlər, dostlar, təmiz fikirlər və təmiz yaxalıqlar var idi.

Qədim kilsənin pəncərələrindən süzülən musiqinin təsiri altında Sopinin qəlbində qəfil və qəribə dəyişikliklər baş verdi. O yuvarlandığı bədbəxtliyi, məhv olmuş ümidləri, mövcud həyatını doğuran dəyişməz səbəbləri dəhşətlə xatırladı. Ürəyi yeni əhvalına uyğun ahənglə döyün– məyə başladı. O, qəfil özündə qara taleyi ilə mübarizə aparmaq qüvvəsi hiss etdi. Çirkabdan qurtulacaq, yenidən düzgün adam olacaq, onu öz əsirinə çevirən yamanlıqlara qalib gələcəkdi. Hələ vaxt var, o cavandır. Əvvəlki saf arzularını bərpa edib onları həyata keçirmək naminə bütün qüvvəsini səfərbər edə bilər. Orqanın təntənəli, buna rəğmən şirin, doğma musiqisi onda dönüş yaratmışdı. Qəti qərara gəlmişdi: sabah səhər o, şəhərin işgüzar hissəsinə gedəcək, özünə iş tapacaq. Bu günlərdə bir xəz ustası ona yükdaşıyan yeri təklif etmişdi. Elə günü sabah onu axtarıb tapacaq və bu işə götürülməsini ondan xahiş edəcək. O, adam olmaq istəyir. O…

Sopi kiminsə əlini çiynində hiss etdi. Tələsik nəzər saldığı zaman qarşısında polisin enli sifətini gördü.

– Burada nə edirsiniz? – polis soruşdu.

– Heç nə, – Sopi cavab verdi.

– Onda gedək, – deyə polis Sopinin boynunun ardından tutub itələdi.

– Üç aylığa Adaya, – ertəsi gün hakim belə bir qərar çıxardı.

YALANÇI PARILTI

Mister Tauers Çendler otağında bayırlıq kostyumunu ütüləyirdi. Ütünün birini qızmaq üçün qaz pilətəsinin üstünə qoymuşdu, o birini isə səylə irəli-geri itələyərək istədiyi qatı almağa çalışırdı; bir azdan onun laklı çəkmə– lərindən ta jiletinin ensiz yarığının uclarınadək ox kimi necə dümdüz uzandığını görmək olacaqdı. Bizim qəhrəmanın geyimi barədə söylədiklərimiz elə bunlardan ibarətdir. Qalanlarını isə qoy alicənab səfalətin rəzil kə– ləkbazlığa vadar etdiyi şəxslərin özləri tapsınlar. Biz mister Çendleri ucuz mebelli otaqların pilləkənləri ilə endiyi zaman yenidən görəcəyik; səliqəli geyinmiş, özündənrazı, yaraşıqlı, zahiri görünüşcə tipik nyu-yorklu klub adamı – bir qədər darıxdırıcı görkəmi ilə əyləncə gecələrinə tələsən əyyaş.

Çendler həftəyə on səkkiz dollar alırdı. O, bir memarın kontorunda işləyirdi. İyirmi iki yaşı vardı. Arxitekturanı əsl incəsənət hesab edir və səmimi-qəlbdən inanırdı ki – amma bu barədə Nyu-Yorkda bəyanat verməyə risk etmirdi – məşhur “Ütü” göydələni2323
  “Ütü” göydələni (ing. Flatiron Building) – 1902-ci ildə Nyu-York şəhərində inşa edilib. Memarı Daniel Bernhemdir. 82 m-lik bina vaxtilə dünyanın ən hündür göydələni hesab olunurdu. Bina öz formasına görə öndən ütüyə bənzəsə də, maraqlıdır ki, yandan və arxadan adi, dördkünc tikiliyə bənzəyir, başqa sözlə, vizual aldadıcı görkəmi var. Dünyanın 11 ən yaxşı binası siyahısında özünə yer eləyə bilib.


[Закрыть]
öz memarlıq üslubu ilə Milan kilsəsindən2424
  Milan kilsəsi – İtaliyanın ən gözəl memarlıq nümunələrindən biridir. Bu, Avropada mərmərdən hazırlanmış və qotika üslubunda yeganə kilsədir. Kilsənin tikilişi 1386-cı ildə başlasa da, 1765-1769-cu illərdə inşaat işləri başa çatmış, fasadı isə XIX əsrdə tamamlanmışdır. Kilsənin hündürlüyü 106,5 metrdir.


[Закрыть]
geri qalır.

Çendler hər həftə maaşından bir dollar qırağa qoyurdu. Hər onuncu həftənin axırı bu üsulla topladığı kapitala simic Zaman Atanın dükanından bir axşam qopararaq əsl centlmen kimi əylənə bilirdi.

Özünü milyonerlərə və krallara xas reqaliyalarla2525
  Reqaliya – hökmdarlara məxsus olan əşya


[Закрыть]
bəzəyər, şəhərin reklam və vitrinlərinin daha gur işıq saçdığı hissəsinə gedər, ləzzət və təmtəraqla nahar edərdi. Cibindəki on dolların hesabına bir neçə saat varlı avara rolunu məharətlə oynamaq mümkün idi. Bu məbləğ yaxşı nahara, münasib etiketli bir şüşə çaxıra, çaypuluna, siqara, faytona və s.-yə kifayət edirdi. Yetmiş cansıxıcı axşamın hesabına əmələ gələn bu nəşəverici axşam vaxtaşırı doğulan səadətin əsasını təşkil edirdi.

Qızların cəmiyyət içinə ilk addımı yalnız bir dəfə olur; saçları ağaranda da həmin an onun yaddaşında xoşbəxt və təkrarolunmaz bir hadisə kimi yaşayır. Çendler də hər on həftədən bir bu axşamdan ilk dəfə olduğu kimi böyük ləzzət alırdı: palma ağaclarının altında kef əhlinin əhatəsində oturub bu cənnətin sakinlərini seyr eləmək və onların baxışlarını öz üzərində hiss etmək, qat-qat paltarlı gənc debütant qızın ilk valsına dəvət almaq… Bütün bunlar müqayisəedilməz idi.

Çendler Brodvey səyyar ziyafət paltarları sərgisinin tamhüquqlu iştirakçısı kimi addımlayırdı. Bu axşam o, təkcə tamaşaçı yox, həm də ekspert idi. Növbəti altmış doqquz günü o, köhnə kostyum geyinəcək, təsadüfi barların piştaxtası arxasında mənşəyi bəlli olmayan ümumi süfrə yeməkləriylə, öz otağında isə buterbrodlarla və pivə ilə qidalanacaqdı. Lakin bu onu təşvişə salmırdı. Axı o, nəhəng zahiri parıltılı şəhərin əsl oğlu idi və Brodvey fənərlərinin işıqlandırdığı bir axşam onun qüssə içində keçirdiyi çoxsaylı axşamların yerini doldururdu.

O elə hey addımlayırdı. Budur, artıq qırxıncı küçə həzzə aparan yolun işıqları ilə kəsişməyə başladı; hələ tez idi, amma insan yüksək cəmiyyətlə yetmiş gün ərzində cəmi bir dəfə ünsiyyətə girirsə, o zaman bu ləzzətin ömrünü uzatmaq istəyir. Parlaq, qaşqabaqlı, maraq dolu, məftun, meydan oxuyan, cəzbedici baxışlar ona dikilmişdi, çünki geyimi və görkəmi onun fərəhli və həzz dolu saatların pərəstişkarı olduğunu təsdiq edirdi.

Tinlərin birində dayanıb düşünürdü ki, bəlkə, artıq geriyə qayıtmağın, bədxərc vaxtlarında nahar etdiyi dəbdə olan təmtəraqlı restoranlardan birinə getməyin vaxtı çatıb? Elə bu an sürətlə tini burulmaq istəyən bir qız buzda sürüşərək şappıltı ilə səkinin üstünə yıxıldı. Çendler dərhal nəzakətlə ona qalxmağa kömək etdi. Qız axsaya-axsaya yaxınlaşıb divara söykəndi və utana-utana Çendlerə minnətdarlığını bildirdi.

– Deyəsən, ayağımı zədələmişəm, – qız ayağının burxulduğunu hiss edib dedi.

– Çox ağrıdır? – Çendler soruşdu.

– Yalnız ayağımı yerə bərk basanda. Məncə, bir neçə dəqiqədən sonra yeriyə bilərəm.

– Mən sizə kömək edə bilərəmmi? – gənc oğlan təklif etdi, – istəyirsinizsə, fayton çağırım, ya da…

– Təşəkkür edirəm, – qız astadan, amma minnətdarlıq hissi ilə söylədi. – Düz sözümdür, narahat olmağa dəyməz. Necə oldu axı yıxıldım?! Deyəsən, ayaqqabımın dabanları boş imiş.

Çendler qıza baxdığı zaman ona olan marağının sürətlə artdığına əmin oldu. Qız zərif və qəşəng idi, şux və mehriban baxışları vardı. Əynindəki qara rəngli sadə donu satıcıların geyindiyi paltara bənzəyirdi. Yeganə bəzəyi məxmər lent olan ucuz həsir şlyapasının altından parlaq, tünd-şabalıdı saçları görünürdü. Ona baxmaqla əsl zəhmətkeş bir qızın portretini çəkmək olardı.

Birdən gənc memarın ağlına yeni fikir gəldi. O, qızı nahara dəvət edəcəkdi. Onun təmtəraqlı, lakin tənha ziyafətində məhz bu çatışmırdı. Qısamüddətli gözəl məclisi qadınla birlikdə keçirə bilsə, bunun ləzzəti ikiqat artıq olardı. O, qarşısındakı qızın nəcibliyinə qətiyyən şübhə etmirdi – danışığı və ədası bunu təsdiqləyirdi. Sadə geyiminə baxmayaraq, gənc hiss edirdi ki, onunla bir masa arxasında oturmaq xoşuna gələcək. Bu fikirlər ağlına batdığı üçün o, qəti qərar qəbul elədi. Bəlkə də, o, ədəb qaydalarını pozdu, amma öz zəhməti hesabına yaşayan qızlar belə vəziyyətlərdə nadir hallarda rəsmiyyətə üstünlük verirlər. On dolları ağıllı-başlı xərcləyə bilsə, ikilikdə gözəl nahar edə bilərlər. Qızın boz həyatında bu naharın necə gözəl bir hadisə olacağını təsəvvür etmək çətin deyildi; qızın əsl heyranlığı sayəsində onun qələbəsi və aldığı həzz daha şirin olacaqdı.

– Fikrimcə, – o, ciddi şəkildə dedi, – ayaqlarınızın dincəlməsi üçün hesab etdiyinizdən daha artıq vaxt tələb olunur. Mən sizə kömək etmək istəyirəm, eyni zamanda mənə də lütfkarlıq etmiş olacaqsınız. Siz tindən çıxdığınız vaxt mən kədərli tənhalıqla baş-başa nahar etməyə hazırlaşırdım. Gedək, rahat bir şəraitdə oturarıq, nahar edərik, söhbətləşərik. Bu müddət ərzində ayağınızın ağrısı da azalar və əminəm ki, evə asanlıqla gedib çıxacaqsınız.

Qız Çendlerin xoşagələn və aydın sifətinə ötəri nəzər saldı, gözləri alışıb-yandı və mehribancasına gülümsədi.

– Amma biz tanış deyilik… belə, deyəsən, yerinə düşmür, – qız tərəddüdlə dilləndi.

– Burada pis heç bir şey yoxdur, – o, sadəlövhlüklə dedi. – İcazənizlə, özümü təqdim edim: mister Tauers Çendler. Naharın sizin üçün mümkün qədər yaxşı keçməsinə çalışacağım. Nahardan sonra isə sizinlə vidalaşarıq, ya da icazə versəniz, evinizə qədər ötürərəm.

– Əlbəttə, amma belə paltarda, bu şlyapada! – qız Çendlerin qüsursuz kostyumuna nəzər salıb söylədi.

– Bu, vacib deyil, – Çendler sevincək dilləndi, – doğrusu, siz bu geyimdə orada olacaq istənilən dəbdəbəli qadından daha cazibədar görünürsünüz.

– Ayağım hələ də ağrıyır, – qız tərəddüdlə addım ataraq etiraf etdi. – Görünür, ziyafət təklifinizi qəbul etməli olacağam. Mənə… miss Merian deyə bilərsiniz.

– Onda getdik, miss Merian, – gənc memar şuxluqla, lakin nəzakətlə dedi. – Sizə uzağa getmək lazım gəlməyəcək. Yaxınlıqda münasib bir restoran var. Qoluma girin… bax belə… və yavaş-yavaş getdik. Təklikdə nahar etmək darıxdırıcıdır. Sürüşdüyünüzə hətta bir az sevinirəm də.

Onları yaxşı bəzənmiş masanın ətrafında əyləşdirən ofisiant qarşılarında sual verirmiş kimi dayandığı vaxt Çendler hər dəfə kübar həyata çıxarkən keçirdiyi məmnunluq hissini təkrarən yaşadı. Bu restoran onun Brodveydən bir qədər kənarda bəyənib seçdiyi restoran kimi dəbdəbəli deyildi, lakin çox az şeydə ondan geri qalırdı. Masanın arxasında varlı müştərilər oturmuşdu. Orkestrin ifası yaxşı idi və xoş söhbətə mane olmurdu, yeməklərə və qulluğa söz ola bilməzdi. Onun masa yoldaşı sadə paltarına və ucuz şlyapasına baxmayaraq, özünü ləyaqətlə aparırdı və bu onun üzünün və əndamının gözəlliyinə xüsusi məlahət verirdi. Onun özünü təmkinli aparmasına baxmayaraq, tez-tez Çendlerə baxdığı hiss olunurdu. Qız onun şən və təmiz göy gözlərinə, demək olar ki, heyranlıqla baxırdı. Elə bu zaman Çendlerin varlığına Manhettenin ağılsızlığı, mənasızlıq və şöhrətpərəstliyin azğınlığı, lovğalıq basili2626
  Basil – mikrob


[Закрыть]
, çox ucuz ədabaz– lığın yaratdığı taun hakim kəsildi. O, Brodveydədir… hər tərəfdən parıltı və dəbdəbə süzülür, tamaşaçı da nə qədər istəsən. O özünü səhnədə hiss edib birgünlük varlı bir kübar avara və ağzının dadını bilən adam rolu oynamaq qərarına gəldi. Kostyumu roluna uyğun gəlirdi və heç bir qoruyucu mələk ona bu rolu oynamağa mane ola bilməzdi.

Beləliklə, o, miss Meriana klub və banketlər, qolf və at yürüşləri, kotilyonlar2727
  Kotilyon – qədim rəqs növü


[Закрыть]
, xarici ölkələrə səyahətlər barədə yalanlar danışmağa başladı, hətta Larçmontda yaxtası olduğuna da işarə vurdu. Boşboğazlığının qızda müəyyən təəssürat oyatdığını gördükdə həvəslənib milyonlar barədə yeni yalanlar quraşdırdı və adətən, meşşanların köks ötürərək şərəflə söylədikləri bir neçə soyadı yada saldı. Bu zaman kəsiyi ona məxsus idi və ondan yaxşı hesab etdiyi nə vardısa, qoparmağa çalışırdı. Amma bu, deyəsən, qızda elə bir maraq oyatmadı.

– Sizin haqqında danışdığınız həyat tərzi, – qız dedi, – mənə çox mənasız və dəyərsiz görünür. Doğrudanmı, bu geniş dünyada özünüzə elə bir iş tapa bilmirsiniz ki, o sizin üçün maraqlı olsun?

– İş?! – o, ucadan dedi. – Əzizim miss Merian! Təsəvvür etməyə çalışın ki, hər gün nahara çıxarkən geyiminizi dəyişmək, dostlarla görüşdə iştirak etmək lazımdır; maşının sürətini isə uzunqulağın yerişindən azca yüksək etdikdə tində gözləyən polislər üstünə cumub dərhal səni məntəqəyə aparacaqlar! Yer üzünün ən işlək adamları elə bizim kimi avaralardır.

Nahar mərasimi sona çatdı, ofisiant səxavətlə mükafatlandırıldı; onlar restorandan çıxıb tanışlıqlarının baş tutduğu küçənin tininə gəlib çatdılar. Miss Merian indi çox yaxşı yeriyirdi, axsadığı, demək olar ki, hiss olunmurdu.

– Keçirdiyimiz gözəl axşama görə sizə təşəkkür edirəm, – qız səmimi-qəlbdən etiraf etdi. – Nahar çox xoşuma gəldi, mister Çendler. Yaxşı, indi isə evə qaçmalıyam.

Memar nəzakətlə gülümsəyib qızın əlini sıxdı və öz klubu barədə nəsə söylədi. Bir anlıq dayanıb şərq istiqamətində tələsik gedən qıza baxdı, sonra fayton saxlatdırıb evinə sarı yol aldı. Öz rütubətli otağında bayırlıq kostyumunu qatladı və dincəlmək üçün ona altmış doqquz gün vaxt verdi. Sonra oturub fikirləşməyə başladı.

– Bax əsl qız buna deyərəm! – o, ucadan söylədi. – Bir tikə çörəyə görə işləməli olsa belə, onun düzgün qız olduğuna başımla cavabdehəm. Kim bilir, mən bu sarsaq cəfəngiyatı uydurmaqdansa, ona düzünü söyləsəydim, bəlkə də, biz… eh, hər şey cəhənnəm olsun! Kostyuma görə məcbur oldum.

Zəmanəmizin manhettenlər qəbiləsinin2828
  Manhetten qəbiləsi – yazıçı burada satirik kinayədən istifadə edir. Əslində, Manhetten Nyu-Yorkun zəngin adamlarının yaşadığı ən nüfuzlu hissəsidir (red.).


[Закрыть]
viqvamlarında2929
  Viqvam – maral dərisindən tikilmiş hindu çadırı


[Закрыть]
doğulub boya-başa çatmış yırtıcının mülahizələri bundan ibarət idi.

Kavalerindən ayrılan qız tez-tez addımlayaraq düz şərq tərəfə istiqamət götürdü və iki məhəllə keçdikdən sonra Beşinci küçəyə çıxışı olan gözəl, iri bir malikanənin yanına çatdı. O, tələsik evə daxil oldu və gözəl, gənc bir qızın dəbdəbəli ev paltarında durub narahat-narahat pəncərədən baxdığı otağa qalxdı.

– Ay səni, dəli! – o, kiçik bacısını gördüyü zaman ucadan dedi. – Sən bu cür hərəkətlərinlə bizi nə vaxta kimi qorxudacaqsan? Artıq iki saatdır ki, Merinin şlyapasında və bu cındır paltarda evdən çıxmısan. Anam dəhşətli dərəcədə təşvişə düşüb. O, bütün şəhərdə səni axtarmaq üçün Luini maşınla göndərib. Sən yaramaz və səfeh qızsan!

O, düyməni basdı, həmin dəqiqə xidmətçi otağa daxil oldu.

– Meri, anama söylə ki, miss Merian qayıdıb.

– Deyinmə, bacıcan. Madam Teogilə qaçdım ona deyim ki, çəhrayı rəngli tikmənin yerinə bənövşəyisini qoysun. Amma bu paltar və Merinin şlyapası işimə yaman yaradı. Hamı məni satıcı kimi qəbul edirdi.

– Nahar artıq qurtarıb, əzizim, sən gecikmisən.

– Bilirəm. Başa düşürsən, mən səkidə sürüşdüm və ayağımı əzdim. Zədəli ayaqla yeriyə bilməzdim. Birtəhər yaxındakı restorana çatdım və özümü yaxşı hiss edənə kimi orada oturdum. Gecikməyimin də səbəbi bu idi.

Pəncərənin qarşısında oturan qızlar parlaq işıqsaçan fənərə və işıqları sayrışan faytonlara baxırdılar. Kiçik bacı başını böyük bacının dizinə qoyub ona qısılmışdı.

– Nə vaxtsa ərə gedəcəyik, – o, xəyala dalmış vəziyyətdə dilləndi, – sən də, mən də. Pulumuz o qədər çoxdur ki, onlar bizə yaxşı ailələrə düşməyə imkan verəcək. İstəyirsən, bacıcan, deyim mən necə adamı sevə bilərəm?

– Hə, söylə, boşboğaz, – böyük bacı gülümsədi.

– İstəyirəm ki, sevdiyim adamın mehriban, göy gözləri olsun, o, kasıb qızlara şərəf və ehtiramla yanaşsın, yaraşıqlı və xeyirxah olsun, sevgini əyləncəyə çevirməsin. Mən onu ancaq o zaman sevə bilərəm ki, həyatda aydın məqsədi, faydalı işi olsun. Qoy lap kasıb olsun, buna əhəmiyyət vermərəm, hər şey edərəm ki, onu öz məqsədinə çatmağa köməklik göstərə bilim. Amma bacıcan, bizi bütün həyatı ziyafətlər və klublar arasında boş-boşuna keçən avara adamlar əhatə edir; belə adamı isə mən hətta göy gözləri olsa, küçədə tanış olduğu kasıb qızlara ehtiramla yanaşsa belə, sevə bilmərəm.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации