Электронная библиотека » Muğanna İsa » » онлайн чтение - страница 1

Текст книги "GurÜn"


  • Текст добавлен: 29 ноября 2022, 16:00


Автор книги: Muğanna İsa


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 5 страниц)

Шрифт:
- 100% +

İsa Muğanna
GurÜn
(ƏsƏr)[1]1
  Əs-yarat, yaradan; Ər-işıq: ƏsƏr-Yardan işıq


[Закрыть]

Birinci kitab
Elm[2]2
  Kitabda I qədim türk-OdƏR sözləri və SafAğ Elmi hikməti çox işləndiyinə görə dərk olunması çətindir. Odur ki, hadisələrin təsviri sadələşdirilib


[Закрыть]

Min yüz yetmiş beşinci ilin payızında “Əxi” lər – AğEylər Nizamiyə xəbər verdilər ki, Atabəy Cahan Pəhləvan, Atabəy Sultan Şəmsəddin Eldənizin iradəsinin ziddinə, Səlcuq səltənəti ilə Xilafəti barışdırmaq niyyətilə AğEy icmalarını dağıtmaq fıkrinə düşüb, Həmədandan gəlib Həmdünyanın yaxınhğında düşərgə salıb ki, səhər tezdən icmalara və bəlkə hətta Nizami təkyəsinə hücum etsin.


”Təkyə” nə deməkdir, ey Təhriflərim?


Bilmirsiniz.


Şərh-izah yaz, Muğanna: Ehtiyac olanda mötərizədə şərh yaz ki, ölü sözlər dirilib idrak-sızlarımın zülmət beyinlərini işıqlandırsın.


(Şərh: “Təkyə” sözünün əsli – OdƏrcəsi: “TəkEy. Uca tək insan deməkdir. SafAğ Elminin batın-gizhn olduğu zülmət dövrlərində SafAğ Alimləri “Yer”də – EyƏrdə tək-tək gizlənirdilər. Təhrif Xilafət öz “Şeyx” lərinə “Təkyə” – ev bağışlayırdı. Səlcuq sultanları isə “Təkyə”nin mənasını və Şeyxlərin “ƏsSəfa” – SafAğ Elmi ilə İslam dininin əslini – türkcəsini yaydıqlarını bildiklərinə görə “Təkyə” sahiblərinə “iqtə” – AğOd (SafAğ həqiqəti) əraziləri də bağışlayırdılar. Nizami belə bir ərazinin hakimi olsa da, babası Şeyx Müəyyədə bağışlanmış Təkyədə “Şeyx” rütbəsi altında gizlənirdi).


Hücum xəbərini eşidəndə kimlərlə, nə vaxt, necə atlandığını, düşərgədə atdan düşüb Atabəyin ça-dırına necə girdiyini bilmədi.


Atabəy Cahan Pəhləvan təxt-xabda gözü açıq uzanmışdı.


Nizamini başının üzərində görüb diksindi.


– Şeyx?!


Nizami çırağı gətirib taxtın yanına qoydu, əlindəki kitabı hirslə Atabəyin üstünə atdı.


– Səksən birinci səhifəni aç, oxu!


Cahan Pəhləvan əvvəlcə diksinsə de, nə bu gəlişdən təəccübləndi, nə də bu rəftardan. Kitabın cildini qaldırıb “Məxzənül əsrar” sözlərini oxuyanda isə təəccüblənməyə bilmədi.


– Gecə yarıda “Əsrar” oxutdurursan?!


Nizami:

– Aç!


Cahan Pəhləvan heyrətdən tutulub, doğma qardaş qədər doğma Nizaminin tutqun, dərin gözlərindəki müəmmanı heç cür anlaya bilməyib, istər-istəm əzözü də sərtləşdi.


– Hökmdaram mən, Şeyx. Sənin iqtən cəmi Türk ərazilərini təhdi-himayəsində saxlayan sultanımızdan kənarda deyil. Mənim hüzurumda bu qədər hökmlü olma. Əgər səfərimin sirrinə vaqifsənsə, əyləş, danışaq. Vaqif deyilsənsə, yenə danışaq. Sənin bu “Məxzənül əsrar”ını hər ikimizin və Qızıl Arslanın müəllimi Atabəy Şəmsəddin dəfatla oxutdurub mənə, beytbəbeyt, sətir-bə-sətir şərh edib. Elmimizin xəzinəsidir bu “Sirlər xəzinəsi”, sən isə bu xəzinənin sahibisən.

Sənə və bu xəzinəyə müxalif iş tutmaram mən, İlyas.


Nizami:

– Müəllimimiz AtaBəy Şəmsəddinin dərsini unutmusan sən, Cahan Pəhləvan! Bir hədis danışım, dinlə.


İsa peyğəmbər dünyanı gəzirmiş. Bir bazarda it leşi görüb, ayaq saxlayıb. Hamı tüpürürmüş it leşinə: “Qoxu basıb dünyanı!” İsa deyib: “Siz onun dişinə baxın”. Vəssalam. Budur hədis. Əlindəki kitabda yazıhb. “Beytbəbeyt, sətirbəsətir şərh edilib”. Aç xəzinəmin sirrini. Nə deyir Nizami?


Cahan Pəhləvan:

– Bu hədisi atam AtaBəy mənə lap körpə çağımda danışıb, İlyas. “Məxzənül əsrar”ın yazılmağından min yüz qırx bir il əvvəl EySarın YeruSəlimə getdiyi gün baş verib bu hadisə. Sonralar Elmimizin ən məşhur rəmzinə çevrilib. “İt Leşi” bəşəriyyətimizdir. Beyinsiz bəşəriyyətimiz ölüdür. Leşdir, iy verir. Bu iy verən bəşəriyyətin yalnız ağzında dişi səlamətdir.


Nizami:

– İnsan körpəlikdə eşitdiyini unutmur, Pəhləvanım. Çünki beyni SafAğ İşıqla dolu olur. Yaşa dolub, məkr və məhəbbət dünyasında məkrli Xəlifənin qız nəvəsi İnanc Xatunla evlənəndən sonra ise, beynində məkr SafAğ İşığı yeyir. “Sirlər xəzinəsi” nin sirrini aça bilmədin, AtaBəy!


Cahan pəhləvan:

– Doğrudanmı unutmuşam atamın şərhini?!


Nizami:

– EySar otuz dörd yaşında gedib YeruSəlimə. Mənim otuz dörd yaşım var. Xəlifə nəvəsi ilə evlənməmişəm. Beynimdə SafAğ İşığı məkr yeməyib. Sən isə lap kamil məkr mücəssəməsinə çevrilmisən, Pəhləvanımız. Məkr mücəssəməsi Xəlifə Müstədbillahın nəvəsi İnanc Xatun barəsində eyhamını niyə sərfnəzər edirsən?!


Cahan Pəhləvan güldü.

– Sən məndən də məkrlisən, Şeyx. Dedim, səfərimin sirrinə vaqifsənsə, əyləş, danışaq, vaqif deyilsənsə, yenə danışaq. Hökmdar təklifı hamı üçün hökmdür. Hətta AtaBəy təxtinin dayağı dayın Xoca Ömər də mənim xasiyyətimin tündlüyünü bildiyinə görə rəiyyət kimi baş əyir hüzurumda. Yəni dərk edir ki, belə olmalıdır. Başqa cür olsa, vəzirimiz Xoca Ömərlə bahəm Səlcuq səltənəti vəzirlərinin hərəsi bir hökmdara çevrilər, məmləkətdə hərcmərclik düşər. Məkr mücəssəməsi Xəlifə Müstədbillahın nəvəsi İnanc Xatunla mən zahirdə dinə söykənmək, batində SafAğ Elmini qorumaq üçün evlənmişəm. Hüzurumda belə şəstlə dayanıb hökmdara çevrilmə, İlyas!


Nizami:

– Xalis hökmdar kimi danışırsan, AtaBəy.


Cahan Pəhləvan heç nə anlamadı.

– Bəs necə danışmalıyam?!


Nizami:

– Qul kimi danışmalısan!


Cahan Pəhləvan:

– Şeyx! AtaBəyəm mən!


Nizami:

– AtaBəylər nəslən Elmimizin qullarıdırlar. Elmin qulu kimi danış, Elm hökmdarı Nizami qulun olsun.


Cahan Pəhləvan səbirsizləşdi.

– Nə istəyirsən, Şeyx?! Əmr et quluna!


Nizami:

– İt leşinin ağzındakı diş nə rəngdədir?


Cahan Pəhləvan bu dəfə dərhal anladı:

– Xatırladım atamın şərhini! Ağdır dişin rəngi. SafAğ! Bəşəriyyət ölüdür, iy verir, SafAğ Elmi isə heç vaxt ölmür.


Mən sənin iqtən Həmdünyanda Əxi icmalarını dağıtmalıyam, Şeyx. Əxilərin evlərini yandırmalıyam. Gəncədən Abxasa[3]3
  Abxaziya-İndiki Gürcüstan ərazisi, daha doğrusu, Kaxetiya da, qədim OdƏr məkanı kimi, Səlcuq səltənətinə daxil idi.


[Закрыть]
qədər bütün Həmdünyandan qızıl axır sənin Təkyənə. Mən dağıdım, yandırım, sən tikdir. Xəlifə mənə Sultanhq versin, səni mürtəd[4]4
  Dindən xaric


[Закрыть]
elan etsin.


AtaBəy Məhəmməd Cahan Pəhləvan zahirdə Müstədbillaha qul olsun, batində SafAğ Elminə. Başqa cür mümkündürsə, de, Şeyx. Qılıncımızın əsiri Şirürəkli Riçard Müstədbillahın üzünə deyib: Xilafət xristianhqdan gizlin işləmir, yəni müttəfıqdirlər! Belə bir məkr müqabilində mən necə məkrsiz qahm?!


Nizami köksünü ötürdü.


– Sən Həmdünyanın batinlikdən çıxıb həqiqi adı ilə – HəmOdÜn adlandığını görməyəcəksən, Ata-Bəy.


Cahan Pəhləvan:

– Niyə?!


Nizami:

– Vəliəhdlərin də görməyəcəklər.


Cahan Pəhləvan:

– Açıq danış, Şeyx. Mənim batin işlərim məhz ona görə deyilmi ki, qüdrətli Abbasilər Xilafətinin qüdrəti sınsın və Həmdünyan batin-likdən çıxıb HəmOdÜnolsun?!


Nizami:

– Şərh edirəm.


Siyasət Elmimizə müxalifdir, AtaBəy. Beynində daim siyasət dolandığına görə, təkrar edirəm, məkr yeyir SafAğ İşığı. Yəni siyasətlə məkrin fərqi yoxdur.


İndi atamız Şəmsəddin Eldənizin dərs dediyi o məkrsiz uşağa çevirəcəm səni! Oxu səksən birinci səhifəni, dilimizə tərcümə et. Belə lazımdır. Tərcümə et.


AtaBəy gah Nizamiyə, gah kitaba baxa-baxa oxu-yub tərcümə etdi:

– “Süleyman və qoca əkinçi”…


Nizami:

– Dayan. Düz deyil. Bacarmadın, körpə Məhəmməd.


Cahan Pəhləvan təəccüblə duruxub, sonra qəh-qəhə çəkdi.


– Necə yəni düz deyil, Şeyx?! Necə yəni bacar-madın?! Burada cəmi üç kəlmə var. “Süleyman”, “ixtiyar”, “dehqan”, “Süleyman və ixtiyar əkinçi” deyim?


Nizami:

– “Süleyman” kəlməsi sənin dilində deyil, körpə Məhəmmədim. Hələlik “Süleyman” de. Sonrasını tərcümə et, görək nə əmələ gələcək bu tər-cümədən.


Cahan Pəhləvan maraqla, həvəslə, birnəfəsə tərcümə etdi:

"Günlərin birində Süleyman öz elindən çıxıb dünyanı seyrə getdi. Süleymanın ölkəsi böyük-lükdə təxtinin yelindən sübhün çırağı söndü. Əzəməth təxtini bir səhra ağuşuna aldı”.


Nizami qəribə, cazibəli, məlahətli hiyləgər-liklə güldü.


– Hə, körpə Məhəmməd, indi de görək “Süleyman və qoca əkinçi” nə deməkdir?

Cahan Pəhləvan bir az uzun çənəli, enli, göyümtül sifətini ovuşdurub, Nizamiyə baxdı.


– Sən mənim başıma nə oyun açırsan, Şeyx?!


Nizami:

– Suahma cavab ver!


Cahan Pəhləvan Şeyxin gözlərinin dərinliyində titrəyən bir cüt şama diqqət yetirib, ipək yorğanın üstündəki kitabın qara ipək cildini sığalladı.


– Sən mənə Elmimizin xəzinəsini şərh etdirirsən ki, atamızın dərs dediyi körpə Məhəmmədin yaddaşını qaytarasan. Əmma AtaBəy Məhəmməd Cahan Pəhləvan qayıdıb körpə Məhəmməd ola bilməz, Şeyx. “İt dişi” ni xatırladım. Bu hekayənin adında nə sirr var? Bilmirəm. Süleyman – Süleymandır, “ixtiyar” – qocadır, “dehqan” da əkinçi.


Nizami:

– Kömək edirəm: Elmimizin xəzinəsi “Sirlər xəzinəsi” ndə hər Dəri[5]5
  Farsca “Dəri” dili həm qədim OdƏr (Türk) dilidir, həm də Fars və Ərəb dili. Yəni hər ö dilin kökü birdir.


[Закрыть]
kəlməsinin altında bir Elm kəlməsi[6]6
  Elm kəlməsi– OdƏr kəlməsi


[Закрыть]
gizlədilib.


“Süleyman və qoca əkinçi” hekayəsində Süleyman da, qoca əkinçi də tamam başqa adamlardır. Xörəyi bişirdim, qaba çəkdim, ye, körpə Məhəmmədim.


Cahan Pəhləvan birdən qəmləndi.


– Atamız mədrəsənin qapısını açar-açmaz deyərdi: “Süleyman nist”. Biz öz dilimizdə qışqırardıq: “Süleyman yoxdur, ƏsƏlMən var!” Xörəyi yedim, Şeyx. Bağ, Atamızın böyük Oğlu Ulu Bağ ƏsƏlMənin Adı – Odu – Həqiqəti zehnimə işıq saçdı!


Nizami:

– Afərin, körpə Məhəmmədim. Afərin!


Cahan Pəhləvan:

– Əcəb sirli gecədir bu gecə, İlyas. İndiyə qədər heç kəs mənlə belə rəftar etməyib. Heç kəs.


Nizami:

– İnanc Xatun da?


Cahan Pəhləvan:

– İlyas!.. Xatunumun mənlə rəftarını kim çatdırıb sənə?!


Nizami dodaqucu gülümsündü.


– Süleyman çatdırıb.


Cahan Pəhləvan da dodaqucu gülümsündü.


– ƏsƏlMən rütbəsi yalnız UluBağa məxsus deyil. Hansı ƏsƏl çatdırıb?


Nizami?


– Səncə hansı çatdıra bilər? Xatırla, körpə Məhəmmədim. Atamızın ƏsƏlMən – “Süleyman” – “Solomon” və Əllər barədə dərsini xatırla. Bu körpə lap hazır xörəkdir.


Cahan Pəhləvan:

– Yedim, bu xörəyi də yedim. BağBağÜn Babamız – EyOdƏr babamızın Əlidir. Bağ Atamız BağBabÜn Babamızın Əlidir. Bağ Atamızın Oğulları Ulu Bağ ƏsƏlMən, ÜnEv, EvƏrim, EySar isə Bağ Atamızın Əlləridir… sənə ƏsƏr verən EySardır. Belə çıxır ki, Xatunumun mənlə rəftarını “Allah”ımız – ƏlAğımız EySar çatdırıb sənə?!


Nizami:

– Bəli, məhz EySar.


Cahan Pəhləvan:

– İnana bilmirəm!


Nizami:

– Atamız çatdırıb desəm, inanarsan?! Atamız öz körpə Məhəmmədinə nə qədər deyib ki, “Əllah” – ƏlAğ EySar insanın beynində zərrələri də görür. Nəinki Xatunuyun sənlə rəftarını, hətta sənin təxtxabda Xatununla rəftarını da görür. EySarla bahəm Nizami də görür. Çünki Nizami EySarın təkrarıdır. Yerdə! “Süleymanın ölkəsi” bu Kürreyi-ərz – dairəvi Yerdir, ey körpə. “Ölkəsi böyüklükdə təxti” Yer bəşəriyyətinin beynidir. “Təxtinin yelindən sübhün çırağı söndü”. Yəni bəşər beyninin hərəkətindən sabahımızın, istiqba-lımızın günəşi söndü. Niyə, AtaBəy? Çünki ƏsƏlMənin “təxtini bir səhra ağuşuna aldı: insan beyni bəhrəsiz səhraya döndü. Bu “qoca əkinçi”, yəni min yüz yetmiş beş yaşlı EySarın təkrarı olan bu otuz dörd yaşh qoca Nizami bəhrəsiz səhraya “dən” səpir. “Dən” OdÜn – Həqiqət Ünü “Dinə”ə çevrilir.


Məğzi budur bu “Süleyman və qoca əkinçi” he-kayəsinin, ey bəhrəsiz səhra! Dayım Xoca Ömər kimi baş əyə bilmərəm mən bəhrəsiz səhra hü-zurunda! Əxiyə əl qaldırma! AğEydir, uca SafAğ İnsandır “Əxi”. Bətnin dəyişər, məhv olarsan Əxi-yə əl qaldırsan, ey məkr-siyasət!..


…Nizami yalnız çadırdan çıxıb, təhlükənin sovuşduğuna əmin olandan sonra gördü ki, müşayiətçilərindən biri Əxi babadır, ikincisi Qutayba Fərruxqızı. Hər ikisi ağ xirqədə, bir-birindən seçilməyən ağ atların cilovlarını tutub, səhərin alatoranında fəxrle, qürurla Nizamiyə baxırdı.


(Şərh: “Əxi Baba” rütbədir, həm də ad. OdƏrcəsi: AğEy BağBağÜn. AğEylərin Beyin Bağı. Bütün Əxilərin beyinlərində fıkirlərdən xəbər tutan və hamını bir-birinə bağlayan Bağ, Saf Ağ Alimi, Saf hökmdar. Dilinizin əzbəri, “qılınc qəhrəmanı”nız Babək də BağBağÜn rütbəsi daşıyırdı, ey “İdeal”ı “Ölüm-dirim” i, “Peyğəmbərin möhürü”nü dərk edə-edə idraksız qalan qeyriadi idraksızlarım. EyƏr – Uca İşıq ikən “Yer”ə dönəniniz BağBağÜnü “Papaqan” a, “Papaq” a, “Babək”ə “Baba” ya, “Papa” ya – Rim Papasına döndərib, siz idraksızlar isə bu barədə düşünmək də istəmirsiniz: “Əşi, nəyimizə gərəkdi?!”


Bəs “Qətibə” dediyiniz “Qutayba” adı hardandır?


– Bilmirsiniz.


ƏlMən ikən “Alman” a, OdEyƏlƏs ikən “Doyhç”ə, ƏrEy ikən “Ariy”ə çevrilmiş çox adlı millətin dili AğOdumu “qut” a çevirib, bu mənasız sözə “yaxşı”, “oldu” mənaları verib. Yeni tarixin dördüncü-beşinci əsrlərində “Roma” – “Rim“ – Ərim (işığım) şəhərində təhrif Xristianları qıran “Ariy'lər, təhrif dillər mühi-tində AğOda – SafAğ İnsan həqiqətinə “qut” deyəndə onlarla birlikdə döyüşən Təriklərim – Türklərim də məcburiyyət qarşısında “qut” deyirdilər. AğOdEyEvAdı o vaxtlar “Qut ay ba” ya çevrilib. Siz isə “Qətibə”yə çevirib, lap düzəltmisiniz.


“Fərrux” – EvƏr ƏrAğdan azıb, Türkümün özünün dilində əvvəlcə FərƏrAğa, sonra Farsın dilində “Fərrux” a çevrilib, “üzün işığı” mənası alıb. (EvƏr – İşıqEvi və ya EvƏrEy – uca İşaq Evi) “Fər” – işıq mənasına, ƏrAğ (SafAğ İşıq) “Üz” – “sifət” mənasına düşməsəydi, Fars “Fərrux” a “üzün işığı” mənası verə bilərdimi, ey təhriflərim?!” “İdeal”da sizə öz dilinizdə deyilib ki, hələ geri sananan tarixdən əvvəlki əlli minillik tarixdə vətəndən tərik düşüb “Türk” adlandığınız vaxtlardan təhrif etmisiniz OdƏr dilini. Bağdayın beş vilayətindən birinin adına – AğÜzə “Oğuz”, hətta“ qrz”demi-siniz.


“Qutayba Fərrux qızı” – AğOdEyEv EvƏr ƏrAğ AğÜz.


Bu adın türkcəsi ilə OdƏrcəsini müqayisə edin, görün dilin təhrifı insanın mənasını-məzmununu necə dəhşətli dərəcədə təhrif edib.


EyEvə – “Həvva”, AğOd EyEvə – “qutayba” deməklə nə itirmisiniz? SafAğ İnsan həqiqətinin uca Evini itirmisiniz. EyEvdə EyOdƏr, BağBağÜn Babalarınızı, Bağ Atanızla oğulları Ulu Bağ ƏsƏlMəni, EySar ÜnEvi, EvƏrimi və məni – EySarınızı – “Əllah”ınızı – ƏlAğınızı – SafAğ İnsan Bağ Atamın Əlini – Oğlunu itirmisiniz. Nə qazanmısınız? Mənasız “Allah” və cəllad “Din”!


“Əxi baba” və “Qutayba Fərrux qızı” adları Dindən gizlənmək üçün idi).


Şərh qurtardı. Din dilinin “hədis” adlandırdığı hadisənin davamını deyirəm. Gün doğanda atlılar Gəncə çayı vadisinin ən səfalı – SafAğlı dərəsində, palıd, ceviz ağaclarının kölgəsində yəhərlərdən enib çayda yuyundular.


Uzaqda “ələm” – Əlim ağacı ucunda sümük əl ağarırdı. Nizami bu gün birinci dəfə o sümük ələ qəzəblə və hətta nifrətlə baxdı.


– Atmaq lazımdır o əli. Qırıb atmaq lazımdır!


Əxi Baba ağ örpək altında sarı-qızılı saçı ipək kimi işıldayan bəstəboy Qutaybaya tamaşa edirdi. Çün-ki Qutayba Nizamiyə vurğun gözlərlə tamaşa edir-di.


Nizami zərif ziyalı görkəmi ilə uyuşmayan kobud hərəkətlə qızın qoluna toxundu.


– Fikrin hardadır? Mənim TəkEyimi Şiə iqamət-gahına çeviriblər. Səhərdən axşama qədər fars zəvvarlarına dönə-dönə moizə oxuyuram ki, İmam Əlinin əli deyil o əl, ƏlEydir – Uca Əldir. “Ələm” ağacı deyil, Əlimdir. Qanan yoxdur. Şiə sayırlar məni. Əxidən ayrı-Şiə!


Əxi Baba:

– Ələm ağacını kəssən, əli qırıb atsan, qorxudan tir-tir əsərsən, ey körpə İlyas.


Nizami bu gözlənilməz “körpə İlyas” sözlərindən tutulub, duruxub qaldı. Əxi Baba dümağ, pəmbə saqqahnı sığallaya-sığallaya gülümsəyirdi.


– Hə, Şeyx Nizami, tap görüm xəzinə hökm-darıniyə “körpə İlyas” oldu?


Nizami:

– Mənə xirqə verən Əxi Babamın hüzurunda mən həmişə körpəyəm. Dərk edə bilmədim ki, Xilafətin nəzərində Şiəlik əlaməti olan sümük əl qırıhb atılsa, batin Əxi Fərrux İmadımın – Əxi Babamın bitin icmalarında adi Əxilərdən biri olsam, qorxudan xali Əxilər içində niyə tir-tir əsməhyəmmən, Baba?


Əxi Baba:

– Mərifət əhh içində TəkEy olsan da körpəsən hələ, Şeyx Nizami. Qorxudan xali Əxilər də qorxurlar.


Nizami:

– Əcəb müəmmadır! Şərhet.


Əxi Baba:

– Ey oğul, indicə qışqırırdın ki, zəvvarlar Şiə sayırlar səni, Elmi öldürürlər. Qorxudan deyilsə bu qışqırtın, bəs nədəndir?! Budur müəmma, açdım. “Həmdünyan” altında gizlətdiyimiz HəmOdÜn, “təkyə” altında gizlətdiyimiz TəkEy, Şiə “əli” altında gizlətdiyimiz ƏsEy, “sufı” altında gizlətdiyimiz SafAğ, hamısı qorxudan deyilmi?! Qəzəb mücəssəməsinə dönüb Cahan Pəhləvanı döyməyin qorxudan deyildimi, körpə balam?!


Nizami:

– Gözlərin deyir bu gün Babamız şəndir, zarafat edir. Dilin isə çaşdırır məni. “Xəzinə”mizi Fars dili altında gizlətməyim də qorxudandır?!


Əxi Baba:

– Xörəyibişirirəm.


EySarın pənahında olan Əxinin “Xəzinə”ni Fars dih altında gizlətməyi EySarın özünü Fars dili altında gizlətmək deyilmi?! “Sirlər xəzinəsi” ni sənə EySar deyir! “Xəzinə”ni özü gizlədir!.. Hazırdırxörək, ye, körpəbalam.


Nizami:

– Yedim, Baba. Mən məhz qorxduğuma görə qorxudan qəzəb mücəssəməsinə çevrilib AtaBəyi döydüm. Təhlükənin sovuşduğuna əmin olandan sonra BağBağÜnün öz şagirdinə fəxrlə baxdığını görüb qürurlandım, özümdən müştəbeh oldum, dedim o sümük əli qırıb atmaq lazımdır, sən isə məni “körpə İlyas” adlandırıb qürurumu sındırdın.


Əxi Baba:

– Mərifət əhli içində TəkEysən, ey özünü şagird adlandıranım. Mən sındırmadım qürurunu, EySar sındırdı, ey EySarımın təkrarı. EySar özü öz qüru-runu sındırdı. Səni “körpə” adlandıranda məhz özünü ”körpə” adlandırdı!


Nizami:

– EySarın Ününü mən niyə eşitmədim, Baba?!


Əxi Baba:

– BağBağÜnün hüzurunda sən ancaq Bağ-BağÜnə deyilən Ünü BağBağÜnün dilindən eşidirsən. Bunu səndən düz iyirmi üç il gizlətmişəm.


Nizami:

– Niyə?!


Əxi Baba:

– EySarın Ününü sən ilk dəfə on bir yaşında eşitmisən. Harda? Yadındadır?


Nizami:

– Təbrizdə.


Əxi Baba:

– Təfsilatlade. Belə lazımdır.


Nizami:

– Cahan Pəhləvan, Qızıl Arslan, Əmir Dara, Bəhram şah, Qutayba, mən mədrəsənin birinci mərtəbəsində yanaşı oturmuşduq. İmadım dedi: “İlyas, çıx yuxarı mərtəbədəki hücrələrdən birində otur”. Soruşdum ki, “Yoldaşlarımdan niyə ayırırsan məni, Baba?” İndiki kimi onda da dedin: “Belə lazımdır”. Getdim, gördüm hücrələrin hamısının qapısı bağhdır. Geri qayıdanda fəzadan qəzəbli qışqırtı eşitdim: “Baban sənə dedi hücrələrdən birində otur. Niyə qayıdırsan?” Dedim: “Qapılar bağhdır”. Səs soruşdu: “De görüm, bu kimin səsidir?” Dedim: “Atamın səsidir”. Dedi: “Ata nədir, ey bisavad?![7]7
  OdƏrcə BağƏsEvOd (Yaradan Bağ Evinin həqiqəti) sözündən azmış “bisavad” sözü dildə saxlanırdı cünki bu təhrig-əks məna verirdi)


[Закрыть]
Əxi Fərrux İmad sənə öyrədib ki, “ata” deyəndə Od düşün. Niyə “ata” düşünürsən?! Keç otur birinci hücrədə. Qapı açıqdır”. Qapını itələdim. Doğrudan da açıq idi.


Əxi Baba:

– O hücrədə mərhum atan Yusifin səsi ilə danışan Odun – Həqiqətin EySar iki il dərs dedi sənə. İki ilin tamamında bildin ki, atan deyil, atan Yusifın səsi ilə danışan EySardır öz təkrarına dərs deyən. Sonra mənim səsimi eşitdin. Dedim: “İlyas, düş, yoldaşlarının yanında otur”. Düşdün, oturdun. Mən şərh etdim ki, altı şagirddən beşinə mən dərs deyirəm, birinə EySar özü dərs deyir.


De görüm, ilk dəfə Ün eşitdiyin gündən iyirmi üç il sonra, indi sənə dərs deyən kimdir, körpə balam?


Nizami:

– Bu xörəyi də yedim, Baba. “Altı şagirddən beşinə” dərs deyən BağBağÜnün dilindəki “mən” EySarın “mən” idirsə, demək, “altı şagirddən birinə” yox, hamısına BağBağÜnün beyninə gələn Ün deyir dərsi. Mən hücrədən çıxandan sonra nə demisənsə, hamısı EySarın sözləridir.


Əxi Baba:

– Qorxudan xali kimdən qorxur körpə balam?


Nizami:

– Gecə yarıda EySar Əxilərimizin dili ilə mənə xəbər verdi ki, Cahan Pəhləvan məkrə uyub, El-min xilası naminə Elmə qılınc çəkmək niyyətin-dədir. Qorxudan gözlərimə qaranlıq çökdü. Qorxudan xali Əxi Din mühitində cahildən – Divdən qorxur, Baba Div qılıncı ilə qanının tökülməyindən yox, Elmin məhvindən qorxur. Buna görə də Şeyx Nizami qılınc çadırına qorxusuz getdi. Qalib Nizami isə, özündən müştəbeh olub, Əxi Babasının dili ilə EySarından dərs aldı.


Əxi Baba:

– Dərs davam edir, körpə balam. Bu gün mən səni bir kənizlə evləndirirəm. Nizami yenə tutulub, duruxub, bu dəfəki gözlənilməzlikdən hətta bir addım geri çəkilib, Əxi Babaya heyrətlə baxdı.


Əxi baba yenə saqqalını sığallaya-sığallaya gülüm-səyirdi.


– Əmir Daray[8]8
  Dərbən Əmiri Dara batin Ulu Bağ ƏsƏlMənin və Atabəy Şəmsəddin Eldənizin ən zəkalı, Ün eşidən şagirdlərindən idi.


[Закрыть]
göndərdiyin qəzəlin cavabında nə yazmışdı sənə Dara? Yadına sal: “Yaxınına gedəni dişi-dırnağı ilə parçalayır o kəniz”. Haman o kişi qeyrəth kəniz Afaqı sənə hədiyyə göndərib ƏmirDara. Evlənməlisən.


Nizami:

– Üzünü görmədiyim zənənlə evlənməliyəm? Bu nə əcaib işdir, baba?! Qutayba Fərrux qızının məhəbbətini tapdalayıb Dərbənd Hakiminin əlinə su tökən kənizlə?! mənim mədrəsə yoldaşım, SafAğ Alimi “Dara” – OdƏr də Cahan Pəhləvan kimi mühit qurbanı olub, təhrif Daraya çevrilib, Nizamiyə kəniz təklif edir?!


Əxi Baba:

– Daranın məktubunun cavabında nə yazmışdın?


Nizami:

– Təşəkkür… Yazmışdım ki, “Afaq”ın, yəni məktubda SafAğ Elmin məni xoşbəxt etdi.


İndi həqiqətən kəniz göndərib?!


Əxi Baba:

– Məktubu aldığın gündən bir il keçib. Bir ildə Dara dəyişə bilər?


Nizami:

– Div mühiti qatı olsa, bir gündə də dəyişər.


Əxi Baba:

– Demək, dəyişib OdƏrimiz, Dara olub?!


Nizami:

– İnanmıram!.. Yoxsa, bu da dərsdir, Baba?


Əxi Baba:

– Dərsdir, körpə balam. Əmma bu dərsin yekununda həqiqətən Afaq adlı kənizlə evlənməlisən. Qutayba balam necə baxır bu işə?


Qutaybanın gözləri qəzəb saçırdı.


– İlyası təcrid hücrəsindən, tənhalıqdan qayıtdığı gündən, on üç yaşımda sevmişəm mən. O gündən də sən təcrid buyurmusan bizə. Otuz dörd yaşına qədər gözləmişəm ki, yekunu həmişəlik təcrid olsun?! Əgər bu dərsdirsə, necə dərsdir?! Cəzadırsa, nəyə görədir?!


Əxi Baba:

– Sənin sevgilin Nizami deyil, körpə Qutaybam.


Nizami diksindi.


– Necə yəni Nizami deyil?!


Əxi Baba:

– Ey oğul, on bir yaşından bu günə qədər gündə neçə dəfə eşitmisən ki, SafAğların bir-birinə məhəbbəti Elmə, EySara məhəbbətdir! Sizə buyurduğum təcrid cismani təcriddir. Eşqiniz isə əbədi insaneşqidir, əbədidir.


Nizami:

– "Yaxınına gedəni dişi-dırnağı ilə parçalayan kəniz” lə gün keçirə-keçirə Qutaybaya əbədi eşq ilə yaşamalıyam?! Nizamiyəm mən, Baba! Bu yetim qıza altı yaşında Gəncəyə gətirildiyi gündən bağlanmışam mən!


Əxi Baba:

– İndi mən sənə sübut edərəm ki, Nizami deyilsən, körpə İlyasım, Qutaybanın əlindən tut. Tut!


Nizami əlini uzadıb tərəddüdlə Qutaybanın əlindəntutdu.


Əxi Baba:

– Nə hiss edirsən?


Nizami:

– Doğmalıq! Ülvi doğmalıq! Eşq!


Əxi Baba kədərlə gülümsündü.


Nizami deyilsən, körpəsən, körpə balam. İyirmi üç il dərs keçəndən sonra, hələ də unudursan ki, Ey-Sarın ƏsÜzü – Yaradan mənası, hissi, duyğusu Ünlə birgə Əxinin bətninə keçir, ey Təkrar ikən körpə, körpə ikən Təkrar! EySar deyilmi Qutaybanı sevən?! SafAğ İnsan eşqini yorğan altı ilə ey-niləşdirsəniz, bir-birinizə nifrət edərsiniz!


Qucaqlaşın! Əmr edirəm, qucaqlaşın!


Nizami Qutaybaya baxıb, birdən geri çəkildi.


Əxi Baba:

– Nə hiss etdin? Niyə çəkildin?!


Nizami:

– “Yorğan altı” sözlərində əcaib çılpaqlıq gördüm, ikrah hiss etdim, Baba.


Əxi Baba:

– Açıq danış!


Nizami:

– Qutaybaya yaxınlaşanda vəcdimin yüksək-liyində uçan quşa çevrilib cismimi hiss etmirəm. İnsanın məna gözəlliyi bədəni unutdurur.


Əxi Baba:

Lap açıq danış!


Nizami:

– Mən səndən öyrənmişəm ki, insanın paltarı ol-duğu kimi sözün də paltarı olmalıdır. Qutaybanın yanında paltarımı soyunsam, EySar Günəşi qaraldar ki, Nizami sevgilisinin gözünə çılpaq görünməsin!


Əxi Baba:

– Budur Əxi – AğEylərdən qeyri heç kəsin dərk etmədiyi SafAğ İnsan! “Afaq” la yox, SafAğla evləndirirəm mən səni, ey Saf Ağım! Yanındadır “kəniz” – KiÜnƏs” – “Günəş” – OdÜnƏs! Bağrına bas Daranın – OdƏrin göndərdiyi “kəniz Afaq”ını!


Nizami Qutaybaya baxdı, Qutayba Nizamiyə. Sonra hər ikisi Əxi babaya baxdı.


Əxi baba:

– Təcrid ləğv olunur bu gün, balalarım. Nəyə təəccüblənirsiniz?


Nizami:

– Əmir Daranın məktubunda mənim qəzəlim şərh olunmuşdu. Mən “Dara” mı – OdƏrimi mədh etmişdim. OdƏrim isə “Qıpçaq qızı kəniz Afaq” göndərmişdi, “Qıpçaq” kəlməsi altında demişdi: “Qapı açaq”. Yəni zülmətə-beyinlərə qapı açaq, “kəniz” – OdÜnƏs – Yaradan Ün Həqiqəti olsun, “qız” – AğÜz olsun, “Afaq” SafAğ olsun. Bu, qəzəlimin cavabı idi. Bu cavabdakı “Afaq”ı – SafAğ Elminin qızla nə əlaqəsi, baba?


Əxi Baba:


– Qızın üzünə bax. AğÜzdür?


Nizami:

– Bəli, Saf Ağdır üzü. İşıq saçır.


Əxi Ba


Страницы книги >> 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации