Текст книги "“Gülüstan”dan öncə"
Автор книги: Cəfərzadə Əzizə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 11 страниц)
– Ay əmim balası, xan olanda nooolar. Bir kiçiyə də qulaq ver. Kiçikdən xəta, böyükdən ötə. O da sənün qa-nunundu… Bax, özü də, vallah, lap it kimi peşman olub. Deyir, “bacı, feilə düşmüşəm. Nəslimizin düşmannarının əlində vasıta olmuşam. Növzan-billah hürr kimi çəkmə-lərimi qumnan doldurub ayağına gəlmişəm – bağışlasın məni… Bacın Kafya sultanım da mınnan çox geri düşür, güc verir gözlərinə.
– Əmiqızı…
– Can əmiqızı…
– Mən sənə heyran, əmiqızı!
– Mən sənə qurban…
– Əmiqızı, qoy sözümü deyim. Dilün baldan şirindi. Sözüvü də balnan kəsirəm. Deyir, “avazun yaxşı gəlir, oxuduğun “Quran” olsa”. Neçəmci kərəmdi bu? Bir də deyir: “Quran” oxumaqnan donuz darıdan çıxmaz”. O feillərə ki o qol qoyub…
– Nooolar, ağrın ürəyimə, sən bu səfər, keç mən bacu-vun xətrinə.
– Xətrün əziz olsun.
– Nə deyirəm ki, əmim balası, o gözəl əmilərin, o qey-rətli kişilərin qeyrətinə bağışla bu qeyrətsizliyi. Bir tərəf-dən əmin balası, bir tərəfdən yeznən – bacın əri. Bir də ondan xəta üz versə, and olsun o rəhmətliklərin ruhuna, özüm də əlimnən xançallaram kürəyindən o namərdi.
Arvadı ağlamaq tutdu. Başını köksünə endirib, qar-dan ağ yaylığını üzünə basdı. Xan kövrəlmişdi. Uşaqlıq illərinin mehriban oyunlarının, şirin nağılların, tapmaca-ların, düzgülərin yoldaşı maral qız – indi ağlayan, bozar-mış birçəkləri dingənin o üz, bu üzündən çıxan bu qadın-mıydı? Ürəyi oycalandı. Gəlinlər içində təmizkarlığı, sur-xovluğu, səliqə-sahmanı ilə seçilib sevilən əmisi qızını be-lə pərişan görmək ona ağır gəldi. Bacısı kimi sevdiyi qadı-na tərəf əyildi, başını köksünə dayadı, tirmə qarışıq başın-dan öpdü. Həlimə bikə bu qüdrətli qollar arasında sıxıldı, nəfəsi daraldı, ərklə xanı özündən o yana elədi:
– O yana dur. Naməhrəmsən…
Xan güldü, dikəldi:
– Noolub? Əmioğlu-əmiqızı kəbinimiz göydə kəsi-lib.
Arvad da göz yaşları içində gülümsədi. Üz-gözünü qurulaya-qurulaya:
– O əvvəl idi… Özgəsinə kəbin olmayanda…
– Yaxşı, bəs indi sənin o zamın durduğun qardaşun nəynən isbat eləyir sözünün doğruluğunu?
– Nəynən olacaq? Belə deyir, qohumluğu təzələyək, bir az da yaxınlaşdıraq.
– Mən biləni onun subay bacısı yox, mənim də…
– Sənin yoxdu, onun var, Qızı…
Mustafa xan fikrə getdi. Onsuz da yalvarışa, xahişə tez yatan adam idi. Göz yaşlarına, illah da ki, Həlimə bikə kimi qadının göz yaşlarına dözə bilmirdi.
– Yaxşı, yaxşı, ağlayıb eləmə, ürəyimi də dağlama! Qurban olsun sənin gözlərindən gilələnən incilərin bircə damcısına.
Həlimə bikə sevinc içindəydi. Ürəyində isə qardaşının qurban deyilməsinə razı olmadı. “İraq-iraq, mən qurban”, – düşündü, xəfifcə gülümsəyib pıçıldadı:
Hər ikinizə mən qurban. Əvvəl səni…
Xan zarafatca barmağını əmisi qızına tərəf silkələdi:
– Bax… sən zamınsan ha… Mənə ayrı sübut-dəlil, qo-humluğu təzələmək-zad lazım deyil! Sən zamınsan…
– Olum, qurbanın olum.
– Yaxşı… Amma o əziz qardaşına bildir ki, bu dəfə bir də əlinnən xata çıxsa, sən bacısını ley cücə qapan kimi ça-lıb götürəcəm.
Bu dəfə Həlimə bikə gülə-gülə, ərklə ona sarı barmaq silkələdi:
– Zarafatunnan qalmırsan ha…
Söhbətin hərarəti indinin özündə də Mustafa xanı isit-di sanki. Çadırın dövrəsində var-gəl etdikcə, Həlimə bikə-nin səsi qulağına gəlirdi. Üfüqün qırmızı ləl rəngi saral-mağa başladı. Hələ görünməyən günəşin qızıl telləri bir-bir çırtlayıb qalxdı, yerə, göyə, əlbəttə ki, əvvəlcə göyə hə-yat-işıq saçmağa başladı. Bu tellər canlı rəssam kimi təbiə-tin əlvan rəngini üzə çıxarırdı; otlar yamyaşıldı, yarpaq-ların hər birinin “qulağ”ından bir almaz sırğa asılmışdı. Günəşin ziyaları ildırım – ox sürətilə parlayıb göyə qalx-dıqca qaranlığı, yaz dumanını dağlara, dərələrə tərəf qo-vurdu. Yavaş-yavaş sübhün ilk carçıları torağaylar, qa-ranquşlar səhər nəğmələrinə başlayırdı. Oyanan heyva-natın səsi quşların nəğməsinə qarışırdı.
Mustafa xan doğulduğu gündən sabahın ala-toranın-da başlanan melodiyanı tanıyırdı. Çox eşitmişdi. Muğa-mata alışqan qulaqlarında bu mahnının ayrıca, toxunul-maz yeri vardı, qan oynadan coşqun musiqi kimi. Baba-dağının yaylaqlarında, heç nəylə dəyişməzdi o bahar səhərinin dadlı, həyata çağıran səsini. Küdrü düzünün qışlaqlarında çox eşitmişdi bu səsləri, çox görmüşdü oya-nan təbiətdə canlıların oyanmağını. Həyat hərəkətdi, bilir-di, hərəkət yoxsa – həyat da yoxdu – bilirdi.
Kürəkçayın sahilində, Çaylı kəndinin yaxınlığında qərarlaşdırılmış o “görüş yeri”nə az qalmışdı. Hələ dünən axşama doğru bələdçi atlanıb ətrafı gəzib qayıtmış, “urus böyükü”nün çadırları qurduğu yeri müəyyənləşdirdiyini xana xəbər vermişdi. Cəmi yarım günlük at ayağı yol qal-mışdı. Güman ki, “urus böyükü”nün adətlərə, yerli qay-da-qanunlara bələd olan sərkərdəsi bir azdan sonra öz atlıları ilə onları – Şirvan, Şəki, Şuşa xanlarını qarşılama-ğa çıxacaqdı.
Bu gecə xanlığın gələcəyi sayılan Teymuraz bəy də fikirliydi. Atasının bu görüşdən nə gözlədiyini bilməyən cavan bəzən səfərin məqsədini unudurdu. Gəncliyə məx-sus bir xəyalpərəstliklə gələcəyə güzgü tuturdu. Orada özüylə yanaşı, əl-ələ, nəfəs-nəfəsə bir Yasəmən ətri du-yurdu. Çadırında başını yəhərinə söykəmişdi. Amma də-ri-qayış-keçə qoxusu deyil, təkcə yasəmən iyi gəlirdi bur-nuna. Axı, bu bahar paltarına bürünsə də, bircə iri kol, bircə ağac gözə çarpmayan bu səhrada yasəmən nə gəzir-di? Oğlan öz fikirlərinə gülümsəyərək böyrü üstünə çev-rildi. Əlini sağ yanağının altına qoyub, gözlərini yumdu. Şirin, dadlı bir röya dənizində, əngin, duzlu məhəbbət dəryasında çalxalanmağa başladı. Gördüyü “Bircam” bu-lağıydı. Qayaydı; Paklıq qayası! Ümidlərinin, görüşləri-nin, ilk busəsinin şahidi, təmizlik – paklıq heykəli qara qaya. Üz-üzə dayanmışdılar.
Mixək düzümlü, mərcan naxışlı biləklər, hər barma-ğının bükümündə bircə atəşlər saçan çuxurlar gizlənmiş əllər çağırırdı onu sanki. Qızın kirpikləri yanaqlarında da-raqlanmışdı. Teymuraz onun gözlərində nələr oxunur – bilmirdi, görmürdü. Amma dodaqlarının səyrişməsini gö-rürdü. Təbəssüm yayılmış yanaqlardakı çuxurlar çağırırdı onu sanki… Və…
Birdən utancı da, qorxu-ürkünü də unutdu. Hardan gəlmişdi ona bu qüvvət, bilmədi… Bilmədən də Yasəmə-nin o bahar sərvi boyuna sarıldı. Qızı yerindən qaldırıb üzü bərabərinə gətirdi, burnuna yasəmən ətri vurdu. Do-daqları öz-özünə birləşdi. Odlu-alovlu gənc ömrün ilk bu-səsi hər ikisini yandırdı, məst, bihuş elədi. Amma Yasə-mən daha tez özünə gəldi. Titrək nəfəsi kimi xəfif səslə dilləndi:
– Ağam, görən olar… Ağam…
– Olsun…
– Öldürərlər məni…
– Qoymaram…
– Xanın sənə qəzəbi tutar, ağam, əmoğlun yadından çıxıb yoxsa?
Əlləri boşaldı, qızı usulluca yerə qoydu. Özünün təla-tümdən döyünən ürəyilə Yasəmənin də çırpındığını anal-yır, duyurdu. Təhlükə vardı. Amma bu təhlükə onu məğ-lub edə bilmirdi.
Hardasa bir bülbül oxuyurdu… Nalə çəkmirdi. Sanki məhəbbətə alqışlar oxuyurdu. Hardasa ala-bəzək bir kə-pənək uçurdu, yasəmən ətri çəkirdi güllərdən. Hardasa iki qaranquş təzəcə qurduğu yuvanın üstündə oturub bir-birinə bahar, eşq mahnısı söyləyirdi.
Teymuraz baldan şirin, ipəkdən yumşaq yuxuya dal-mışdı. Yuxuda belə üzünə sevinc, bəxtiyarlıq təbəssümü qonmuşdu.
Teymuraz yuxudaykən xanlar üçü də çadırlardan ara-lı xüsusi məsləhətdəydilər.
GECƏ
– Neynəyəcəyik, xanlar?
– Qol çəkəcəyik?
– Hansı şərtlərə?
Qoca İbrahimxəlil xan ağır-ağır sözə başladı. Gözləri-nin ətrafını qırışıqlar bassa da, hələ işıqlıydı bu gözlər. Ağıl, düşüncə, saçırdı. Qayğı tökülürdü bu gözlərdən:
– Türk “Qalü bəla”dan5 elə bil bir-birinə qənim kəsi-lib. Qanıq olub bir-birinin yerinə, mülkünə, rəiyətinə, tax-tına. Bir az gücləndimi, o birisininkinə göz dikib, hücum çəkib. Əslən yarımdünya İran padşahına nə lazımdı ki, balaca, özündən qat-qat balaca Qarabağ xanlığına göz diksin? Sülh istədim, olmadı. Təbəəliyinə girdim, nə dedi, “eləyərəm”, – dedim, – olmadı. Oğlum Əbilfəth ağanı, cavan kəriməm6 Ağabəyim ağanı hərəminə verdim – gözləri doymadı. Hamısını da qəbiləmin, el-camaatımın qulaq dincliyiçün. Qan tökülməyini istəmədim… Əslində İranda hakimiyyətdə olan türk qanlı Qacarlar bizə qəh-mər çıxmalıydı. Qərəz…
İbrahimxəlil xan danışdıqca Səlim xan və Mustafa xan dərd içində, təəssüf hissi keçirə-keçirə başlarını aşağı di-kib durmuş, dinləyir və düşünürdülər. İbrahimxəlil xan sözünə davamla deyirdi:
– Keçək bu birisinə. Bu dağ boyda, ordusu düzü-dün-yanı tutmuş, bütün Dəsti-Qıpçağı ələ keçirmiş şimal ayısı-na biz neynəyə billik? Birləşməyimiz baş tutmadı. Mər-hum Fətəli xanı heç kəs başacan qəbul eləmədi. Hərəmiz bir yana çəkdik. İçi mən qarışıq hamımız o vədə xanlıq, baş xanlıq iddiasıyla “mənəm-mənəm” deyirdik. Nə qə-dər qan töküldü, fayda vermədi. Rəhmətlik Molla Pənah da urusnan “pişim-pişim”i-müdaranı7 salah görürdü. Lap birləşib Cavad xana qahmar çıxsaydıq da, baş tutma-yacaqdı. Adamlarım Ursetdə, gürcü, erməni içinə gedib, doğru xəbərlərlə qayıdıblar.
Səlim xan və Mustafa xan diqqət kəsildi. Söhbətin əv-vəlindən ilk dəfə başlarını qaldırıb İbrahim xanın gözünə baxdılar:
– Urus Hindistana yol axtarır. O yol başqa səmtlərdən iraqdı, çətindi. Ən qısa, ən asan yol bizdən keçir. Bu yolu öz xoşuna verməsək, başımıza Cavad xan faciəsi gələcək. Adamlarım deyir ki, urusun qoşunu düzü-dünyanı tutub. Özü də xaçpərəst gürcülər, ermənilər ona yolgöstərəndi. Neçəsinə knyaz ad verib, salıb qabağa. Gürcü Sisianov ki-mi, erməni Madatov kimi. Axı bu köpəyuşağı bizim yerlə-ri yaxşı tanıyırlar. Burda onların kirvəsi, qohumu, dost-tanışı var – içimizdəki xaçpərəstlərdən… Qərəz, indi birləşib, – “yox”, – desək də, el-camaatımız əl-ayaq altda gedəcək. Mərhum Molla Pənah demişkən, müdara lazım-dı… Yuyucu qiyamətə zamın deyil, xanlar! Yuyucunun nəyinə gərək soora ölü cənnətə gedəcək, ya cəhənnəmə. Qismət, əməl ölünün özündədir. Nə aparır dünyadan? Baax, biz də bilməliyik ki, nə aparırıq sabahkı görüşə. Nə əldə eləyə biləcəyik, nə qoparacağıq bu kafir dinsizlərdən. Təbəəmiz, elimiz-elatımız yanına nə aparacağıq burdan? Hansı üzlə dönəcəyik? Məni narahat eləyən budu, ağalar!
Səlim xan dilləndi:
– Düz buyurursan, xan, düz buyurursan. Elə bizi də düşündürən budu.
Mustafa xan dərin düşüncə içindəydi. Sanki deyilən-ləri eşitmirdi. Birdən fikrə dalmış başını qaldırdı. Baxış-larını hər iki müsahibinin üzündə saxladı. Dolmuşdu bu baxışlar. Onların ifadəsindən xanların canına daxili bir üşənti düşdü sanki. Hər ikisi qeyri-ixtiyari əzəmilərini çiyinlərinə çəkdi. Mustafa xan deyirdi:
– Bu Şimal ayısının sərkərdəsi, bizə qonşu Gürcüstan, Qafqaz qanından törənsə də, onun Cavad xana göndərdi-yi peyğam-tələb, hədə yadınızdadı? “Gəncəni öz könlünlə təslim etməsən, anaların bətnini yarıb körpələri belə cida-nizə başına keçirəcəyəm”. Bax, əsl məsələ bundadı. Bizi vəhşi, mədəniyyətsiz sayan, bizə “mədəniyyət gətirən” millətin generalı deyib bunu… Daha bundan o yana nə var? Qaradan artıq rəng olmaz. Bizi Qacara, Nadirə baş əyməyən qalalardan endirib, Kürəkçaya gətirən də budu. Qorxaq olmadığımı siz, igid sərkərdələr olduğunuzu mən bilirəm. Amma bu selin qabağında duruş gətirmək olma-yacaq. Nəinki bir-birilə çəkişən, birliyə qol qoymayan biz, hətta, dünyada tanınmış, fateh sultanlar ölkəsi, Osmanlı İmperiyası, Hindistana, Əfqanıstana, Orta Asiya dövlətlə-rinə sahiblənə bilən İran… Müsəlman dövlətləri kimi, türk tayfaları da bir-birinə yağı kəsilib.
– Doğru buyurursuz, xan.
– Düz deyirsiz, xan.
İbrahimxəlil xan çarəsizlik yağan gözlərini müsahib-lərinə dikdi:
– Sizi bilmirəm, amma mən imzalayacağam bu mü-qaviləni.
– Mən də həmçinin. – Səlim xan əlavə etdi.
Mustafa xan keçə üstündən yerə salınmış xalçanı xo-vuna tumarlayırdı.
– Bəs sən, cənab Mustafa xan?
– Bəs sən, hörmətli xan?
Mustafa xan bircə cümləylə cavab verdi, çünki bütün başqa sözlər deyilib qurtarmışdı:
– Mən sizinlə müqavilədən sonrakı müamilənin nəti-cəsini gözləyəcəm.
– Allah köməyimiz olsun!
– Allah məmləkətimizi bəlalardan hifz eləsin! Biz müqtədir xanlar təbəələrimizi qorumağı bacarmadıq. Qoy Allah qorusun!
– Amin!
Xanlar xoruzların ilk banınacan oturmuş, məşvərət etmişdilər. Axırda hər üçü “Amin” deyib, öz mövqeyinə çəkildi. Gecə yarıdan ötmüşdü. Sabahkı görüş üçün yatıb dincəlmək, təzə-tər görünmək, qüruru saxlamaq üçün istirahət lazım idi.
SİSİANOV
Sisianovun çadırında da danışıq gedirdi. Bu kiçik gecə müşavirəsinə general Pavel Dmitriyeviç Sisianov, onun Qafqaz, xüsusilə Qafqaz müsəlmanları – tatarları8 üzrə xüsusi müşaviri polkovnik Arşavir Qriqoryan və Şir-van xanı Mustafa xanın qonağı olmuş, onu şəxsən tanıyan İvan Polikarpoviç, Sisianovun xüsusi tapşırıqlarını həyata keçirən erməni Akop toplanmışdı.
İllərdən 1805, günlərdən may ayının 13-cü gecəsiydi. Sabah günortaya yaxın xanlar Zaqafqaziya Rus Ordusu-nun baş komandanı Pavel Dmitriyeviç Sisianovun iqa-mətgahına çatacaqdı. Onları şərq etiketinə uyğun dəbdə-bə və təntənəylə qarşılamaq zərurətini İvan Polikarpoviç təkidlə tələb edirdi. Çarın ailəsinə yaxın adam olsa da, İvan Polikarpoviçin təklifi Sisianovu razı salmırdı. Sisia-novun kəmhövsələ inadının səbəbini İvan Polikarpoviç yaxşı anlayırdı: general xəstəydi. Qara qızdırma onun əh-dini kəsir, hövsələsini daraldırdı. Qızdırması tutanda gözünə qara-qura həyülalar görünür, qulağına Gəncədə oğulsuz qoyduğu anaların, atasız qoyduğu yetimlərin fəryadı gəlirdi. Gözünün önündə Gəncədə Şah Abbas məscidində bəstə girmiş – Allah evinə pənah aparmış arvad-uşağı, – “içlərində ləzgi qaçaqlar var”, – deyə atəşə tutdurduğu mənzərə canlanırdı. Arvad-uşağın meyidi bir-birinə qarışmışdı, qan, inilti, sızıltı, lənət, qarğış… Bə-zən general qəlbinin dərinliklərində tutulduğu xəstəliyi “basurman da olsa” bir olan Allah evini atəşə tutması ilə bağlayırdı. Allahın cəzası kimi, daxili titrəyişlə qarşılayır-dı bu qara qızdırmanın dişləri şaqqıldadan titrəməsini.
Elə belə tutmaların birində gecə Gəncədə qulaqlarına ulartı gəlmişdi. Bu fəryad, bu ulartının təkrar olunduğu ikinci gecə onun nə olduğunu soruşmuşdu. “İtlərdir, ali nəsəb, itlərdi gecə ulayan”, – cavabını almışdı. Qızdırma-dan əzgin, bitab düşən general, həmin gün Gəncədəki bü-tün itləri güllələməyi əmr etmişdi. Və bütün gün Gəncə küçələrində atəş səsləri eşidilmişdi. Gəncəlilər bu azğın əmrin insan başında da çatlaya biləcəyini anladıqlarından evlərə çəkilib qapı-bacanı bərkitmişdilər.
Odur ki, qızdırmanın havası gəlib titrətməsi tutanda, Sisianovun gözünə görünməmək hər şeydən yaxşıydı. İkinci tərəfdən Sisianov hələ də Gəncənin alınması, Cavad xana çaldığı zərbə-qələbənin təsiri altındaydı. Ona elə gəlirdi ki, Cavad xan və Gəncə faciəsi bütün başqa Azər-baycan xanlarına görk olub. Odur ki, elə ilk addımdan hə-də-qorxu gücünə istədiyini yeritmək fikrindəydi. Daha onların nazıyla oynamağa, çəm-xəmlərinə baş qoşmağa vaxtı yoxuydu. Qarşıda alınmaz Bakı qalasına səfər du-rurdu. General tələsirdi. Tələsirdi ki, bu görüş və mü-qavilələri başından eləyib, Azərbaycanı Rusiyaya qatmaq vəzifəsini yerinə yetirsin və qələbəylə Peterburqa qayıt-sın. Bəlkə oranın, daha doğrusu, Moskvanın abu-havası və həkimləri bu zəhlətökən, canüzən qara qızdırmanı onun canından çıxarsınlar. Üçüncü tərəfdən general qız-ğın təbiətli gürcü və xristiandı. “Müsəlman tatarlara” çox alçaq, kütbeyin, ləngtərpənən, bər-bəzək aşiqi olan məx-luq kimi baxırdı. “Onların əlacı qılıncdır, tüfəngdir, – de-yirdi. – Nə hörmət, nə təntənə axı? Kimdir onlar? Cavad xandan igid olmayacaqlar ki? Mən bu siyasət adamlarını başa düşmürəm. Müahidə, müqavilə nəyə gərəkdi? On-suz da onların əhdini kəsib, böyük imperiyanın şanlı qalib ordusunun köməyilə diz çökdürəcəyik”.
– İmperiya ordusunun da itkisi…
General hövsələsizliklə deyindi:
– Müharibənin öz qanunları var: müharibə dağıntı-dır, ölümdür, qandır. Müharibədə incəbizanlıq eləmək ol-maz!
General Pavel Dmitriyeviç Sisianovun keçdiyi həyat və müharibə yoluna bələd olanlar susurdular. Onlar yaxşı bilirdilər ki, 51 yaşlı general 1791-ci ildə Rus-Türk müha-ribəsində seçilən zabitlərdən biri kimi şöhrət qazandığın-dan üçcə il sonra ona polyakların üsyanını yatırtmağı etibar etmişdilər. Rus Ordusunun Zaqafqaziyaya yürüşlə-rində knyaz Sisianov general Zubovun köməkçisiydi. Az keçmiş Həştərxan qubernatorluğuna yüksəlmişdi. 1802-ci ildə Dağıstanla Rusiya arasındakı sazişi o imzalamışdı. Elə bu zamandan da knyaz Sisianov Azərbaycanın – “Qafqaz tatarları”nın başına bəla kəsilərək, öz ömrünün sonuna doğru irəliləməyə başlamışdı. Ölümünü Bakının “Qoşa Qala qapısı” adlanan darvazasından azacıq aralıda qarşılayacaqdı. Əlini Qala Qapısının açarları üçün uzadan generalın gürcüykən rus qələbəsi, rus müstəmləkələri qazanmaq üçün döyünən ürəyinə xəncəri saplayan Bakı igidi, – ”Bizdə donuzları belə gəbərdirlər”, – deyəcəkdi… Və bu Sisianovun döyüşlər dolu, faciələr saçan, ölümlər yayan həyatının sonunda eşitdiyi son söz olacaqdı. Am-ma… Amma bu sözlərin səslənməsinə hələ düz 9 ay 5 gün qalırdı.
Buna qədər general Sisianov 1803-cü ildə Car-Balakən üsyanını qan içində boğmuşdu. 1804-cü ildə isə Gəncəni və gəncəliləri qanına qəltan edən müharibədə, igid Cavad xana cismən qalib gəlmişdi. Həmişə də təəssüf edirdi ki, Cavad xanı milli qəhrəman mənsəbinə yüksəldən döyüş-də, xan və oğlu Qalanı müdafiə zamanı cəngavər döyüşçü kimi həlak oldular. Və knyaz onları öz xahişilə təslim olmadığına görə, Sisianovun hədə-qorxularına, təhdid dolu məktublarına saymaz cavablar verdiyinə görə, rus saldatının qanını tökdüyünə görə öz əllərilə, alçalda-alçal-da boğazlaya bilməmişdi. Üstəlik, Gəncə düzündə qızdır-maya tutulmuşdu. Qorxunc röyalar, iniltilər, fəryadlar yuxularına haram qatmışdı. Pavel Dmitriyeviç xeyli vaxt keçməsinə baxmayaraq, hələ də bu bəladan – nə həyüla və fəryadlardan, nə də canını üzən xəstəlikdən yaxasını qurtara bilmirdi. Xəyallarını, qulağına gələn səsləri yaxın adamlarından və şəxsi həkimindən belə gizlədirdi. Arxa-sınca lətifə, gülünc fikirlər yaradılmasından ehtiyat edir-di. Elə bu səbəblərə görə də general çox əsəbiydi. Heç bir güzəştə getmək istəmirdi. Cavad xanı məğlub etdikdən sonra güc işlədərək, qara-qorxu gələrək xanları sözsüz təslim etmək istəyirdi. Deyirdi:
– Axı mən saldatam, başa düşün! Siyasət… Sizin siyasətinizdən başım çıxmır. Heç çıxmağını da istəmirəm. Gəncədən sonra neynəyə bilərlər bu dılğır, bir-birilə boğuşan xanlar? İkisinin sözü bir-birinin boğazına getmir. Öyrənmişəm ki, xanlıqlar tarixi boyunca, bunların eyni qardaş, eyni millət kimi üçü bir süfrəyə əl uzatmayıb. Dil-ləri, dinləri bir olsa da, bir-birini anlamırlar. Anlamaq istəmirlər. Hər biri, – “mənəm-mənəm”, – deyib, başa keçmək iddiasındadır. Adamlarımın gətirdiyi xəbərdən mən buna çoxdan əmin olmuşam. Niyə onlardan biri Ca-vad xana qahmar çıxmadı? Çünki Cavad xan da onlara gərəkli olanda arxa durmayıb.
İvan Polikarpoviç aram səslə sözə başladı:
– Bütün bu dedikləriniz doğrudur, knyaz, amma, axı bunlar özləri könüllü surətdə böyük Rusiyanın himayəsi-nə keçib, müqavilə bağlamağa gəlirlər. Biz onları Cavad xan kimi döyüşdə məğlub etməmişik. Sadəcə canlarına qorxu salmışıq. Rus saldatının qanı tökülmədən müqavilə yoluyla girək bu xanlıqlara. Özümüzə əməlli yer eləyən-dən sonra onlar durub, biz durmuşuq. Müxtəlif hadisələr baş verər, bir-bir başları batırılar. İmperiya indi bircə gül-lə atılmadan həm ərazi qazanır, həm də saldat itirmirik. Qurbansız siyasət buna deyərlər, generalım! Siz ki, naşı deyilsiz, şükür Allaha.
Sisianov üz-gözünü bir az da turşutdu. Amma hər halda, çar ailəsinə yaxın olan, həm də təmkinli, özünün də hörmət etdiyi İvan Polikarpoviçin sözlərini bacardıqca sakit qarşılamağa çalışdı.
– Baxın da… Görün nə çıxır bu işlərdən. Amma, val-lah, mən əminəm ki, axırda bunlara qarşı da silah işlətmə-li olacağıq. Xüsusilə o Sizin “dostunuz” Şirvan xanı Mus-tafa xan…
İvan Polikarpoviç razılaşdı:
– Doğru deyirsiz. Düzdü, o, bizi çox mehriban, çox qonaqpərvər qarşıladı; hörmətlə, ehtiramla… Zəngin süf-rələrlə…
Knyaz onun sözünə söz caladı:
– Hamısı da göstərmə…
İvan Polikarpoviç yenə də razılaşdı:
– Doğrudur. Amma mənə elə gəldi ki, o, təbiətcə yumşaq, zərif və ziyalı adamdı. Öz adamlarıyla münasi-bətində də qabalıq görmədim. Bununla belə çox mürək-kəb, ağıllı şəxsiyyətdir. Rastlaşdığımız bəziləri kimi bəsit adam deyil. Nə düşündüyünü duya bilməzsən. Büruzə vermir. Həm də görünür, yaxşı təhsil görüb.
Knyazı gülmək tutdu, zarafatla dedi:
– Əzizim İvan Polikarpoviç, siz Mustafa xanı elə tərif-ləyirsiz ki, qız olsaydım, vurulardım ona.
Bu vaxtacan sakit əyləşib ağalarının sözünə müdaxilə etməyən Akop dilləndi:
– İvan Polikarpoviç düz buyurur, general həzrətləri.
General əlini yellədi, bir cavab vermədi.
İvan Polikarpoviç knyazın bir az əvvəl gülüb zarafat etməsindən razı qalmışdı. Çarının əmrini yerinə yetirmək bir köhnə saldat kimi onun da vəzifəsiydi. Yenə də Sisia-nova müraciət edib ehtiyatla soruşdu:
– Xanlarla söhbəti kim tərcümə edəcək?
– Sizin tolmaç9 Qabdulla necədi?
İvan Polikarpoviç etiraz etdi:
– Yox.. O, yaramaz!;
Knyaz təəccübləndi:
– Neyçün?
– Necə də olsa müsəlmandı, din qardaşıdı.
– Bəs deyirlər, xristyanlığı qəbul edib?
– Etməyinə edib, amma nə etibar bu şərqlilərə, şərq diplomatiyasına? Bir də gördün içində bir şey dəbərdi. Mən bilən Akop yaxşıdı. Türkcəni əla bilir… Elə ruscanı da…
Bu dəfə Sisianov etiraz etdi:
– Yox! Akop, heç olmaz!
– O niyə?– İvan Polikarpoviç gah Knyaza, gah da Akopa baxıb təəccübünü gizlədə bilmədi. Akop başını aşağı salıb dinmirdi. Cavabı knyaz özü verdi:
– Akop mənim Şirvandakı yaxın adamımdı. Deməyi-nə görə, Mustafa xan onu lap yaxşı tanıyır. İndilik kart-larımızı tamam açmaq olmaz. Bir də gördün şahmat tax-tasındakı siyasət gedişindən bir şey çıxmadı. Onun burda, mənim adamım olduğunu Şirvan xanı bilməməlidi. Son-ra bizə gərək ola bilər. Yenə də qoy Qabdulla olsun.
İvan Polikarpoviç siyasi görüşün nəticəsinə məsuliy-yətdən doğan bir fikir içindəydi. Yenə soruşdu:
– Əzizim Knyaz, bəs sizin öz mütərciminiz necə?
Sisianov yenə üzünü turşutdu. Deyəsən, titrətmə əla-məti duyurdu daxilində:
– Yox… Mənim tərcüməçim belə şeylərdə təcrübəsiz-dir. Əvvəlki Çar da güllə yarasından öləndən sonra, bunu tapıblar mənimçün. O da ki, “maya-tvaya” eləyir, hələ ruscanı kamil incəliklərinəcən bilmir. Belə iş üçün ya-ramaz. Onunku əsir danışdırmaq, “dil” dilləndirmək, ümumi, həyati söz və danışıqları çevirməkdi.
Akop yenə də fısıltılı səslə dedi:
– General həzrətləri, qoyun Qabdulla olsun. Mən cildimi dəyişib iştirak edərəm və bir yanlışlıq olsa, yavaş-ca rusca sizə çevirərəm.
General ermənini yuxarıdan aşağı bir süzdü. Eyni dindən olsalar da, gürcü knyazı bu erməni satqınına qəlbinin lap dərin bir yerində nifrət edirdi. Satqınları sev-mirdi:
– Yəni deyirsən, səni tanımaz? Şübhələnməz səndən xan? – deyə gözlərini yaltaqcasına ona dikən Akopdan soruşdu.
Akop qorxu ilə gözlərini endirdi:
– Təcrübəm var… – sözünü bitirə bilmədi, çünki titrətmə havası ilə dişləri şaqqıldayan Sisianov hiddətlən-di:
– Yaxşı, yaxşı… Amma ehtiyatlı ol, xan səni tanısa…—Sözünün dalısını deyə bilmədi, bağırdı, – Adyutant!
Alaçığın önündə knyazının əmrini gözləyən yavər, ağasının səsindən onun titrətməyə başladığını anladı. Cəld içəri girib baş əydi:
– Əmriniz, generalım.
– Yataq…
Məşvərətdəkilər məsələni anlayıb, generalın çadırın-dan çıxdılar. Onlar çıxanacan Sisianovun yatağı hazır idi. Pavel Dmitriyeviç soyunmadan yatağında büzüşdü. Ya-vər onun yalnız uzunboğaz çəkmələrini çıxara bildi. Ça-dırda yorğan, keçə, nə vardısa, hamısını Sisianovun üstü-nə töküb, yanlarını basdırdı. Amma o, bu qədər yükün altında qıvrılıb-açılır, qızına bilmir, dişləri bir-birinə dəyə-dəyə yenə də örtünmək tələb edirdi. Çadırda artıq bir şey qalmadığından yavər qollarını açıb generalın üstünə sərələndi. Onu sımsıq yorğanlar qarışıq qucaqladı. Bilirdi, bir neçə dəfə belə etmişdi. Ağırlıq elə bil ki, titrətməni qorxutmuşdu.
Deyirlər, Şəki xanlarından hansısa birini çöldə titrət-mə tutur, nökər əl altında nə varsa, xanın üstünə salır. Xan yenə isinə bilmir, yenə də, – “üstümə bir şey də at”, – deyə tələb edir.
Xas nökər deyir:
– Ağa, day bir şey qalmayıb, bircə palan var, ondan başqa…
Xan titrəyə-titrəyə xırıldayır:
– Ədə, adını çəkmə, bas belimə!
İndi Sisianov eləcə bir haldaydı və nəinki yavərinin, hətta, eşşək palanının da belinə basılmasına etiraz etməz-di.
Bayırda, o biri çadırdaysa İvan Polikarpoviçi fikir götürmüşdü:
– Görəsən Sisianov səhəri necə açacaq? Görüşə hazır olacaqmı? Eybi yox, əks halda bir şey düşünərik. Görüşü təxirə salıb o biri günə keçirmək olar.
Bayırda çadırlardan uzaq, Çaylı kəndinin xoruzları-nın ilk banıydı. Səhər açılmamışdı, hələ dan yerinin qızar-masına xeyli vardı. Göylərin dərinliklərində hələ qızıl pulcuqlar par-par yanırdı. Qızıl torpaqlar iştahasilə gələn müstəmləkəçilərin ön ordusu yuxudaydı. Açılan yaz sə-hərinin Azərbaycan torpağında, doğma yurdunda yaşa-yan türk millətinə nə gətirəcəyi məlum deyildi.
Gecənin mübhəm sükutu içində artıq general Sisia-novun da dişləri şaqqıldamaqdan qalmışdı. Qızdırması gəlməyə başlamışdı. Bunu onun qıvrılıb açılmasından an-layan yavər, generalı qolları arasından buraxmışdı. Ya-vaş-yavaş üstündən yorğan və keçələri bir-bir alır, kn-yazının bir qədər sonra qan-tərə batıb islanmış, sıxılsa suyu çıxan paltarını dəyişməkçün dəyişək hazırlayırdı. Yavər, deyəsən, düşərgədəki təkcə oyaq adam idi. Amma yox, Düşərgədə daha bir oyaq vardı: Akopdu. Sabahkı görüşdə tanınmadan iştirak edə bilmək, general Sisianova yaxınlığını, rus çarına, rus taxt-tacına sədaqətini bildir-mək üçün özünə münasib geyim, qoyma saqqal, bığ və “saç” hazırlayırdı. İşini gördükcə özünü belə bu “səda-qət”ə inandırmağa çalışırdı. Təcrübəliydi özü demişkən, bu “sədaqət” matahından yeri gəldikcə Mustafa xana, düşəndə İbrahimxəlil xana və İran hökmdarlarına az satmamışdı.
BAĞLAŞMA
İllərdən 1805, günlərdən işıqlı, bahar nəğməli may ayının 13-ü idi. Xanlar gecəki məxfi görüşdən sonra, hərə öz çadırına qayıtmışdı. İndi isə səhərin bu nazəndə çağın-da hərəsi bir tərəfdən – Səlim xan şimal tərəfdən, Mustafa xan şərqdən, İbrahimxəlil xan Cavanşir isə cənub-qərb-dən gəlirdi.
Rus ordu qışlağından azacıq aralıda qurulmuş çadır-ların önündə zabitlər, xüsusi tapşırıqlı mülazim və mə-murlar, adyutantlar və başqaları toplaşmışdı. Sapsarı rus-vari saqqal və bığ yapışdırmış, tanınmaz şəkildə rus tacir-ləri sayağı çəpyaxa çuxa geymiş Akop tərcüməçi Qabdul-ladan azacıq aralıda durmuşdu. Doğma anası belə tanı-mazdı onu. Elə durmuşdu ki, tərcümə olunan sözləri ay-dın eşidə bilsin. Gözləri də, qulaqları da dörd idi.
Hər üç tərəfdən irəliləyən süvarilər görünəndə, gene-ral Sisianovun yavəri çadıra girib xanların ayrı-ayrı səmt-lərdən gəlməyə başladığını xəbər verdi. Çadırdakılar tələsmədən qalxıb, qapıya çıxdılar. Qabaqda general Pa-vel Dmitriyeviç Sisianov, sağında müşavir İvan Polikar-poviç, qərargaha ən yaxın zabitlər… Çiyinlərindəki fırça-şəkilli epoletlər, döş nişanları, orden və medallar iki cida boyu qalxmış günəş altında par-par yanırdı. Hamı dörd gözlə qarşı gələn xanlara baxırdı. Cilovdarlar köhlən atla-rı aramla, təmkinlə çəkirdilər. At üstündəki xanların və məiyyətin əynindəki qiymətli parçalardan pal-paltar, xəz küləcə, yaxınlaşdıqca günəş şüalarından alışıb yanan al-maz, yaqut, zümrüd üzüklər, yaxalıqlara tikilmiş inci-mirvarilər göz oxşayır, iştah açırdı. Hər iki tərəf bir-biri-nin qarşısında əzəmətini, cah-calalını, qürurunu nümayiş etdirirdi sanki. Rus zabitləri bu cah-calala lap qızıl hərisi avropalıların Amerika hindularına —Amerikanın yerli sakinlərinə baxdığı gözlə, acgözlüklə baxırdılar. Baş tutsa, bir güllə belə atmadan bütün bu sərvət ölkəsinə sahib-lənəcəkdilər. Baş tutmasa, qılınclar qından çıxacaq, tü-fənglər çiyinlərdən enəcək, toplar gurlayacaq. Qarabağ da, Şəki də, Şirvan da, Naxçıvan da, Bakı da, o birilər də Gəncə xanlığı kimi qan içində boğulacaqdı. Bilirdilər bu-nu… Yaxşı bilirdilər. Rusların üzündə qalib sevinci, xanla-rın üzündəysə çarəsizlik, məhcubluq aşkar oxunurdu.
Hər bir xan əsas məiyyəti burdan bir ağaclıq yolda qurdurduğu çadırlarda qoyub, görüşə çox kiçik dəstəylə gəlmişdi.
General və məiyyəti onları böyük bir təntənəylə qar-şılayırdı. Kiçik fasilələrlə xanlar bir-birinin ardınca yetişib atdan enir və generalın adamlarıyla görüşürdülər. Əvvəl-cə şəkili Səlim xan, sonra qarabağlı İbrahimxəlil xan, ən sonda şirvanlı Mustafa xan gəlib çatdı. Sanki bir-birini dünən gecə görməmişdilər, elə buradaca görüşürdülər.
General kiçik tanışlıqdan sonra hamının toplanmasını gözləyib xanları birlikdə salamladı:
– Buyursunlar, möhtərəm xanlar, yol gəliblər, hərəsi-nə ayrıca çadır qurdurmuşuq. Dincəlsinlər. Axşamüstü, Allah qoysa, danışıqlara başlarıq, – deyə sağ əlinin geniş hərəkətilə çadırları göstərdi.
Mustafa xanın gözü İvan Polikarpoviçə zilləndi. Tanı-dı onu. Gözləri ovçu gözü olmasından başqa, həm də sər-rast idi. Gülüstan sarayında üç gün ona qonaq olmuş bu adam, böyük hörmətlə Sisianovun dəstəsindən ayrılıb, açıq əlini ona uzadanda, o qonaqlıq yadına düşdü. Çar tərəfindən elçilərdi. Başçıları, tərcüməçi Qabdullanın de-məyinə görə, çarın yaxın qohumu Konstantin Nikola-yeviçdi. İkinci qonaq vəzirin oğlu Semyon Alekseyeviç, üçüncüsü yenə də Qabdullanın deməyinə görə, qoşun böyüklərindən həmin bu İvan Polikarpoviçdi. Qabdulla özü qazax türklərindəndi. Rus böyükləri türkdilli xalqlar-dan, xüsusilə Şimali Qafqazda yaşayan türkdilli xalqlar-dan qumık, qaraçay, balkar və başqalarının bilikli, baca-rıqlılarından tərcüməçi seçir, sədaqətlərinə inanınca yan-larında gəzdirib, siyasi və hərbi danışıqları onların vasitə-silə aparırdılar. O zaman bizim türkcəmiz büsbütün Qaf-qazda, eləcə də Kiçik və Orta Asiyada türkdilli xalqlar arasında yaxşı anlaşılırdı və mütərcimləri də məhz belələ-rindən seçirdilər.
Yaxşı yadındaydı Mustafa xanın: hələ Şirvana isti düşməmişdi. Xanın külfəti Şamaxının üstündə – Bayır Qaladan yuxarıdakı üç təpədən birinin – Gülüstanın üzərindəki qala şəhərciyindəydi. 10-15 günə Fit dağındakı yaylağa keçəcəkdilər. Mustafa xan çox sevdiyi bildirçin ovuna çıxmışdı. Əslində, bu aylarda, quşların yuva tikdi-yi, yumurta qoyduğu vaxtlarda o ov eləməz, tor, ya dov-la10 qurmağı qadağan elərdi. Ova adəti üzrə tək bircə qulamla çıxmışdı. Amma fikri nə tor idi, nə dovlaydı, nə də ən xırda qırmadan istifadə edib bildirçin vurmaq. Sa-dəcə könlünün quşu uçmuşdu Cəngi meşəsinə, Alçalı pir tərəflərə. Qaladan çıxanda hələ hansı ovlağa gedəcəyini kəsdirməmişdi. Heç yol ayrıcına çatmamış, arxadan xas nökərlərdən biri çaparaq özünü Mustafa xana yetirdi:
– Xan, qurbanın olum…
– Nə var, Səməd? Noolub? – deyə xan təşvişlə soruş-du. Ona elə gəldi ki, qalada nə isə yaman bir iş baş verib. Mərhum atası Ağası xanın da ölümünü ona beləcə bir ov səfərində vermişdilər. Çaparaq qayıtmışdı. Fətəli xanla Həsən xanın birləşib kor etdiyi Ağası xanı dəfn eləyib, yerində taxta əyləşmişdi. Şərq hökmdarlarının adətincə atasına rəhmət oxutmaq, özünün “tacgüzarlığını” şüküm-lü, unudulmaz etməkçün zindandakı bütün dustaqları buraxdırdı, borcluları bağışlatdı və ya xəzinədən ödədi. O günkü bütün xahişləri yerinə yetirdi. Xalq o günü böyük bayram elədi; atasına rəhmət, özünə uzun ömür dilədi. Amma bununla belə, xan, igidliyinə baxmayaraq qəfil, gözlənilməz xəbərdən qorxardı. Odur ki, xas nökəri gö-rüncə… Axı, heç kəs, vacib bir hadisə olmasaydı, onu ov əyləncəsindən saxlamağa, səfərini yarımçıq kəsməyə cü-rət eləməzdi. Hətta, arvad tərəfdən qohumları olan şəkili Hüseyn xan, Surxay xan Qazıqumuqlu, Məhəmmədsalah xan Muğanlı, Məlik Mahmud Əlvəndi, Səlim xan Şəkili kimi şəxslər belə ona qalada olmadığı vaxt qonaq gəlsəy-dilər, deyərdilər:
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.