Текст книги "Orion – 51"
Автор книги: Ruzigar Ələkbər
Жанр: Зарубежное фэнтези, Зарубежная литература
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]
düşə biləcək, sonuncu adam da, elə məhz Sofiadır. O, hətta bacısı tərəfindən bu dəfə də rədd ediləcəyi təqdirdə, alternativ seçim kimi başqa bir plan da hazırlamışdı. Özünü Saint Johannes çayına atıb, intihar edəcəkdi.
Bu cür qərar verməyinə səbəb, o deyildi ki, o yaşamaqdan bezib, yaxud da bunun çarəsizlikdən edəcəkdi. Onun düşüncəsinə görə, psixiatrla görüş bu fikrini dəyişdirmək üçün heç bir vacib rol oynamayacaqdı, amma yenə də, sınamaq istəyirdi. Onun üçün ölmək anlayışı çox fərqli bir məna ifadə
edirdi. Ölmək sonsuz yuxulara keçid idi və bu yuxuların hər biri onu taleyi idi.
Şəhərin ən izdihamlı yerinə çatanda, Lefteris Lupanı qucağına aldı ki, onu itirməsin. Skamyada oturan bir adam və onun yanındakı çamadanı görəndə, Lefteris təşvişə düşüb, xatırladı ki, o, öz çamadanını Lorensdəki parkda unudub. Axı bu necə ola bilərdi ki, o, çamadanı orada unutmuşdu?! Dəmiryolu Vağzalında da heç bir fərqlilik hiss etməmişdi.
Xatırladı ki, sonuncu dəfə bir yuxusunda polislər onu yaxalayanda, çamadanı barə-sində onlara “barı, çamadanımı götürərdim.” – deyə bir cümlə demişdi, amma hansı yuxuda? Ya da hansı gerçəklikdə? Bu an onun yuxusu idisə, o, nə üçün yalnız buradakı indisində sağalacağına ümid edərək, hətta psi-xiatrla da görüşmək istəyirdi? Bəs, nə üçün həmin yuxunu xatırlaya bil-mirdi? Sırf xatırlamamaq hissi onun indiki həqiqəti ola bilərdimi? Niyə başqa yuxularında yox, yalnız indiki yuxusunda?
Orion bəlkə də, bu sual-lara cavab vermişdi, lakin bu cavablar onun üçün o qədər qarışıq idi ki, o, bütün bu təbəllüdatlara yekun bir məna verə
bilmirdi. Ağlınını sərhədsiz illuziyalarında özünü, öz kimliyini itirmişdi.
Demitri pəncərə qarşısında dayanıb, bir əli cibində, İraklionun tutqun səmasını seyr edə-edə, qəlyan pülədiyi vaxt birdən aşağıda, qucağında qa-ra bir itlə dayanıb ona tamaşa edən Lefterisi görüb, diksindi. Geriyə, otağın içərisinə baxıb, irəli əyilərək, astadan dedi:
– Yenə nə var?!
– Sofia ilə danışmalıyam, Demitri.
– Sofia evdə yoxdur! Sənə hansı dillə başa salım ki, bizi narahat etmə?!
– Demitri, məni həkim yanına göndərməyincə, həmişə bax, beləcə
evinizin qarşısını kəsdirəcəm.
– Lənət şeytana! – Demitri pəncərədə görünməz oldu.
Az sonra evin qapısında görünən Demitri, qapını açıq saxlayıb, içəri keçdi. Lefteris, içəri keçmək istəyəndə Demitrinin yoğun, xırıltılı səsi eşidildi:
– O murdarı, yəqin ki, içəri salmayacaqsan.
Lefteris, Lupanı yerə, qapının astanasına qoyub, onu sığallayıb, qısa vaxtda geri gələcəyini deyərək, içəri keçdi. Bacısının uşaqları ona çəp-çəp baxıb, onunla salamlaşmaq əvəzinə, üzlərini çevirib, hərəsi bir tərəfə da-ğılışdılar. Uşaqlar bu adamın onların dayısı olduğunu bilsələr də, ona zərrə
qədər də olsa yaxınlıq göstərmirdilər.
Olduqca dəbdəbəli qonaq otağında, özünün geniş və bəyaz rəngli kreslosunda oturub, əllərini sinəsinə çarpazlayan Demitri, gözü ilə işarə
edərək, Lefterisə oturmağı üçün yer göstərdi. Lefteris paltosunu çıxarmaq istəyəndə, Demitri onu dayandırıb dedi:
– Bir dəqiqə, buna nə gərək var ki? Mənim vaxtım azdır.
Lefteris paltosunun yaxasını yenidən düymələyib oturdu.
– Mənə həkim lazımdır.
– Bunu bildik. Səni həkimə yönləndirəcəm, amma məbada ona qohum olduğumuzu deməyəsən, yaxşı? İkinci biabrçılığın öhdəsindən gəlmək üçün nə əvvəlki vaxtdakı kimi gəncəm, nə də, bununla yenidən öz ailə-mizin nüfuzunu aşağı salmaq istəmirəm. Başa düşürsən? İstəmirəm bu də-fə də desinlər ki, Demitrinin qayını dəli olub, ağlını itirib!
Lefteris sakitcə oturub ona qulaq asır, söz haqqının ona verilməyi üçün düzgün vaxtı gözləyirdi. Lakin Demitri heç cürə dayanmaq fikrində
deyildi.
– Doğrudan, necə belə inamla öz mistik xəyallarına mənim inanacağımı gözləyirsən? Sözə bax ha, göydə kiminləsə söhbət edirəm! Əcəb işdir!
Mərc gələrəm ki, Kovagnosda başına nəsə iş gəlib, ya da uzo içməkdən bu hala düşmüsən!
– Demitri, vaxt azlığına işarə verirsən, sonra da söhbəti uzadırsan!
Həkimin ünvanını ver, çıxım gedim!
– Guya indi, qanacaqlı adamsan, hə? Pul istəməyə dilin gəlmir, guya ki! Onsuz da o pulu sənə verəcəm! Axı dediyim kimi, həkimə mənimlə
qohumluğundan danışmamalısan!
Lefteris ondan həkimin ünvanını, bir də üç yüz yenii alıb, onunla sa-ğollaşdı. Demitri, Lefteris qapıdan çıxanacan hələ də bərk-bərk tapşırırdı 101
ki, məbada həkimin yanında onun adını çəkməsin. Qapıdan çıxarkən Lupanı görüb, onu sığalladı və arxasıyca çağırıb, yola düşdü.
Dar küçələrdən keçib, səkilərin üstündə yağış gölməçələrinin üzərindən adlaya-adlaya, həkimin ünvanına doğru addımladığı vaxt, Lefteris Lupanın qəflətən qəribə tərzdə ulamağa başladığına görə dayandı. Ona nə olduğunu anlamağa çalışıb, aşağı əyildi və onun ayaqlarını bir-bir qaldırıb baxdı ki, bəlkə, pəncələrinə nəsə batıb. Lakin onun pəncələrində heç bir yara izi yox idi. Lupa dayanmadan zingildəyir, ağrıdan qıvrılırdı. Bu vaxt o, birdən səndirliyə-səndirliyə gedib, küçənin tinindəki bir kafenin qarşısında oturdu. Lupa doğmağa başlamışdı. Lefteris, təəssüflə onun sakitcə
dərin nəfəs alıb, verdiyinə baxırdı. Bir az sonra balalarının ciyiltiləri eşidildi. Lupa qarnının altındakı dörd balanı dayanmadan yalayırdı. Lefteris, kafeyə daxil olub, kafedəki qarsondan bir qutu və bir qab yemək istəyəndə, qarson onun bu xahişini yerinə yetirə bilməyəcəyini desə də, qutu tapa bilməyi üçün ona zibil qutusunu axtarmağı tövsiyyə etdi. Lefteris cibindəki pulu çıxarıb, menyu tələb etdi. İri tikələrdən ibarət şorbanı Lupanın qarşısına qoyub, bu dəfə də, qutu axtarmaq üçün yolun qarşısındakı zibil qutusunun həndəvərinə doğru irəlilədi. Oradan elə də quru olmasa da, böyük ölçülü bir qutu tapıb, onu elə düzəltdi ki, içərisində Lupa və balaları daha isti bir yerdə ola bilsinlər. Lefteris Lupanı orada qoyub, artıq onunla sağol-laşmaq vaxtı gəldiyini düşündü və onu sonuncu dəfə sığallamaq istədi.
Lakin onu sığallayandan sonra geriyə dönüb gedəndə, birdən Lupanı yanında görüb təəccübləndi. O, nə qədər çalışsa da iti balalarının yanına qaytara bilmirdi. Lefteris nə edəcəyini bilmədi və dəfələrlə Lupanı balalarının yanına yerləşdirdisə də, bu sonda onun tamam ümidsizləşməyinə səbəb oldu. İş o yerdə qurtardı ki, Lefteris, balaları da özü ilə birgə aparmalı oldu. Onları paltosunun cibinə yığdı. Ciblərindəki şirin it balaları ilə birgə, hə-kimin ünvanına doğru addımlamağa davam etdi.
Həkim kiçik bir ofisdə fəaliyyət göstərirdi. Lefteris içəri keçməzdən qabaq, balaları səkinin kənarına qoyub, Lupanı da onların yanına yerləşdir-di. Qapını açıb, içəri keçəndə, astanada, yaşı təqribən qırx olan, uzunboy və arıq, sarı saçlı bir qadınla rastlaşdı. Qadın ciddi və sanki əsəbi tərzdə onun üzünə zillənmişdi.
– Onları içəri keçirə bilərsiniz. – deyə, qadın amiranə tərzdə dedi.
Lefteris əvvəlcə qadının nə haqqında danışdığını başa düşmədisə də, sonradan onun itlər haqqında danışdığını başa düşüb, çölə çıxdı. Onları 102
bir-bir ofisin pəncərəsinin altındakı qızdırıcının altına, ehmalca qoydu.
Ayağa qalxanda, qadını ofisin başındakı masanın arxasında görüb, ora tərəf addımladı.
– Siz də heyvanları sevirsiniz? – Lefteris nəzakət xatirinə soruşdu.
– Şikayətiniz, nədir, cənab?
– Üzr istəyirəm, mən sadəcə..
– Problem deyil. – deyə, qadın onun sözünü kəsdi.
– Adım Lefteris Vlo..
– Buyurun, Lefteris. Mən də Virginia. – Qadın yenidən onun sözünü kəsib, bənövşəyi rəngli eynəyini burnunun üstünə saldı.
Lefteris bir qədər çaşqın vəziyyətə düşüb, üzünü itlərə sarı çevirdi.
– Şikayətinizi deyəcəksiniz? Nəzərinizə çatdırım ki, mən vaxtla işləyirəm və hazırda mənə iki yenni borcunuz var. – deyə, masasının üstündəki saatı göstərdi.
– Mən gecələr səmada gözümə görünən, qəribə bir kişi ilə söhbət edirəm.
– Orionla?
– Haradan bildiniz? – deyə, soruşdu.
– Birinci xəstə deyilsiniz ki, belə bir şikayətlə qarşılaşıram.
– Yəni məndən başqa da, Orionla söhbət etdiyini deyənlər olub?
– Bəli, olub.
– Bəs onlar sağalıblar?
– Hələ də müayinədirlər. Davamlı olaraq gəlib-gedirlər.
– Lefteris, buradan bacardığın qədər tez çıxıb getməyə çalış. – Lupa dedi.
Lefteris təəccüb içində qarşısındakı, onunla danışan itə baxıb, nə
etməli olduğunu bilmirdi.
– Niyə? – Lefteris çaşqınlığa düşərək dedi.
– Demitri ona sənin haqqında hər şeyi danışıb. Orionu da ona Demitri çatdırıb ki, səni dəlixanaya saldırsın.
Qadın təəccüblə itlə söhbət edən adama baxıb, telefonun dəstəyini ehtiyyatla qaldırdı.
Bu vaxt Lefteris yerindən sıçrayıb, qapıya tərəf yüyürdü və Lupanın balalarını cibinə yığdıqdan sonra çölə çıxıb, üzü Loesi parkına tərəf qaçdı.
Parkın tinində dayanan sarı rəngli maşını görüb, dayandı və bu dəfə ora getməməli olduğunu düşünüb ayaq saxladı. Geri qayıtmaq istəyəndə, maşın tini dönüb, sürətlə onun tərəfə hərəkət etməyə başladı. Lefteris gəldiyi yönə tərəf gedə bilməzdi. Ona görə də yönünü başqa istiqamətdə götürüb qaçmağa davam etdi. Artıq ona çatan maşın dayanmadan onu qovur, siqnal verirdi. Lefteris ani bir vaxtda geri dönüb, sükan arxasına baxdıqda, Veronikanın gülərüz simasını gördü. Lakin hələ də, təslim olmaq istəmirdi.
Bir vaxt gəlib, elə bir yerə çatdığını hiss etdi ki, onun qarşısında bəyaz xalatlı adamlar dayanmışdı. Onlar onu yaxalayıb, qollarını bağladılar və
onu bir binanın içərisinə salıb, geniş bir otağa yerləşdirdilər. Lefteris başına nə gəldiyini, bura necə düşdüyünü qavraya bilmirdi. Lupaya nə olmuşdu?
Zavallı it balalarından ayrı düşmüşdü! Əllərini cibinə salıb, onları çıxarmaq istəyəndə ciblərinin boş olduğunu gördü. Bundan sonra isə
dayanmadan üzünü sillələməyə başladı. Bununla da kifayətlənməyib, isterik vəziyyətə gəldi və başını divara vurmağa başladı. Həkimlər vaxtında buna mane olmasaydılar, o yəqin ki, özünü elə oradaca öldürəcəkdi. Bir vaxt ayılanda, gördü ki, əli-qolu sarğı içində, bəyaz bir xalatın içərisinə bükülüb. Göz yaş-larını saxlaya bilmirdi və ağlamağa başlayır, sonra gülür və sonra yenidən ağlamağa davam edirdi.
Lefteris Bellatriksin mavi səmasında gözdən itən Siriusluların yaşıl gəmisini izlədikdən sonra, uzaqdan ona doğru addımlayan Veronikanı görüb dərindən ah çəkdi. Qollarını bərk-bərk sıxan sarğıların izi, yavaş-yavaş
yoxa çıxırdı. Veronika gəlib, yenidən onun böyründə oturdu.
– Lupaya nə oldu? – deyə, Lefteris o dəqiqə soruşdu.
– Lupa? Ah, narahat olma, o indi kosmosdakı həmin yerindədir.
– O da bürcdür?
– Elədir ki, var. Bizdən xeyli, uzaqdadır.
Lefteris gözünü döyüb, Veronikanı başa düşməyə çalışırdı.
– Məni niyə təqib edirdin?
– Sənin taleyin bu olduğu üçün.
– Demək, bizi siz yönləndirirsiniz? Azad iradə ilə hərəkət edib, öz seçimlərimizi özümüz edə bilmirik?
– Xeyr, əzizim, azad iradə yoxdur.
– Aha, demək Orion həmin o Tanrıdır! Amma bunu dayanmadan inkar edir.
– Lefteris, sən onun nreamını dərk etməmisən.
Bu yerdə susmağa məcbur qalan Lefteris, problemin özündə olduğunu hiss etdi.
– Bəs bu gedişatın bir sonu varmı?
– Sonsuz kainatda, heç bir şeyin sonu yoxdur.
– Amma dünyalı alimlər deyir ki, kainatın bir sərhədi var.
– Amma onu da deyirlər ki, bu sərhəd dayanmadan genişlənir.
– Belə çıxır, o doğrudan da, genişlənir?
– Onlar bunu düşünürlər deyə yox, sən düşünürsənsə, bəli.
Lefteris yenə də key-key dayanıb, Veronikanın dediklərini anlamağa çalışırdı.
– Yekun olaraq, genişlənir ya yox?
– Lefteris, unutma ki, həqiqət deyə bir şey yoxdur. O, sadəcə uydur-madır. Nream da, məhz buna görə yoxdur. O var olsa idi, heç bir şey olmazdı.
– Mənə de görüm, Andreanın həqiqi qatili kimdir? Yaxud da Vasilisin?
– Sənsən, Lefteris.
– Hər ikisinin də?! Axı onu, Andreanı mən öldürməmişəm. – təəssüflə
dedi.
– Lefteris, həqiqi olan heç nə yoxdur axı. Bunu niyə tez-tez yadından çıxarırsan?
– Deməli, həm də, mən öldürməmişəm?
– Yuxularındakı talelərdir, bunlar. Sonsuz saydakı sənin, sonsuz yuxularındakı talelər.
– Həyatımı elə beləcə, bu yuxularla da davam etdirəcəm?
– Elədir, əzizim.
– Bəs növbəti dəfə harada oyanacam?
– Bunu yalnız özün bilirsən. Görmədiyin heç nə mövcud olmasa da, toxunduğun şeylər mövcud olmalıdır. Həmin şeylər isə nreamdır.
– Bəs eşitdiklərim?
Veronika Lefterisin nəyə eyham vurduğunu başa düşüb, dedi:
– Səs də nreamdır. Mövcudluqla heçliyin ortasındakı, o incə hissə.
Lefteris başını aşağı sallayıb, mavi rəngli Bellatriks torpağında tozlanan qəhvəyi rəngli ayaqqabısına baxdı.
– Veronika, bəs kədər? Kədərin nreamdakı mənası nədir?
Bu vaxt üzünü sol tərəfinə çevirib gördü ki, Veronika yoxa çıxıb. Söykəndiyi ağacdan kürəyini aralayıb, ayağa qalxdı və üzünü Orionun sara-yına tərəf döndərib, qayğıkeş nəzərlərlə onun hər hissəsini, gümüşü rəngli divarlarının hər detalını izləməyə başladı. Bu vaxt Lefterisin Bellatriksdə
ilk dəfə şahidlik etdiyi bir hadisə baş verdi. Mavi rəngli Bellatriks səmasında buludlar savaşa başlamışdılar. İldırım səsləri onun qulaqlarının pər-dəsini dəlirdi. Göy üzündə, dünyadakı ildırımlara bənzər bənövşəyi işıqlar peyda olmuşdu. Lefteris səslərin dəhşətindən üzüqoylu yerə sərilib, qulaqlarını bərk-bərk sıxıb saxladısa da, bunun heç bir faydası olmurdu.
Antimilitarist gənclər klubu
Dünyada elə insanlar var ki, onlar heç cürə müharibə və ya buna bənzər, insan ölümləri ilə, fəlakətlərlə nəticələnən heç bir anlayışı qəbul edə
bilmirlər. Bu adamlar bir çox halda, ya müharibəyə canlı şahidlik etmiş, ya onun bir parçası olmağa məcbur olmuş adamlar olurlar. Onların müharibəyə qarşı nifrəti ya yaxınlarının itirməkləri, ya da bütün bəşəriyyətə qarşı olan sonsuz sevgilərindən qaynaqlanır. İnsan telayi hansısa siyasətçinin, siyasi xadimin, azğın ölkələrin oyuncağına çevrilir və nəticədə, milyonlarla insan həyatını itirir. Yeni Dünya sistemində dövlətlər, hələ də gizlində də
olsa öz siyasi maraqları bahasına, bəşəriyyətin sonunu gətirmək üçün bir yerdə söz kəsmiş kimi görünürlər. Nəticədə, insan, bir ərazi genişləndirmək, yeni petrol yataqlarına sahib olmaq, dinlərarası ideya qarşıdurma-sından istifadə edən ölkələrin, onların siyasətçilərinin və sonda da onların əsgərlərinin qurbanı olmağa məcbur qalır. Havadan atılan bir atom bomba-sı, bir körpənin beşiyinin üzərinə düşəndə, bombanı yerə buraxan adam, yəqin ki, öz ölkəsinin bütün dünyadakı özünəməxsus ədalət anlayışını bərqarar edəcəyini düşündüyü üçün həmin o düyməni basmışdı. Lakin, həmin an bombanın düşəcəyi yerdə bir körpə beşiyinin olduğunu düşünmək qabiliyyəti olmadığından, bu, onun üçün sadəcə, ya yetkinləri, ya da ki, yaponları öldürmək sayılırdı. Elə cəmiyyətlər, elə xalqlar da var ki, onlar yekdilliklə müharibənin xeyirinə inanırlar. Bu böyük bir bədbəxtçilik olmağı ilə yanaşı, həm də, çox vaxt əslində, onların günahkar olmadığı, onları idarə edən hakimiyyətin, yaxud da böyük siyasi sistemin günahkar olduğu fikrində dayanmağımıza səbəb olur.
Tarix kitabları ona görə dayanmadan yazılır və yenilənir ki, bəşəriyyət öz kimliyini, öz xislətini və onun fəsadlarını unutmasın. Milliyyətçiliyin pik nöqtəsində dayanan cəmiyyətlər, yaxud da xalqlar, elə bu tarix kitabları ucbatından da, daim öz dövründən geridə qalır və nəhayət, irəli inki-107
şaflı dövlətlərin oyuncağına çevrilməli olurlar. Müasir dövrdə müharibə
kultu hər nə qədər də öz əvvəlki effektini itirmiş kimi görünsə də, reallıqda bu, heç də bu cür deyil. Dünyada hələ də soyuq müharibələr, hələ də heç kimin nə baş verdiyini anlamadığı siyasi münaqişə meydanları, hələ də
terrorist hücumları öz mübhəm rolunu oynamaqdadır. İki nəfər bir resto-rana daxil olub, oradakı hər kəsi güllələyirsə, bu terrordur və hadisədən sonra adətən ya hansısa dini, ya da etnik, mühafizəkar təşkilatlar, yaxud da ölkələr günahlandırılır. Bu da öz növbəsində yeni terrora, lakin həqiqi adı müharibə olan terrorlara başlanğıc verir.
Ən çox qətl hadisələrinin törədildiyi dünya ölkələrinin siyasi mənada müharibəyə qarşı müsbət yanaşmasının səbəbi kimi, məhz bu faktoru nə-zərdə
tuta bilərikmi ki, demokratiya anlayışı əslində insan hüquqlarının qorunması, insan yaşayışının daha azad bir formaya salınması məqsədini yox, onun müharibəyə qarşı təfəkkürünün müsbət yöndə təkamül etmə-yinə zəmin yaratmağına xidmət edir? Bir cəmiyyətdə qətl hadisələri yük-sək faiz göstəricisindədirsə, bu cəmiyyəti hər hansısa bir göydəndüşmə müharibəyə
təşviq etmək daha asandır. Bəs belə cəmiyyətlər, yaxud da daha nəzəri götürsək, xalqlar nə üçün, yaxud da necə bu vəziyyətə salınır-lar? Alternativ versiya kimi təhsilsizliyi göstərmək mümkündür, lakin bu da var ki, təhsilli cəmiyyətlər də müharibəyə qarşı birmənalı olaraq mənfi yanaşa bilmirlər. Bu qənaətlərdən yekun nəticə kimi belə bir fikiri irəli sür-mək olar ki, müharibəyə
qarşı müsbət fikrin səbəbi təhsillə, yaxud da təh-silsizliklə yox, nə ilə
təhsilləndirməklə əlaqədardır. Yuxarıda sözügedən ta-rix dərsləri, yeni çağ
məktəblərindən tamamilə çıxarılmalı, onun əvəzində özündə daha konseptual mənaları ehtiva edən yeni fənlərin tədrisinə baş-lanılmalıdır. Bu fikirə qarşı əks iddia kimi, düşünmək olar ki, müharibələrə başlanğıc verən xalqlar, yaxud da milli təfəkkür deyil, onların üzərində mi-silsiz dominantlıq quran iqtidarlar, yaxud da siyasi güclərdir. Lakin bu iqti-darlar və siyasi güclər də, məhz xalqlar və cəmiyyətdəki tarixi-etnik təfək-kürlə bəslənmirmi? Ola bilsin ki, reallıq bir çox təzadlı məqamlar üzə çıxa-rır. Ola bilsin ki, hətta bütün bu fikirləri utopik mənşəli fikirlər kimi də qə-ləmə vermək olar. Ancaq İnsan taleyinin bu qədər cılızlaşdırıldığı bir siyasi sistemdə, bəşəriyyətin gələcək taleyi ilə bağlı müharibə anlayışına hücum edən passifist, anti-militarist ideyaların utopik adlandırılmağı da, məncə normal qarşılanmalıdır. Bəşər övladı silahı o zaman tərk edəcək ki, o, öz utopiyalarının həqiqiləşəcəyinə silahın gücünə inandığı kimi inanacaq. Cə-108
miyyətlərdə müharibəyə qarşı fikirlər səsləndirən fərdlər, yaxud da qrup-ların azlılıq təşkil etməyi, bu günün iqtidarları və siyasi gücləri və onların gələcək planları üçün çox böyük stimuldur. İqtidarlar bu azlıqları mədəni-irsi dəyərlər, tarixi-etnik kimlik, dini və irqi dəyərlər əsasında, çoxluğun içərisində zərərsizləşdirə bilir.
Siyasi sistemdə əsas fikir və söz sahibi olan qüvvələr, öz “geniş” priz-masından, gələcəyə yalnız iqtisadi predmentlərlə baxa bilir. Məsələn, Dün-ya əhalisinin sayının artmağı dünyanı həm ekoloji, həm də iqtisadi böhrana sürükləyəcək deyə, bir fikri əsas arqument kimi iddia edən sistem, əslində, bununla yanlız kapitalist sistemin mənfəətlərini təmin etməyə çalışır. Qlo-bal çirklənmə, ozon qatı təhlükəsi, dəniz canlılarının sayının kəskin azal-mağı, Antraktika və Arktika buzlaqlarının əriməsi və s. bu və oxşar arqu-mentlərlə
bəşəriyyətə xəbərdarlıq siqnalları ötürən də, məhz kapitalist sis-temdir.
Sadalanan bütün qlobal problemlərin həqiqiliyi şübhə altında ol-masa da, bu xəbərdarlıq siqnallarından vaxtaşırı istifadə edən sistem, şüb-hə altında olmalıdır. Lakin iqtidarlara mütəmadi olaraq verilən təlimatlar-da, onların sərəncamında olan xalqlarda bu fikrin anti-tezisini formalaşdır-maq misiyası əsas tələb kimi qoyulur. Məsələn, plastik paketlərdən istifadə qadağası, ekoloji meyarlara əsaslandırılaraq irəli sürülür, lakin əslində, bu, hansısa bir böyük iqtisadi güc ölkəsinin, digər böyük iqtisadi güc ölkəsinin plastik paketlər bazarına ziyan vurmaq məqsədindən irəli gəlir.
Dünya öz gələcək taleyini yalnız o zaman sağlam təfəkkürlə formalaş-dıracaq ki, siyasi və iqtisadi mənfəətlər, ya məhv olacaq, ya da onlar daha ali məqsədlərin arxa fonunda ya qalacaq, ya da tədricən həmişəlik yox olacaqlar.
İraklionun anarxist gəncləri özlərinə kiçik bir klub yaradıb, cəmiyyət-də
müharibəyə qarşı antimilitarist fikirləri formalaşdırmaq və onları inkişaf etdirmək üçün, hər həftə bir buraxılış hazırlayır, jurnallar dərc etdirirdilər.
Yunanıstan icmasını narahat edən bu fikirlər, daim tənqid olunur, onların davranışlarını, yelbeyin gənclərin, cəmiyyəti xarici cəmiyyətlərə oxşatmaq cəhdləri kimi qələmə veriridlər. İş o yerə çatmışdı ki, hətta dövlət səviyyə-sində, bu gənclər barəsində tədbirlər planı da hazırlanmışdı. Onlar, ya həbs edilir, ya da hansısa iğitşaş meydanında, hansısa polisin “səhvən vurulan zərbəsindən” sonra həyatlarını itirirdi. Bundan başqa bu gənclər haqqında cəmiyyətdə mənfi fikir yaratmaq üçün onları əxlaqi cəhətdən əssasız ittihamlarla şərləyirdilər. Bu isə öz növbəsində, onların təsirinə düşə bilə-109
cək başqa gənclərə pis nümunə obrazı yaratmaq məqsədindən irəli gəlirdi.
Lefteris də, məhz bu gənclər arasında idi. Onu Andrea adlı gənc bir qızın ölümündə günahlandırırdılar. Andrea və Lefteris sevgi münasibətində idilər. Maraqlı məqam isə bundan ibarət idi ki, Andreanın özü də, elə həmin anarxist klubun üzvü idi. Lefteris ona qarşı yönələn, bu əsassız ittihamlara qarşı nə qədər mübarizə aparsa da, bunun heç bir faydası olmurdu. Əksinə, o evə qapanmış və bacısı Sofianı demək olar ki, hər gün adət halını alan söhbətlərində inandırmağa çalışırdı ki, günahsızdır. Ümumiyyətlə, bu gənclərə qarşı yönələn ittihamların ən dəhşətlisi idi. Lefteris təkidlə deyirdi ki, Andreanın ölümündə günahkar olmağı ilə bağlı ona qarşı yönələn ittihamlar əsassızdr və bununla bağlı ortada ən xırda sübut belə yoxdur. Ən başlıcası ona görə ki, Andrea intihar etmişdi. Lefteris, şəhər əhalisinə, bu şayiələri yayanların məlum məqsədini qabardaraq, Andreanın məhz onların qarayaxmalarından təngə gəldiyi üçün intihar etdiyini deyirdi. Bu qarayaxma bundan ibarət idi ki, guya kim isə qızı, Saint Johanessin sahilində yaşayan dəlinin yatağında görüb. Bu şayiə yayılandan sonra artıq şəhərdən bir neçə adam da bu cür əsassız şahidliklərini irəli sürdülər. Lefteris həmin vaxtlar bu adamlardan niyə sübut üçün adicə fotoşəkil çəkmədiklə-rini soruşanda, onlar hərəsi bir bəhanə uydurur, mövzudan yayınır və
sonda, yenidən israrla öz dediklərini deyirdilər. Digər maraqlı məqam isə
bu idi ki, Andreanın meyitini polis bölməsinə gətirən də, həmin dəli, yəni Vasillis idi. Şayilərə istinad etsək, məsələ guya ki, belə olmuşdu: Lefteris, Andreanın Vasillislə olan münasibətindən xəbər tutur və mübahisə əsnasında onu Saint Johannes çayına itələyir. Çaya qarmaqsız tilov buraxan dəli, Vasillis isə səhər meyiti suda görür və onu avamlığından çiyninə vurub polisə gətirir.
Lefterisə görə, hər nə qədər də İraklion camaatı Vasillisi dəli kimi tanısa da, bu onun üçün belə deyildi. O Vasilisi müdrik bir adam kimi tanıyırdı. Onun üçün şayiənin cəfəngliyi də məhz burasında idi ki, onlar Vasillisin dəli olduğunu düşündüklərindən, onun bu hərəkətini anlayışla qar-şılayıblar. Yəni adı gənc bir qızla əxlaqsız hərəkətlərdə hallanan bir adam, ancaq dəli olmalı idi ki, bu cür bir hərəkət etsin. Nəzərə alsaq ki, bu, elə
Vasilisin özünün qatil olmağı fikrini yarada bilərdi, onda onun doğrudan da, bu işdə bir əli olmadığını başa düşmək şübhəsiz ki, çətin olmazdı. Bundan əlavə, Lefterisin Vasillisi müdafiə etməyinin özü belə mühafizəkar camaatın əlində yeni bir “bayraq” idi. Bu bayraq isə mental dəyərləri tə-110
rənnüm edirdi. Necə ola bilərdi ki, sevdiyin qızla birgə eyş-işrət keçirən adamı müdafiə edəsən? Məhz bu nümunə, anarxist gənclərin əxlaqındakı problemə eyham vururdu.
Ailəsində günbəgün daha da böyüyən bu problem, sonda onu, Andreanı intihara sövq edəcəkdi. O bu intiharla həm də, bir mesaj vermiş sayılırdı. Vasillisin evinin yerləşdiyi Saint Johannes çayında öz bədənini ölümə təslim etmək, böyük bir mesaj sayılmalı idi. Lakin bədbəxtlik də burasında idi ki, İraklionun mühafizəkar cəmiyyətində, bu mesajı anlaya biləcək heç kim yox idi.
Onun ölümündən sonra Lefterisə, ələlxüsus, Demitriyə qarşı xeyli təzyiq oldu. İraklionun baş bilənləri Demitridən Lefterisi ədalətə təslim etməyi tələb edirdi. Lakin Demitri sonuna qədər Lefterisi müdafiə edəcəyini deyir, onun günahsız olduğuna inandığını deyirdi. Lakin inanmaq, bu məqamda da kifayət edəcək ünsür deyildi.
Sonda iş o yerə gəlib çatdı ki, Lefteris Andreanın ölümündən qabaq ona yazdığı məktubu aşkara çıxarmağa məcbur oldu. Bu məktub onun üçün o qədər dəyərli idi ki, o, belə bir çətin vəziyyətə düşməsəydi, yəqin ki, onun başqalarının əlinə keçməyinə razı olmazdı. Bu məktubdakı sözlər, sevdiyi qızın ona yazdığı son sözlər idi. Əslində, Lefteris bununla məktubdakı tarixi göstərmək istəyirdi ki, ona inansınlar. Çünki göstərilən tarixdə, o, İraklionda deyil, paytaxt Afinada idi. Hər nə qədər də, məktubu aşkara çıxarmış olsa belə, hətta bu məqamda da, mühafizəkarlar məktubun saxta olduğu fikrini müdafiə etdilər. Bundan başqa orada yazılan sözlər, heç də
onun bəraətinə dəlalət olmayacaq növdə idi. Orada belə yazılırdı: Gecələr ayın bənövşəyi işığında, sənin parıltını görmüşəm Qışda əsəbi görmüşəm, İyunda mehriban və sakit..
Çığırtılarını eşitdim, pıçıltılarını.. tunelin içində və çölündə
və mən davam edirəm və mən davam edirəm və mən davam edirəm.
15.09.2046
Andreanın cansız bədənində meyityarma əməliyyatından sonra, heç bir fiziki zorakılıq əlamətləri aşkarlanmamışdı. Buna baxmayaraq Andreanın ailə üzvləri hadisəni intihar yox, qətl hadisəsi kimi qəbul edir, Lefterisin həbsini tələb edirdilər. Lakin məhkəmə hələ də, yekun qərar qəbul etməyib, istintaq üçün vaxta lüzum duyurdu. Daha sonra isə Üçüncü Dün-111
ya Müharibəsinin başlanmağı, İrakliona düşən raket bombaları, istintaqı bir dəfəlik təxirə saldı. Demitrti və Sofia onu orduya göndərməmək üçün əllərindən gələni etmişdi. Lefteris öz düşüncələrinə, ideyalarına və müharibəyə qarşı illərdir bəslədiyi nifrətinə baxmayaraq, müharibəyə yollanmışdı.
Kovagnos kəndi döyüşlərin ən intensiv şəkildə getdiyi bölgə idi. Yunanıs-tanla Bolqarıstan arasında yerləşən bu kənd, Lefteris üçün ölüm-qalım meydanı demək idi. Müharibəyə qarşı olan nifrəti, onu daim silahlar haqqında məlumat əldə etməkdən məhrum etmişdi. İndi də, Lefteris, AK-74 adlı silahla müdafiə olunmalı, sağ qalmaq üçün məhz bu silahla “mübarizə” aparmalı idi. Burada döyüşdüyü ərəfədə, ağlını daim narahat edən bir sual var idi: “İndiki məni, onun həqiqi məni idimi?” Müharibələrə qarşı olan nifrəti, əlində bərk-bərk sıxdığı silahda yerləyeksan olmuşdu. Onu öldürə biləcək, başqa bir silahlı adamla qarşılaşanda, hər dəfə eyni hissi keçirirdi: “yaşamaq istəyirsənsə, öldürməlisən!”
NATO əsgərlərinə qarşı kəşfiyyat əməliyyatını həyəta keçirmək üçün, Lefteris də siyahıya salınmışdı. Kəşfiyyat qrupu, Bolqarıstanın Smolyan şəhərində kəşfiyyat əməliyyatları gerçəklişdirməli idi. Lakin bu əməliyyatlar vaxtı qrupun xeyli hissəsi, ingilis əsgərlər tərəfindən əsir götürüldü və
əməliyyat uğursuz alındı. Lefteris də əsir götürülən yunan əsgərləri arasında idi. O, müharibənin üçüncü ayında, Yeni il günü, dörd ingilis əsgəri tərəfindən işgəncə edilərək öldürüldü. Onun cansız bədəni, bir at tövləsin-də, yunanlar zəfər çalan günə qədər oradaca qaldı. Lefterisin xəfif kəsilən boğazı, bıçaqla bədəninin hər yerində açılan yaraları və nəhayət ölü üzü-nün şəkli, İrakliondakı polis idarəsi və Eftixia meydanında yerləşən məhkəmə üçün kifayət edici səbəb idi ki, onlar Andreanın ölümü ilə bağlı mü-vəqqəti təxirə salınan istintaqı, ömürlük təxirə salsınlar.
İldırım səsləri kəsildi və bu vaxt, Lefteris yerində dikəlib, o dəqiqə
boğazına əl atdı. Əlinə hopan xəfif qan ləkəsini görüb, boğazını daha çox əlləşdirməyə başladı. Növbəti yuxu sona çatmışdı. Ətrafı təşvişli nəzərlərlə
gözdən keçirib, Veronikanı axtardı. Bellatriks səması yenidən meteroid yağışları ilə parlayırdı. Evelanges çox kədərli bir musiqi zümzümə edir, dayanmaq bilmirdi. Lefteris ilk dəfə Evalangeslə söhbət etmək üçün irəli atıldı. Onun ayağının altında, hər addımdan sonra əmələ gələn mavi yer, artıq onu əvvəlki kimi qorxutmurdu. Addımlarını istədiyi tərzdə atır, hərdən də
bundan özünə əyləncəli bir oyun düzəldirdi. Evalangesin yanına çatanda onu səsləyib, him-cim etdi. Lakin Evalanges oxuduğu mahnıya elə aludə
olmuşdu ki, Lefterisi eşitmək qabiliyyətində deyildi. Evalanges sısqa bə-dənli, bədənində sadəcə kəllə sümüyü qabarıq tərzdə seçilən, çox yaşlı bir kişi idi. Lefteris onu ilk dəfə uzaqdan gördüyü vaxt onun dəri rənginin göy olduğunu düşünsə də, indi tam fərqli bir mənzərə ilə qarşı-qarşıya idi. O, qaradərili, qıyıq gözlü və sarı saçlı qoca bir kişi idi. Oturduğu qayanın yanında, arfa, lir və başqa bir neçə dənə də musiqi aləti vardı. İndi isə onların heç birindən istifadə etmədən, eləcə zümzümə edirdi.
Bu kədərin musiqisidir? – deyə, Lefteris ona cavab verməyən, Eva-langesdən yenidən soruşdu.
Evalanges, hələ də öz zümzüməsini edir, nəfəsini sakit-sakit ötürürdü.
Lefteris özündə cəsarət tapıb, onun oturduğu qayalığa dırmaşmağa başladı. Qayalıq elə sıldırımlı idi ki, o güclə ora dırmaşırdı. Bu qayanın qəribə
bir keyfiyyəti də vardı. Belə ki, Lefteris ona toxunduqca, qara daşlar saqqız kimi uzanır, lakin kökündən qopmurdu. Bununla belə, o, gəlib Evalangesin yaxınlığında oturdu.
– Bu kədərin musiqisidir? – deyə, təkrar etdi.
Evalanges bu dəfə diksinib, yanında oturan adama baxdı. Lakin bu vaxtda belə o, zümzüməsinə fasilə verməmiş, eləcə tərs-tərs onu süz-müşdü.
– Kədər nə deməkdir? – deyə, oxuya-oxuya dedi Evalanges.
– Kədər nədir?
Lefteris bu yerdə qəribə bir dolaşığın içərisinə düşdüyünü hiss etdi. O, indi kədərin nə olduğunu bilmirdi, ya da ki, xatırlamırdı. Bu yerdə o, Veronikaya ünvanladığı, “Kədərin nreamda yeri nədir?” – sualını xatırlayıb, həmin söhbəti yadına salmağa çalışırdı ki, bəlkə, bu üsulla kədərin nə
demək olduğunu da xatırlamış olar.
Lakin özünü nə qədər məcbur etdisə də, heç cürə həmin söhbəti xa-tırlamadı. Evalanges yorğun nəzərlərini ondan çəkib, zümzüməsinə davam etdi.
“Həyatda daha çox iztirab çəkən bir varlıq yoxdur, ondan başqa, Yer üzündə sürünən, nəfəs alan, insandan başqa…”
Homer – İliada, XVII, 446
Bir dəfə Lefteris Bellatriksi gəzəndə, burada ilk dəfə rastlaşdığı bir şeylə qarşılaşdı. Olduqca ikrahdoğurucu, mavi rəngli, nəhəng bir varlıq, 113
sütunlardan birinin altında dayanıb, nə iləsə məşğul idi. Lefteris əvvəlcə
zənn etdi ki, o, sütunun çevrəsindəki ağacları üzərindənki meyvələrdən yeyir. Bu məxluqu təqib etməyə davam edən Lefteris, gəlib Bellatriksin elə
bir yerinə çatdı ki, bura əməlli-başlı geniş bir yaşayış məskəni idi. Həmin məxluq və daha neçə, minlərlə özünəbənzər məxluqlarla dolu olan bu şəhər, bir mədəniyyət nümunəsi idi. Ucu-bucağı görünməyən, yüksək, primida formasındakı binalar, geniş yollar, müxtəlif rənglərdə işıqlanan kafelərə bənzər obyektlər, havada uçan maşınlar Lefterisi yeni bir macə-rayla qarşı-qarşıya qoymuşdu. Qəfil haradansa peyda olan Veronika pıçıltı ilə dedi:
– Əslində, mən də elə bu günü gözləyirdim.
– Hansı günü? – deyə, Lefteris gözünü şəhərdən çəkmədən dedi.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?