Электронная библиотека » Ruzigar Ələkbər » » онлайн чтение - страница 6

Текст книги "Orion – 51"


  • Текст добавлен: 29 октября 2022, 12:00


Автор книги: Ruzigar Ələkbər


Жанр: Зарубежное фэнтези, Зарубежная литература


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +

– Bəlkə də.


Onlar başqa heç nə danışmadılar. Veronika sakitcə başını onun çiyninə qoydu və bir vaxt bənövşəyiləşən, bir vaxt da qırmızılaşan gölə baxmağa davam etdi.


Bir dəfə Lefteris Evalangesin zümzümələrinə qulaq asdığı vaxt, Bellatriksin mavi səmasında nəhəng, yaşıl rəngli bir gəmi gördü. Bu vaxt o, hündür ağaclardan birinin yanında oturub, hamburger yeyirdi. Havada qəribə

traektoriyalarla dövrə vuran gəmi, qəfil peyda olan daş sütunun üzərinə

eniş etdi. Bundan sonra Veronika və yüzlərlə bellatriksli gəmiyə tərəf gedib, gələn qonaqları qarşıladılar. Bunlar bellatrikslilər kimi insan qiyafəsində olan varlıqlar deyildilər. Onlar təxminən iki metr hündürlüyündə

olan, olduqca nazik, dörd ayaqlı və altı əlli varlıqlar idilər. Baş əvəzinə bə-dənlərinin yuxarı hissəsində uzunqulaq quyruğu formasında, özlərinə

məxsus qəribə bir orqan daşıyırdılar. Lefteris ağzında çeynəməyi unutduğu loxmanı yerə tüpürüb, ayağa qalxdı. Nəhəng gəmidən yalnız üç varlıq çölə çıxmışdı. Onların səsi elə ciyiltili çıxırdı ki, Lefteris bu səsə tab gətirə

bilməyib, qulaqlarını qapamalı olurdu. Nəhayət, onlara tərəf qaçıb, Veronikanın yanında dayandı.


– Bunlar kimlərdir? – Lefteris maraqla soruşdu.


– Siriuslulardır. – Veronika qısa cavab verib, gələn qonaqlarla söhbə-tinə davam etdi.


– Onlar nə deyirlər? – Lefteris təkidlə soruşurdu.


– Lefteris, bu məsələlər sənlik deyil. Ya da bu qədər maraqlıdırsa, is-təsən sonra danışarıq.


Lefteris bu vaxt geri qayıdıb yenidən nəhəng ağacın altında oturdu. O, burada yeni bir şey kəşf etmişdi: toxunulan hər şey, yoxa çıxıb, yenidən var olmaq funksiyasını itirirdi. Onun söykəndiyi ağacdan və Siriusluların gə-misinin üzərində dayandığı daş sütundan başqa hər şey, gah görünür, gah da yoxa çıxmağa davam edirdi.

Bir az sonra Veronika, haradansa peyda olub, onun yanında əyləşdi.

– Bir azdan gedərlər. – deyə, astadan dedi.


– Onları olduğu vəziyyətlərində görürəm. Bəs bellatrikslilər niyə mənim kimidirlər?


– Onlar əslində, heç gördüyün kimi də deyillər.

– Necə yəni?!


– Onlar da sənin yuxunun məhsuludur.


– Anlamıram, Veronika.


– Yəni necə ki, biz əslində, gördüyün kimi deyilik, onlar da, həmçinin gördüyün kimi deyillər.


– Mən heç vaxt bu cür qəribə məxluqlar canlandırmamışam beynim-də.


– Petrisin çəkdiyi şəkilləri xatırlamırsan? – Veronika nəvaişlə dedi.

Lefterisin böyük qardaşı Petris, həvəskar rəssamlıqla məşğul olurdu.


Onu rəssamlığa həvəsləndirən səbəb yadplanetlilərə qarşı olan marağı idi.

O, elə rəsmlər çəkirdi ki, insan həmin rəsmlərə baxanda az da olsa ikrah hissi keçirər, nə vaxtsa həmin məxluqlarla qarşılaşmaq kimi absurd bir zənnə qapıla bilərdi. Üstəlik, Petris ailədə böyük uşaq olduğundan, çəkdiyi rəsmləri qardaşları ilə qaldığı otağın divarlarına, onların qorxub-qorxma-mağını nəzərə almadan vurardı. Buna görə də, Lefteris uşaqlığının böyük bir hissəsini öz yatağında deyil, valdeynlərinin yatağında yataraq keçirmişdi. Veronikanın eyham vurduğu məsələ, yalnız indi Lefterisə aydın olmuşdu. Otaqlarının divarında, burada gördüyü “siriuslular” kimi bir məxlu-qun olub – olmadığını xatırlamasa da, Veronikaya inanırdı.


– Onlar bura, Hydrada tapdıqları yeni növ enerji mənbəyini bizimlə

birgə tədqiq etmək üçün, razılaşma əldə etməyə gəliblər. Deyirlər bu enerji yeni çağın başlanğıcı ola bilər.


– Bu mənə bizim dünyadakı, neft yataqları qovalayan Amerikan im-periyasını xatırlatdı.


– Ah, hə, elədir, bir az ona bənzəyir, amma bizim məqsədlər daha alidir. Bizdə pul sistemi, varlılar və kasıblar yoxdur, Lefteris.


– Düşünürəm ki, görən biz də, haqqında danışdığın ali məqsədlər hər nədirsə, onlar kimi olmasa da, özümüzə heç olmasa bircə ali məqsəd tapıb, onun üçün birlikdə tədqiqatlar apara bilsəydik, bu gün biz də Hydradakı o enerji mənbəyi haqqında düşünmək şansı əldə edərdikmi?


– Əzizim, bu cür olsaydı, sizlər indi çoxdan illərdir çıxa bilmədiyiniz dünyanızdan çıxardınız. Bütün ulduzlar, bütün qalaktikalarda özünüzə ye-ni dostlar tapmış olardınız.


Lefteris bu yerdə dərin fikrə gedib, birdən dedi:


– Düşünürəm ki, bəlkə də, biz müharibələrə ona görə ehtiyac duymu-

şuq ki, kainatda tək olduğumuzu düşünmüşük. Bu təklik hissi bizə, ya inkişaf üçün öldürməyə sövq etdirəcəkdi, ya da biz, bizi heç kimin axtar-madığına görə məyus olub, sıxıntıdan özümüzü öldürəcəkdik. Başqasını 85

öldürməklə, özünü öldürmək arasında, çox incə bir fərq hiss edirəm, sırf bu xüsusda. Bəşər öldürür ona görə ki, özünü kənardan izlənildiyi ehtima-lını hesaba qatmır. Bəs əgər o öz soyunu hamılıqla intihar etməklə gətirsə?

Bəlkə, elə o zaman sizin dünyalarınızla tanış olacağıq?


Veronika Lefterisin məyusluğundan vəcdə gəlib dedi:


– Belə çıxır ki, ölümdən sonrakı həyata inanırsan?


– Bilirsən, bu sadəcə, ehtimaldır. Dünyada olsam inanmaram, amma bu dəqiqə Bellatriks adlı bir ulduzda, yad dünyadan olan biri ilə öz dünyam haqqında danışanda, inanmalı oluram.


– Əslində, ölüm də yuxunun bir hissəsidir. Həqiqi ölüm yoxdur.

Lefteris mavi səmanı, hündür ağacları seyr edir, içərisində düyünlənib qalan kədərin boğuq təsirindən məst olmuş kimi inildəyirdi. Sanki daha dünyaya geri qayıtmaq istəmirdi. – Bilirəm, əzizim. Bunlar haqqında danış-maq istəmirəm daha. Lefteris yorğun baxışlarla Veronikaya baxıb, onun belini qucaqladı.

– Mənə de görüm, həbsxanadakı qadın doğrudandamı sən idin?


– İlahi, bu o qədər yorucu söhbətdir ki, inan heç danışmaq istəımirəm bu haqda. – Veronika sualdan yayındı.

– Bəs Lorensdə başıma nə gəldi?


– Hələ də həmin skamyada yuxudasan.

– Partizanların yandırdığı evdə də?


– Bəli.


Bu yerdə, Veronikanın boynunun qoxusunu içərisinə çəkib, onun qırmızı saçlarını dodağı ilə sığalladı.


Qəfil yerindən sıçrayan Veronika, Siriusluları görüb yenidən onlara sarı qaçdı. Lefteris çaşqın halda, ona baxır, Siriuslarla necə söhbət edə

bildiyi haqda düşünürdü. Tezliklə qonaqların yaşıl gəmisi havaya qalxdı.

Yoxa çıxan daş sütunnun yerindən nəhəng qeyzer fışqırdı. Lefteris böyük maraqla, mavi səmadakı yaşıl nöqtəyə zillənmişdi.


Meteroid yağışları Bellatriks səmasından, tədricən aşağı süzülməyə

başlayırdı. Onlardan bəziləri qeyzerlərin üzərinə düşdüyündən yenidən sə-maya qalxırdı. Lefteris, Orionun gümüşü sarayanı uzaqdan izləyir, başa düşməyə çalışırdı ki, onun çöldən görülən hüdüdlü divarları, nə üçün içəridə olarkən gözlə görülmür?


Bəlkə də, Orion heç orada deyildi və bu da Lefterisin zəkasının təzahür məhsulu idi. İndi həqiqətdə hansı dünyada, hansı həqiqətdə, yaxud da 86

yuxuda olduğunu dərk etmirdi. Orionun dediyinə qalsa, o özünü indi burada hiss edirdi və elə buna görə də yuxu da burada idi. Veronikanın tale adlandırdığı yerdə.


Lakin birdən xatırladı ki, Veronika ona hazırda Lorensdə, həmin parkda yuxuda olduğuna dair işarə vermişdi. Demək, o indi həmin yerdəki yuxusundadır. Bəs Kovagnosa necə geri qayıtmışdı? Bunu bilmirdi…



Qarmaqla intihar


Lefteris dörd gündür ki, getmədiyi evi üçün darıxırdı. Yenə sübh tezdəndən oyanıb, çaya endi və çayda bir xeyli vaxt üzdükdən sonra sahilə

çıxıb, qurulandı. Özü ilə gətirdiyi paxla kisəsinin dibindəki son paxlaları balaca qazançasına boşaldıb, odun qaladı. Dünən yuxulu-yuxulu oxuduğu hansısa kitabın son səhifəsini açıb, yenidən oxuyandan sonra bişirdiyi pax-lalı yeməkdən yeyib qarrnını doydurdu. Daha sonra yenidən kitabı əlinə

alıb, onu.bir xeyli vaxt vərəqlədikdən sonra ayağa qalxıb, çadırını yığdı və

onu kürəyinə atıb, yola düşdü.


İraklion bu gün, başqa cür gözəl görünürdü gözünə. Uzaqdan eşidilən meşə quşlarının səsi, onu ruhən dincəldirdi. Sarımtıl çiçəklərlə örtülü çə-mənlərin ortasından keçir, addımlarının daha az günaha batmağı üçün, ayaqlarını yerə yavaş basır və onları diqqətlə izləyirdi. Onun üçün insan tapdağı altında qalan hər ot, hər çiçək günahsız yerə öldürülən uşaqlar ki-mi idi. Dilinin altında hansısa musiqini zümzümə edir, ağacların nəfəsi ilə

yeni nəfəs alır, musiqisini daha da böyük coşqu ilə mızıldayırdı. Ətrafda qəribə dinclik hökm sürürdü. Ona elə gəlirdi ki, bu yerlər başqa dünyaya məxsus yerlərdir. İnsanla rastlaşmadığı hər yer ona bu cür hislər aşılayırdı.


Kiçik bir təpənin üzərinə qalxıb, aşağıda görünən balaca kəndə baxdı.

Kənddə həyat öz axarında davam edirdi. Traktorlar, qumlu yollarla o baş-bu başa hərəkət edirdi. Kəndlilərdən kimisi biçinlə, kimisi heyvan otarmaq-la məşğul idi. Uşaqlar həyəcanla qaçır, yaşlılar bir yerə yığışıb nələrsə barə-sində

qızğın söhbətlər edidilər. Qoyun sürüləri, inəklər və atlar, kəndin həndəvərində, talalarda otlayırdılar. Lefteris nəfəsini dərib, kəndi o tay– bu tay süzdükdən sonra saqqalını tumarlayıb, aşağı endi. Kəndə girdiyi an-danca insanların şübhəli nəzərləri ilə qarşılaşdı. Bu nəzərlərdən yayınmaq üçün yeyin addımlarla irəliləyib, özünü kəndin o biri başında, yamacda yerləşən taxta evə

daha tez çatdırmağa çalışdı. Az sonra, nəhayət ki, evin 88

kol-koslu hasarının qarşısında dayanıb, nəfəsini dərdi. Yaşlı balıqçı Kalates, ağır addımlarla gəlib, Lefterisin qarşısında dayandı.

– Necəsən, Kalates?


Kalates, bu suala cavab vermək əvəzinə, ona evi göstərərək, içəri gəlməyinə işarə etdi. Lefteris kürsülü eyvana qoyulmuş masanın arxasına keçib oturdu. Masanın üzərində bir stəkan tünd çay, iki qənd və bir karamuza vardı. Kalates karamuzada mahir ifaçı idi və kənddə də, məhz bu məharəti ilə tanınırdı. Onu adı ilə çağırmaq əvəzinə, “karamuzaçı” deyə

çağırırdılar. Lefteris burada oturduğu vaxtda, o içəri, nə üçünsə getmişdi.

Qayıdanda əlində bir stəkan çay, digər əlində isə qızılı rəngdə bir qarmaq var idi. O, əlindəkiləri masanın üzərinə qoyub, Lefterisin böyründə əyləşdi.


– Şəhərdə vəziyyət necədir? – Kalates ağır-ağır soruşdu.


– Xeyli vaxtdır ki, şəhərə baş çəkmirəm. Doğrusu, heç şəhərlilər də

əvvəlki kimi axın eləmir, Saint Johannesə.


– Etməzlər də! Müharibə hər şeyi məhv etdi. Artıq yaxşı adam ta-panda, sevinmək gərəkdir. – Qoca mənalı-mənalı başını yellətdi.


– Bizim kimi adamlar üçün bir fərqi varmı? Dünya həminki dövra-nındadır. Dəyişən ancaq vəziyyətdir.

– Artıq ölümü hiss edirəm, Lefteris. Mənim üçün fərqi olmalıdır.


– Nələr hiss edirsən?


– Ruhumun yavaş-yavaş bədənimdən necə qopduğunu. Hər səhər yuxudan oyananda öz-özümə gülürəm ki, əcəb işdir, görəsən, necə oldu ki, yenidən sağ qaldım?

– Görünür, ölümü özün də istəyirsən.


– Elədir. Zaman dünyanı da qəbirə aparır. Yerdə təkcə gözəlliklər və

yeni doğulan körpələr, yeni arzular, ehtiraslar, sevgilər və nifrətlər qalır.

Sən isə axıb gedən bir ulduz kimi tez unudulursan.


– Unudulmaq hissini necə duyur, yaxud da nə cür qavrayırsan, Kalates?


– Atalarımızı unudulduğu kimi. İnsan öz soyunun ona məlum olan ən ilkin nümayəndəsindən o tərəfindəkiləri necə tanımır ha, bax o cür. Unudulmaq mənim üçün budur, Lefteris. Səni tanımırlarsa, demək unudulmu-san. Xatırlamırlarsa, demək tanımayıblar.


– Bunu təzə düzəltmisən? – Lefteris çaydan qurtumlaya-qurtumlaya, qarmağı göstərərək söhbətin mövzusunu dəyişdi.


– Elə bu gün səhər bitirmişəm, hə.


– Borcum nə qədər olacaq? – Lefteris çantasını eşələdi.

– Varındırsa, dörd yenni.


Lefteris masanın üzərinə beş yenni qoyub, Kalatesin əlini sıxdıqdan sonra eyvandan aşağı düşdü və yola qoyuldu.


Bir qədər sonra Saint Johannes çayının sahilindəki evini artıq görə

bilirdi.


Andrea ilk dəfə sevişdiyi adamın gözlərinin içərisinə baxıb, gülümsəyir, aldığı həzdən dolayı onun saçlarını möhkəmcə sıxırdı. Kitablardan düzəldilən yataq onlar üçün çox da rahat olmasa da, onlar indi buna əhəmiyyət verə biləcək vəziyyətdə deyildilər. Hər ikisi həyatlarında ilk dəfə

idi ki, ehtiras hissini bu qədər “hündürdən” hiss edirdilər. Bu hündürlük onların gənclik duyğularının zirvəsində idi.


Vasilis Andreanın ağzını əli ilə yumurdu ki, onun səsi çöldən eşidil-məsin. Saint Johannesin sahilinə əvvəlki kimi çox adam gəlməsə də, yenə

də ehtiyyatlı olmalı idilər. Vasilis əlinə nə kitab keçirdisə, uzandıqları yer daha rahat olsun deyə, altlarındakı digər kitabların üzərinə qoyurdu. Bu yer Vasilisə elə mənasız gəlirdi ki, yəqin onun burada yox, başqa bir yerdə

sevişmək kimi bir şansı olsaydı, o bu evin içərisinə heç pəncərədən də bax-mazdı. Ələlxüsus, onun kitab qoxusundan zəhləsi gedirdi. Andrea yenicə

bitirdikləri macəraları yenidən yaşamaq istədiyi vaxt, birdən Vasilis qulaqlarını şəkləyib, ondan sakit olmağını istədi. Tezliklə bu səslər daha da yaxından eşidildi. Çöldə qoyunlar mələşməyə, atlar kişnəməyə baçlamışdı.

İtlər, onlar bu evə girdikləri vaxtdakı kimi yenidən hürməyə başlamışdılar.

Andrea təşviş içində paltarlarını geyinib, ürkək nəzərlərlə Vasilisə baxırdı.

O, otağın yeganə pəncərəsini açmaq üçün irəli atıldı. Lakin pəncərə olduqca möhkəm mismarlandığından və bir qədər hündürdə olduğundan, onu açmaq mümkün olmadı. Sonda onu sındırmağa məcbur qalan, Vasilis, evin qapısı ağzındakı addım səslərini düz qulağının dibindəymiş kimi aydınca eşitdi. Andreanı birtəhər qaldırıb çölə çıxara bilən Vasilis, özü pəncərəyə qalxmaq istəyəndə, artıq gec idi. Lefteris içəri daxil olduqda, elə bil ki, onun başından qaynar su tökdülər. O kitablarını dağılmış vəziyyətdə

görüb hiddətdən ağlını itirmişdi. Vasilisin yanına elə bir cəldliklə sıçramışdı ki, o, Andreanın qaçmağına şərait yarada bilsə də, özü macal tapıb pəncərədən adlaya bilməmişdi. Əslində, bu elə bir vaxt idi ki, Vasilisin evdən çıxmağı üçün sadəcə sol ayağını ondan yayındırmağı lazım idi, lakin Lefteris də, məhz elə onun bu ayağından yapışmışdı. Təşvişdən nə edə-90

cəyini bilməyən Vasilisin tək əlacı, onu digər ayağı ilə vurmaq idi. Zərbə-lərdən qəzəblənən Lefteris, möhkəm bağırıb, qəflətən cibindəki qarmağı çıxardı və onunla Vasilisin ayağına, belinə zərbələr endirməyə başladı. Bütün ağır zərbələrə baxmayaraq, Vasilis xilas olacağına ümid edirdi. O, çaşqın nəzərlərlə uzaqda, şəhər mərkəzinə tərəf qaçan Andreanı axtarır, onu bənövşəyi libasından tanıyır, sonra yenidən həmin uzaqlıqda, bu rəngi axtarırdı. Bu vaxt onun ayaqlarını yaralayan qarmaq, bu dəfə onun boğazını yırtdı və Lefteris nəhayət ki, onu aşağı sala bildiyindən riqqətə gəlib, hətta onu bundan sonra da xeyli müddət təpiklə vurmağa davam etdi. Vasilisin boğazından qan fışqırırdı. Lefteris dişlərini qıcayıb, yatağına baxdı. Daha sonra bütün evi gözdən keçirib, baxdı ki, görən hər şey yerindədirmi. Çox sevdiyi bir kitabın yerində olmadığını görüb, əsəbləşdi və yenidən Vasilisin üzərinə cummaq istəyəndə, bu dəfə gördü ki, Vasilis çoxdan keçinib.

Əlindəki qarmağı kənara tolazlayıb, həmin kitabı axtarmağa başladı. Hava qaralanda, otağındakı şamları yandırıb, qatili olduğu cəsədə baxırdı. Kalatesin ölüm haqqında söhbətini xatırlayırdı. Nəhayət, Vasilisin boğazını sa-rıyıb, öz paltarlarından onun əyninə geyindirdikdən sonra ölünü çiyninə

alıb, yola düşdü.


Leosi parkının tinindən keçəndə, birdən uşaqkən ən çox sevdiyi müəllimi Veronikanın İraklionda yeganə olan sarı rəngli maşınını gördü və çiynindəki cəsədi bərk tutub, onun tərəfə qaçdı. Veronikanın üzü sevincli olsa da, Lefterisi görən kimi heyrətdən ağzı açıq qaldı. Buna baxmayaraq, o, köhnə şagirdini belə bir vəziyyətdə görsə də, üzündə soyuqqanlı ifadə yaratmağa çalışırdı. Üzündəki gülüş əlamətləri tamam yoxa çıxmışdı. Lefteris artıq onun maşınının yanında dayanmışdı. O maşından düşüb, Lefterisə

qayğı ilə baxdı.


– Bu nədir, Lefteris? Çiynindəki o adam kimdir?

– Onu mən öldürmüşəm. – Qısa cavab verdi, Lefteris.


– Onu hara aparırsan bəs?

– Polisə aparıb, təslim olacam.

– Ağlını itirmisən? Aparıb basdırmaq lazımdır.


Bu yerdə Lefteris nə qədər etiraz etdisə, Veronika da bir o qədər israr etdi.


Cəsədi qoymaq üçün baqajı açdı və keçib maşında oturdu. Lefteris maşına oturdu. O, Veronika müəllimin üzünə baxmağa utanırdı. Buna görə

də, çölə baxır, üzünü onun tərəfə döndərmirdi.


– Lefteris, de görüm, onu necə öldürmüsən?

Bir qədər tərəddüd edib, cavab verdi:


– Qarmaqla.


– Qarmaqla? Necə?! Axı sənin balıqlarla bağlı məsələn bütün İraklionda məşhurdur. Elə isə qarmaq nə gəzirdi səndə?


– O mənə başqa şey üçün lazım idi.

– Nə üçün?


– Özümü ondan asacaqdım.

– Aman Allah!


– Lakin bu adamı öldürəndən sonra özümü asmaq əvəzinə əbədiyyən daş hörgülərə hörülmək eşqi yarandı məndə.

– Bunu həbsxanada edəcəksən?


– Bəli. Ona görə də, sizdən xahiş edirəm, məni polis bölməsinə yaxın bir yerdə düşürüb, özünüz də çıxıb gedin.


– Bilirəm, bu normal deyil, amma Lefteris, sənin həbs olunmağını istəmirəm.

– Veronika müəllim, qarmaq hələ də məndədir…


Bu yerdə qadın onun nə demək istədiyini anlayıb, bir müddət susdu.

Lefteris demək istəyirdi ki, həbsxanaya yox, qəbirstanlığa gedəcəkdilərsə, o qarmaqla bağlı əvvəlki niyyətini gerçəkləşdirəcəkdi.


– Səni dediyin yerə aparacam.


– Sizdən bir şey də xahiş edim, o zaman.

– Et, Lefteris.

Bu vaxt cibindəki qanlı qarmağı çıxarıb, müəlliminə uzatdı və dedi:


– Bunu Saint Johannes çayının sahilindəki Sless adlı kənddə, Kalates adlı yaşlı bir kişi var, ona verməyinizi xahiş edirəm. Qarmağı ona verərkən, sadəcə, “bacarmadı”, deyin və oradan uzaqlaşın.


– Olar, balam, olar, niyə də verməyim? Elə dediyin kimi də edəcəm.

Bir qədər də getdikdən sonra gəlib, Eftixia meydanının qarşısında dayandılar. Maşından düşməyə hazırlaşdığı vaxt birdən Veronika ondan soruşdu:


– Lefteris, yadındadır sənə Rilkesin şahmatından hədiyyə edəcəyimə

söz vermişdim?


– Yadımdadır, müəllim.


– Bağışla, sözümün üstündə dura bilmədim. – Veronika kövrək səslə

dedi.


Bundan sonra üzündə cuzi bir titrəyiş görünən Lefteris, başını aşağı salıb, maşının qapısını örtdü. Maşının arxasına keçib, cəsədi baqajdan götürdü. Lakin sonra yenidən, maşına yaxınlaşıb, şüşəni döydü və dedi:


– Siz, “Oyuncağın Sevgisi” romanında, qatilin kim olduğunu düşünürsünüz?


– Qatil, Luisa idi, yəni ərini özü öldürmüşdü, oyuncaq fil günahsız idi.


– Demək, yaxşı oxumamısınız. O romanda, qatil yox idi. Luisanın ehti-raslı ərinin arvadı ilə bağlı fantaziyaları idi. Həmin o fantaziyalar ki, arvadı onlara qadağan qoyurdu. Həmin fantaziyalar o qədər çılğın idi ki, onun əri, hətta özünü arvadının əli ilə ölübmüş kimi də təsəvvür edirdi. “Luisa onu boğandan sonra onun üzü bənövşəyi rəngə boyandı.” cümləsini xatırlayır-sınızmı? Bax, həmin cümlə, ərinin öz penisi ilə bağlı anormal fantaziyasının təzahürü idi. Siz həmin vaxt kitabın mənim yaşıma uyğun olmadığını de-mişdiniz, amma görünən budur ki, heç siz özünüz də, yetkin yaşda olma-ğınıza baxmayaraq, kitabdakı əsas ideyanı anlamamısınız.


Bu sözləri dedikdən sonra o, üzünü çevirib, polis bölməsinə tərəf, çiynindəki cəsədi yelləyə-yelləyə addımladı.



Lupa


Hava yenicə işıqlanırdı. Soyuqdan büzüşmüş və paltosuna bürünmüş

şəkildə yatan Lefteris, yaxınlığında eşidilən it mırıltısına bənzər bir səsə

oyandı. Bu vaxt hiss etdi ki, onun qoluna nəsə ağır bir şey də söykənib. Yerindən dik atılıb, üstündəki şeyin nə olduğunu görməyə çalışanda, bunun bir it olduğunu yəqinləşdirdi. Əvvəlcə ondan ürküb, onu özündən kənara itələsə də, sonradan onun heç bir təhlükəli əlamət göstərmədiyini görüb, onu yanına çağırdı. Görə bildiyi qədər it küçə iti idi. Lefteris onu nə qədər çağırsa da, it sanki onu bayaq itələdiyinə görə Lefterisdən qoxmuşdu deyə, heç cürə ona yaxın gəlmək istəmirdi. Lefteris saatına baxanda gördü ki, saat dayanıb və

işləmir. Səmaya baxıb, təxminən saatın neçə ola biləcəyini yəqinləşdirməyə

çalışdı. Onun ehtimalına görə, altıya on dəqiqə qalmalı idi. Gözləmədiyi vaxtda it ona yaxınlaşıb, onun əllərini yalamağa başladı. Lefteris itin qara tüklərini sığallayıb, bir müddət onunla başını qatdı. İt ona o qədər xoş gəlmişdi ki, hətta artıq ona bir ad da qoymuşdu. Onu “Lupa” deyə çağırırdı. İtin sallanan döşləri Lefterisi, ona bu adı qoymağa ilhamlan-dırmışdı. Hava tam işıqlaşanda, hər ikisi də parkı tərk edib, dəmir yolu vağzalına tərəf getdilər.

Doğrusu, Lefteris hər nə qədər də onu özü ilə apar-maq istəmirdisə də, Lupa ondan əl çəkmək bilmirdi. Uzun müddət davam edən həngamədən, qaça-qovdudan sonra Lefteris artıq Lupanın özü ilə bir-gə gəlməyinə qarşı çıxmadı.

O, artıq Lorensi tərk etmək istəyirdi. Qucağın-dakı itlə vağzalın kənarında dayanıb, Ehtiyyatla peronun ətrafına göz gəz-dirirdi ki, görsün Veronika yenə

oradadır, yoxsa yox. Bunu ona görə edirdi ki, o, necə olur-olsun İrakliona, heç bir maneəsiz gedib çıxmaq istəyirdi. Peronda Veronikaya bənzər heç kimi görməyəndə sevinib, aldığı bileti ci-bində yoxlayaraq, qatara doğru addımladı.

Lakin bu vaxt arxadan eşidilən səs, onu yerindən diksindirdi. Səs Veronikanın səsinə elə bənzəyirdi ki, Lefteris düşündü ki, əbəs yerə bu qədər pusqu qurub, peronu uzaqdan iz-94

ləyib. Geri çevriləndə, onu səsləyən qadının başqa bir qadın olduğunu gördü və dərindən köks ötürüb, ona sarı getdi.

– İtin sənədlərini göstərin, zəhmət olmasa. – Qadın ciddiyyətlə dedi.


– Bilirsiniz, Lupa ilə bu gün tanış olmuşuq. Yəni, mən onun sahibi deyiləm.


– Elə isə onu niyə qucağınızda bərk-bərk tutmusunuz, buraxın getsin də.


– Bilmirəm, qalsa yaxşıdır, məncə. Buna icazə varmı?

– Yaxşı, keçin. – deyə, qadın ciddiyyətini pozmadan dedi.


Lefteris vaqona minib, öz yerini tutdu. Vaqonda adam sayı o qədər də

az deyildi. Qarşısında oturan şişman bir cavan oğlan, rəsmi geyimdə, əlində bir kitab, eynəyinin altından Lefterisə ölgün baxışlarla baxırdı. Onun baxışları elə təəssürat yaradırdı ki, sanki o qarşısındakı adamdan bütün varlığı ilə iyrənir. Ya da onunla qarşılaşan adam, özünü bir anlıq da olsa axmaq kimi hiss edə bilərdi. Qırmızı yanaqları elə parıldayırdı ki, düşünərdin, onu elə indicə kimsə yamanca sillələyib. Xeyli vaxt mənasız baxışlarla Lefterisə baxan bu adam, nəhayət, gözlərini ondan çəkib, ayağını ayağının üstünə aşırdı və əlində tutduğu kitabı açıb, oxumağa başladı. Bir vaxt Lefteris hiss etdi ki, adam əlində kitab açıq vəziyyətdə, dayanıb indi də Lupaya çəp-çəp baxır. Bundan sonra bir dəfə Lefterisə, bir dəfə də itə baxdıqdan sonra, yenidən kitaba kökləndi. Lefteris bir qədər əyilib, onun nə

oxuduğunu görmək istəyirdi.


Adam bunu hiss edirmiş kimi yavaş-yavaş kitabın üzünü aşağı əyməyə başladı və Lefteris bu yerdə özünü saxlaya bilməyib, elə güldü ki, Lupa qorxusundan yerindən sıçradı. Adam nə baş verdiyini anlamırmış kimi dayanıb, hələ də Lefterisə key-key baxırdı. Nəhayət, o, Lefterisə müraciətlə

dedi:

– Niyə özünüzü ictimai yerdə normal apara bilmirsiniz?


Lefteris gülməyini güclə dayandırıb, adama cavab vermək üçün heç bir söz tapmadı.


– Olarmı soruşum, siz nə oxuyursunuz elə? – Birtəhər özünə gəlib, dedi.


– Bunun sizə nə dəxli? İşinizlə məşğul olun!


Lefteris söhbəti uzatmayıb, üzünü pəncərəyə sarı çevirdi. Lupa elə bir an olmurdu ki, Lefterisin əlini yalamağa fasilə versin. Bu artıq onu əsəb-ləşdirirdi. Vəziyyədən çıxış yolu kimi, o, əllərini ciblərinə salmalı oldu. Az 95

sonra Lupa gedib, bayaqkı adamın yanında oturdu və başladı bu dəfə

onun əlini yalamağa. Adam itə çəp-çəp baxıb, hərəkət etmirdi. Hətta bu vaxt, iti özündən uzaqlaşdırmırdı da.


– Dərhal, bu zibili yanınıza çağırın! – Adam astadan və sanki qorxa-qorxa dedi.


Lefteris başa düşdü ki, qarşısındakı adam doğrudan da itdən qorxur.

Ona görə də, içərisindən bu adamla bir az da əylənmək həvəsi keçdi.


– Eşitmirsiniz, deyirəm onu çağırın? – deyə, bu dəfə daha da emo-sionallıqla dedi.


Lefteris hələ də heç bir reaksiya vermirdi. Bu vaxt elə bir hadisə baş

verdi ki, bu artıq daha böyük əyləncəyə səbəb oldu. Lupa adamın əlini tam şəkildə yalamaq üçün onun tutub saxladığı kitabı ağzına alıb, yerə saldı.

Adam ovucları dizlərinin üstündə sakitcə dayanıb, əllərini yalayan itə baxırdı. Bu vaxt birdən gözü yerə düşən kitaba sataşan Lefteris, biixtiyar onun adını oxudu. “Kapitalizmə haradan hücüm etməli?” – Adnos Vlahos.

Lefteris kitabı götürüb, onu maraqla vərəqlədi. Sarı örtüklü kitabın üstündəki bənövşəyi rəngli hərflərlə yazılmış “Adnos Vlahos” adını yenidən oxuyub, qəribə hislər keçirdi. Birdən-birə ciddiləşən Lefteris, Lupanı yanına çağırıb, kitabı yiyəsinə uzatdı. Bundan sonra özünə əl qatan adam, Lefterisi təhqir etməyə, onu polisə şikayət edəcəyi ilə bağlı hədə dolu sözlər deməyə başladı. Lefteris əvvəlcə onun dediklərini ciddi qarşılamasa da, onun polisə zəng etdiyini görüb, yerindən sıçradı və dedi:


– Sizin şikayətiniz nədir?

– Görəcəksiniz! Heç bir üzr qəbul etmirəm!


– Sizdən üzr istəyən yoxdur, onsuz da. Sadəcə, deyirəm buna nə üçün gərək duyursunuz?


– Polislə danışarsınız! İndi isə qoyun rahat oturum!


Lefteris, belə bir vaxtda polisə cərimə ödəmək kimi bir problemin ortalığa çıxmağını istəmirdi.


– Sizə desəm ki, mən Adnos Vlahosun oğluyam, fikrinizdən daşınarsınız?


Adam başını yelləyib:

– Elə sizin kimi adamlar üzündən cəmiyyət hələ də özünə gələ bilmir!


– dedi.

– Mənim kimi necə adamlar?


– Saxtakar və yalançı! Hər fürsətdə özünə məşhur bir şəxslə yalançı qohumluq, tanışlıq iddiası qaldıran!


– Əmin olun ki, siz dediyiniz adamlarla heç bir əlaqəm yoxdur. Hətta cəmiyyətdə elə adamların var-olub olmamağından da xəbərsizəm.

– Bunun mənə heç bir dəxli yoxdur!


Bu yerdə Lefteris paltosunun yaxa cibini eşələyib, oradan bir neçə

kağız, bir də passport çıxrartdı. Onun bu hərəkətlərini sübhəli nəzərlərlə

izləyən adam, hələ də nikbinliyini qoruyurdu. Lefteris şəxsiyyətini təsdiq edən sənədi ona uzadıb, “oxuyun” – dedi. Adam vərəqə xeyli vaxt çəp-çəp baxdıqdan sonra:


– Hellenasda Adnos Vlahos adında başqa adam da ola bilər! Siz isə

onun kimi bir adamın oğlu olmaqdan çox, hansısa şizofren atanın oğlu olduğunuz təəssüratı yaradırsınız.


Lefteris bundan sonra tamam hövsələdən çıxıb, ciblərini yenidən əlləş-dirdi. Bu dəfə onun əlinə evlərinin açar dəsti keçdi. Xatırladı ki, bu da sübut ola bilər. Çünki, açarın üzərində “Yazar Adnos Vlahos” yazısı var idi.

Lefteris bunu ona göstərəndə, o belə qarşılıq aldı:


– Nəzərə alsaq ki, Adnos Vlahosun evi partizan hücümları ərəfəsində

yandırılıb, onda bu açarlar hansısa əntiq əşyalar dükanından da əldə

edilmiş ola bilər.


Lefteris dodaqaltı – “lənətə gələsən, səni.” – deyib, açarları cibinə

qoydu və qışqırdı:


– Bilirsən nə var? Kimə şikayət edirsən et, vecimə də deyil!


Adam cavab verməyib, özündən razı halda, təəssüfkeşlik bildirən əndamla başını yellədi. Bir qədər sonra marağına güc gələ bilməyib, kitabın arasında telefonla qurcalanmağa başlamışdı. Lupa isə bu vaxt, artıq xeyli vaxt idi ki, Lefterisin qucağında mürgüləmişdi.

– Ananızın adı nədir? – Adam yenidən soruşdu.


– Nə sarsaqlayırsan?

– Bacısınızın adını da, deyin.

– Anam Adria, bacım Sofia.


– Qardaşlarınız?

– Petris, Nikos, Nikolas, Konstantin.


– Adnos Vlahosun çap olunub, qadağan edilən kitabının adı?

– Onu daha bilmirəm. Amma yəqin ki, Oyuncağın Sevgisidir.


– Nəyə əsasən deyirsiniz?


– Ona görə ki, sağlam təfəkkürdə yazılmayıb.


– İlahi, yəni, mən doğrudanmı hazırda Andos Vlahosun oğlu ilə

söhbət edirəm?!


Lefteris cibindəki on beş yennini xatırlayıb, dərin köks ötürdü.

– Elədir, şəkil çəkdirək? – deyə, Lefteris istehza ilə güldü.


– Məni gərək üzrlü sayasınız, sizinlə xoş davranmadım, amma inanın ki, itləri görməyə gözüm yoxdur.


– Orası aydın məsələdir!


– Amma cənab, siz də bir özünüzə əl gəzdirin də! Vallah baxanda adam haqqınızda elə fikirlərə düşür ki, daha nə bilim, necə deyim…


– Necə lazımdırsa elə də de.


– Siz mənə, İrakliona hücüm edən həmin o qudurğan partizanları xatırlatdınız, bu görünüşünüzlə!


– Bilirsiniz, mən sadəcə, saqqalınızı bir də ki, saçınızı azaltmağı tövsiyyə edirəm sizə. – Daha sonra birinci cümləsinin xətalı olduğunu düşünüb əlavə etdi.


– Bu barədə danışmağı buraxın, sualıma cavab verin görüm, niyə hələ

də, kapitalizmə hücum etmək sizi maraqlandırır? Axı kapitalizm Hellenasın yaranmağı ilə onsuz da çöküb.


– Əvvəla üzr istəyirəm, sizə özümü təqdim etməyi unutmuşam, adım, Pallas Pagonisdir. Qaldı sualınıza, mən ixtisasca iqtisadçıyam. İqtisadçılar isə sevir Lidiyadan bu yana kağız-kuğuzları vərəqləməyi. Amma cənab, deyim ki, atanız bütün Hellenasın fəxridir.


– Yunanıstanın ola bilər, amma Hellenası deyə bilmərəm.


– Hellenas atanızın kapitalizmə əks irəli sürdüyü dahiyanə nəzəriyyə-lərindən bəhrələnən avropalılar sayəsində quruldu.


– Bu barədə nəsə deyə bilmərəm, çünki həmin ərəfədə amerikanlarla döyüşdə idim.


– Mən də döyüşdə idm, amma xəbərim vardı baş verənlərdən. – deyə, Pallas cavab verdi.


– Bununla belə, düşünürsünüz ki, qələbə qazanmağımızda, Adnos Vlahosun böyük əməyi var?


– Bəli, elə düşünürəm. Bilirsiniz, onun bədii kitablarından daha çox iqtisadi-fəlsəfi kitabları uğurlu alınıb.


– Ola bilər, mən sadəcə, Oyuncağın Sevgisini oxumuşam deyə, dəqiq bir şey deyə bilmərəm.


– Maraqlıdır! – Pallas yenidən sınayıcı nəzərlərlə Lefterisi süzdü.

– Amma burada, elə indicə oxudum ki, onun ailəsindən geriyə sadəcə


Sofia sağ qalıb, bu nə işdir belə?! Ya siz doğrudan da məni ələ salmısınız, ya da mənbələr saxtadır.


Lefteris maraqla telefonu ondan alıb, həmin yazını oxudu. Orada belə

yazılırdı:


Bütün ailə üzvləri zirzəmidə güllələnsə də, təkcə Sofia sağ qalmışdı.

Evin kiçiyi Lefteris Vlahos isə bolqarlar tərəfindən yandırılan evdə, qucağında şahmat taxtası ilə birgə külə çevrilmişdir.


Lefteris heyrət içində dayanıb, nə deyəcəyini bilmirdi.


– Pallas, mən Lefteris olduğumu bilirəm, lakin sən onu ölmüş bil!

Pallas bu cümlədən elə narahat olmuşdu ki, onun narahatlığı durmadan artırdı:

– Ola bilər ki, mənbələr yanlış yazıb.


– Xeyr, onlar düzgün yazıblar. Məsələ burasındadır ki, bu vəziyyəti sənə izah edəcək gücdə deyiləm. Ona görə də, bu haqda danışmayaq.

Bu vaxt Lefteris, ani nəzərdə gördü ki, Pallas niyəsə yerində titrəyir.


– Xahiş edirəm, o iti kənara çəkin, sizi qucaqlamaq istəyirəm. – deyə, ayağa qalxıb, Lefterisin yanına gəlməyə hazırlaşdı.


Lefteris Lupanı oyatmaq istəməyib, onu ehmalca yanındakı oturacağa qoydu və ayağa qalxdı.


– Sizə inanıram, bəy. Sizə səmimi qəlbdən inanıram. – deyib, onu qucaqladı. Lakin birdən onun yaxasından yapışıb, ona elə bir yumruq iliş-dirdi ki, Lefteris güclə yerində dayandı,


– Alçaq, məni dolamısan burada? Sözə bax ha, vəziyyəti izah edə bil-məzmiş! Dəlinin biri dəli! – deyib, onu vurmağa davam etmək istəsə də, vaqondakı digər şəxslər ona mane oldu. Əslində, imkan versə idilər, Lefteris bu adamı elə oradaca birtəhər edəcəkdi.


Bütün bu olaylar gəlib, o yerdə qurtardı ki, İraklionda gözləyən polis nəfərləri, Lefterisə cərimə yazıb, ona çek verdilər. O, isə başa düşmürdü ki, niyə zərərçəkən o olduğu halda, heç olmasa Pallasa da cərimə yazılmayıb.

Olan-qalan on beş yennisindən on ikisini dövlətə ödəməli idi. Bu yerdə, Hellenasın heç də ideal dövlət olmadığını başa düşürdü.


Lefteris İrakliona çatar-çatmaz bacısı ilə yenidən görüşməyi planlayırdı. Bu dəfə pul yox, doğrudan da, onu psixatr, yaxud da psixoloq yanına göndərməyini istəyəcəkdi. Düşünürdü ki, hazırkı vəziyyətində onu başa 99


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации