Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 11

Текст книги "“Gülüstan”dan öncə"


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 11 (всего у книги 11 страниц)

Шрифт:
- 100% +

Madatovun ilanları, arzuları böyükdü. Heç kəslə bo-lüşmədiyi bu diləklər arabir qəlbində baş qaldıranda belə diksinirdi: “Kim bilir? Aleksey Petroviç gözdən düşə bilər, yerinə… Bəlkə də… Kim bilir? Gərək olsa, yeri düşsə, bu şübhələri lazımi yerinə çatdırmaq lazımdır. Amma həm də ehtiyatı əldən vermək dəlilik olar. General indilik-də şöhrətinin zirvəsindədir”…

Bütün bu düşüncələri ürəyinə gömən Madatov lazım bildiyi adamların vasitəsilə general Yermolov haqqında xanlıqlar arasında fikir yayırdı. Madatovun erməni əlaltı-ları “musurman kirvələrə” ürək sökən sözlər danışırdılar:

– Kirvə, bilirsən o yaranal kimdi? Aaadə, firəng gə-lib Məskovu almışdı. Bu da o padşahı əliyalınqılıc qovub düz Firəngistana. Soora da urus padşahı ağ at üstə, ağ çu-xa əynində gəlib girib onun paytaxtına. Urus padşahını bu bizim Aliskəndər qarşılayıb orda. Padşah da öz döşün-nən bir midal çıxarıb taxıb yaranalın döşünə. Üstündən də fərə yumurtası boyda bir almas. Neyçün ki, çox böyük igidlik göstərib. Soora da urus padşahı onu göndərib ki, gəlib bizim ”xan-xan,” “qan-qan” deyənləri abıra salsın, qulaqburması versin.

Valeriyan Madatovun siyasəti sırf erməni siyasətiydi. Üzdə nə qədər Yermolova sədaqətliydisə, içərisində bir o qədər generalın iki yüz il əvvəlki babasının türk-qıpçaq qanına nifrət edir, şöhrətinə həsəd aparırdı. Bununla belə artmağa, vəzifə qazanmağa can atır, o biri tərəfdən də xanlıqlardan bacardıqca çox torpaq ələ keçirib bu yerlərə, xüsusilə İrandan keçmək istəyən millətinin nümayəndələ-rinə gün ağlayırdı.

Madatov bu düşüncələr içərisində oturub şərab içir, yemək yeyir, eyni zamanda dünənki Məlhəm qələbəsin-dən sonra sabahkı döyüşün aqibətini fikirləşirdi.

Yavəri içəri girib dedi:

– Zati-aliləri, bir nəfər urus mujiki bu üzüyü mənə verib, yanınıza gəlməyə izn istəyir.

Madatov üzüyü görüncə güldü:

– Tanımadın gələni, Vartazar?

– Xeyr, zati-aliləri!

Madatov qahqahla güldü:

– Çağır gəlsin.

Sarı qarğıdalı saçağına bənzər kəkili şapkanın altın-dan çıxmış bir nəfər içəri girdi. Əynində boz sətin yan-ya-xa, köynək, qara çuxa – yermolka, ayaqlarında çarıq var-dı. Akopun dəyişmələrinə adət etmiş Madatov belə hey-rətləndi. Akop saqqal və parikini çıxardıqca Madatov deyirdi:

– Akop, Vartazar yoox haaa, lap doğma anan da sə-ni bu licimdə görsəydi, tanımazdı. Vallahi, Allah səni ar-tist yaradıb. Əgər Avropa şəhərlərindən birində, elə Pari-də doğulsaydın, indi dünya şöhrətli bir aktyordun.

Akop, Madatovun öz əlilə doldurub verdiyi şərabı birnəfəsə içdi, heyrətlə seyr edərək gülümsəyən Vartazara əhəmiyyət vermədən məlumatını çatdırmağa tələsdi:

– Zati-aliləri, işimiz əladan əla gedir. Dünənki qırğın xanın nəfəsini kəsib.

–Axı, xan qələbə çaldı.

– Əməllicə məğlub olub. Çox adamı ölüb. Bu gecə o taya keçəcək.

Madatovun gözlərində acgöz canavar iştahı alışıb yandı:

–Yol bizdə, hardan keçəcək?

Akop təəssüf hissilə əlini dizinə çırpdı:

–Qaladan gizli yol var, ağam. Nə qədər çalışıram ne-çə vaxtdı, heç kəs açmır, ya bilmir, ya açmaq istəmir bu sirri.

Vartazar çıxdı. Madatovla Akop baş-başa qaldılar.

Amma qələbəyə baxmayaraq Mustafa xan da, onun ən yaxın adamları da anlayırdı ki, bu, xanlığın sonuncu qələbəsidir. Xan nökərlərinin çoxu həlak olmuş, Fit qalası-na yolu qoruyarkən şəhid düşmüş, ya da yaralanıb ara-dan çıxmışdı. Hərbi sursat, xüsusilə tüfəng, barıt azalmış, qurtarmaq üzrəydi. Yeganə get-gəl yolunun ağzında rus qoşunu durduğundan qalaya hərbi sursat və artıq tükən-məkdə olan ərzaq gətirmək mümkün deyildi. Qala müha-sirədəydi. Beş ay çəkən bu mühasirəni yarıb keçmək im-kanı yox idi. Təkcə xana məlum olan bir ovçu cığırı qal-mışdı qüzey tərəfdən. Oradan gizlicə arvad-uşağı salamat yerə köçürmək olardı.

Mustafa xan sonralar xalq arasında yayılan “xan qaçdı vaxtı” ifadəsini qəbul edib “qaçmaq” fikrindən uzaqdı: “Dönəcəyəm, maaflar içindən, köçəri tayfalarımdan, sə-daqətlilərimdən toplayıb qayıdacağam. Urus burda çox duruş gətirə bilməyəcək. Qayıdıb torpaqlarımızı yeni qüvvələrlə geri allıq. Adamlarım xəbər gətirib ki, Şahən-şah da ötən bağlaşmasıyla razılaşmır. Şahzadə Abbas Mirzə qüvvət toplayır əlaltından. Gedib qoşulacağam adamlarımla ona. Qayıdacağam”.

Bu fikirlərlə də Mustafa xan atın başını döndərdi. Dünənki döyüş meydanından gecəykən şəhidlərin cəna-zəsi və yaralılar çıxarılmışdı. Amma Madatov adamları-na geri çəkilmək əmri verəndə xan öz mövqeyindən o qanlı mənzərəni, qana boyanmış talanı aydın görürdü. Qəhrəmanlıqla çarpışan igid oğulların qan dənizində əl-qol açıb üzdüyünü görürdü. Üz-üzə gəlmiş iki düşmən bir-birini son nəfəsdə elə boğazlamışdı ki, sanki aşiqlə məşuq qol-boyun olmuşdu. Xan ürəyindəki ağır düşüncə-lərlə meydanı tərk etmişdi: “Lənətə gəlsin müharibəni. Elin cibindən, igidlər cərgəsindən yaxşılar gedir, yerdə qoca, naxoş, qorxaq və yararsızlar qalır. Onlardan millətin artmasıyçün fayda da yoxdu. Kimə gərəkdilər? Dul gəlin-lərə, ərgən qızlara kim sahıblanacaq? İgidlər, ər kişilər ölür. Qalan rəiyətin halı necə olacaq? Arvadlar kimə ərə gedəcək? Bəlkə elə Rəsuli-xuda39 buna görə çoxarvadlılığa izn verib?”

Xanın yadından bir səhnə heç çıxmırdı. Aşağıda çar-pışma gedirdi. O susamışdı, su istədi. Nökərlərdən biri içi sərin su dolu mis qumqumanı ona uzatdı. Qapağı qaldırıb başını geri atdı, elə içmək istəyirdi ki, ilk damla dodağına dəyəndə yadına bir rəvayət düşdü. Elə beləcə bir çarpış-ma vaxtı ərəb əmirlərindən Əbu-ümeydəyə yumşaq çörək və sərin su verirlər. Soruşur: “Mücahidlərə də bu soyuq su, təzə çörəkdən verilibmi?” Cavabında, – “Qardaşları-mız məxsusi səninçün saxlayıblar, ya əmir!” – cümləsini eşidəndə suyu içmir, qəzəblənir: “Qanlarını axıdan İslam mücahidlərinin süfrəsindən fərqli yemək… bundan pis şey təsəvvür etmirəm. Onlar mənimlə eyni səfdə düşman-la üz-üzə dursun – mən yeməyi, suyu onlardan ayrı ye-yib-içim, olarmı? Hamıyçın, yoxsa mən də içmirəm. Apa-rın”, – deyib. Döyüşün elə anında sözlər də, mənzərə də qulaqlarında, nəzərində ildırım sürətilə çaxdı. Qumquma-nı nökərə verdi. Səbəbini izaha macal yoxuydu.

Bu döyüş hələlik son döyüşdü. Gecəylə xan və yaxın-ları arvad-uşağı da götürüb o gizli cığırla Fit dağını tərk etdilər. Mübarizə isə hələ bitməmişdi. Torpağından doy-mayan Mustafa xan hələ bu yerlərə dənə-dönə qayıdacaq, 1828-ci ildə Abbas Mirzənin ordusunun önündə yenidən Şirvan üstündə çarpışacaq, ancaq Şahənşah orduları məğ-lub olub “Türkmənçay bağlaşması” baş tutandan sonra taleyin hökmünə boyun əyəcəkdi. Bir neçə ildən sonra qocalmış xan Vətən həsrətilə çara müraciət edib, Şamaxı-ya dönməyə izn istəsə də, verilməyəcəkdi. Onun şirvanlı-lar arasındakı nüfuzu yeni əngəllər törədə biləcəyindən, Şamaxıda deyil, yalnız Hümbətlərdə yaşamasına razılıq veriləcəkdi. 1846-cı ildə Mustafa xan dünyasını dəyişən-də, cənazəsi gətirilib doğma torpağa – “Yeddi gümbəz” qəbiristanına tapşırılacaqdı.

Bunlar 1846-cı ildə baş verəcəkdi. İndi isə…

Elə həminki qanlı-qadalı 1820-ci ildə Şirvanın satirik şairi Kargər Əhməd xanlığın süqutu ilə xalqın başına gətirilən bəlaları qələmə aldı. Bu həmin o Kargər Əhməd-di ki, bir qədər sonra komendantlıq dövründə millətin acınacaqlı həyatını qələmə alıb, irzi-namusu ayaqlar altı-na atılan “arvad-bazar” yolu tutmağa məcbur olan “Tü-kəzban, Ümmihani” haqqında məşhur satirasını yazmış-dı. Amma bu gün o, heç kimə üz görmədən, adı, sifəti bəl-li xəyanətkarları tarixə tanıtdırıb deyirdi:

Şirvana saldat gələla

Bülbülüm gülündə getdi.

Kişnəşən atlar, dəvələr

Küdrünün çölündə getdi.

Bəydə, xanda qeyrət hanı?

Qoşun tutubdu cahanı,

Tükəzban, Ümmihanı

Yaylığı əlində getdi.

Fit dağının yaylaqları,

Düzdə otlar daylaqları,

Urusun sarı sərdarı

Şoşkəsi belində getdi.

Mədəto şapqası haça

Aman vermir xan göz aça.

Bir oğlu qayadan uca

Arzusu dilində getdi.

Şirvanlı Əhmədəm, tanı,

Yağı gördüm tüküm sanı,

Urus tökdü müslüm qanı

Millətin yolunda getdi.

…Fit qalasını darmadağın edib doğma yurdda at oynadan Madatovun özbaşınalığı, zülmü qoca şair Kər-bəlayı Arif Allahini yaxıb-yandırmışdı. O, bu qanlı müsi-bəti iki misrada qəzanın fitnəsinə, qədərinə təəssüf hissilə söylədi:

Çəkdi nərradi-qəza qəleyi—Fit üstünə

Mustafa məslədinə sahib olubdu Madato.

Doğru deyib şair. Qəzavü qədər böyük dövlətlərin simasında nərd oynayır, xırda millətlər, kiçik məmləkət-lər onların əlində şahmat taxtası üstündəki adi bir “piya-da”dı. İstədikləri tərəfə hərəkət etdirirlər. Bir soruşan yoxdu bu böyük dövlətlərdən, böyük millətlərdən: “Axı, kim sizi vəkil edib bu xalqların, millətlərin, dövlətlərin taleyini həll edəsiz, oynayasız onların taleylərilə?” Vəhşi-dilər – qoy vəhşiliklərində qalsınlar. Kafirdilər – qoy Allah özü onların cəzasını versin. Onlar sizin mədəniy-yəti, dini istəmir, tanımır və özlərinkiylə yaşayırlar – bil-dikləri kimi. Əl çəkin! Arzu edilmədiyi halda müdaxilə etməyin başqalarının həyatına, taleyinə! Siz onlara yalnız fəlakət gətirirsiz! Deyən yoxdur, İnsanlar! Deyən yoxdur. Dünya haqq üstündə qurulmalıykən haqsızlıq hökm sü-rür hər yerdə, İnsanlar! Qan axır çaylardan, qan sızır bulaqlardan. Dünya qan dəryasında əl-ayaq atır, çırpınır, İnsanlar! Qan cığırını göylərə də açmağa qoymayın, İn-sanlar!

Amma… Şamaxıda indi də “xanqaşdı” (xan qaçdı) ki-mi tarixə dönmüş əhvalatın əslində xan heç də qaçmamış-dı. Özündən qat-qat üstün qüvvəyə məğlub olmuşdu. Qarabağ xanlığını, ondan əvvəl Gəncə xanlığını, Şəki xan-lığını, eləcə də başqa param-param olmuş Azərbaycan torpaqlarını – xanlıq və sultanlıqları diz çökdürüb cay-nağına keçirmiş, Türkiyə və İran kimi dövlətlərə meydan oxuyan, Asiyada zəfəri zəfər dalınca çalan cahangir dövlətə məğlub olmuşdu. Döyüşə-döyüşə… çarpışa-çarpı-şa… Bu ölüm-dirim meydanlarında, bu qanlı savaşlarda şəhidlər vermişdi ki, hər biri bir cahan pəhləvanı… Bir gün də döyüşləri davam etdirməyi lüzumsuz görüb, ailə-silə birlikdə Araz qırağı kəndlərindən birinə – Hümmət-lərə çəkilmişdi. Qaçmamışdı, olub-qalanını, eləcə də mil-lətini məhv olmaq bəlasından xilas etmişdi. Hümmətlərə çatanacan yol boyu Teymurazın yox olduğunu bilmir, yaralılar daşınan furqonlarda, kəcavələrdə olduğunu zənn edirdi. Yalnız Hümmətlərdə bacısı Kafiyə sultan vəliəhdin həlak olduğunu, döyüş meydanında aslan kimi vuruşub şəhid düşdüyünü xəbər vermişdi.

Amma Teymuraz bəy şəhid olmamış, ölməmişdi. Meşəyə girəcək yerdə yaralı düşüb qalmışdı. Görünür, at-dan yıxılandan sonra sürünüb gəlmişdi buraya.

Dayə Gülxatın arvad köçə-köç vaxtı xanın ailə dəstə-sindən ayrılmış, qızı Yasəmənlə əl-ələ verib “Bircam” bulağından aşağıda, kahada gizlənmişdi. Döyüş səs-kü-yü, bağırtılar, qalxanlara dəyən polad qılınc səsləri, arabir atılan tüfəng və top partıltıları uzaqlaşıb tamamilə kəsil-dikdən sonra Gülxatın və Yasəmən kahadan çıxıb “Bir-cam” bulağının başına gəldilər. Qorxu içində hələ də ətra-fa baxına-baxına yeriyir, hər bir çatırtıdan diksinirdilər. Bulağa çatıb dayandılar. Ovuc-ovuc su içib, əl-üzlərini yudular. Ürəklərinə bir qədər sakitlik gəldi.

Yasəmən yavaş-yavaş ağaclardan meyvə axtarıb də-rir, hərdənbir tapdığından ağzına atır, anasına da tullayır-dı. Yasəmənin fikri-zikri Teymurazın yanındaydı. Görə-sən, nə oldu, hara getdi, Allah eləməmiş, başına bir işmi gəldi?

– Ana, neyşə getmədik xan adamlarıynan?

Gülxatın Yasəmənin ürəyini kitab kimi oxuyurdu. Qı-zın dərdini bilirdi. Amma anası ona laylay çalanda “beşi-yin o biri tərəfini də qəriblik” bilmiş, Şirvan torpağının məhəbbətini südüylə dadızdırmış, qanına hopdurmuş, “gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” demişdi. Şir-vansız ona dünya da yox kimiydi.

– Bala, – dedi, – xan qurbanı olduğum kim bilir külfətini hara aparacaq: İrana gedəcək, Turana köçəcək? Ya Arazqırağı kəndlərinin, mülklərinin hansında əylənə-cək? Bizim orda kimimiz var, nəyimiz var, bala? Qərib-qürbət ellərdə arvad xaylağı, qız uşağı kimə boyunəti olaq, bala? Dərdini bilirəm. Əgər cavan ağanın başı əlin-dəsə, qismətinsə, gəlib səni genə burda axtarıb tapar.

Gülxatın arvad sözünü bitirə bilmədi, qəfil çığırtıdan ürəyi qopbacaya düşdü. Elə bildi ki, qız ələ keçib, ya ilan vurub. Qorxuyla yerindən sıçradı, yaşına uymayan, can-hövlü sürətlə özünü seyrək kollar arasında görünən Yasə-mənin üstünə atdı. Qıza bir şey olmamışdı. Ağlaya-ağlaya yaralı Teymurazın yanında diz çökmüşdü.

Ananı fikir götürdü: “Xan getdi, qayıdacaqmı?.. Ye-rində vəliəhdi… O da belə… Sağalıb durar, haqqını o ya-ğıdan alar bəlkə”.

– Dur, qızım, çıxmayan cana ümid çoxdu. Allah də-nəsini üzməyibsə, heç nə olmaz, inşallah! Dur get, bir az bulaqdan su gətir.

Amma nə Yasəmən qalxa bilir, nə onu bütün canı, axan o qızıl qanıyla sevən yaralı cavan buraxırdı. Mixək düzümlü biləklərdən bütün gücüylə yapışmışdı. Burnuna Yasəmən ətri dolmuşdu. Bozarmış dodaqlarından bircə söz eşidilirdi, bircə pıçıltı:

– Yasəmən..!

Bu zaman Günəş qüruba doğru əyilsə də, Ağ arxac, Becan türbəsi, Kərəm bərəsi, Qatar qaya, Paklıq qayası, Fit qalasının hələ uçmamış divarları onun işığına qərq olmuş, qırmızımtıl şüalarından al-qızılı qan rəngi almışdı. Ulula-rın ruhuydu bunu deyən:

– Eyb etməz!.. Döz, dözümlü Vətənimin başı min bir bəlalar çəkən övladları. De, de ki, əgər calağ elədiyim, ya əkdiyim ağac tutursa, oğlum, qızım, nəvə-nəticəm do-ğulursa, əgər sələflərim məzarında rahat yatırsa, əgər xə-ləflərimin başı üstündə səma aydın, suları sərin, çörəkləri istiysə… ...Ümidini itirmə! Bu arxa bir su gəlib, ümid var, bir də gələr.

BAKI—ŞAMAXI—UDULU—BAKI

1992—1993

İÇİNDƏKİLƏR

BULAQ BAŞINDA

ŞEİR MƏCLİSİ, ƏDƏB MƏCLİSİ, ZÖVQ MƏCLİSİ

ƏDALƏT DİVANI

KÜRƏKÇAYA DOĞRU

A.ŞUŞADAN

B.ŞƏKİDƏN

C.GECƏ

D.SİSİANOV

C.BAĞLAŞMA

DAYƏM NECƏDİ

XƏBƏR

GÜLXATIN ANA

XEYİR İŞLƏR

MİXƏK ƏTRİ

GÜRCÜ QIZI

GÜLLƏ

BAŞLANDI

UŞAQ HARAYI

YAĞI GƏLİR

FİT DAĞI


Notes

[

←1

]

Ləngəbiz silsiləsində Şamaxıyla Hacıqabul arasındakı dağdadır.

[

←2

]

Yun corab növü

[

←3

]

Nadir şahı nəzərdə tutur.

[

←4

]

İkinci Rüstəm – “Şahnamə” qəhrəmanı

[

←5

]

Ruhların Yaradana “Səni tanıyırıq” dediyi ilk gün

[

←6

]

Qızı – şairə “Ağabacı” təxəllüslü Ağabəyim ağa nəzərdə tutulur

[

←7

]

Güzəştə, yola getmək

[

←8

]

O zamanlar ruslar Azəri türklərini “tatar” adlandırırdı.

[

←9

]

Мütərcim.

[

←10

]

Dovla – ağ pərdəyə deşik açır, üstünə quş şəkli çəkir, kəkliklər yığılıb qaq-qıldaşanda deşikdən – gizləndikləri yerdən tüfənglə vururlar. Bildirçini xırda gözlü torla tuturdular. Toru müəyyən yerə çəkir, bildirçini tora tərəf ürküdür və ilişəndə diri tuturdular xırda gözlü torla tuturdular. Toru müəyyən yerə çəkir, bildirçini tora tərəf ürküdür və ilişəndə diri tuturdular.

[

←11

]

Şair Kərbəlayı Arif Allahi nəzərdə tutulur.

[

←12

]

Dağkeşnişi

[

←13

]

Yarmarka.

[

←14

]

Burada: sənə sadağa, qurban gedim.

[

←15

]

Nadir şah Əfşarı nəzərdə tutur.

[

←16

]

Dilənçi.

[

←17

]

Moskva

[

←18

]

Bazubənd

[

←19

]

Şirvanda yaşlı qadına “bikəsoltan”, “gəlin soltan” kimi adlar vermək dəb idi.

[

←20

]

General sözünün təhrif olunmuş deyimidir.

[

←21

]

Gürcü qızı Güləndamı nəzərdə tutur.

[

←22

]

Kurqan sözunün əsli, qədim şəklidir. Artıq qəbir mənasıni itirib basdırılmış yem nəzərdə tutulur.

[

←23

]

Qazma – yem və ya heyvanat saxlanan yeraltı bina.

[

←24

]

Azuqə.

[

←25

]

Dəvə növü

[

←26

]

Dəvə karvanının başçısı

[

←27

]

Karıs indiki Ağsu ərazisində bir neçə kəndin o zaman ümumi adı idi

[

←28

]

Maaf – xanlığı vergi verməkdən azad edilib yalnız gərək olanda döyüşçü verən tayfalar. Şirvan – Muğan köçərilərinin əksəri maaf olub.

[

←29

]

Udulu torpağı ərazisində əski qala; qalıqları durur.

[

←30

]

Qaleta (suxarı)

[

←31

]

Moskva

[

←32

]

Peterburq

[

←33

]

İpək toxuyan

[

←34

]

On baş.

[

←35

]

Silahlı xanlıq döyüşçüləri.

[

←36

]

V. Madatov nəzərdə tutulur.

[

←37

]

Qafqazı ram edən.

[

←38

]

Yermolov üç dəfə qumıq qızına evlənmiş, onlardan olan uşaqlarını xaç suyuna saldırıb, xristian adı ilə rus zabitlər məktəbinə vermişdi.

[

←39

]

Məhəmməd peyğəmbər.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации