Электронная библиотека » Muğanna İsa » » онлайн чтение - страница 12

Текст книги "İdeal"


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Muğanna İsa


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 12 (всего у книги 40 страниц) [доступный отрывок для чтения: 13 страниц]

Шрифт:
- 100% +

Səməd Mədəd oğlu Əmirli, üç qardaşın bircə balası bu vaxta qədər bilmir ki, Bağlığından xəbərsiz insanların cəhaləti ucbatından zülm altındayıq biz!… Sağ olsaydı, bədbəxt Lüt də belə deyərdi sənə.

Səməd duruxdu.

– Ölüb?!

– Qılınc qəhərləndi.

– Dalını Abı danışsın.

Abı da qəhərli idi. Astadan:

– Öldürüblər,-dedi,– Burda, sovetliyin üç para kəndində, bir də Qaraçöpdən, Təhlədən gələnlərimizin arasında öz rəmzlərimiz varıydı. Elmi mənimsəyən adamlara “Varlı adam” deyirdik, mənimsəyə bilməyənlərə, ümumiyyətlə, cahillərə “Kasıb” deyirdik. Yazıblar KQB-yə. Məhərrəm Sultana xəbər çatdırıb ki, “Varlı”, “Kasıb” məsələsini şəxsən Mirqəzəbə çatdırıblar. Mirqəzəb də şəxsən Stalinə deyib. Təfsilatını Qurban bilir.

Qılınc toxtamışdı.

– Hə, bilirəm,-dedi.– Krımdan, Stalinnən görüşdən qayıdanda Mirqəzəb burda, Məhərin budkasında vaqonuna çağırıb Sultanı. İçəri girəndə yekə bir siyahı qoyub əmiyin qabağına: başda bizim bədbəxt Lüt, Qurbanlının sədri İsgəndər kişi, Tahirlinin sədri Cəbrayıl kişi… Qışqırıb ki, “Vot tvoyo istinnoye litso. Millioneri vse oni!”69 Əmin deyib: “Bunlar təsərrüfat başçılarıdı, hərəsi altımış əməkgünü alır, aylıq əmək haqları beş yüz-altı yüz manat olur”. Gözü kəlləsinə çıxıb ki, “Tı yeşşo zaşişayeş ix? Moy rabotnik Xalıq xoroşo znayet ix”70.

Yazıq Sultan! Nələr çəkib başı!

Deyir: “Dərdimi heç kəsə açammadım, düz iki il gecə-gündüz dişimnən, dırnağımnan müdafiə elədim”… Bildirləri elə bu vaxt, yığımqabağı, günorta üstü atın yəhərini alırdım həyətdə. Bir də gördüm əmin maşınını qoyub düzün ortasında, pay-piyada gəlir. Bir əli boğazında, o biri əli ürəyinin üztə. Dolçanı doldurdum daş suyuynan, yüyürdüm qabağına. Dolçanı aldı, başına, sinəsinə tökdü suyu. Dedi: ”Sualıma cavab ver, a Qurban. De görüm, kolxoz sədrlərini müşavirə zalında sorğusuz-sualsız həbs eləyib, dustaqvaqonuna basdırsam, neylərsən mənə?” Dedim: “Gülləliyərəm səni”. Dedi: “Lüt Cəfəri də ocür basdırıb, Çax-çux Xalıqın arzusuynan, general Persin əmiriynən Qudalı Rəhimi sədr təyin eləsəm, neylərsən:” Dedim “Gülləliyərəm”. Dedi: “Yun planı yüz əlli faiz eləmək xatirinə cəmaatın evindən, körpələrin altından döşəkləri çəkib, cırıb yunu alsam, neylərsən?” Dedim: “Gülləliyərəm”. Dedi: “Onda üçqat güllələnmə düşür mənə”. Dedim: “Sən belə şey eləməzsən axı, ay Sultan!”. Dedim: “Özüm elədim, ya general Persə mane olmadım, nə fərqi var?!.

Belə dərd sahibidi əmin. Bircə bala!

Çox naziksən sən, mənim balam. Əmma dünyadan ayrılıbsan, yeddi ildə öz içərinnən əlləşibsən. Bakıdan gələli, bu iki gündə çəkdiyini bəlkə yeddi ildə də çəkməyibsən. Əzabını duyuram. Əzabına, işgəncənə qurban olsun Qurban əmin!… Bağışla baş-ayaq danışıram, fikrim qarışdı bir az. Elə sözmü dedin ki, qarışmasın? “İnsan itirmişəm”… Qanan adamdan ötrü çox ağır sözdü bu Əmindən ayırmıram mən özümü. Nə vaxt bilsəm, başa düşsəm ki, doğrudan da, itirmişəm insanlığımı, o vaxt bu qoşalüllənin lülləsini diriyərəm çənəmin altına, ayaq barmağımnan tətiyi basaram, məsələ qurtarar.

Əmini görmürsən sən, görəmmirsən hələ. Öz içərindən savayı heç nə görmürsən hələ sən. Gözün baxmağına baxır, əmma qabağındakı adamı görmürsən. Daş kimi yatdı deyirsən. Əmin, axı, yatmamışdı, oğul! Yatmamışdı!

–Yatmamışdı?! Necə yəni, yatmamışdı?!

–O bayatından sonra Sultan yox, sən yatmışdın! Sən! Sultan heç mürgüləməmişdi də! Mənim gözümdən yayınmaz heç nə, bala!

Səməd xeyli dayandı.

–A kişi, sən nə sərsəmləyirsən?!

–Artıq söz demə! Şillə yeyərsən!… Bəli, Sultan yatmamışdı deyirəm. Sən başını stola dirəyib silkələmirdin dərdli-dərdli. Sultan divandan sürüşdü, diz çökdü sənin qabağında, hönkürdü, yalvardı: “Sən burda qalmalısan!… Sən burda qalmalısan, Bircə balam!…” Və sən neylədin?! Dik atıldın, həqiqətən, dəli, təki!… Sultanı mən bilirsənmi necə tanıyıram? Bir otaqda yüz adam yatsın, Sultan da olsun o yüzdən biri. Gözümü bağla mənim, sal o otağa, deynən tap Sultanı bunların artasında, gözü bağlı gedib deyərəm budu. Çünki inildəyir əmin yatanda. Lap az-maz mürgüləyə ha, mütləq inildəməlidi! Neçə il bir damın altında olubsan əminnən, eşitməyibsənmi yatanda necə inildəyir?! Mən, məsələn, ömrümdə uzanmaram yatanda. İki balınc qoyuram kürəyimə, oturan yerdə yatıram. Rəhmətlik Mədəd gərək hökmən üzüüstə uzanaydı, qıçının birini yığaydı qarnına, ayrı cür yuxu getməzdi gözünə. Sultan da elə yatır. əmma gözünə yuxu gedəndə elə inildəyir, elə bilirsən ətindən ət kəsirlər.

Dal otaqdaydım, ordan gördüm gözünü yumub yazıq, sənin üzünə baxammır. Sən hönkürəndə əyildi, ikiqat oldu divanda. Daş əyilərmi, bala?! Elə əyildi ki, stolun bu biri tərəfindən görmədin daha sən onu. Qabağında diz çökəndə də görmədin. Çünki deyirəm, başını stola dirəmişdin, silkələnirdin, ağlayırdın. Abıynan mən, Çürük, bu biri yandan tamaşa eləyirdik nər Sultanımızın aqibətinə, biz də ağlayırdıq. Çünki, deyirəm, əmin yalvarırdı sənə: “… Getmə bu evdən, oğul! Sənsiz puşdu hər şey, ay Səmi balam, Bircə balam!… Sən getməməlisən bu evdən!… Getməməlisən!…”Hoppandım, əllərini üzünə şappəldatdın, gurultuynan düşdün pilləkandan,yıxıldın, qalxdın qaçdın!… Necə yəni”qadın zorlayıb”?! Yazıq canım, dona girdim, dedim: “Bilirəm mən onu”. Nəyi bilirəm, əşi?! Budu bax, Abı desin, bu müqəddəs insan desin hecə olub əhvalat! İçirdiblər, deyirəm, sonra aparıblar Rəhimin evinə. Gülgəzi çağırıblar ki, gəl qaynatana qulluq elə. Sonra da eşikdə qızı yıxıblar qurtaqurt bir şüşə konyak töküblər boğazına!…

–Bəsdi!… Bəsdi, Qurban əmi!…– Səməd boğuldu. Gözləri qaraldı. Əmma dünəndən bəri beynini qaynadan sözləri çatdırmağa çalışdı:

–Mən stolun dalında elə ağlayanda divanda deyildi əmim?! Yataq otağındaydı! O yataqda, o taxtda… ağ yastıq üstündə qara saçlara qarışan ağ saç mənimki idi?! Necə yəni “bu müqəddəs adam desin?!” Mayda nə olub, bilmirəm. Mən…

Abı gözlənilmədən, əlini onun yaxasına atdı.

–Bura bax ey! Sən niyə belə tərs-avand görürsən hər şeyi?!

Səməd qışqırdı:

–Mən dünən öz gözümnən gördüyümü deyirəm! Qara saçlara qarışan o ağ saçları!…

Qocaların rəngləri dəyişdi.

Abı dedi:

–Elə şey olmadı dünən.

Qılınc dedi:

–Nə?!

–Atan əvəzi bu kişi deyir Sultan divanda ikiqat olub yalvarırdı sənə: “Sən bu evdə qalmalısan!…” Niyə inanmırsan, ay nadan?! “Taxt” nədi?! “Qara saç, ağ saç” nədi?! Sözün alacalanıb sənin!… Bəli!


* * *

Bir az sonra Qonaqlı ilə Tahirlinin arasında, meşənin ətəyində, bu yerlər üçün yenilik sayılan “Şüşəli” pavilyonda, yəni fasadı və sağ-sol divarları şüşədən ibarət olan internat yeməkxanasında oturanda da Səməd sevincindən titrəyirdi: “Gözün alacalanıb?! Demək, mənə deyirmiş “Qalmalısan!…” Gör, diqqət yetir indi, ağ evdəki o qara saçla ağ saçlıların arasında necə mərd söhbətlər olub, münasibətləri necə açıq və aydındır ki, Sultan üçüncü nəfərin də o evdə qalmasını mümkün saydı “Qalmalısan!”-deyib! Yəni “qal, bir evdə, bir süfrə başında, birlikdə qalıb gələk bu dərdə! Bezobraziyeyə birlikdə qalib gələk!…” “Mərd əmim! Uca əmim! Səcdəgahım!…”

Belə bir kədər, dərd içində gur sevincin ardınca boz “Pobeda” pavilyonun qabağında, qoca çinarın qatı kölgəsində qayananda, Müslüm soldan, Soltan sağdan düşüb, taybatay açıq dəmir qapıya yönələndə Səmədlə birlikdə Xızr Abı da ayağa qalxdı.

–Qurban hardadı?!-Sultanın sifəti avazımışdı.

Abı gözlərini tavana qaldırıb:

–Ey sahibim, özün kömək ol!– deyəndən sonra udqundu.– Xoş gəldin, qurbanın olum. Bakıda deyildinmi?! Niyə qayıtdın?!

–Soruşuram Qılınc hardadır?!

–Burdaydı. Kənddə, deyəsən, nəsə olub. Çağırdılar, Qonaqlıya getdi.

–Bəs siz niyə burdasınız?! O xaraba Qonaqlıda elə işlər olur, sizin də bu xarabada iştahanız açılıb?! Əclaflar!

Abı tamam özünü itirdi.

–Sən belə danışmazdın mənnən, qurbanın olum. Nə olub?! Desənə!

–Necə nə olub a kişi?… De görüm adı “falçı” qoyulan Abımız heç nə bilmir?! Dünən səhərdən göstəriş verilib Əlləzoğluna ki, mülkü yandırmalısan. Qurban eşidib… Dünəndən eşidib. Bəs kitabxananı niyə çıxartmamısınız ordan?!

Abının uzun qolları yavaş-yavaş qalxdı, uzun kələ-kötür barmaqlarla başını tutub hərəkətsiz qaldı.

–Kitabxana!… “Vərəsə?!” “Xəzinə?!”

–Hə!… “Süleyman peyğəmbərin xəzinəsi!…”

–Ay oğul, “Xəzinə”nin bu mülkdə olduğunu sən nə vaxt demisən mən bədbəxtə?!

Sultan duruxdu:

–Qurbana demişdim… Mədəd, mən, Qurban, Məhərrəm, Saşa… Beşimiz bilirdik. Bakıda Saşa dedi mənə ki, evi yandırdılar, yəqin “Xəzinə” də yandı… O bədbəxti Moskvaya istintaqa apardılar. Deyirdi: “Güllələyəcəklər məni”. Onun dalınca getmək əvəzinə bura cumdum. Gümki Xudiyev ora-bura çəkirdi. “Xəzinə”nin orda olduğunu kimsə çatdırmışdı ona. Demək, yanıb?!

–Vay, vay!… Evdə hər şey külə dönüb, ay oğul!

–Yaxşı, gəlin!

* * *

Hələ maşına minməmişdilər ki, qeyri-adi gurultular eşidib, o səmtə boylandılar: Əmirli mülkü toz– duman içində idi. Evi, dfhf doğrusu, divarları traktorla uçurub-dağıdırdılar.

Dumanın altından bir qaraltı çıxdı. Qılınc idi. Atı maşının qabağına çapdı və çatıb, maşınla yanaşı sürdü:

– Dünən Əlləzoğluna möhkəm təpindim ki, yandırsan özün də səlamət qalmıyacaqsan! Gecəni yanmayıb, qovrulub. O başdan gedib yandırıb. Bu heç… Müsibət budu ki. “Vərəsə” divarda, qaya daşlarının arasında, üç qardaşın sirri içində dura-dura bu səhər biz yanğından aralanandan sonra kimsə, bir adam bizim cavanları yığıb ora– “Şüşəli”yə. Traktorçu Mirini, Məhəmməd Xələf Zalı, ekizləri. Deyib: “Sultan Əmirli göndərib məni. Məhərrəmovam. Məhərrəm Abbasoviç. Alın bu bir paçka yüzlüyü. Yaxşı-yaxşı yeyin-için. Sonra o yanıq divarları uçurun, hamarlayın. Axşamacan daş daşıyın karyerdən. Elə çalışın ki, günü sabah özülü qoyulsun təzə evin, Sultan Əmirli B akıdan qayıdanda görsün təzəsi tikilir”. Budu, Miridən, Məmməd Xələf Zaldan, ekizlərdən eşitdiyim. Məhərrəm deyil, kimsə ayrı adamdı. Öyrəndim sir– sifətini, boy-buxununu. Qaşlarının arası bitişik, ağzı yekə. Qızıldiş. Zırpı… Məncə, KQB-dən-zaddan deyil. Erməniyə oxşayırdı deyirlər…

–Qurban! Qurban! Nə çərənnəyirsən?! Qaya daşlara dururmu?! Səlamətdimi “Xəzinə?!”

Qılıncın cavabı Sultanı ildırım kimi vurdu:

–Traktor xıncıb hamısını… daşları da, kitabxananı da.

Səməd qorxu, heyrət içində, əmisinə baxırdı. Maşının arxa oturacağında. Abının yanında Sultan elə əyildi ki, Abıdan da balaca oldu. Xırıltılı, iniltili səslə:

–Kömək elə, a kişi, – dedi,– dərman kitelin yan cibindədi. Solda.

Müslüm istər-istəməz maşını saxladı. Abı dərməni– həbi çıxarıb verənə qədər Müslüm iri bir Çin termosundan stəkana dəmsiz çay kimi sarımtıl bir şey tökdü.

Sultan stəkanı başına çəkib irəli baxdı.

–Dayandırın,-dedi.

Cavanlar boz “Pobeda”nı görmürdülər.

Gicgahlarında və çənəsinin ucunda ağ tükləri də tozdan bozarmış, his-paslı kombinizonda çox pinti, çirkli bir adam kimi görünən traktorçu miri ekizlərdən və Məmməd Xələf Zaldan xeyli yaşlı olduğuna görə yoldaşlarının toz-duman, bürkü içində şit, söuüşlə dolu zarafatlarına qarışmırdı. Gur topa saçlı, alçaraq, enlikürək Məmməd Xələf Zal sınıq-salxaq “paltaratonrf” maşınının ayaqlığında dayanıb, rulu-sükanı tək əli ilə, “pedal”ları isə tək ayağı ilə idarə edə-edə maşını qıjıldatdıqca, ikisi də cürəfəsiz, sarı, çil-çil ekizlərin– Tofiqlə Fikrətin divar küncünə bağladıqları “tros”– yoğun məftil divarın olan-qalan hissəsini də dağıtdıqca traktorla maşının gurultularına şaqqıltılı gülüş qarışırdı:

–Dağıldı! Ay miri, Qıllıya xəbər göndər, arvadının… dağıldı!…

–Və sairə, əməlli-başlı sərxoş cavanlar hərzə-hərzə şeylər danışırdılar. Deyilənlər pis eşidilsə də, dörd dövrəyə yığışmış “avara-uvara”lar, yəni işsiz qjcalar, uşaq-muşaqlar da glüşürdülər və yalnız Miri ağır “STZ”71 traktorunun qqabağına bağladığı “buldozer yığanı”nı çox sərt taqqıltı ilə yerə çırpıb. Dağılan divarın “ayıbalası” kərpic əzintiləri ilə birlikdə daş parçalarını və qara kitab cildi qırıntılarını yığanlayıb aparıb, Ortayolun çala– çuxurlarına töküb, sərxoşluqdan yarımyumulu gözlərini geniş açıb traktoru cəmaatın üstünə sürəndə gülüş kəsilirdi.

Nə qədər ki, bu hay-küy, zarafat, gülüş davam edirdi, ayrı-ayrı sözlər Səmədə çatmırdı, çatanda da heç bir təəssürat doğurmurdu.

Eynilə sultan kimi birdən-birə heydən düşmüş Abı demək olarki, sürünə-sürünə özünü yetirib traktorun qabağında dikələndə heybətli qışqırtı eşidildi:

–Saxla! Dala çək, sənin keçmiş keçənin!…Görmürsənmi nədi bu kürdüyün?!

Traktoru geri çəkməyə, motoru söndürməyə məcbur eləyib, Mirini söyə-söyə Məmməd Xələf Zalın üstünə yüyürdü. Qan-tər içində birdən elə dirçəlmişdi ki, boynunun qırışları olmasaydı, deyərdin cavan yüyürürdü.

–O zəhrimarı elə içəmməzdin ki, bir tikə ağıl qalaydı başında?! Bəsdi! Tərpətmə daha!– deyib camaatın üstünə qayıtdı.

–Bu dəliqanlıları tutaq ki, başdan çıxarıblar, gözləri kəllələrində oynayır, bəs siz görmürsünüz bu müqəddəsatı?!– deyib kərpic əzinti-qırıntılarının arasından əski parçası kimi qalın, əzik bir kağız götürüb, ona-buna göstərdi: – Müqəddəsatdı deyirəm!-“Tovrat”dı? “İncil”di? “Quran”dı? Xeyr, onlardan əvvəlki, onlardan sonrakı əbədisidi!

Gurultular kəsiləndən sonra cəmaat gah yerə, gah da Abının əlindəki əski parçası kimi qalın kağıza baxırdı.

Abı o kağızı çırpıb, silib təmizləyə-təmizləyə qışqırır, deyinirdi:

–Şura hökməti qadağan elədi bu müqəddəsatı, yığışdırdı, yandırdığını yandırdı, yandırmadığını gizlətdi! Mən yaşadığımı yaşamışdım. Tutqudan-fılandan qorxmadım, ordan-burdan “Quran”, “ədis” adı altında yığışdırdım sizin bu varidatınızı! Bədbəxt millət! Mədəd rəhmətlik bu mülkü tikdirəndə gecəynən gəldim. Pul verdim ustalara, dedim bu müqəddəsatı qoyun bu qaya daşlarının arasına, hörün divara, sədrin heç xəbəri olmasın. Kimdən ötrü eləmişdim mən bunu? Sizdən ötrü eləməmişdimmi?! Sizin müqəddəsatdan xəbərsiz balalarınızdan ötrü saxlamamışdımmı ki, bu gün, Stalin belə-filan gora qoyulandan sonra, Xruşşov xalqa azad nəfəs verəndən sonra çıxardım üzə, deyim gəlin dərs alın, ay balalarım… Xruşşovun da atasına rəhmət oxuyaq!

Abı elə yerli-yataqlı yalan danışdı ki, maşında Sultanın hətta dodağı qaçdı.

–Xudiyev burda olsaydı, əməlli-başlı inanardı ki, əsl kommunistdi bizim Abı, “Xəzinə”nin sahibi də guya elə bu donqar kommunist imiş, bunu güllələsək bəsimizdi!…”

Bir daha gülür:

–Sür qayıdaq, bala. Neyniyə bilərik daha?!– Məhv eləyiblər “Xəzinə”mizi!

Lakin müslüm əlini tərpətməmiş yenə Abının qışqırtısı eşidildi:

–Başınıza nə gəlibsə, hamısı bax bu müqəddəsata biganəliyinizdəndi! Tərpənməsin heç kəs! Əl vurmayın! Özüm yığışdıracam hamısını! Səlamət qalanını da, lap xırda-xırda əzik-üzüyünü də,hamısını yığışdıracam! Qolumdan tutanın, sahibim varsa, qoymaz güdaza getməyə!

Bu sonuncu sözlər artıq sultana ünvanlanmışdı. Odur ki Sultan:

–Dayan, saxla,-dedi. – Çərək bir şey qalıbmı?

Abı cibindən iri, yaraşıqlı bir bıçaq çıxartdı, böyük tiyəni açıb köynəyinin yaxasına saldı və sərt cırıltı ilə köynəyini tən ortadan cırdı, çıxarıb yerə sərdi. Tərtəmiz, dümağ can köynəyində, diz çöküb, namaz qılansayağı əylib, toz-torpağın içində qara cında kimi bir şeyi öpüb, qoşa ovcuna götürdü.

–Cildi qalıb Babək dediyiniz bədbəxtinizin haqqında yazılanın! Sovetin yazıçıları, gorbagor Stalinin alimləri bunun atası EyAğı “yağ satan” eləyiblər, anasının adının əvəzində “qəhbə” yazıblar. O eybəcər böhtanlar ifşa olunurdu burda, cildciyəzi qalıb indi!– Cildi köynəyin üstünə qoydu.

Səməd indi gördü ki, Abının yerdə öpdüyü cında kimi şey kitab üzü idi, Bircə balanın vaxtilə “revkom kabineti”ndəki nəhəng taxta sandıqlarda və burda– kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan evdə gördüyü daş cildli kitablardan birinin cildi idi, traktorun təkərinin altında xınc-mınc olmuşdu. Xeyli kənardan baxsa da cildi Səməd dərhal tanıdı. Çünki kəndarında çəmənotu, qazayağı bitən tavanda qaranquşlar uçuşan evin kərpic qırıntılarının arasında belə kömür kimi qara cild başqa cildola bilməzdi. Abı silib-təmizlədiyi vərəqi köynəyin üstündə sığallayanda, Səməd vərəqi də dərhal tanıdı. Çünki kəndarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin yerində bu cür, dörd dövrədi qızılgüllərlə, sarı bülbüllərlə bəzənmiş, tən ortasında əski əlifba ilə cəmisi on-on beş sətir yazılmış vərəq də başqa vərəq ola bilməzdi. Cəmaat heyrətlə çaxnaşırdı:

–A kişi, bir adam təki danışsana!… “Qəhbə”nədi?! Babəkin anasının adına “qəhbə” yazan yazıb, bə bunu kitaba salıb çap eliyən köpəyoğlu nətəhər eləyib ki, səsini çıxardan olmayıb?! Əlini kəsərəm mən elə adamın!…

Məmməd Xələf Zalın maşınının dövrəsi, “Tros”un süründüyü yerlər, traktorla buldozer yığanının zolaq-zolaq izləri və Ortayolda çala-çuxurlara basılmış kərpic, daş qırıntılarının ara-bərəsi də əzik-üzük, cırıq-cırıq, parça-parça vərəqlərlə dolu idi.

Abı dizin-dizin sürünə-sürünə, vərəqləri ovuclarında sığallaya-sığallaya, can köynəyinin ətəyi ilə silə-silə köynəyin üstünə yığırdı.

Əmma bu iş çox çəkmədi. Növbəti kağız dəstəsini köynəyin üstünə qoyanda, Abı ətrafına baxıb birdən ayağa qalxdı,tarım gərilib sıxılan qarmonun qırışları necə çaxnaşarsa, Abının üzündə qırışlar da elə çaxnaşdı, qırışların arasından tamam başqa-dümağ sifət çıxıb, hətta, yolun qırağında boy-boya verib məyus gözlərlə ona tamaşa edən qəlyanlı qocaları da təəccübləndirdi: üzünün birdən-birə uzanantəhər olması, qırışların açılması Xızr Abının nədənsə dəhşətə gəldiyini göstərirdi. Qəlyanlılar bir-birinə baxıb təşvişlə:

–Nə oldu?! Abıya nə oldu belə?– deyəndə Abıdan qışqırtı qopdu:

–Canınıza azar oldu! Niyə kömək eləmirsiniz?! Köynəklərinizi çıxarın, bircə-bircə yığışdırın hamısını! Bərpa eliyərik bacarsaq!

Çürük köynəyini heysiz qollarından zorla çıxarıb yerə sərdi. Sonra qalan qəlyanlılar, hətta “qabırğası qalın”, yəni çox ağır tərpənişli sayılan nəhəng gövdəli Təftiş Abbasla özünü heç vaxt “qara işə verməyən” Qılınc da Abının o cür heyrətinə laqeyd qalmayıb, köynəklərini çıxarıb yerə sərdilər. Dörd tərəfdən, cəmaatdan da tərpənişən olanda Abı onlara da qışqırdı:

–Dedim yaxın gəlməyin siz! Qədrini bilməzsiniz, yığammasınız siz müqəddəsatı!

Qılınca da qışqırdı:

–Dağıt bu avara yığnağını! Rayonun sahibi gəlib qardaşının mülkünü viranə görüb quruyub qalıb. Bəlkə beş-üç kəlmə sözümüz var kişiynən. Gərək elə ağzımızın içinə baxsınlar?!

Qılınc Qurban gözlərini dolandırıb elə təkcə baxışı ilə avaraları dağıdanda sir-sifətdən çıxmış Sultan da, nəhayət, maşından düşüb, yaxınlaşıb, taqətsiz əyilib orda-burda tək-tək az-çox səlamət qalmış kitabları, əzik-üzük vərəqləri, cild, kağız qırıntılarını yığışdırmağa başladı. Müslüm də, əlbəttə, dərhal işə girişdi. Məmməd Xələf zalla ekizlər də.

Tək Səməd, “paltaratonka”nın böyründə, cəmaatdan xəlvətdə peyda olub biləyindən yapışan hədsiz kök bir qadının altına düşüb hərəkətsiz qalmışdı.

* * *

Kök qadın illərin uzaqlığında qalmış zərif, gözəl Gülbənizin səsilə danışdı:

–Oğraş əmin gətirib Gülgəzi, atası evindədi. Bakıya qayıdır genə əmin. Əlləzoğluna deyib: “Özün göz-qulaq ol, qıza hədyan söz deyən-filan olmasın!” Gedək, qurbanın olum! Gedək, kəlmələsin!… Bu “Xəzinə” batdı. Fikir vermə buna. Gedək!

Səməd biləyini qadının əlindən qoparıb irəli yeriyəndə burada Abının danlağı altına düşdü:

–Hə, gəl, gəl! Azdan – çoxdan bir şey qoyursanmı indi qabına?! Bax, gör nələrə qabildir Bezobraziye! Şəkkak olmasaydın, dünən orda gözün alaçalanmasaydı, bu səhər heç olmasa bu quru divarlara sahib dursaydın, düşmən dağıda bilərdimi bu müqəddəsatı?! Məhəmməd Əmirin, Ağ Əmirin, Boz Əmirin düz on il sərasər gecə-gündüz fədailərə yazdırdıqları, dünyanın özü boyda tariximiz traktorun altında qalardımı?! “Kitabi-Dədə Qorqud”un izahıdır” yazan Pünhanımızın bu nadir incisi belə xıncılardımı?!-Abı səsini qısıb, ağzını Səmədin qulağına tutdu:-Nadanlığıyın bəhrəsidi bax bu! Yığışdır indi, dəli-divanə yaramaz! Bundan sonra da divanəlik eləsən, bu dəfə Sultanın özünü də məhv eləyəcəksən! “Xəzinə”nin dalınca onu da güdaza verəcəksən!

Səməd biləyində hələ də Gülbənizin barmaqlarının təmasını hiss edə-edə ağır-ağır yerə çökdü.

–Mən bilmirdim, Abı… Bilmirdim ki, divarlarda belə şey var…

–Nə?!-qarmon qırışlar yenə açılıb Abının dəhşətini göstərdi.-Nə danışırsan, ey divanə?! Kitabları sən özün, əminnən, Mədədnən, Qurbannan, Cəfərnən bir yerdə, öz əlinnən gətirməmişdinmi Naxçıvandan?!

–Yox…Yooox…

–Necə yox?! Qırx altıncı ildə o tayda hökumətimiz yıxılanda, qırğın xəbərindən sonra Mirqəzəbin Persin bu bu kitabları “Şeyx Xorasan” türbəsindən çıxarıb asfalta tökdüyünü gözlərinlə görmədinmi?!

12


Səməd toz-torpağın içində oturub, hərəkətsiz qaldı…

Səmədin xəbəri yox və ola da bilmədi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “Tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və şeyx qardaşlarının əleyhinə kompaniya” başladığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavahn bir çekist gəlib xəbər vermiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır. Şeyz Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə– SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiyyəti təsdiqlənsin:Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları-köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yasndırıb məhv eləsin… Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.

Müharibədən əvvəllər, Sultan köhnə yoldaşları ilə işlədiyi illərdə “Müəllim” də Xudiyev dəstəsindən sayılırmış. Əmma Sultana, Mədədə yaxşı məlummuş ki, “Müəllim” “AdıPünhan” “Muğannlar”dandır; Ulu Bağ nəslinin bir qolundan, bütün dövlətlərin-quruluşların dövrlərində açıq fəaliyyətdə olmağı da bacaran məşhur Ağ Türklər”dəndir və demək, ona inanmaq lazımdır. Məhz bu inama görə də məsləhətə yatıb, elə o gecə, yəni “Müəllim”in gəldiyi gecə ağ daş evdən və Əmirli mülkündən bir maşın dolusu yük yığıb, “əldən-ayaqdan uzaq, etibarlı yerə” göndərmişdi. Dost-tanışlardan ancaq Lüt Cəfərlə Qılınc Qurbanın, bir də ki,”Müəllim”in iştirakı ilə baş verən bu hadisələrdən o vaxtkı on yaşlı Bircə yaddaşında bəzi şeylər qalsa da, Səmədin xəbəri yodu və ola da vilməzdi ki, o “əldən-ayaqdan uzaq etibarlı yer” qardaşların vaxtı ilə gedib– gəldikləri “Şeyx Xorasan Türbəsi” adında bəqbərə idi; “Quran hürufatının sirrini açdığına görə” “Hüruflı” adlandırılan “Şeyx Xorasan”ın gizlin qəbri idi, oraya göndərilən yük isə Ağ Əmirlə Boz Əmirin şəxsi arxivi və “köhnə dünyaya aid” kitabxana idi, “Şeyx Xorasan”ın oradakı qədim kitabxanasına qarışdırılmışdı ki,seçilmədin. İyirmi ikinci ilin yazında, yəni Ağ Əmirlə Boz Əmirin tutulmağı ərəfəsində arxiv, üstünə “İttihadi-İslam” yazılmış iki nəhəng taxta sandıqda Culfa “tamojnasına-gömrükxanaya gətirilib Sultan Əmirlinin o vaxtkı dostu, sonrakı düşməni Xudiyevə təhvil verilibmiş, bir az sonra isə şeyxlərin Qəsri-Qacar həbcxanasındanyazdıqları məktubla birlikdə qardaşların özlərinə təhvil verilibmiş; otuzuncu ilin qışında, yəni Ağ Əmirlə Boz Əmir öldürüləndən sonra isə kitabxana elə o cür nəhəng sandıqlarda Culfa “tamojnasından” gətirilib, mərhumların şəxsi möhürləri ilə möhürlənmiş vəziyyət məktubu ilə burada-rayonda yenə qardaşlara təhvil verilmiş. Bircə bala o sandıqlardan ikisini ağ daş evin sağ küncündə– əmisinin”revkom kabineti”ndə, üçüncü isə, kandarında çəmənotu və qazayağı bitən tavanında qaranquşlar uçuşan mülkdə, baş divardakı tək pəncərənin sağ– solundakı kitab tərəcələrinin sağ-solunda görüb, daş cildli kitabların əski əlifba ilə naxış-naxış, gül, bülbül şəkilli səhifələrini dəfələrlə vərəqləsə də, Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, Sultan Əmirli ilə Mədəd Əmirlinin “sinfi mənsubiyyəti” və “siyasi oriyentasiyası” hələarxivlə kitabxananın “tamojnada” qeydə alındığı vaxtlardan məlummuş. Yəni hələ iyirmi ikinci və otuzuncu illərdən Mirqəzəbin əlində sübuta ehtiyacı olmayan faktlar varmış və Mirqəzəb elə o faktlarınəsasındaca axtarışsız-filansız da qardaşların taleyini həll edə bilərmiş.

Bəs niyə həll eləməmişdi?

Səbəb nə idi ki,KQBişçilərinə çox yaxşı məlum olan “İttihadi-İslam” firqəsinin adı sandıqların üstündə, göz qabağındaca dura-dura, yəni Sultan Əmirli hər şeyi açıq saxladığı halda, Mirqəzəb hökmən axtarış aparmağı lazım bilmişdi?

Axtarış əgər “üçlüyün” qərarı üçün, “üçlüyün” qərarı isə həbs üçün lazımmışsa, bəs səbəb nə idi ki. Gülənov arxivlə kitabxananın, üstəlik, “tamojnada” təhvil-təslim sənədlərinin yoxa çıxdığını aktlaşdırıb, Sultan Əmirli ilə Mədəd Əmirlini “panislamist ədəbiyyat” gizlətməkdə təqsirləndirəndə Mirqəzəb yenə də işi ləngidib. Həmin aktı və Qonaqlı kənd sakini Xalıq Qudalının materialını rayon fəallarının müzakirəsinə verməyi vacib saymışdı?

Əgər rayon fəallarının müzakirəsi, qardaşların haqqında “əfkarümumiyyə”nin rəyi də ittihamnamə hazırlamaq üçün lazımmışsa, bəs səbəb nə idi ki, general Pers gəlib rayondan Bakıya məhz belə rəy və ittihamnamə aparandan sonra da Mirqəzəb məsələni qurtarmaq əvəzinə, Persin üstünə əsib-coşub: “Sənin işçilərin dövlət təhlükəsizliyi ilə yox, Əmir, Şeyx törəmələrini himayədarlıqla məşğuldurlar!”– deyib, o “akt”dan, “rəy”dən və “ittihamnamə”dənəlavə “əsaslı ittihamnamə” tələb eləmişdi?

Əgər söhbət doğurdan da “dövlət təhlükəsizliyi”ndən gedirmişsə və Sultan ilə Mədəd Əmirli doğrudan da o dərəcədə təhlükəli sayılırmışlarsa, bəs səbəb nə idi ki, Mirqəzəb qardaşların müharibə illərində tamamilə sərbəst yaşamağına imkan verib, o taya ayaq döyən “rabotniki”nin– Çax-çuxun materiallarını düz beş il gözləmişdi, üstəlik, hətta o materiallardan “bir qovluq dolusu əsaslı ittihamnamə” hazırlanandan sonra da qardaşları tutdurmayıb, ancaq “çək-çevir”lə kifayətlənmişdi?

Səbəb nə idi ki, teleqramda “prekratiti bezobraziye” sözləri ilə qurtarmışdı?

Nəhayət, səbəb nə idi ki, teleqramı vuran adamın vəfatından əlli üçüncü ildən sonra məsələ yenidən qaynayıb, bu dəfə heç bir il də keçməyib, Mirqəzəbin özünün tutulması ilə nətucələnmişdi?…

Səmədin xəbəri yoxdu ki, bu sualların cavabları heç də ancaq Dzerjinski klubunun səhnəsindəki qovluqlara yox, həm də Dzerjinski klubunun beş yüz kilometr uzaqda. Burada – Qonaqlıda Çax-çux Xalıq adlanan “rabotnik”in “sinəsindəki sirlərdə” idi.

* * *

… Sultan Əmirlinin Qılınc Qurbanın və bütün qəlyanlıların qabağında Çax-çux Qurbanlıların həyətindən çıxıb birbaş Əmirli mülkünün yerinə, Səmədin üstünə yeridi.

–Bu xərabəlikdə heç nə qalmayıb, qadası! Əmin də havayı zəhmət çəkir! Dostları da!… Bu “Xəzinə”nin sirləri Çax-çuxun bu quru sinəsinin altındadı. Sədr Mədədin qatili də məlumdur mənə…Gəlmədin, danışmadım. Bu gün də danışmasam, ola bilər ki, sirlərin hamısı elə həmişəlik bu sinədə qalar. Yəni mənim özümü də öldürə bilərlər… Məhərrəm Abbasoviçin kitabxanasında “Sirli dastanlar” adında nəhəng bir kitab var. Sənin professorun olub o kişi, mənim isə, bilirsən ki, bacanağımdı. Gedərik, öz əlimnən verərəm sənə o “Sirli dastanlar”ı. Bu dastan “Xəzinə”nin məzmununu elə ordan da bilərsən, yazarsan, söz verirəm sənə ki, birdən-birə elmlər doktoru olarsan. Hə!… Demək istəyirəm ki. Bu “Xəzinə”nin aqibətindən qəmlənmə heç!… Sən başqa həqiqətlər bilməlisən. Qalx, gedək danışım. Qalx! İnan mənə, belə məsləhətdi.

Səməd donuq, dumanlı gözlərlə Çax-çuxa baxırdı, gah daəmisinə. Bir şey anlayası halda deyildi.

Abı:

–Get! Qoy danışsın,-deyəndə bunu da başa düşmədi. Yalnız Sultan kənardan-kənara:

–Get!– deyəndə ayılan kimi oldu.

Ayağa qalxıb Çax-çuxun ardınca yeriyəndə də yöndəmsiz daxmanın qabağında, həmin palıd kötüyünün yanında yenidən Gülbənizlə rastlaşanda, “hədsiz kök qadın”ın atasına anlaşılmaz qəzəblə baxa-baxa: – Danış, danış! Sonra mən də danışacam! Paxırını açib göstərəcəm!-dediyini eşidəndə də beyni, bədəni tutqundu, Çax-çuxun çənəsinin işlədiyini görsə də heç nə dərk eləmirdi

Əgər Çax-çuxu az– çox diqqətlədinləsəydi, Səməd elə ilk sözlərdən başa düşərdi ki, trubkanın qətran qoxulu tüstüsü arxasında tez-tez közərən dəyirmi gözləri parlaya-parlaya danışan”rabotnik” bu dəfə daha dəhşətli həqiqətlər açıb “qəsd işi yoxdu” deyən “qardaş qatili” adlandırdığı Sultan Əmirlinin cinayətinin üstünə yeni-yeni cinayətlər gətirirdi.

Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, “Müəllim” kliçkasından başqa, Səməd əmisi ilə köhnə çekist yoldaşlarının vaxtilə şərti olaraq “Nəcəfoğlu” təxəkküsü ilə tanıdıqları “məşhur bir marksist filosof”un adını da eşidərdi və bilərdi ki, “rabotnik”in o taya ayaq döydüyü vaxtlar-qırx bir-qırx altıncı illərdə Nəcəfoğlu tez-tez həmin “əldən-ayaqdan uzaq, etibarlı yerə”-Naxçıvanın Əlincə qalası yaxınlığında Nəimi məqbərəsinə gedib, orda “Kainat Elmi”nə aid kitabları oxuyub, əllinci ilin yanvarına qədər-doqquz il sərasər işləyib, “ancaq Kişinin şəxsi icazəsiynən oxunan” bir kitab yazıbmış. O kitaba görə Stalin mükafatı alıb, Elmlər Akademiyasının həqiqi üzvü seçiımiş, əmma elə o vaxtlar o kitabın ətrafında nə baş veribmişsə, Nəcəfoğlu birdən-birə güşənişinliyə qapılıb, Mərdəkandakı bağından kənara çıxmırmış. Həm cismən, həm də ruhən tamamilə sağlam ikən elə güşənişinmiş ki, ən yaxın dostlarının və hətta Akademiyanın prezidentinin çağırışlarına da getmirmiş. O vaxt-əllinci ilin yanvarında heç kəsin şübhəsi yoxmuş ki, guşənişinlik kitabla əlaqədardır. Çax-çux isə yəqin bitirdi ki, Nəcəfoğlunun hamıdan, hər şeydən üz döndərməyi köhnə əhvalatdır, özü də ancaq sədr Mədədin ölümü ilə və o teleqramla bağlıdır. Köhnə məsləkdaşı Sultan Əmirlinin qardaşının, “Pünhan”-gizlin alim sədr mədədin “avariya”ya düşdüyündən və teleqramdan xəbər tutanda Nəcəfoğlu dərhal yola düşüb gəlib burda– rayonda teleqramı oxuyub və Xudiyev dəstəsi ilə o dəstəyə yaxın adamlardan başqa, hamının ürəyindən olan teleqramda nə görübsə, raykomda– “qardaş qatili”nin kabinetində başını qamarlayıb, “fəlakət, fəlakət” deyə-deyə bütün günü danışıb: “Demək, bu ölüm birbaş Stalinnən sənə bağlıdı?! Belə də fəlakətmi olar?! Demək, səni qəsdən həbs eləmirmişlər ki. İstifadə eləsinlər?!” Çax-çux “Müəllim”i şahid gətirib deyirdi ki Mərdəkana– bağına qayıdanda da Nəcəfoğlu hey “Fəlakət! Fəlakət!”– deyirmiş. Dörd il sonra– əllinci ilin yanvarında Sultan Əmirli alim dostunu görmək üçün Mərdəkana gedəndə məhz sədr Mədədin ölümü və teleqram barədə aralarında nə söhbət olubsa, Nəcəfoğlu yenə başını qarmalayıb, “Fəlakət!”-deyib. Sonra elə bu kəlməni təkrar edə-edə “vanna otağına girib, qapını daldan bağlayıb, ülgüclə venasını kəsib”.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 | Следующая
  • 5 Оценок: 1

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации