Электронная библиотека » Selma Lagerlöf » » онлайн чтение - страница 4

Текст книги "Nilsin vəhşi qazlarla səyahəti"


  • Текст добавлен: 29 ноября 2022, 15:02


Автор книги: Selma Lagerlöf


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +
VİTTSKÖVLE
Martın 26-sı. Şənbə günü

Cəmi ikicə gün sonra daha bir maraqlı hadisə baş verdi. Bir dəstə vəhşi qaz uçaraq gəlib Vittskövle malikanəsinin yaxınlığında, şərqi Skone çəmənliyində yerə endilər. Bu dəstədə on üç vəhşi qaz vardı. Bədənlərində qazlaraməxsus boz rəngin müxtəlif çalarlarında lələklər vardı. Qazlardan biri isə erkək ev qazı idi, onun belində əynində dəri şalvar, yaşıl köynək və yun, papaqlı poluver olan balaca bir oğlan vardı.

Onlar indi Baltik dənizinə yaxın yerdə idilər, qazların adətən endikləri yer dənizin qumlu sahilləri olurdu. ətrafda bir neçə yerdə seyrək bitən şam ağacları da gözə dəyirdi. Adama elə gəlirdi, əvvəllər burada qum fırtınası olmuşdur.

Qazların başı artıq bir müddət idi ki, yeməyə qarışmışdı bir neçə cavan oğlan gəzərək çəmənliyin kənarına gəldilər. Keşik çəkən qaz oğlanları görən kimi qanad çalıb səmaya qalxdı, çığır-bağır saldı və dəstənin digər üzvlərinə yaxınlaşmaqda olan təhlükə haqqında məlumat verdi. Vəhşi qazların hər biri qanad çalıb səmaya qalxdılar, bircə ağ erkək qaz heç nə olmamış kimi çəmənlikdə ot yeməyə davam edirdi. O görəndə ki, bütün dəstə üzvləri qorxu içərisində havaya qalxdı, üzünü onlara tərəf çevirib sakitcə dedi:

– Qorxmağa ehtiyac yoxdur, onlar ki, sadəcə bir neçə cavan oğlanlardır.

Onun belində uçaraq bura kimi gələn balaca varlıq isə bir az kənarda yerə düşən şam qozalarını təmizləyib içindəki dənələri çıxartmaq üçün əlləşirdi. Oğlan bir də başını qaldıranda gördü ki, gələn uşaqlar həddən artıq yaxındadırlar, bu səbəbdən də o qaçmağa cəsarət etmədi. Yalnız imkan tapıb yaxınlıqdakı böyük, quru dəvədabanı yarpağının altına girib gizləndi və ucadan xəbərdarlıq siqnalı verdi. Aşkar görünürdü ki, erkək qaz heç bir halda qorxmayacağını beyninə yeridib. O bütün bu zaman kəsiyində yalnız çəmənlikdə dolanır, qidalanır, heç nəyi vecinə almırdı. Heç bir dəfə başını qaldırıb ətrafına baxmadı da.

Bu arada isə oğlanlar yollarını dəyişib sahəyə doğru addımlamağa başladılar və getdikcə erkək ev qazına daha da yaxınlaşırdılar. Nəhayət ki, erkək qaz başını qaldıranda oğlanlar artıq düz onun başının üstündə idilər. Erkək qaz Morten o qədər çaşıb özünü itirdi ki, uçmaq qabiliyyətini belə unutdu. O çalışqınlıqdan qaçmağa başladı. Oğlanlar isə onu sakit buraxmadılar və təqib edib arxa salıb orada tutdular. Uşaqlardan ən böyüyü onu götürüb qoltuğuna vurdu və oradan uzaqlaşdı.

Dəvədəbanı yarpağının altında gizlənən oğlan bu səhnəni gördü və sanki ev qazı Morteni bu dəqiqə xilas edəcəkmiş kimi yerindən sıçradı. Sonra isə yəqin ki, onun yadına necə balaca və gücsüz olduğu düşdü, çünki dərhal yerə çökdü və qəzəblə yumruqlarını yerə döyəclədi.

Erkək qaz var gücünü toplayıb qışqırmağa başladı: Tumbietot gəl, kömək elə mənə. Off Tumbietot gəl, kömək elə mənə. Oğlan hər nə qədər qəzəbli olsa da özünü gülməkdən saxlaya bilmədi.

– Hə, əlbəttə hər kəsə kömək edə biləcək yeganə adam mənəm! Məhz mənəm. Başqa kim ola bilər ki!

Birtəhər o ayağa qalxıb erkən qaza sarı addımladı. “ mən ona kömək edə bilmərəm. Bu aydın məsələdir” O düşündü. Amma ən azından onlar onu hara aparır, bax bunu öyrənə bilərəm.

Oğlanlar kifayət qədər sürətlə addımlayırdılar, amma Nils də onlarla ayaqlaşırdı. O oğlanları bir çay qolu qarşılarına çıxana kimi izləyə bildi. Burada isə o dərhal çayın qolunun üzərindən hoppanıb qarşı tərəfə keçə bilmədi və axının dar yerini tapa bilənə kimi bir müddət çay qolu boyunca qaçdı.

Oğlan qarşı sahilə tullananda qazı aparan uşaqlar artıq gözdən itmişdilər. o uşaqların ayaqlarının izlərini çayın qolunun sahilində görə bilirdi. İzlər meşəyə doğru yönəlmişdi.

Tezliklə o gəlib bir yolayrıcına yetişdi. Burada yəqin ki, uşaqlar ayrılmışdılar, çünki torpağın üzərində hər iki istiqamətdə gedən ayaq izləri var idi. Oğlana elə gəldi ki, bu sondur, onun ümidləri tükəndi. Sonra o təsadüfən qarağat koluna ilişib qalmış bir lələk gördü. Oğlan dərhal başa düşdü: bu lələyi erkək qaz qəsdən burada buraxmışdır, uşaqların getdiyi istiqaməti Nilsə bildirmək üçün. Beləliklə oğlan istiqaməti müəyyən etdi və qazı harada axtaracağını da bildi. O bütün meşə boyu uşaqları izlədi. Ev qazının özünü heç yerdə tapa bilmədi, amma elə ki, istiqaməti itirirdi, yolunu azırdı, qarşısına ev qazının onun üçün buraxdığı lələk çıxırdı.

Oğlan sədaqətlə bu lələklə göstərən istiqamətdə axtarmağa davam edirdi. İz onu meşədən çıxartdı, bir neçə çəmənlikdən keçirdi və bir yola çıxardı. Nəhəyət o lələklərin izi ilə geniş bir xiyabana gəlib yetişdi. Xiyabanın sonuna oğlan parlaq çəpərlərlə hasarlanmış bir qüllə gördü. Qüllənin ətrafında isə bəzi başqa işıldayıb bərq vuran bəzək əşyaları da gözə dəyirdi.

“Heç şübhə etmirəm ki, oğlanlar qazı məhz bu malikanəyə gətirib orada onu satıblar.” Oğlan özlüyündə düşündü. Yəqin indiyə başını da kəsiblər artıq. Amma o hər şeyi öz gözləri ilə görməyincə rahat ola bilməzdi. Bu səbəbdən də son gücünü və cəsarətini toplayıb xiyabanın sonunda görünüən həmin malikanəyə doğru qaçdı. O xiyaban boyu heç kəsə rast gəlmədi. Bu yaxşı oldu, çünki o son zamanlar insanlar tərəfdən görül-məməyə üstünlük verirdi.

Onun yaxınlaşdığı malikanə möhtəşəm bir tikili idi. Dörd hündür hasarı, qədim tikili olmasından xəbər verirdi. Malikanənin şərq hissəsində giriş arkası yerləşirdi. Oğlan giriş arkasını görüb tərəddüd etmədən ora doğru qaçmağa başladı. Amma gəlib onun qarşısına çatanda dayandı. Bundan o tərəfə getməyə cəsarəti çatmırdı artıq. O dayandı və növbəti addımının nə olacağını götür-qoy etməyə başladı.

O oğlan dayanıb barmağını burnuna dirəyib dərin fikrə getmişdi, birdən arxa tərəfdən addım səsləri eşitdi. Geri çevriləndə o bir xeyli adamın marşla addımlayaraq xiyabandan gəldiyini gördü. Tez tələsik arkanın yanına qoyulmuş su çəlləyinin arxasına keçib orada gizləndi.

Gələnlər məktəb şagirdləri idi. O gəzintiyə çıxmışdılar. Müəllimlərdən biri onları müşayət edirdi. Onlar gəlib arkanın bərabərində dayananda müəllim onlardan dayanmağı tələb etdi. Özü isə içəri keçib şagirdlərin qədim Vittskövle qəsrini görmələri üçün icazə istədi.

Gələnlər yorulub əldən düşmüşdülər. sanki onlar çox uzun bir piyada səyahət həyata keçirmişdilər. onlardan biri o qədər susuz idi ki, o arkanın yanına qoyulmuş su çəlləyinə tərəf əyilib su içmək istədi. Onun boynundan botaniklərin istifadə etdiyi nazik qutu asılmışdı. O yəqin ki, bu qutunun onun su içməyinə əngəl ola biləcəyini düşündü. Qutunu yerə atdı, ağzı açılan qutunun içərisində rəngbərəng güllər görsəndi.

Botanikin qabı düz oğlanın qarşısında yerdə düşdü, oğlan başa düşdü ki, qəsrin içərisinə girə bilmək, qazın başına gələnləri öyrənmək üçün bundan gözəl şans olmayacaq. O cəld, bir hərəkətlə gizlincə oğlanın qabının içərisinə girib anemon çiçəyi ilə öskürək otunun arasında özünə yer elədi. O burada yaxşıca gizləndi.

O elə yenicə gizlənmişdi ki, botanil qabını qaldırdı və onu yenidən boynuna keçirib çəlləyin ağzını açdı.

Az sonra müəllim geri qayıdıb elan etdi ki, onlara qəsrə girməyə icazə verilmişdir. O şagirdilərin qarşısına düşüb bir qədər qəsrin içərisinə doğru irəllədikdən sonra dayanın onlara qəsrin tarixi və strukturu haqqında məlumat verməyə başladı.

O şagirdlərə bu torpaqların ən qədim sakinlərinin dağ yarıqlarında və mağaralarda, vəhşi heyvanların yuvalarında, ağac koğuşlarında yaşamağa məcbur olmaqlarından danışdı.

O dedi ki, İsveçdə yaşayan ən qədim insanların ağaclardan özlərinə koma tikməyi öyrənməsi kifayət qədər uzun müddət vaxt aparmışdır. Sonra isə onların uzun inkşafından, əməyindən, və əziyyətindən sonra bir otaqdan ibarət taxta komalardan Vittskovle kimi yüzlərlə otağı olan saray tikmişdilər.

– Təxminən üç yüz əlli il bundan öncə varlı və tanınmış adamlar belə qəsrləri özlərinin yaşaması üçün inşa etdirmişlər. o dedi. Aydın məsələdir ki, haqqında danışılan qəsr müharibələrin və soyğunların Skoneni yaşamaq üçün təhlükəli yerə çevrilməsindən sonra tikilmişdir. Qəsr hər tərəfdən içərisi su ilə doldurulmuş xəndəklərlə əhatələnmişdir. Qəsrə bitişik, xüsusi günlərdə açılıb-bağlanan bir körpü də vardı. Giriş qapısının üzərində keşikçi qəsr qalınlığı bir metrə çatan qala divarları ilə əhatələnmişdir. Amma ki, bu qəsr heç də müharibələrin şiddətlə tüğyan etdiyi bir zamanda ucalmamışdır. Bu qəsrin inşaatçısı olan Yens Brahe qəsri bəzəmək üçün müxtəlif ornamentləri çox böyü əziyyət bahasına yaratmışdır. Onlar diqqətlə baxsalar cəmi bir əsr öncə ucaldılar Qlimminqe daş heykəlini görə bilirlər. aydın görünürdü ki, bu heykəlin heykəltaraşı Yens Holqersen Ulfstand öz işində gözəlliyə, estetikya deyil, yalnıc böyüklüyə, qüvvəyə üstünlük vermişdir. Şagirdlər əgər son yüz ildə və daha yaxın tarixdə ucaldılmış qəsrləri-Marsvinqsholmu, Snoqeholmu, Övid cloysterini ziyarət etsəydilər, onlar son dövrlərdə müharibələrin azaldığını asanlıqla müşahidə edə bilərdilər. bu qəsrləri tikib, ərsəyə gətirən centlmenlər onları heç də möhkəm, daş hasarlarla əhatələyib amansız düşmən hücumlarına hazırlamamışdır. Demək ki, hücum və istila qorxusu da yox imiş. Bu qəsrlər yalnız rahat, cəhcallalı, komfortlu yaşayış evi rolunu oynamalı imiş.

Müəllim bütün bunlar haqqında uzun-uzadı və təsfilatı ilə məlumat verdi. Qutunun içərisində ağzı bağlı halda qalan oğlanın isə səbri tükənmək üzrə idi. Amma yəqin ki, tam sakit, səsini çıxartmadan orada gizlənibmiş, çünki qutunun sahibi onu özü ilə bərabər daşıdığı barədə azacıq da olsun şübhələrə dalmamışdı.

Nəhayət ziyarətçilər qəsrin içərisinə girdilər. amma oğlan əgər qutunun içərisindən sürüşüb gizlincə çıxmağa hər hansı bir şansa ümid edirdisə, o səhv edirdi. Çünki oğlan hara gedirdisə qutunu da özü ilə aparırdı və Nils bütün qəsr boyunca gəzinti zamanı oğlanı müşayət etmək məcburiyyətində qalırdı. Bu çox yorucu bir səyahət idi. Müəllim hər dəqiqə hər yeni otaqda dayanır izahat və təlimat verirdi.

Otaqların birində o qədim bir buxarı tapdı, müəllim onun qarşısında dayanıb həmin dövrdə istifadə edilən müxtəlif növ buxarılar haqqında məlumat verdi. Evin içində düzəldilən ilk buxarılar, daxmanın döşəməsində qoyulmuş böyük, yastı daş olurdu. Onun tavanında açıq yer olurdu və oradan içəri həm külək həm də yağış girirdi. Növbəti buxarılar da iri yastı daşlardan düzəlirdi, amma onların üzərində açıq yer olmurdu. Düzdür, bu zaman dağma yaxşı qızırdı, amma belə də içəri hislə, qurumla dolurdu. Vitskövle tikilən zaman insanlar artıq bu sahədə kifayət qədər inkşaf etmişdilər və tikdikləri buxarıya tüstünü bayıra çıxartmaq üçün baca da birləşdirmişdilər. həmin zaman düzəldilən bacalar həddən artıq enli olduqlarından onlar özləri ilə evin istiliyinin çox hissəsini da bayıra daşıyırdılar.

Oğlan bütün həyatı boyu kobud və pis biri olmuşdusa da həmin gün o səbrli olmaq haqqında yaxşı bir dərs aldı. Artıq yəqin ki, bir saat olardı, o şagirdin qutusunda sakit, tərpənməz uzanıb müəllimin saraylar haqqında izahatlarına qulaq asırdı.

Onların keçdiyi növbəti otaqda müəllim gəlib bahalı örtüyü olan qədim bir çarpayının qarşısında dayandı və söhbətinə ara verdi. Və o dərhal da qədim zamanlardan bu yana çarpayılar və yataqlar haqqında məlumat verməyə başladı.

Müəllim tələsmədən, aramla danışırdı. o biçarə bilmirdi ki, botanika qutusunda bir oğlan səbirsizlənib və onun izahatlarının tez bitməsini gözləyir. Növbəti otaqda divarda dərilər asılmışdı. Müəllim bu zaman insanların o zamanlar divarlarını və tavanlarını müxətlif çeşidli dərilərlə bəzəməsi haqqında izahat verdi.

Və onlar bir ailə portretinin qarşısında dayandılar. Bu zaman müəllim geyimdəki fərqlərə diqqət çəkib insanların dəyişən geyim dəbləri haqqında şagirdləri məlumatlandırdı. Qədim banket zalında isə o həmin dövrün insanlarının toy və yas mərasimlərini haqqında ətraflı bilgi verdi.

Daha sonra müəllim bu sarayda yaşamış mükəmməl kişi və qadın haqqında danışdı. Qoca Braha və qoca Barnekou haqqında danışdı. Qaçması üçün öz atını krala verən Kristian Barnekou haqqında, Şel Barnekou ilə evli olan Marqarita Aşeberq haqqında informasiya verdi. Marqarita dul qaldıqdan sonra düz 43 il müddətində bütün zəmiləri, sahələri və malikanələri təkbaşına idarə etmişdir. Müəllim həmçinin Vittskövlədən olan fermerin oğlu bankir Haqerman haqqında danışıb dedi ki, fermer oğlu o qədər varlanmışdı ki, o hətta bir mülk da ala bildi özünə. Skone camaatına daha yaxşı şum alətləri verən Styersvord haqqında danışdı. Həmin alətlərə kimi yerli əkinçilər çox primitiv, gülünc alətlərlə və böyük əziyyət hesabına öz sahələrini şumlayırlarmış. Bu ağır, yöndəmsiz kotanı üç yekə kəl belə zülmlə dartırmış. Bütün bu məlumatlar verilərlən, oğlan sakit, səssiz uzanmışdı. Oğlanın yadında düşdü bəzən anası ilə atasının üzünə necə zirzəmi qapısını bağlayıb onları saatlarla bağlı qapı arxasında saxlayırdı. Çünki indi də özü o iztirabı çəkirdi. Müəlimin izahatları saatlardır ki, bitmək bilmirdi.

Nəhayət müəllim yenidən qəsrin həyətinə qədəm qoydu. Orada isə müəllim qədim insanların dayanmadan, yorulmadan çalışıb, nəhayətsiz əziyyət hesabına öz primitiv kənd təsərrüfatı, tikinti alətlərini təkmilləşdirməklərindən danışdı. İnsanların bu gün düzəltikləri bəzək əşyaları, silahlar və paltarlar çox böyük əziyyətin, səyin və çalışqanlığın hesabına meydana gəlmişdir. O dedi ki, Vittskövle qəsri həmin dövrün ən aydın, bariz nümunəsidir. Bu qəsrə baxarkən insanların son üç yüz əlli ildə necə böyük bir inkşaf yolu keçdiklərinə əyani şahid olmaq mümkündür. İnsan baxdıqca özü mühakimə edə bilər:həmin dövrdən bəri işlər irəli doğru, yoxsa geriyə doğru getmişdir.

Amma mühazirənin bu yerini Nils buraxdı, çünki elə bu dəmdə şagird susadı və su içmək üçün mətbəxə keçdi. O bir stakan su istədi. İndi ki, nils mətbəxtdə idi, o vəziyyətdən istifadə edib erkək qazı burada axtarmalı idi. O tərpənməyə başladı, qutunun ağzı açıldı. Botaniklərin qutularının qapaqları hər zaman açıq olduğundan, tələbə indi də buna xüsusi diqqət yetirmədi. Sonra isə aşbaz ondan qutusunda ilan olub-olmadığını soruşdu.

– Yox. Orada yalnız bir neçə bitki var. Şagird cavab verdi

– Bilirsən niyə soruşuram, əminəm ki, orada bu dəqiqə nə isə tərpəndi. Şagird qutunun ağzını geriyə itələyib içini aşbaza göstərdi: İnanmırsan, ala özün bax gör…

Amma o daha heç nə deyə bilmədi, çünki oğlan artıq qutuda qalmağa cəsarət etmədi, o hoppanıb döşəmənin üzərinə düşdü qaçmağa başladı. Oranın işçilərinin təbii ki, bu qaçan varlığın nə olduğunu anlamağa vaxtları olmadı-hər şey bir göz qırpımında baş verdi– amma hər halda onlar yenə də onu izləməyə başladılar.

Müəllimin izahatını ətrafdakı dəhşətli qışqırıqlar yarımçıq kəsdi.

– Tutun onu! Tutun onu! Mətbəxdən gələnlər qışqırırdılar. Və bütün şagirdlər siçovuldan belə bərk qaçan oğlan arxasınca düşdülər. Onlar onun qarşısını giriş qapısının ağzında kəsməyə çalışdılar, amma belə balaca bir varlığı tutmaq o qədər də asan bir iş deyildi. Və o xoşbəxtlikdən o qaçıb canını onların əlindən qurtarmaq düşüncəsi ilə açılığa çıxa bildi

Oğlan açıq xiyabana doğru qaçmağa cəhd etmədiyindən başqa istiqamətə buruldu. O bağın arxası ilə kilsənin arxa həyətinə doğrdu qaçdı. Bütün bu zaman ərzində isə şagirdlər qışqıraraq, gülərək onun arxasınca qaçırdılar. Yazıq, balaca varlıq isə onların əlindən qurtulmaq üçün heç zaman qaçmadığı sürətlə qaçırdı. Amma yenə də elə görünürdü ki, şagirdlər onunla ayaqlaşır və indicə onu tutacaqlar. O işçilərin kottecinin qarşısından qaçarkən qaz qaqqıltısı eşitdi. Nəsə ağ bir şey qapının kəndarında oturmuşdu. Budur, nəhayət ki, erkək ev qazını tapa bildi! əvvəl o səhv yolla gedirmiş. O artıq nə ev sahibləri, nə də onun arxasınca düşən şagirdlər haqqında düşünmədi və kottecin pilləkənləri qalxmağa başladı. Qapı bağlı olduğundan bundan o yana keçə bilmədi. İçəridən erkək qazın iniltisi, ağlama səsləri eşidilsə də oğlan heç cür içəri keçə bilmirdi. Onun təqibçilərə getdikcə yaxınlaşırdılar, erkək qazın içəridən gələn ah-uf səsi isə daha hündürdən eşidilməyə başlamışdı. Bu təhlükəli və həlləedici məqamda oğlan bütün gücünü və cəsarətini topladı, qapıya var gücü ilə bir təpik vurdu.

Qapını bir uşaq açdı, oğlan içəri boylandı. Otağın ortasında bir qadın oturmuşdu. O qadın erkək qazı qucağında möhkəm tutaraq uçmaması üçün qanadlarını kəsməyə hazırlaşırdı. Qazın tapan onun uşaqları idi, qadının qaza heç bir zərər vermək fikri yox idi. Niyyəti uça bilməməsi üçün erkək qazın qanadlarını kəsmək və onun özünün digər qazlarının arasına salmaq idi. Amma erkək qazın başına bundan daha faciəvi durumun gələ biləcəyini düşünmək mümkün deyil, o var gucu ilə qışqırır, ağlayırdı.

Xoşbəxtlikdən qadın hələ qanad kəsmə prosesinə başlamamışdı. Qazdan hələ cəmi iki lələk düşmüşdü ki, əl bayda balaca oğlan qapının astanasında göründü. Qadın həyatı boyu belə bir valıq görməmişdi. O bunun Qoa-Nisse ( Şimal xalqlarının ədəbiyyatında adı keçən balaca şaxta baba obrazı) olduğuna inana bilmirdi. Qorxu içində o qayçını əlindən yerə saldı, erkək qazı tutmağı unudub əllərini bir-birinə sıxdı.

Azad olduğunu başa düşən kimi, erkək qaz qapıya sarı götürüldü. O dayanmağa vaxt itirmədi, eləcə qapının astanasından oğlanı götürüb var gücü ilə eşiyə qaçdı.pilləkənlərdə olan kimi qanad açıb göylərə qalxdı. Eyni zamanda boynunu zərif şəkildə geriyə çevirib oğlanın yerini rahatladı: onu tüklü, yumşaq belində yerləşdirdi.

Və beləcə onlar uçub getdilər– bütün Vittskövle sakinləri isə aşağıdan gözlərini bərəldib onları seyr etdilər.

ÖVID MANASTIR PARKINDA

Həmin gün, qazlar tülkü ilə oynadıqlar müddətdə oğlan tərk edilmiş dələ yuvasında uzanıb gözləyirdi. O axşama yaxın oyananda çox həyəcanlandı.– hmm, indi yəqin ki, tezliklə məni evə göndərəcəklər. O zaman isə gec ya tez atamın, anamın qarşısına çıxmalı olacam. O düşündü. Amma sonra başını qaldırıb Vomb gölündə çimən vəhşi qazlara baxdı və gördü ki, onların heç biri oğlanın geriyə, evə qayıtması haqqında bir söz demir.

– Yəqin ağ erkək qazın bu gecə məni də götürüb evə uçmaq üçün çox yorğun olduğu düşüncəsindədirlər.

Növbəti gün səhər erkəndən, günəş doğmamışdan bir xeyli qabaq qazlar artıq oyanmışdı. İndi oğlan artıq əmin idi ki, onu evə aparacaqlar, amma çox maraqlıdır ki, vəhşi qazlar həm ona həm də ağ erkək qaza səhər gəzintisində onlara qoşulmağa icazə verdilər. Oğlan bu təxirəsəlamanın səbəbini başa düşə bilməsə də, düşündü ki, yəqin vəhşi qazlar ağ ev qazını bu qədər uzun səyahətə, geriyə göndərməzdən qabaq yaxşıca yedirtmək istəyirlər. Nə olur olsun, o ata-anasını görmək keçən hər bir dəqiqədən zövq alırdı. Hər necə olsa da keçən zaman onu ata-anası ilə görüşə yaxınlaşdırırdı.

Vəhşi qazlar Övid monastırının malikanəsinin üzəri ilə səyahət edirdilər, bu monastrı gölün şərqində, gözəl bir parkda yerləşirdi və öz möhtşəm qəsri ilə çox füsunkar bir görüntüsü var idi. Onun yaxşı planlaşdırılmış həyəti alçaq çəpərlər və paviliyonlarla əhatələnmişdi, gözəl, qədim bağı isə qapalı çardaqlarla, şırnaqlarla, fontanlarla, möhtəşəm ağacları ilə, ucları kəsilib budanmış kolları ilə, biçilmiş yamyaşıl çəmənlikləri ilə, əsrarəngiz yaz gülləri ilə könül oxşayırdı.

Qazlar monastrın üzərindən səhərin erkən saatlarında uçduqlarından orada bir insan gözə dəymirdi. Onlar bundan tam əmin olduqdan sonra ehtiyatla it daxmasının qarşısında yerə enib qışqırdılar:

– Bu necə balaca bir daxmadır? Bu necə balaca bir daxmadır?

Bir göz qırpımında içəridə yatan it hiddətlə bayıra çıxdı, əsəbi şəkildə bir-iki ağız havaya hürdü.

– Siz buna daxma deyirsiz? Ay axmaqlar. Görmürsüz ki, bu möhtəşəm böyük bir qəsrdir? O gözəl terrasları, bu qədər zövqlə seçilmiş pəncərələri, qapıları görmürsüz? Mənim sizə daha sözüm yoxdur! Hav hav hav.

Kanservatoriyaları, yerə döşənmiş daşları, bu bağı görmürsüz? Mərmərdən hazırlanmış heykəlləri görmürsüz? Siz buranı daxma adlandırdınız, hə? Daxmaların fıstıq, qoz, palıd ağaclarından bağları olur? Yoxsa daxmanın şərab üçün üzum bağları olur? Daxmalarda ov üçün ərazi olur? Hav hav hav!

Siz bunu daxma adlandırdınız? Belə daxma görmüsünüz siz? Ətrafındakı tikililəri, işçilərin yaşadıqları evləri də nəzərə alsaq az qala bir kəndə bənzəyir. Yəqin öz himayədarları və öz kilsəsi olan çox daxma tanıyırsız. Daxmanın yiyəsi qonşu kəndləri, insanları idarə edir özü də. Elə? Hav hav hav. Siz buranı daxma adlandırdınız? Bu daxma Skonedəki ən varlı mülklərdən sayılır ay dilənçilər! Bildinizmi? Siz qanad çalıb havada uçarkən bu daxmadan gələn əmrlərlə idarə edilməyən bir qarış torpaq belə görə bilmərsiniz bu ərazilərdə. Hav hav hav!

Vəhşi qazlar irəli-geri uçduğu müddətcə bütün bu sözləri it havya hürərək onlara ünvanlamışdı. Onlar it sakitləşənə kimi onu dinlədilər. Amma sonra qazlar qışqırıb soruşdular:

– Niyə birdən belə dəliyə döndün ki? Biz bu qəsrə demədik ki ay axmaq it! Biz sənin yaşadığın yerə daxma dedik!

Bu zarafatı eşidən oğlan güldü, sonra isə ağlına nə gəldisə ciddi bir sima aldı.-bir düşün! Sən bu vəhşi qazlara qoşulub bütün ölkə boyu səyahət etsən nə qədər əyləncəli əhvalat eşidə bilərsən, düz Laplandiyaya kimi! O öz-özünə dedi. Və elə bu anda, işlərinin yaxşı getmədiyi, bəxtinin gətirmədiyi dövrdə bu əyləncəli səyahət lap yerinə düşərdi.

Qazlar malikanənin şərqində yerləşən geniş sahənin üzərindən uçurdular. Onlar ot kökləri yemək üçün endilər, burada bir neçə saat keçirdilər. Bu arada isə oğlan sahələrlə sərhəd olan böyük parkı gəzintiyə çıxdı. O fıstıq ağacını daşladı sonra bir neçə yerə düşmüş fıstıq yedi. Parkı gəzdikcə qazlarla bu uzun səyahət ona çox şirnikləndirici gəlirdi. O qazlarla ölkə üzərindən səyahətini gözləri önündə canlandırmağa başladı:

bu necə də möhtəşəm bir səyahət olardı. Vəhşi qazlara qoşulmaq, onlar kimi donmaq, ac qalmaq. O əvvəllər işləmək üçün həm donmağa həm də də ac qalmağa hazır idi. Bunu ata-anasına da bir neçə dəfə demişdi.

Oğlan parkda gəzişərkən boz rəhbər qaz ona yaxınlaşdı və yeməli bir şey tapıb-tapmadığını soruşdu. Oğlan cavab verdi ki, xeyr hələ yeməli bir şey tapmayıb. Bu zaman rəhbər qaz ona kömək etdi. O qoz tapa bilmədi, xeyr, amma əvəzində itburnu kolunda ilişib qalmış bir neçə qurumuş çiçək tapdı. Oğlan onları böyük iştaha ilə yedi. Amma birdən anası oğlunun çiy balıq və qışdan qalma qurumuş çiçəklərlə qidalandığını bilsəydi… görəsən o buna necə reaksiya verərdi?

Qazlar yeyib doyandan sonra yenidən gölə doğru istiqamət aldılar. Orada isə onlar demək olar ki, axşam yeməyinə kimi oyunlar oynadılar, əyləndilər.

Vəhşi qazlar ağ ev qazı Morteni müxtəlif cür idman yarışlarında gücünü sınamağa məcbur edirdilər. Onlar üzgüçülük, qaçış və uçma yarışlarında onun gücünü sınadılar. Düzdür, ağ ev qazı elə də pis nəticələr göstərmirdi, özünə görə güclü idi, amma hiyləgər vəhşi qazlar onu bütün yarışlarda məğlub etməyi bacardılar. Bütün bu zaman kəsiyində isə oğlan ağ ev qazının belində oturub onu ruhlandırırdı. Oğlan bu yarışlarla tamaşa edir, ən azı iştirakçılar qədər əylənirdi. Onlar gülür, qışqırır, qaqqıldaşırdılar. Malikanə sakinlərinin bu səs-küyü eşitməməsi diqqətçəkən idi.

Vəhşi qazlar oyunlardan bezəndən sonra buzun üzərinə uçub istirahət etməyə başladılar. Onlar günortadan sonrakı vaxtlarını səhərki kimi keçirdilər. Əvvəl bir neçə saat yemləndilər, sonra buz qatının yanında, təmiz suda çimib dimdikləri ilə təmizlənməyə başladılar. Sonra qəfildən hamısı bir nəfər kimi, yanaşı düzülüb yatdılar.

– Hə, məncə bu elə əsl mən istəyən həyatdır. Ev qazı Mortenin yumşaq lələklərində uzanan oğlan özlüyündə düşündü. Amma bunlar yəqin ki, sabah məni evə göndərəcəklər.

Yatmamışdan qabaq o bir az düşüncələrə daldı. O düşündü ki, əgər vəhşi qazlarla qoşulub qaçsa tənbəl olduğu üçün üzləşdiyi xəyanətlərdən canını qurtarmış olacaq. O zaman o hər gün istədiyi kimi iş görmədən, dərs çalışmadan yaşaya bilər, yeganə qayğısı isə yemək tapıb yemək olardı. O bu günlər az yeyirdi , həm də vəhşi təbiətdə hər zaman nələrsə tapmaq olardu yemək üçün.

Beləliklə o bütün səhnəni göz önündə canlandıra bildi: məcaralar, səyahətlər və onun bu məcaralarda iştirakı…Hə, bu həqiqətən də evdəki zəhlətökən, gündəlik həyatdan fərqli bir yaşam tərzi olacaqdı. Bircə mən də bu vəhşi qazlara qoşulub uzaq səyahətə çıxa bilərdim. Bu zaman balaca cırtdana çevrilməyimi də özümə dərd etməzdim.

O bu dəqiqə evə göndərilməkdən başqa heç nədən qorxmurdu. Amma qazlar hətta çərşənbə günü də evə getmək barəsində ona bir kəlmə demədilər. Həmin gün də çərşənbə axşamı kimi keçib getdi və oğlan çöl həyatına biraz daha öyrəşib onu sevdi. Oğlan düşündü : burada meşə kimi böyük əraziyə sahib Övid monastır parkına sahibdir. Bütün bu ərazilər ona məxsus idi. O geriyə, boğucu, balaca evlərinə qayıtmaq üçün heç də alışıb yanmırdı.

Çərşənbə günü oğlan artıq yüz faiz əmin oldu ki, qazlar onu göndərməyəcək, özləri ilə saxlayacaqlar. Amma cümə axşamı o yenidən ümidini itirdi.

Cümə axşamı da başqa adi günlər kimi başladı. Qazlar geniş çəmənlikdə yemlənir, oğlan isə nəsə tapıb yemək ümidi ilə parkda gəzirdi. Bu zaman Akka ona yaxınlaşıb yeməyə bir şey tapıb-tapmadığını xəbər aldı. Yox, oğlan hələ ki, heç nə tapa bilməmişdi. Bu zaman rəhbər qaz balaca dənələri toxunulmaz qalmış çörəkotu tapıb onu oğlana göstərdi.

Oğlan yeyib qurtarandan sonra qaz ona irad tutaraq parkda belə kor-koranə gəzib dolaşmağın təhlükəli olduğunu və onun özünü bəzi düşmənlərdən qorumalı olduğunu onun nəzərinə çatdırdı. O axı çox balaca idi! Təbii olaraq belədə düşmənləri də çox idi. Yox, sən demə oğlan bütün bunlar haqqında məlumatsız imiş. Belədə Akka onun düşmənlərini bir-bir saymağa başladı.

Qaz dedi ki, hər dəfə parka girəndə ətrafda tülkü, yaxud sansarın olmadığından əmin olmalıdır. Gölün qırağına gələrəkrən su samurundan ehtiyatlanmalıdır. Daş çəpərin üzərində oturarkən hər dəlmə-deşikdən keçə bilən siçovullardan özünü qorumalı, uzanıb quru otların üzərində yatmaq istəyərkən əmin olmalı idi ki, hörümçəklərin həmin yarpaq yığının altında qış yuxusuna getməmişlər. Açıq əraziyə çıxan kimi bəzgəhlərdən və qartallardan göz qulaq olmalı, səmada süzən şahinlərdən və laçınlardan özünü qorumalı idi. Sağsağanlardan və qarğalardan isə heç danışmağa dəyməz. Onlar hər yerdə olurlar. Bu səbəbdən o özündən bu qədər əmin olmamalı ehtiyatı heç zaman əldən verməməlidir. Qaranlıq düşən zaman isə o qulaqlarını şəkləməli və bayquşun ulamasına diqqət verməlidir. Çünki bəzən onlar elə səssiz-səmirsiz uçub ovuna yaxınlaşırlar ki, şikar nə baş verdiyini anlayanda artıq çox gec olur.

Oğlan təbii düşmənlərinin bu qədər çox olduğunu biləndən sonra qaçmağın onun üçün necə qeyri-mümkün bir plan olmasını dərk etdi. O ölməkdən elə də qorxmurdu, amma diri-diri yeyilə bilmə ehtimalı onu vahiməyə salırdı. O Akkadan bu yırtıcı heyvanlardan qorunmaq üçün məsləhət istədi.

Akka isə cavabında bildirdi ki, bunun üçün oğlan meşədəkəki və sahələrdəki bütün balaca heyvanlarla, həşəratlarla yaxşı münasibət qurmalıdır. Dovşan ailəsi ilə, dələlərlə, qırxayaqlarla, torağaylarla, ağacdələnlərlə və s. o əgər onlarla dostluq münasibəti qura bilsə onlar da yaxınlaşmaqda olan təhlükə barədə oğlana xəbərdarlıq edə, gizlənmək üçün yer tapa və onu qoruya bilərdilər.

Amma elə həmin gün, bir qədər keçmiş oğlan bu məsləhətə əməl edib dələdən kömək istəmək və qorunmaq üçün yaxınlaşanda meydana çıxdı ki, o dələ Sirlenin heç vecinə də deyil.

– Sən əmin ol ki, nə məndən, nə də başqa balaca heyvanlardan heç bir yardım görməyəcəksən! Sirle dələ bildirdi.

Yadından çıxıb, sən həmin Nilssən ki, keçən il vurub qaranquş yuvasını dağıtmışdın. Onun balaca yumurtalarını əzmişdin, ətcəbalaları arxa tullamışdın. Ardıcquşlarını tələ qurub tutan, dələləri qəfəsə salan kim idi bəs? Necə bacarırsan özünü elə də müdafiə elə! Hələ sən bir sevinməlisən ki, biz sənin əleyhinə cəbhə düzəldib bizə yaşatdıqlarını sənə yaşatmırıq.

Hə, bu elə bir cavab idi ki, Nils əvvəlki, adi, pis oğlan vaxtlarında heç bir halda cəzasız ötüşdürməzdi. Amma indi o hər-bir şeydən, hər canlıdan qorxurdu: birdən rəhbər qaz onun keçmişdə necə amansız və pis biri olduğunu öyrənər. O çox qorxurdu, o qorxurdu ki, birdən qazlar onu öz kompaniyalarından ayırarlar, birdən birlikdə səyahət etməyinə etiraz edərlər. Bu səbəbdən qazlara qoşulandan əlindən gələni edib pis işlərdən, əməllərdən uzaq olmağa çalışmışdır. Düzdür, o artıq çox balaca biri idi, belə görkəm və güclə çox da pislik edə bilməzdi. Amma hər nə qədər balaca olsa da ən azı quşların yuvalarını dağıda, yumurtalarını sındıra bilərdi. İstəsə bu kimi pisliklər edə bilərdi. İndi, bu dövrlər o yaxşı birinə çevrilmişdi, qazlarının qanadlarından lələk dartmır, heç kimə kobud cavablar vermir, hər səhər rəhbər qaz Akkaya müraciət edəndə papağını çıxarır və təzim edirdi.

O bütün çərşənbə axşamını vəhşi qazların onu özləri ilə Laplandiyaya aparmama səbəbini araşdırmaqla keçirdi. Sonra əmin oldu ki, keçmişdəki amansız əməllərinə görə belə edir vəhşi qazlar. Və axşam o dələ Sirlinin arvadnının oğurlanmasını və uşaqlarının acından ölmə ərəfəsində olmasını eşidəndə heç düşünmədən onlara kömək etmək qərarına gəldi. Biz artıq onun bu işdə uğurlu olmasından xəbərdarıq.

Oğlan cümə günü səhər parka gələndə hər bir koldan dələnin arvadının qəddar insanlar tərəfdən necə oğurlanması haqqında cırcıramaların nəğməsini eşitdi. Cırcıramalar öz nəğmələri vasitəsiylə daha sonra dələnin arvadının və uşaqlarının Nils adlı oğlan tərəfindən xilas edilməsini də çatdırdılar.

– Və indi Tumbitot kimi şərəfli bir sakin varmı Övid monastr parkında? Cırcırama oxudu. Keçmiş həyatında hər kəsin qorxduğu, bütün canlıların başına oyun açan, onları incidən Nilsdən kim belə bir əməl gözləyərdi? İndi dələlər ona qozlar verəcək, yazıq dovşanlar onunla oynayacaq, vəhşi heyvanlar onu bellərinə alıb gəzdirəcəklər. Tülkü Smirre yaxınlaşanda isə onu özləri ilə götürüb təhlükədən uzaqlaşdıracaqlar. Torağaylar və espinozlar onun şəninə nəğmələr oxuyacaq, titmis quşları isə yaxınlaşmaqla olan şahinlər haqqında məlumat verəcəklər.

Oğlan rəhbər qaz Akkanın və digər vəhşi qazların bu nəğməni eşitdiklərinə əmin idi. Amma cümə günü də gəlib keçdi, amma onun vəhşi qazlarla qala bilməsi haqqında bir kəlmə də olsun deyilmədi.

Şənbə gününə kimi vəhşi qazlar Övid monastrının ətrafındakı çəmənliklərdə qidalandılar. Bu müddətdə tülkü Smirre bir dəfə də onları narahat etmədi.

Şənbə günü səhər isə, qazlar yenidən ot yemək üçün çəmənliyə üz tutanda tülkü xəlvət yerə çəkilib artıq onları gözləyirdi. O qaz sürüsünü bir çəmənlikdən digərinə qovur, rahatlıq vermir, təqib edirdi. Rəhbər qaz Akka görəndə ki, Smirrenin onlara dinclik vermək fikri yoxdur, o əmr elədi ki, bütün dəstə havaya qalxsın, onlar Linderöt təpələrinə və Fors düzənliklərinə doğru yönəldilər. Düz Vittskövləyə gəlib çatana kimi yolda dayanmadılar.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации