Текст книги "Hekayələr"
Автор книги: Антон Чехов
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 14 страниц)
Qurov əzizləmək, zarafat etmək məqsədilə yaxınlaşıb onu qucaqladı, elə bu vaxt özünü güzgüdə gördü. Saçı ağarmağa başlamışdı. Son illər belə qocalması, belə düşməsi ona qəribə göründü. Anna Sergeyevnanın çiyni isti idi və titrəyirdi. Bu isti, bu gözəl, amma, güman ki, özünün həyatı kimi artıq saralmağa, sönməyə doğru gedən həyata yazığı gəldi. Anna Sergeyevna onun nəyini sevir? O, qadınlara həmişə olduğu kimi görünmürdü. Qadınlar onda onun özünü yox, öz təsəvvürlərində yaratdıqları və ömürləri boyu axtardıqları adamı sevirdilər; yanıldıqlarını biləndən sonra da sevgilərinə sadiq qalırdılar. Qadınlardan heç biri onunla xoşbəxt olmamışdı. Vaxt keçirdi, o, yeni qadınlarla tanış olurdu, onlarla görüşürdü, onlardan ayrılırdı, amma bir dəfə də olsun, sevməmişdi, orada məhəbbətdən başqa nə desən, vardı.
Ancaq indi, saçının çallaşdığı vaxtda ürəkdən və həqiqətən sevirdi – ömründə birinci dəfə sevirdi. Onlar bir-birini yaxın, doğma adamlar kimi, ər-arvad kimi, mehriban dostlar kimi sevirdilər, onlara elə gəlirdi bir-biriləri üçün yaranıblar və başa düşmək olmurdu ki, Qurov niyə evlidir, Anna Sergeyevna niyə ərdədir və onlar, sanki tutulub qəfəsə salınmış dişi və erkək köçəri quş idilər. Keçmişlərində nədən utanırdılarsa, bir-birilərinə keçirdilər, hazırkı ömürlərində xoşagəlməz nə vardısa, bağışlayırdılar, hiss edirdilər ki, onları dəyişdirən sevgiləridir. Əvvəllər kədərlənəndə ağlına gələn hər cür fikirlə özünə təskinlik verirdi, indisə fikirləşməyə halı yoxdur, əzab çəkir, səmimi, mehriban olmaq istəyir…
Qurov dilləndi:
– Yetər, əzizim… Ağladın, bəsdir… Gəl indi söhbət edək, bir şey fikirləşək.
Sonra onlar uzun müddət məsləhətləşdilər: necə eləsinlər ki, gizlənməkdən, yalan danışmaqdan, müxtəlif şəhərlərdə yaşamaqdan, uzun müddət görüşməməkdən can qurtarsınlar. Bu dözülməz buxovdan necə xilas olsunlar?
– Necə? Necə? – Qurov başından yapışaraq soruşdu. – Necə?
Və onlara elə gəlirdi ki, bir az da düşünüb-daşınsalar, çıxış yolu tapacaqlar, onda yeni və qəşəng bir həyat başlayacaq; onların hər ikisi yaxşı bilirdi ki, sona hələ çox qalır, ən mürəkkəbi, ən çətini indi-indi başlayır.
Tərcümə edəni: Arif Məmmədov
6 №-li PALATA
I
Xəstəxananın həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürünmüş kiçik bir fligel1313
Fligel – əsas evə bitişik və ya onun yanında olan tikili, yandamı.
[Закрыть] vardı. Fligelin dəmir damı paslanmışdı; su novçası yarıyadək sınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Fligeli çöldən, üstünə çoxlu mıx çalınmış xəstəxana hasarı ayırırdı. Bu ucları yuxarı çalınmış mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana tikililərinə məxsus kədərli və çox pis görünüşdə idi.
Əgər gicitkənin dalamasından qorxmursunuzsa, gəlin dar cığırla gedib fligelin içərisinə tamaşa edək. Birinci qapını açıb dəhlizə giririk. Burada divarın və sobanın dibinə bir yığın xəstəxana tör-töküntüsü atılmışdır. Döşəklər, köhnə, cırıq xalatlar, tumanlar, heç nəyə yaramayan göy zolaqlı köynəklər, yırtıq ayaqqabılar bir yerə tökülmüş, əzilmiş, qarışdırılmışdır. Bu şeylər çürüyür və ətrafa pis qoxu yayırdı.
Gözətçi Nikita, damağında çubuq, həmişə bu tör-töküntünün üstünə uzanırdı. Bu, istefaya çıxmış köhnə bir əsgər idi; paltarına tikilmiş baftaları belə saralmışdı. Üzü sərt və arıqdı, sallaq qaşları sifətini qoyun itinə oxşadırdı, burnu pul kimi qırmızı idi; boyu alçaq, lakin gövdəsi zəhmli, yumruqları saz idi. O, dünyada qayda-qanunu hər şeydən üstün tutan və ona görə də onları pozanları döyməyin zəruri olduğuna inanan sadədil, icraçı və küt adamlar zümrəsinə mənsub idi. Nikita adamların üzünə, döşünə, kürəyinə, hər yerinə vururdu və əmin idi ki, bunsuz qayda-qanun yaratmaq mümkün deyil.
Dəhlizdən keçib bütün fligeli tutan böyük, geniş bir otağa girirsiniz. Otağın divarları çirkli abı rəngə boyanmış, tavanı his çəkmişdir; yəqin, qış vaxtı burada sobalar his verir və otaqda dəm olur. İçəridən çəkilmiş barmaqlıqlar pəncərələri eybəcər bir şəklə salmışdır. Döşəmə köhnəlmiş və bozarmışdır. Otaqdan turş kələm, əsgi yanığı, taxtabiti və ammonyak qoxusu gəlir; bu qoxu ilk dəqiqədə sizə elə təsir bağışlayır ki, elə bil, heyvanxanaya girmisiniz.
Otaqda döşəməyə bərkidilmiş çarpayılar vardı. Bu çarpayılarda göy rəngli xəstəxana xalatı geymiş və başlarına köhnə dəbli qalpaq qoymuş adamlar oturur və yatırdılar. Bunlar dəli idilər.
Cəmisi beş nəfər idi. Bunlardan yalnız biri adlı-sanlı idi, qalanları isə adi meşşanlar idi. Qapı tərəfdən birinci çarpayıda ucaboy, arıq, sarı bığları parıldayan, ağlamaqdan gözləri qızarmış meşşan oturmuşdu. O, başını ovuclarına dayayıb gözlərini bir nöqtəyə zilləmişdi. Bu kişi gecə-gündüz dərdə-qüssəyə qapılır, başını yırğalayır, ah çəkir və acı təbəssümlə gülümsəyirdi. Söhbətdə az-az iştirak edir, suallara adətən cavab vermirdi. Yeməyi-içməyi də qeyri-ixtiyari idi: nə vaxt təklif etsələr. Palatada bu pəncərədən o pəncərəyədək var-gəl edirdi, yanaqlarındakı qırmızılıq onun vərəm xəstəliyinə tutulduğunu göstərirdi.
Ondan sonrakı çarpayıda alçaqboylu, zirək, daim hərəkətdə olan bir qoca uzanmışdı. Onun keçi saqqalı, zənci kimi qara, qıvrım saçları vardı. Gündüzlər palatada bu pəncərədən o pəncərəyədək gəzişir, öz yatağında bardaş qurub oturur, şaqraq quşu kimi fit çalır, yavaşca oxuyur və hırıldayırdı. Gecələr Allaha daha yaxşı ibadət eləmək üçün duranda da, uşaq kimi şən və qıvraq olurdu: yumruqlarını döşünə döyür və barmaqları ilə qapını qurdalayırdı. Bu, yəhudi Moyseyka idi; iyirmi il bundan əvvəl onun papaqçı dükanı yanan zaman başına hava gəlmişdi. 6 №-li palata sakinlərindən yalnız ona fligeldən və hətta xəstəxana həyətindən küçəyə çıxmağa izn verilirdi. Xəstəxanada uzun müddət qaldığına və dinc, zərərsiz bir dəli, bir şəhər təlxəyi olduğuna görə çoxdan bəri bu imtiyazdan istifadə edirdi; onu daima şəhərin küçələrində başına uşaqlar və itlər toplaşmış halda görməyə adət etmişdilər. Əynində xalat, başında məzəli bir qalpaq və ayağında tufli, bəzən də ayaqyalın və hətta tumançaq küçələri dolaşır, darvaza və dükanların qarşısında dayanıb dilənirdi. Bir yerdə ona kvas, başqa bir yerdə çörək, üçüncü bir yerdə pul verirdilər, beləliklə, fligelə həmişə tox və pullu qayıdırdı. Gətirdiklərinin hamısını Nikita əlindən alırdı, əsgər bu hərəkəti çox kobud tərzdə edərək yazığın ciblərini çevirir və Allaha and içirdi ki, bundan sonra cuhudu bir daha küçəyə buraxmayacaq, çünki bu, qaydalara ziddir, o isə qanunun pozulmasına yol verə bilməz.
Moyseyka qulluq göstərməyi sevirdi. Yoldaşlarına su verir, yatdıqları za
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.