Текст книги "İdeal"
Автор книги: Muğanna İsa
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 11 (всего у книги 40 страниц) [доступный отрывок для чтения: 13 страниц]
– Getdi?!
– Əlbətdə!
Səməd nəyə təəccübləndiyini o qədər də anlamadan, dumanlı beyinlə dolaşıq sözlər mızıldadı:
– Bu vəziyyətdə… Bakıya… Bəs məni… məni tapdaladığını hiss eləmirmi heç olmasa?! Deyirsən sevinirdi?!
Səməd ayaq saxladı. Rəngi qaralmışdı. – Demək, cəllad da sevinc hissindən məhrum deyil!
Qılınc Qurban ağır-ağır yana döndü. Gözləri böyümüşdü.
– Cəllad?! Sultana cəllad deyirsən sən?!
Səmədin başı sinəsinə əyildi.
Qılınc Qurbanın qırğı gözləri qıyıldıqca nazik, qara, quru dodaqları bir-birinə sıxılıb, cod, çal tüklər arasında yox oldu. Qəzəbindən kişi nə qədər nəfəssiz dayandısa, ağzını açanda boğazı boru kimi güyüldədi.
– Bilirsən nə şillə çəkərdim!
– Çək… İndi hamı şillə çəkir mənim üzümə… “Vəsiyyət!..” “Varis!..” Kimə varis olmalıyam?! Meyitəm mən!.. İstəyirsən lap heyvan kimi döy o əlindəki şallağnan. Fərqi yoxdu. Ölüyəm!
– Ölünün içində kin qaynamaz, oğul!
– Qaynayırdım…İndi elə deyiləm, Qurban əmi. Boşdu indi içim… Sultan Əmirliyə də kinimə görə vermədim o adı… Cəllad deyil, o da ölüdü!..
Qılınc hiss edirdi, hərdən də eşidirdi ki, Abı arxada ağlayırdı. Şallağı geriyə vıyıldadıb, pıçıltı-xırıltı ilə:
– Ə! Ey! Kəs! Neynirsən?! – deyirdi.
Səməd isə heç nə eşitmirdi:
– İki sözündən biri “dərdin alım” olan Əlləzoğlu da ilana dönüb, qalxıb quyruğunun üstündə, “Çıx get!.. Sürdürəcəm!”
– deyir, “Öldürəcəm!”– deyir… Quyunun üstündə özümü bilmirdim. İndi görürəm yox, bir aləm şey fikirləşmişəm orda. Bəli, ölüdü Sultan Əmirli! Ağlını itirib! Xudiyev dəstəsinə qalib gəlmək olar?! Almaniyanı yedi, Reyxstaqı yedi bu KQB! Məncə, Mirqəzəbin tutulmağı da fırıldaqdı. Moskvada necə hər şeyi yoğurub-yapıblar Stalinin üstünə, burda da eləcə, hər şeyi yıxacaqlar Mirqəzəbin boynuna, yenə öz cəlladlıqlarını davam etdirəcəklər! Bunu bu axşam başa düşdüm. Bayaq alova baxa-baxa dərk elədim ki, Əmirli mülki deyil o yanan, Vətənimizdi! O tayı verib farsa, bu tayı paylayıb erməniyə, gürcüyə “böyük qardaşımız rus” çoxdan içib qanımızı, Qurban əmi! Kim dura bilər bu boyda imperiyanın qabağında?! Əmimnən, mənnən bərabər sən də ölmüsən! Heyif, o igid polkovnik də ölüdü, Məhərrəm Abbasoviç də!.. Şahinlərin çoxdan qarğalaşıblar, Qurban əmi. Bizim dünyamız deyil bu dünya. Düz demirəm?! Ulu babamız Comərdi dirilt! Şeyx Məhəmmədi, Ağ Əmiri, Boz Əmiri dirilt! Milli hökumətin fəxri Pişəvərini dirilt! Nərimanovu dirilt! Qəbristandı vətənimiz! Bu qəbristanda Elm nədi?! Varis nədi?! Başına at təpib Xızr Abının Sultan Əmirliynən, yarımcan Çürüknən bir yerdə!.. Kəsmə sözümü, Qurban əmi! Bilirsən necə istəyirdin mən əmimi?! Mübaliğəsiz deyirəm, atamı itirəndən sonra atama məhəbbətim də, üzünü görmədiyim anama həsrətli məhəbbətim də Sultan Əmirlinin uca şəxsiyyətinə məhəbbətimdə birləşmişdi. Oturub hətta saatlarnan fikirləşirdim ki, şəxsi həyatında, məişətində məhrumiyyətlərə necə dözürsə, mən də eləcə dözüm. O tayda demokratların qələbəsinin həsrətiynən, o tayda gecəni gündüzə qatıb işləmək arzusuynan öz istəkli Qıymatını necə gözlədirsə, mən də məhz o cür hərəkət eləyim. Mən ancaq zahirən başqa cürüydüm, Qurban əmi, daxilən əmimin kopyasıydım… Səni də çox istəyirəm, sədr Mədədin xatirəsini də əziz saxlayıram mən. Əmma siz deyildiniz mənim idealım. Bircə elmim, bircə eşqim varıydı mənim, o da Sultan Əmirliydi. Lap dünənəcən bütün həyatımı qurban vermək istəyirdim mən ona!
– Sultan həməşə səcdəgahın olmalıdı sənin.
– Yox!.. İdealım qadın zorlayıb!
– Bilirəm mən onu.
Səməd diksindi.
– Nə?! Bilirsən?!
– Dedim bilirəm.
– Həm də ideal adam sayırsan onu?! Belə hərəkətdən sonra mən də ideal sayım o canavarı?! O qatili?!
Qılınc Qurbanın yenə gözləri qıyıldı.
– Bir hərəkətiynən yox, mübarizələrdə tanınır bu adam!.. Dedim, deyirəm: Sultan həməşə səcdəgahın olmalıdı sənin. İnsan yel deyil ki, gah o yana əssin, gah da bu yana. İdealdan dəm vuran oğul əvvəl bir özünə baxsın yaxşı-yaxşı, fikirləşsin dərindən, görsün başı çıxırmı bu dünyadan. Mənim dediyimi deyirsən sən də, ruhdan düşəndə. Əmma cəllad var içərimdə! Ölüm-dirim mübarizəsi gedir bu saat hər yerdə. Mən bu kəmsavadlığımnan qanıram ki, Stalindən sonrakı bu demokratiya söhbəti xeyrimizə deyil bizim. Sultan müdrik adamdı. Düz deyir ki, bir tərəfdən Mirqəzəbi müttəhim kürsüsündə oturduruq, o biri tərəfdən Mirqəzəbin yaratdığı “Bezobraziye”yə demokratiya veririk. Hələ demokratiyasız-filansız belə oyunlardan çıxırlar! Ələ salırlar bizi, dolayırlar, gülürlər. Bu nə? Danışmadımı Sultan sənə? “Arşınmalçı” damğasıynan neyləyirlər onlar, bilirsən?! Gülmək nədi?!
O casuslar, banditlər yuvası Şüşəli pavilyona yaxın gedəmmirik. Biznən yaxınıq eliyən adamlara arağın içində zəhər içirdirlər! “Terrordu bu!” – deyirlər özləri! Necə hərəkət etməlidi Sultan indi bu cəlladlar zəmanəsində?!
Mən deyirdim boşasın. Dörd aydı, gecə-gündüz, axşam-sabah bircə kəlməm varıydı ona: “Boşa!” Rədd elə deyirdim o qancığı. İndi demirəm.
Artistlik elədim orda – yanğında. Yazıq canım, nə oyunlardan çıxıram! Əməlli-başlı artist təki yapışdım Qıllı Qeybalının yaxasından, başladım qışqırmağa ki, bu kəndlərdə nə fənalıq var, hamısı siz Qudalılardandı, Mədədin evinə də siz od vurubsunuz ki, Mədədin oğlunun ayağı kəsilsin kənddən… Qeybalı da Qeybalıdı. Fısıldadı, tısıldadı, axırda qıpqırmızı dedi: “Düşmən Sultan Əmirlinin ocağının başındadı, Səmədin ayağını kənddən kəsmək istiyən də odu, evi yandıran da…” Nə desəm yaxşıdı? Güllə qabağında da əyri danışmayın. Qılınc Qurban başladı ki, Əlləzoğlu qohumudu, can-ciyəridi Səmədin. “Srağagün gecə burda qolunu çirmədi, ayaqlarını yudu Səmədin, – qovurmalı əriştə aşına qonaq elədi.”. Gözü kəlləsinə çıxdı sənin o Dantesiyin. Bilir axı yalan danışan deyil Qılınc Qurban. Əgər yalan danışırsa, deməli, nəsə məqsədi var. Qorxdu heyvərə! Çəkildi, kənarda fısıldadı: “Qılınc Qurban da bic adamdı”. Zəmanə dəyişir, oğul. Yaman dəyişir zəmanə!.. Yaxşı qulaq as, indi açmalıyam mən sənə bu bədbəxtliyi. Necə olub, elə danışmalıyam. Hamımıza “əzizim” deyən o igid polkovnik bərk silkələdi məni, dedi: “Danışmalısan! Bilməlidi Səməd, lap qatilə dönüb həqiqətən hamısını qırmaq niyyətinə düşsə də danışmalısan!.. Qulaq as, gör necə işləyib KQB-miz! “Şüşəli” pavilyonda baş-başa verib hırıldaşa-hırıldaşa tələ qurublar. Nə yediriblər, nə içiriblər Sultana, necə deyərlər, bir Allah bilir. Heç nə qalmayıb yadında! Heç nə! Səhər tezdən zaqs müdirini göndəriblər evinə ki, “Get Arşınmalçıynan Gülçöhrənin kəbinini kəs!” Sultan yuxudan ayılmamış başının üstünü alıb müdir köpəyoğlu ki, bəs şəhərdə hamı gözaydınlığı verir bir-birinə, Sultan Mamedoviç, deyirlər ailə qurubsunuz, gəldim təbrik eləyim, həm də kəbin şəhadətnaməsini doldurum… Axşamdan narahatıydım mən… Həməşə siyirmə– qılınc girərdim Xəlvət Rəhimin məclislərinə, xəbərdarlıq eliyərdim ki, Rayon Partiya Komitəsinin və şəxsən Sultan Əmirli yoldaşın əleyhinə bir kəlmə danışıq olsa, damlıyacam Rəhimi, böhtançı kimi, məhkəməyə verəcəm işini. Qamaşırdılar məndən kontra köpəyuşağı. O gecə elə bil Allah fəhmimi aldı. Fikir elədim ki, Sultan özü olan yerdə mən kiməm! Sabahısı tezdən getmişəm şəhərə, görürəm o küçə doludu çesuyçalıynan, beşbir-üçbir baş-başa veriblər, deyib-gülürlər, Çax-çux Xalıq da dayanıb düz Sultanın darvazasının qabağında, demisini tüstülədə-tüstülədə söhbət eləyir zaqs müdiriynən. Qorxusuz-hürküsüz gözümün içinə baxdı. “Kəbin kəsməyib bu kişi, – dedi, – ölüm aktı yazıb Sultan Əmirliyə!”
Sənin fəhmin Mədədin fəhmidi, gözün itidi, şahin balam! Düz deyirsən ki, öldürüblər. Özün fikirləş indi, gör nə yollarnan gedir ölüm-dirim mübarizəsi! Söznən deyiləsidimi necə alçaqdılar düşmənlərimiz, necə heyvandılar, necə vəhşidilər! Səncə, neyləməlidi bu vəhşilərin qabağında Sultan Əmirli?! Taleyinə kor deyib oturmalıdı?! Təslim olmalıdı?!
Güclü adamdı sənin əmin! Bəli! O qancığı zorlamaqdan ötrü yox, o vəhşilərə, murdarlara, Mirqəzəb toxumlarına qalıb gəlməkdən ötrü saxlayır onu evdə. Lüt Cəfər deyil Sultan! Comərd qanı axır Sultanın damarlarında! Təbrizdə Əmir bazarı deyilən dünya bazarının sahibi, aqil, adil Məhəmməd Əmir qanı axır Sultanın damarlarında, oğul! Dörd oğlunun dördünü də xalqın xidmətinə göndərib, yolayrıcında tək-tənha ölən kişinin oğludu Sultan!
Pünhanlarımız arasında Şeyx Əlimiz vardı, “Aşıq Alı” adıynan çalıb oxuya-oxuya ellər gəzirdi, gecələr səhərə qədər Elm yayırdı. Folklorçu professor deyilən uzunhoqqar bir naçalnik gəldi Göyçəyə, şerilərini yığdı apardı, yoxa çıxartdı! Çürük yığır indi orda-burda yadda qalanları, yazır kopyalarını Qaraçöpə, Təhləyə göndərir ki, ordan da hər yerə yaysınlar. Şeyx Əlinin şan-şöhrəti AdıPünhan ƏlƏsgərimiz vardı, “Aşıq Ələsgər” adıynan gəzirdi. AdıPünhan Hüseyn AğEyimiz vardı, “Hüseyn ağa” adıynan gəzirdi, cəmisi beş-altı Qaçaqnan Tiflisdə qubernatorun buxarısının bacasından odun içinə düşürdü ki, mauzerini dirəsin qubernatorun boğazına, xəlvəti müqavilə bağlasın: “Qazax mahalına qoşun göndərmiyəcəm. İmza: qubernator köpəyoğlu!”
Hüseyn AğEyin oğlu Hacı Əlimiz vardı. Məkkəyə gedirdi hər il, guya zəvvarlara azuqə yığan taciriydi, əslində, ədalət Əliydi. Qubernator Tiflisdən qaçaq libasında qatil göndərib ki, Hüseyn AğEyimizi öldürsün, Hacı Əli ovcuynan tutub xançalı, qoymayıb atasının başı yarılsın. İşləmədi sağ əli, yumulu qaldı… Üçcə tağın adamlarının adlarını çəkdim mən sənə Comərd Süleyman nəslinin. Təbrizdəkiləri dedim, Göyçədəkiləri dedim. Qazaxdakıları dedim… Budumu?! İsa Əfəndimiz olub, bircə atryadnan Denikinin piyadasını pərən-pərən salıb Dərbənddə. Ordan gedib qoşulub Kamal Paşa Atatürkə, Trabzonda rusu pərən-pərən salıb, Gəncəyə bizimkilərə depeş göndərib ki, rusun on beş eşalonu gedir o tərəfə, qabağını kəsin, qoymayın gedib Bakıda oturuşmağa. Bax bu Qılınc əmin, əlində mauzer, at belində parovuzun qabağına getdi… Nə Mədədin adı Mədəddi, nə Sultanın adı Sultandı. Mollalar açırlar Quranı: “Adın oldu Xızr!” “Xızr” nədi?! OdSardı, oğul! Pünhandı adlarımız, özümüz də ki, Alim!.. Vaxt keçdikcə daha nə adımız qalır, nə də biliyimiz!.. Əhməd, Məmməd, Səməd, Alı, Vəli – hamısı “Quran”dan. Gülüşürlər indi mollalar: “Ağ yalan!” Bilən varmı nədi bu?! Bu yaxınlardaca bilmişik ki, otuzuncu ildə Stalin Leninin “Dekret o zemle”sini ləğv eləyib torpağı kəndlidən alanda xəlvətcə Dini də azad eləyibmiş, odu ki, molla hər yerdə başda oturur “Quran” əlində: “Bir salavat da çevirin hökumətimizə, Stalin yoldaşa, Varaşilov yoldaşa, Kaqanoviç yoldaşa!“ Nədi bu, ay oğul? KQB-di, ay oğul. “Molla” adında! Sənə ərəb adı qoyub adınnan bərabər Elmini də məhv eliyən molla KQB!.. Nə yaxşı ki, Sultanın revkomuna düşdü yolum o vaxtlar. Gecələr, beşaçılan qucağımda, revkomun damında keşik çəkəndə mənim bu kəmsavad başıma Elm yeridən alim Sultanın nə qədər şagirdi var, bilirsənmi?! Hamı savadsız təki tanıyır bizi. Açıb-ağardammırıq ki, revkomda darülfünun qurtarmışıq biz! Universitet deyirlər indi. Oxuduqları da nədi? Yunanıstan mədəniyyəti belə gəldi, Roma Sezarı elə getdi. Guya ali təhsil verirlər bədbəxt cavanlarımıza. Bir köpəyoğlunun da xəbəri yoxdu ki, Bağdaydı yer üzü Qrekin tarixini öyrədirlər balalarımıza… Abı! Səsin niyə batıb?! Niyə demirsən düzdü, Bağday tarixidi dünya tarixi! Bilmirsənmi beyni qatıdı “Dəli Səməd”in?! Başını götürüb getsə, kim sahib durar o “Xəzinə”yə?!
Xızr Abı dümağ, nəhəng yaylığı üz-gözündən çəkib irəliyə, Səmədin sol tərəfinə çıxdı.
– Sarsılıb, ay Qurban. Aman ver, özü danışsın, boşaltsın ürəyini. “Elm nədi!” – desin, “Varis nədi!” – desin, “Başınıza at təpib!” – desin. Batmayıb səsim, əksinə, o mülkün alovundan üstümə qurum yağa-yağa, üz-gözüm qarsalana-qarsalana axtardım Çax-çuxu tapdım, dedim: “Şahid var, sən yandırtdırıbsan evi! Get yır-yığış elə, günü bu gün damlanacaqsan!.. Sən ləngitmə bu işi, ay Qurban. Gördüm orda, Rəhimə, Xalıqa sarı getmədin. Ehtiyatlanırsan, yoxsa, gizlin hazırlıq işi görürsən, nədi? Bilmirəm. Öz işini gör sən.
Səmədi mənə tapşır daha.
– Sözümün əsası geridədi. Sən göstəriş vermə Qılınc Qurbana. Gün qalxır, yandıracaq. Çöldə saxlama Səmədi, evə apar. Ya da, pullu adamsan, apar Şüşəliyə. Çürük də yəqin orda olar. Casusların “sbor günü” deyil bu gün. Apar, yaxşı-yaxşı ətraflı danış bunnan, Xızrlığını göstər!
İndi hələ mənim ixtiyarımdasan, oğul.
Sözünə fikir ver.
O məktub – “Şəxsiyyətə pərəstiş” oxunandan bəri Əziz də ilana dönüb. O gördüyün mehriban Əzizimiz! Asta-asta sürünüb kabinetlərdə əmiyin kadrlarını udur bircə-bircə. Dünənnəri maarif müdiri Mirbağırı qaldırıb Sultanın üstə. Bu səhər müəllimlərin, uşaq-muşağın gözünün qabağında bar-bar bağırdı Mirbağır ki, “Tədris proqramlarını pozammarıq! Bir nəfər də şagird vermirəm pambıq yığımına!”
Elə bilirsən doğrudan qorxublar Mirqəzəbin tutulmağından?! Əksinə, Saşa elə bundan ötrü xüsusi gəlibmiş desin ki, “partiya daxili demokratiya” şüarı köhnə partiya kadrlarının başlarını yeməkdən ötrü şərait yaratmadan, yəni cəmaatı qızışdırmaq, kadrları tənqid atəşinə tutub başlarını yeməkdən ötrüdü. Budu bax həqiqət!
Mənə de görüm, məktəb uşaqlarını pambığa həməşə şüarnan, şərqiynən aparan Mirbağır deyilmi bu?! Nə olub, indi niyə bağırır birdən-birə?! Çünki “Bezobraziye” demokratiya alıb! Ağızları allahdadı ki, yığım kampaniyası mütəşəkkil keçməsin, plan dolmasın, Sultan Əmirlinin işi bu yandan da əyilsin!.. Axı əsas məsələdi yığım. Rayon pambıq rayonudu. Cəmaatın dirriyi də pambıqdandı, katibin üz ağlığı da.
Mən bilirəm necə qayıdacaq əmin o məhkəmədən. Keçən il Mirqəzəbin şəxsi tapşırığınnan Pers gəldi tutqu təşkil elədi rayonda. Silistsiz-filansız, təsərrüfatı rəhbərlərini doldurdu eşalonun vaqonuna! Əgər əmini də o işə bulaşdırıb lap az-maz da olsa günahkar saysalar, “Bezobraziye” dərhal pıça-pıç salıb pozacaq yığım kompaniyasını. Tükdən asılıdı əmiyin taleyi, oğul. Sənə bel bağlayıb, təhkim eləyib bu zonaya. Gülənova, Rəhimə, Tahirlinin, Qurbanlının sədrlərinə ayrı-ayrı tapşırıb ki, Səmədin bir sözü iki olmamalıdı. Dünən qəstindən evə qayıdanda qolundan necə tutubsan, necə dirək durubsansa, bax bu çöllərdə, pambığın arasında da o cür dirək durmalısan! Düşmənin yaxdığı ləkəni səndən savayı kim silə bilər?! Mənim Qeybalıyı yalan danışmağımnan silinərmi o cür qara ləkə? Sənin bayaqkı o əyili qədd-qamətinə Qeybalının bircə kərə rişxəndnən baxıb “Məcnun” deməyi bəs deyilmi ki, dildən-dilə düşsün təzə adın, Sultanın ürəyinə yük olsun, “Bezobraziye”– nin niyyəti “avariya”sız-zadsız keçsin həyata?!
İndi de görüm, kimdi qadın zorluyan? Sultandı, yoxsa Sultanı belə kökə salanlardı?!
Heç bilirsənmi nə qədər zir-zibil yaxıblar mənim üstümə?.. Gövdəm deşik-deşikdi düşmən gülləsindən, hər yaranın tarixinə bir dastan qoşmaq olar. Əmma gör düşmən nə deyir: paçamın arasını da güllə aparıb guya, onçun övladım yoxdu!.. Adam yanında hörmətimi gör necə bəzəyiblər: “Bacısını kabinetlərə ötürüb oğraşlıqnan qazanıb hər şeyi!..” Güllə qabağına çıxmağa nə vardı?! Oğul istəyirəm bu murdarlarnan döyüşsün!
“Fırtına quşu” oxuyardın mənə atımın tərkində. Çürük nəsihət eləyərdi ki, Aşıq Alıdan, Ələsgərdən oxu, Abbas Divarqanlıdan oxu, ay oğul. Çürüyün cavabında yenə “Fırtına quşu”nu deklomasiya eliyərdin. Səsin hələ də qulağımdadı. İndi niyə qaçırsan fırtınadan?! Bu cığırı əlinə alıb hara gedirdin belə?! nə qədər vurnuxmaq olar bu aralıqlarda?! Üz-gözünə bax, əyninə-başına bax! Bircə o qalıb ki, quşlar yuva qursun başında! Belə eşqmi vəsiyyət eləmişdi sənə bizim qardaşımız?!
Başını qaldır, üzümə bax görüm. Mən sözümü qurtardım hələlik. Üzümə bax görüm, bir şey düşdümü içərinə.? Heç nə demə. Eləcə üzümə bax, kifayətdi…
Səməd başını azca yana əyib necə baxdısa, bu baxışdan sonra yəqin ki, doğrudan da heç nə demək lazım deyildi. Əmma söz Səmədin ürəyini deşirdi:
– Daş deyiləm, insanam. Düşünürəm… Əlləzoğlunun nöyüdü necə tökdüyünü də gözümnən gördüm, kibriti necə çəkdiyini də. Qalxmadım yerimdən. Ev o vaxt evdi ki, insan olsun, mənalı həyat olsun içində… Nə ev-eşik lazımdı mənə, nə də var-dövlət. Heç nə lazım deyil mənə insandan başqa!.. Yeddi il yanmışam, qovrulmuşam öz daxilimdə. Məncə, sən bilirsən bunun səbəbini. Abı da bilir. Əmim də bilir. Gecə bir şey oldu orda, evdə: süfrəyə çaxır dağıldı. Qırmızı çaxır… Mən qan ləkəsi gördüm o çaxıra baxanda, əmimin süfrəsində. Əmim özü də elə gördü! Əhvalı dəyişdi, çoxlu duz tökdü ləkənin üstünə. İndi məlum olur ki, sən də ordaymışsan. Sizin bir-birinizdən gizlin sözünüz yoxdu. Mənə hər şeyi demirsiniz. Əmma nahaq. O şeyi ki, sirr kimi saxlayırsınız, sirr deyil o mənim üçün.
Avariya günü gözüm tutuluydu mənim. Dünya zülmətə bürünmüşdü. Tabutnan tabutun qapağının künclərində mismalardan başqa bir şey görmürdüm. Əmma qəribə zülmətiydi o zülmət. Qəti deyə bilərəm ki, məndən aralıydınız siz orda, dəfndə. Sonralar da yaxın gəlmədiniz heç biriniz. Niyə?! Yeddi ildə həmişə aralı gəzmisiniz. O qan sirrinə görədi hamısı!.. Narahatlıq keçirməyin, əzab çəkməyin, tamam arxayın olun ki, atamın ölümü barədə bir kəlmə də soruşmuyacam sizdən.
Avariya deyil, öldürülüb və Gülənovun o “zaklyuçeniye”-siynən hər şey ört-bastır olunub. Aydın məsələdi. Kimlər iştirak eləyiblər o ört-basdırda? O da aydındı! Təkrar eləyirəm ki, sirr yoxdu burda mənim üçün. Hətta nəynən və necə öldürüldüyünü də bilirəm.
Xalqın o palıd kötüyünün üstündə, çəki daşlarının arasanda bir nal varıydı. At nalı. Ortasına qurğuşun yapışdı-rılmışdı. Təxminən yarımkiloluq qədər, yastı qurğuşun.
Dəfndən qayıdanda gördüm kişmiş yığışdırılıb yerdən. Çəki daşları da haman yerə qoyulmuşdu, kötüyün üstə. Tək o nal yoxudu!
Sonralar gözüm axtardı, nə Çax-çux Xalıqın özünü gördüm, nə də o qurğuşunlu nalı. Mən yəqin bilirəm, lap dəqiq bilirəm ki, atam maşınnan vurub kötüyü aşırıb kişmişi dağıdanda qatil ordaymış, cəmaatın arasında. Nalı götürüb, minib maşına…-Səməd istər-istəməz meşə ətəyinə, haman saqqız ağacına tərəf boylandı.
– Deyirsən yəni Xalıq?!– Qılınc Qurbanın bəbəkləri qığılcımlanırdı.
Səmədin gözləri isə gərgin və durğundu.
– Yox… İkicə gün bundan əvvələ qədər Çax-çux Xalıqı şəkisiz-şübhəsiz qatil sayırdım mən.. . Atam kişmişi dağıdanda idarədəydim. Pəncərədən baxırdım.Kişmişi dağıdandan sonra Qudalı Rəhimin evi tərəfə detdi maşın, məhlənin o biri evlərinin, ot tayalarının aralarında o yan-bu yana şığıdı. Atam tez-tez qapıdan boylanırdı, deyəsən, kimisi axtarırdı. Əmma heç kəs yoxuydu o yanda. Təkcə Xalıqıydı, maşının böyrüncə yüyürürdü. Atam yalvarırdı, atam da söyürdü onu. Sonra bu yana, yola tərəf buruldu maşın. Xalıq görükmədi daha…
– Lemək, Xalıq?!
– Yox, Qurban əmi, yox!… Gecə orda, stolun dalında yananda bir röya gördüm. Gördüm Xalıqın daxmasında kişmiş yeyirəm, zəhər dadır kişmiş. Zəhər verib Xalıq mənə. Əmma qatil deyil… Bakıdan bir vaqonda gəldik onnan…
– Xalıqdan?
– Hə… Srağagün. Əmimin evləndiyini Bakıda dedi o mənə. Kimnən evləndiyini demədi. Niyə? Başa düşmürəm… yəqin ona görə ki, desəydi, daha söhbət eyilmməzdi mənnən. Sonra kupeyə gəldi. Orda da çox müəmmalı şeylər dedi. Mən görən Xalıq deyil bu Xalıq. Tamam başqa adamdı. Əlaqələri genişlənib. Çox mürəkkəb, təhlükəli adama oxşayır indi. Çax-çux Xalıq. Hərdən fikirləşirəm ki, bəlkə elə çox dəyişdiyinə görə daha qatil görmürəm mən onda? Əmma o deyil. Məlum deyil qatil. Xalıq, şübhəsi, tanıyır onu. Mənə elə gəlir ki, qatil ordan, kötüyün üstündən nalı götürəndə qorxub Xalıq. Qorxub ki, hadisə yerində qalar o nal, ələ düşər… Cənubumuzda Məhəmməd Əmir, Ağ Əmir, Boz Əmir kimi gizlin iş adamlarının gizlin işləri barədə məlumat toplamağa göndərilən kəşviyyatçı, şübhəsiz, hazırlanmış adamdı. Bu tayda Gülənovnan, Sayılovnan işləyir, demək, kriminalistikadan-zaddan başı çıxır. Ona görə də qorxuya düşüb, maşının yanınca yüyürə-yüyürə çalışıb ki, nalı alsın qatildən. Alammayıb, əlbəttə… Kupedə dedi: “Avariya günü yaradı ürəyimdə”… Bunu başa düşürəm. Qurğuşunlu nal məşhur naldı. Kimə göstərsən, o saat deyər Xalıqındı. Üstündə də Xalıqın əlinin izi. Lazım gəlsəydi sübut eliyə bilərdilər ki, Xalıqdı qatil, kişmiş dağılanda nalı götürüb, minib maşına, saqqız ağacına çatana qədər maşında olub. Orda nalı geridən çıxarıb səbr Mədədin sağ gicgahına, rulu burub, maşın çevrilənə yaxın atılıb qaçıb… Çox asanca sübut eliyə bilərdilər. Əmma eləməyiblər. Açıq-aydın qəsd işi!… Bir səhifə kağız yazılıb, atılıb arxivə. Əmim də razılaşıb o kağıznan! Necə yəni “qəsd işi deyil”?! Terordan söhbət gedir burda! Söz-söhbətimizdən tamam aydındı ki, xalqın elminə, dilinə, tarixinə teror elan olunub! Sədr Mədədin ölümü “qəsd” deyil?!
Yeddi il səkkiz ayda aramsız fikrimi az-çox durulanı budu indi. Kiməsə danışmalıydım bunu mən. Danışdım budu!…
Qılıncın gözlərindən qıyıqlıq getmirdi.
– Bə niyə indi danışırsan?! Əmiyim o “qəsd işi yoxdu” sözlərini niyə indi deyirsən?!
– Məsələ də elə bundadı. Qurban əmi…
Üç sual var beynimdə.
Birinci sual: Kim öldürüb? Bunu tapmaq çətin olar. Həm vaxt uzanıb. Həm də “Şüşəli” pavilyon adında düşmən ştabı yaranıb.
İkinci sual: Niyə öldürüb? Elmə görədi, şübhəsiz! Əmimi, səni, Xızr Abını, Çürüyü, o gedən KQB polkovnikimizi– Saşanı… Ümumiyyətlə, hamınız niyə susmusunuz?!
Üçüncü sual: Bu anlaşılmaz sükut sizin xeyrinizədirsə, yəni susmaq lazımdırsa, məndən niyə gizlədirsiniz?!
Tabutu açmağa qoysaydılar, çox şübhələnməzdim bəlkə də, Gülənov da “açma” dedi, əmin də. Sonra qəbiristanda gördüm qocalaratamın yarasını gizlədirlər. Tək məndən yox, cəmaatdan da gizlədirlər. Aydınca gördüm, başa düşdüm ki, atama qəsd olunduğunu çox adam bilir, əmma hamı dişiynən tutur, çünki bir nəfərin bir nəfərə qəsdi deyil bu qəsd, elə işdi ki, hamı susmalıdı. Niyə açmırsınız mənə ki, mən də bilim və susum?!
O qurğuşunlu nalı bu yeddi il səkkiz ayda ürəyimdə qurğuşun kimi gəzdirmişəm, heç kəsə heç nə açmamışam. Gözüm nalı axtarıb həmişə. Qatili xəyalımda dəfələrlə ifşa etmişəm, yaxasından yapışıb aparıb təhvil vermişəm. Xəyalımda! Həyatda isə heç nə eləməmçişəm. Çünki nə qədər “qan-qan” desəm də qaynayıb coşsam da, ürəyimin dərinli-yində həmişə duymuşam ki. əslində, nə nalın tapılmağını istəmişəm, nə də qatilin ifşasını. Çünki ifşa mənim “qəsd işi yoxdu” deyən idealımı ifşa eliyə bilər. Qurban əmi! Sən duyursan məni. Duyursan! Qəsd işi aşılsaydı, sizin məndən gizlətdiyiniz sirr də açıla bilərdi, əmim itiraf məcburuyyətində qalıb, etiraf eləməli olardı ki, düşmənnən kompromisə gedib, cinzyətin üstünü örtüb. Bəli! Hamınız örtmüsünüz! Dəli Səmədəm mən, dilimi dişimnən tutmaq qabiliyyətim yoxdu. Açıq deyirəm: cinayəti gizlədənlərin hamısı iştirak eləyib cinayətdə!
Deyirsən: “Səcdəgahın olmalıdı”. Bu qurğu quran murdarların mühitində ideal saflıq, əlbəttə, qeyri-mümkündü. Əmma nə vaxt dərk elədim bunu mən? Indicə! Sən danışanda! Bu ötən yeddi il səkkiz ayda, dünən, bu səhər, lap beş dəqiqə bundan əvvəl faciə içindəydim mən! O kupedə əmimi ifşa eliyəndə Xalıq deyirdi: “Əsasım var”. Mənim faciəmin də əsası var: idealım qadın zorlayıb deyirəm! Bəraət vermə buna! Vermə! Bu hərəkəti məndən gizlətdiyiniz hərəkətin üstünə gəlib cəlladdan da betər, alçaq adama çevirib əmimi! Abı kimi sən də, necə deyərlər, azacıq aşın duzu deyilsən, analiz verdin, xeyli yüngülləşdirdin dərdimi. İndi yoxdu bayaqkı faciə. Mübaliğəsiz deyirəm, yoxdu. O qadının gözləri var gözünün qabağında. Öz fağırlığına. Məzlumluğuna görə zalımlar əlində oyuncağa dönən zənənin bədbəxtliyi var! Bir də… Gizlətmirəm səndən, ağır itki hissi var, Əlləzoğlu nədi?! İnsanın istəyi-bütün varlığıdı! Varlığımı itirmişəm mən! Niyə gizlədim?! Sultan Əmirlini xoşbəxt eləmək istəyirdim dünən. Həqiqətən gördüm mən dünən. Deyirdim gücüm çatar, yanğımı basdalıyaram işərimdə. İndi bu itki daha pis üzür məni! Əmma… bayaq “ölmüşəm” deyəndə nəzərdə tutduğum faciə yoxdu. Yanan Vətənimi görmürdüm! Qırılan xalqımı görvürdüm! Sədr Mədədin iki vətənli durnalarını görmürdüm! Belə dəhşətli böyük faciə içində əmimi yenidən göstərdin sən mənə. Saşa Babayev bilirmiş kimə tapşırmaq lazımdı mənnən danışmağı!… Abı babam peyğəmbər kimi adamdı. Əmma o “Şüşəli” pavilyon barədə danışmalıydı o mənə… Əmimnən bərabər səni də yenidən gördüm. Kimin ağlına gələr ki, hətta Qılınc Qurbanı da çirkaba batırıblar bu murdarlar?! Qıymat kimi uca qadının barəsində də söz deyiblər! Doğrudan da, xəbərim yoxuymuş dünyadan, kömək elə mənə, əgər mümkünsə, bu nalı, bu qurğuşun yükünü də çıxardım ürəyimdən. Fakt özlüyündə dəhşətli faktdı axı! Qardaşının qanını batırıb!… özü də gördüyünə göz yummaqnan yox, saxta “zaklyuçeniye”ni şüurlu təsdiq eləməknən batırıb Mədəd Əmirliyinin qanını! Nədi bu?! Mənəvi iflas deyirlər belə kompromissə. Əmma əmimə yaraşdırmamışam mən “iflas” kəlməsini. Ağlıma gəldikcə dərhal atmışam beynimdən bu kəlməni. Səbəbini dedim sənə, ifşadan qaçmışam. Əmimin hər şeydən əvvəl, məhz uca mənəviyyatıynan fəxr eləmişəm mən həmişə,üstünə toz qonmağını da istəməmişəm. Hətta Mirqəzəbnən telefon danışıqlarından sonra necə sındığını, necə əyildiyini görəndə də, həmişə yenilməz saymışam əmimi.
İndi ayıq düşünmək istəyirəm. Ən acı həqiqəti də çəkinmədən deyə bilərsən. Bu vaxta qədər soruşmamışam, indi də soruşmuram ki, necə olub razılaşmısınız o cür sənədnən. Dəhşətə gəlirəm, deyirəm Qılınc Qurban hara, o cür cinayəti ört-basdır eləmək hara?! Əmma bunu da soruşuram səndən. Bircə şeyi dəqiq bilməliyəm mən: əmim niyə o hala düşdü o ləkəni görəndə süfrədə?! Qardaşının yarasını gördü, dözəmmədi? Əgər belədisə, bəs Çürüknən Abının “Zarıncı”sı niyə yaş çıxartmadı gözündən?! Heç olmasa köyrətmədi! Niyə o cür yatdı?! Daş kimi!
Əzabımı duyursanmı, Qurban əmi?!
Bayaq sən vəhşi düşmənə qalib gəlməyə qabil güclü adam göstərdin mənə və mən başa düşdüm o dəhşətli adamın o gücünü. Deyəsən, çox böyük faciələr gözləyir bu bədbəxt xalqı. Məhz buna görə də hər cür dəhşətə dözür Sultan Əmirli ki. Səlamət qalsın, mübarizələri davam elətsin.
Yas qurub yasda yatan adamı isə başa düşmürəm!
Çürüknən Abını xüsusi gətirmişdi. Ağlayıb daxilən yüngülləşmək istəyirdi. Bəs niyə daşa döndü?!
Duyursanmı mənim işgəncəmi, Qurban əmi?!– Səməd dartıb köynəyinin yaxasını açdı, Sudüşənin qurtaracağından, meşənin sağ səmtindən başlayıb, ulğunluqlar, pöhrəliklər, sirkanlıqlar arasında zolaq-zolaq uzanan pambıq sahələrinə tərəf boylandı.– Bura göndərib məni. Gecəni gündüzə qataram, pambığın arasında yataram, ta yığım qurtaranacan bu çöllərdən yığışmaram! Bircə bu əzab olmuyaydı. Qurman əmi! Güclü adam öz yerində! Mübarizlik, yenilməzlik, hamısı bir yana, mən insan görmək istəyirəm, Qurban əmi! Dünən o yatanda məhz insan itirmişəm mən! Necə qaytarım, necə dirildim o insanı?!
Qılınc Qurban dümdüz yerdəcə tövşüyürdü.
– İndi hər şeyi açıq deməliyik biz sənə. Deyirsən: “Böyük faciələr gözləyir bu bədbəxt xalqı”. Xəbərin varmı ki, İrəvanda. Dərə Ələyəzdə, Göyçədə, Başkeçiddə yurdumuza süpürgə çəkiləndə, yəni qırx səkkizinci oldən bu yana Borçalıya da süpürgə çəkildi, Təhləni də Qaraçöpü də, Qarayazını da (hansını deyim). Tiflisin arxalarının, dərisinin camaatını da irdələyib lap az-maz şübhələndikləri adamları da sürdülər. Eşalonlarda çörəksiz, susuz saxlayıb qırdılar! Əmin “Emadin”də gedirdi. Çalışırdı heç olmasa tək-tək adamlara, yəni şəxsən dərs dediyi, Elm öyrətdiyi təsərrüfat başçılarına tutarlı partiya sənədi-filan düzəltsin, saldırsın, saxlasın sürgündən , üzüüstə ölü kimi qayıdırdı, dost, məsləkdaş yanında da rəmznən danışırdı:”Ağac qalmadı, qırdılar, ay Qurban. Ay Abı, Bağlar bəhrə verməz daha!” Nər Sultanımız uşaq təki hönkürürdü: ”Bağdayı əfsanəyə döndərdilər!…”
Bir gün var… Bir payız günü, yağışı-yağmurıynan dolub canıma,ürəyimə, beynimə, çıxmır ki, çıxmır… Sultan o cür uşaq təki ağlıyandan sonra yuxum ərşə çəkildi. Bu cırtdan əmin lə sındı, arıqladı ki, lap, nə deyim, ərdova döndü, adamlıqdan çıxdı. Nədən ki, boğazından çörək də getmirdi… Necə oldusa, gecənin bir aləmində bir azacıq mürgüləyib, birdən dik atıldım, köhnə mauzeri belimə taxdım, tüfəngi şiynimə keçirdim. Dörd daraq patron sol çiynimdən, bir daraq sağ çiynimdən saldım, birini də belimə bağladım. Stansiyada gurhagur düşmüşdü, vaqonlar dartışırdı, arvad-uşaq qışqırışırdı, güllə səsi gəlirdi. O dəqiqə bildim iş nə yerdədi. Yazıq atı çala– çuxurlarda, selavarlarda nə hala saldımsa. Məhərin budkasına çatanda gördüm tir-tir əair altımda. Qorxdum çatdıyar at, düşdüm. Buraxdım, cumdum, gördüm nə?… Boyunu yerə soxum, ay Qılınc Qurban, rayonun yarıcasını on-on beş uzun eşalona, əmbə aparammırlar, parovozlar qırıq-qırıq qışqırışır, vaqonları açırlar kimlərsə güllə zoruna qoşurlar! Gülənovu görəndə qan beynimə vurdu bir güllə sol ayağının dabanına çaxdım, dübarə çökdü köpəkoğlu, birini də sağ dabanına çaxdım, dəymədi, çökə-çökə döndü baxdı, gördü mənəm. Bağırdı ki,:Başına atmı təpib, görmürsənmi sürülür rayonun, sabah da sizin kəndləri bu hala salacaqlar”. Çəkildim, atıldım xəndəyə, alaqaranlıqda, heç bilirsən necə qıfıl sındırdım?! Şarak-şarak, vaqonun qıfılı daloy! Şarakk-şarrak– o birisi daloy. Cəmaat da ayıq tərpəndi, qapılarıo yan-bu yan çəkib töküldülər düzə, kola-kosa… Məxləs, bir də o vaxt ayıldım ki, tüfəngin qatarları bomboşdu. Mauzerdə də üç-dörd güllə qalıb. O damda, relslərin dalında da rusun əskəri qarışıb erməninin yekəpapaqlısına, üzüüstə döşənişib partapart döşəyirlər. Öz-özümə dedim: “İşin dinib, a Qurban”. Bir də nə görsəm yaxşıdı: qız uşağı, arıqlığından yıxıldıqca sümükləri taqqıldayır. Baxdım: kim?– Lütün kiçiyi, o Diniş deyilən, özü ağırlığında xurcunun iki dolusupatron sürüyür, yıxılır, qalxır. Xır-xırıldadı ki, dədəmgil daldan gəlirlər, qorxma. Məxləs, gün çırtanacan döyüşdük, camaat qaçdı, dağıldı dağa-daşa. Rusnan erməni də doluşdu vaqonlara, taraq-taraq dala sürdülər köpəkuşağı. Bilirsənmi niyə? Nə qədər açığıydısa sürgün, bir o qədər də xəlvətiydi, ay oğul! Əmin! Əmində ordaymış ey, kürəyimdə ağacın dalına gedib atırmış! Özü də nə? Pulemyot! Bəli!… hökumət heç üstünü vurmadı o işin. Demə, Moskvadan qadasın aldığım o “istinni” bolşeviklərdən hansısa dədəsini yandırıb. Bağırovun ki, “Mejdunarodnıy skandal”mı istəyirsən, ayıb olmasın, şalvarlarını çıxartdı Bağırovun sağ-solundakı ermənilərin. Getdi Kremli də bir-birinə vurdu. Görüm necə deyib? Hə: “Rano ili pozdno sarvyotsa etot antiturkskiy plan! Toqda ves mir poydyet na nas! Yəni, “Na vas!…”68
Əmin insanlığını itirməyib. Oğul!… Otuz dörd ildə şəxsən yetirdiyi Bağ övladları getdi! Cəfər kimi pak mələk getdi! Göz yaşı qalarmı Sultanda?! Demə; “Bəs niyə daşa döndü”?! deynən “Nə yaxşı dözür?!”
Səmədin fikri haçalanmışdı:
– …Cəfər əmi də… tutulub?
–Hə də… Bədbəxt Lüt!…Zahirən suyumsuz, daxilən Bağ övladı getdi əlimizdən. Danışardım. Qorxuram tamam-kamal bir şey çatdırammaram. Sultan özü dərs deməlidi sənə. Özü! Üz döndərmə qardaşımdan, oğul! Başqaları kimi sən də mükəmməl dərs al. Bax, onda biləcəksən bu dünyanın tarixini. Yazıq Abı, “Adəm, Həvva” eşidəndə dəli olur: “Torpaqdan yaranmışıq, torpağa gedirik”:-deyən olanda, inanırsanmı ki, kəndin ortasında palçıq yığır ovcuna, yoğurur, başdı-ayaqlı kuklasayağı düzəldir, düşür o “torpaqdanyaranmışıq” deyənlərin üstünə: “Budu ha! Nəfəs verin, Adəm eləyin bunu, Həvva eləyin! Ər-arvad eləyin, doğsunlar, törəsinlər!…” – Qan-tərə batır, daha Qudalılardan-zaddan da qorxmur, yığır cavanları, aparır dərs deməyə… Təftiş Abbasın oğlu Məmməd Xələf Zal sənnən oxuyurdu məktəbdə. Xızr Abıdan dərs alandan sonra getmədi ali məktəbə, bilirsən, şoferlik eləyir. Hünərin var get ona deynən: “Bağ hara, insan hara?!” Göyə çıxar hirsindən ki: “Bağ olmuyan insan da var?!”.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?