Текст книги "Həya və Dəyər"
Автор книги: Dag Solstad
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Əvvəl Yohan Kornelusen Elias Ruklanın üzünü diqqətlə nəzərdən keçirdi, sonra onu iti baxışlarla və diqqətlə başdan-ayağa süzdü. Bu sualda iztehza və ya lağ etmə meyllərinin olmadığına tam əmin olduqdan sonra cavab verdi: “Bəs sən özun, sən nə əcəb fəlsəfə oxuyursan”? Bu suala Elias Rukla belə cavab verdi: “Mənə bu əsas fənn kimi lazımdır. Norveç dilindən buraxılış işi yazmalıyam. O vaxta kimi istəyirəm bütün akademik borclarımı bağlayam. Həm də bu fənn beynimə elə bil səliqə sahman gətirir”
“Hə, deməli əsas odur ki beyninə səliqə sahman, rahatlıq gətirir hə. Belə de!”
“Bəs yazı işini nədən yazacaqsan? – Yohan sorşdu, – İbsendən?”
“Hə, elə İbseni düşünürəm” – Elias cavab verdi.
“Dayan, dayan, – Yohan dedi, – səni mən Yakob müəllimin Vitqanştayn haqqındakı seminarında görmüşəm deyəsən”.
“Hə, orda olmuşam” – Elias Rukla dedi və Yohanın Vitqanştaynın, belə böyük tədqiqatçısının yalnız adını çəkməsinə, onunla köhnə tanışı kimi davranmasına təəccübləndi. Amma, allah tərəfi, bu onda çox təbii alındı. Yohan Kornelusenə çox güman ki İbsen və Vitiqenştaynın vəhdəti maraqlı gəlmişdi. Bəlkə də elə bu səbəbdən o Eliasa Frederikkeyə getməyi (Frederrike – Oslo universitetinində tələbə kafesi – red.) və orda oturub birlikdə pivə içməyi təklif etdi. Onlar Frederikkedə oturub bir-birinin ardınca pivə içdilər və söhbətləri çox maraqlı alındı. Hava qaralmağa başlayanda isə Yohan Kornelusen təklif etdi ki onlar Yordal Amfi hokkey zalına gedib, VİF– GİF qarşılaşmasına baxsınlar.
Onlar mart axşamının alatoranlığında Oslo küçələri ilə irəliləyirdilər. Sulu qar palçığa qarışmışdı. Onlar tramvaydan düşəndə narın yağış yağırdı. Mart küləyinin müşaiyəti ilə tərk edilmiş Oslo fermalarından keçib Yor-dal Amfi idman kompleksinə çatdılar. Bu hokkey zalı Oslonun şərqində yerləşirdi. Elias Rukla və Yohan Kornelusen 300-400 digər hokkey həvəskarı (Elias Rukla hokkey həvəskarı deyildi) ilə ayaqüstü tribunada öz yerlərini tutdular. Hokkey meydançası boz və sürüşkən idi. Rəngbərəng geyimləri ilə diqqət çəkən hokkeyçilər qoruyucu başlıqlara və ayaqlarındakı dəmir konkilərlə buz üzərində ora-bura elə məharətlə şütüyürdülər ki, sankı elə buz üstündə də doğulublar. Hokkey çubuqları, balaca, qara şayba. ( Şaybanı bu buz meydançasında izləmək Elias Ruklaya çox çətin idi). Hokkey maraqlı aləm idi: Buzu cızan hokkey çubuqlarının səsi, amansız toqquşmalar. Hokkey topu uğrunda gərgin mübarizə. Onlar az sayda olan GİF tərəfdarlarının arasında oturdular. GİF başqa sözlə “Qədim Şəhər” adlanan bu komanda Oslonun içərilərində, qədim şəhərdə yaşa-yanların komandası idi. Onlar indi enişdə olan amma tarixli, köklü bir klub idi. Digər komanda VİF isə Volerenqa adının qısaldılmış forması idi. Onlar Oslonun şimal-şərq hissəsini təmsil edirdi. İçəri Şəhəri təmsil edən komada hokkey aləmində son akkordlarını vururdusa, Volerenqanın heç şübhəsiz ki, irəlidə bir-birindən uğurlu illəri vardı. Əslən Oslodan olmayan, ölkənin şərq hissəsində yerləşən balaca bir stansiya şəhərindən olan Yohan Kornelusen təbii ki GİF-ə könül vermişdi. İndi isə o Elias Rukla ilə bərabər tribunadakı yerlərini alıb ürəkdən azarkeşlik edirdilər. O cibindən dəmir su qabını çıxartdı ( içində hər şey ola bilərdi), bir qurtum içib Elias Ruklaya təklif etdi, sonra isə yaxınlıqdakı bütün azarkeşlərə təklif etdi.
“Bir söz deyim amma heç kim bilməsin ha” O Eliasa dedi. “Mən hokkeyi futboldan daha çox sevirəm. Eşitdin nə dedim? Bax heç kimə haa!”
Eliasda bunun tam əksi olduğu üçün dostunun hokkeyi futboldan niyə bu qədər çox sevdiyini soruşdu.
“Səbəb çox sadədir! Ritm, sürətli temp” Yohan Kornelusen ciddi cavab verdi.
“Hokkeyin ritmi sənlə mənə daha uyğun gəlir” Yohan Yornelusen dedi.
“Bizə?” Elias Rukla təəcübünü gizlədə bilmədi.
“Bəli Bizə!” Yohanın heç nə olmayıbmış kimi cavab verdi. “1960-cı illərin adamlarını nəzərdə tuturam”
“Hokkey, elə bil ki, insanların rok musiqisinə cavabdı” – Yohan dedi.
Oyun bitdikdən sonra onlar Stortveits kafesində oturub biraz da pivə içdilər. Yenə söhbətləri maraqlı alındı və kafe bağlanana kimi pivə içən Elias Rukla və Yohan Kornelusen müxəlif mövzuları müzakirə etdilər.
Kafe bağlananda isə onlar hər ikisi də Soqn tələbə şəhərciyinə doğru yönəldilər (Osloda yalnız tələbələrin yaşayışı üçün tikilmiş 20-25 binadan ibarət kiçik şəhərcik). Düzdü Soqnda onlar hərəsi ayrı-ayrı binalarda yaşayırdılar amma yolları bir idi və onlar bu birlikdəlikdən zövq alaraq yaşadıqları yerə çatdılar. Burada da onlar ayrılmaq istımədilər. Gecəni maraqlı bir musiqili məclislə yekunlaşdırmaq istədilər. Yohan Kornelusen tələbələrdən birinin evində belə bir partinin olduğunu bilirdi və dostunu da götürüb həmin evə gəldi. Qapıya çatanda Yohan Kornelusen qapının zəngini basdı və içəridəkilər Yohanı ən hörmətli, dəyərli qonaq kimi salamladılar. İki dost məclisin lap qızışan vaxtında gəldiklərindən çox düşünmədən oxuyan, oynayan, zaraftlaşan tələbə yığınına qoşuldular. Onlar pivə ardınca pivə içirdilər. Hətta axırda içdikləri pivənin belə sayını itirdilər. Gecənin bir aləmində Elias Rukla hiss etdi ki Yohan yoxa çıxıb. Biraz axtardıqdan sonra dostunu mərtəbənin ümumi mətbəx stolunun üstündə bir xanımla qucaqlaşıb yatan vəziyyətdə gördü. Elias şox yorğun və içkili olduğundan elə bu mətbəxdəcə yerə uzanıb əllərini balış kimi başının altına qoyub yatmışdı. Birdən o ətrafda səs eşitdi, sonra elə bil kimsə onun çiynindən tutub silkələdi. O başını qaldıranda başının üstündə Yohan Korneluseni gördü. Soqn tələbə şəhərciyinin bu binasının bu mətbəxinin pəncərəsindən günəşin ilk şəfəqləri içəri süzülürdü. Yohanın əlində isə bir şüşə buz kimi soyuq akevit vardı. “Dur, səhər yeməyimizi yeyək” – o dedi.
O soyuducudan şokalad yağı, cem, siyənək balığı və pendir çıxartdı. Yumurta qaynatdı. Elias Rukla isə bu ərəfədə hamama keçib duşu açdı və su axınının altında dayandı. İlk tələbələr artıq yavaş-yavaş binanını tərk edirdilər. Dünən həmin məclisdə olan tələbələr isə Eliasla Yohanın olduğu mətbəxə girib stolun ətrafında oturdular. Qızlar və oğlanlar bir yerdə əyləşib nahar etməyə başladılar. Bəziləri hətta dünənki içki məclisi bəs deyilmiş kimi indi də bu səhərin erkən saatlarında əllərini stolun üstündə olan pivə və akervitə uzadırdılar. Belə tezdən içməyin bütün dərs gününü məhv edəcəyini düşünüb heç içməyən tələbələr də vardı aralarında, amma onlar azlıq təşkil edirdi.
Stolun ətrafında oturan qızlardan biri Elias Ruklaya çox tanış gəldi. Biraz düşünəndən sonra o qızın dünən gecə Yohan Kornelusenlə mətbəx stolunun üstündə qucaqlaşıb yatan qız olduğunu yadına sala bildi. Bu qız yalnız yemək yeyirdi və əlini heç içkiyə uzatmırdı da. Qız Yohan Kornelusenin yanında otursalar da gecə aralarında nəsə olmasına dair heç biri kiçik bir nişanə də vermirdi. Ya hər şeyi tam unutmuşdular, ya da belə olmasının hər ikisinə daha xeyrli olması düşüncəsində idilər. Yohan Kornelusen onunla biraz da nəşəli şəkildə asta-asta söhbət edirdi. Əhvalı isə Oslo şəhərinin günəşi kimi ilıq və laqeyd idi. Onlar dünən aralarında heç nə olmayıbmış kimi şirin-şirin söhbət edirdilər. Ya da ki elə olmuş kimi. Və Soqn tələbə şəhərciyinin üzərinə doğan yeni gündə yeni arzularla yeni ehtiras və istəklə danışırdılar. Dünən artıq onlar üçün heç bir əhəmiyyət kəsb etmirdi. Bu yeni gün bu xanıma Blinderndə yeni bir dərs günü, Yohana isə universitet həyatında yeni səhifə demək idi. Amma bu an hər şey fərqli idi. Onlar Yohan Kornelusen, Elias Rukla, bu qız və dünənki məclisin başqa tələbələri burda, bu tələbə şəhərciyində mətbəxdə oturmuşdular. Kimisi yeyir, kimisi içir kimisi də dünən baş verənlərin təsirindən baxışlarını məhcul bir nöqtəyə zilləyib danışmırdılar. Saat artıq 12-yə yaxınlaşırdı və Yohan Kornelusen bu aralar narahat görsənməyə başladı. O universitetə getməliydi. Elias Rukladan onunla universitete gedə biləcəyini soruşdu. Onlar yeni universitetdə yeni məcara, yeni çağırış axtarışı ilə Soqn tələbə şəhərciyindən universitetə tərəf gəzə-gəzə gedirdilər. Yohanın cibindəki balaca Akervit şüşəsi artıq yarı boş idi, yada yarı dolu. Onlar Soqn tələbə şəhərciyindən çıxıb universitetə gedən arxa yola buruldular. Universitetə gedən yol hamar deyildi. Və arxa küçədəki bu yolda onlar çoxlu kələ-kötür yol və təpə keçməli oldular. Biraz hündür təpənin üstünə çıxdılar. Bəli aşağıda görünən Oslo idi. Norveç kimi kiçik ölkənin böyük paytaxtı olan Oslo. Görəsən bu maraqlı şəhər bugün onlar üçün hansı surprizi ehtiyatda saxlayıb.
Onların hər ikisi Norveç dilini, onun fonetikasını və qrammatikasını çox gözəl bilirdlər. Elə belə qısa müddətdə dost olmalarına səbəb olan ortaq cəhətlərdən biri də bəlkə də bu idi.
Oslo isə hər ikisinin ortaq məhəbbəti idi. Elə buna görə də bu təpənin üstündən Elias Rukla və Yohan Kornelusen bir-birinə işgizar bir nəzərlə baxaraq xorla çığırdılar: “Bax bu aşağıda gördüyün Oslo şəhəridi. Oslo! Norveçin paytaxtı. Kral sarayı ilə, kral bağı ilə, Milli teatr ilə, 6-cı Frederik ilə, Oslo universiteti ilə, məşhur həmişə insanlarla dolu olan Karl Yohan küçəsi ilə tanınan şimal şəhəri. İkisinin də birdən aşağıda şəhərdə gördükləri, Norveç bayrağı ilə yanaşı dalğalanan Belçika bayrağı cəlb etdi. Yox bu Almaniya bayrağı idi. Nəsə bir bayram ya tədbir idi. İnsanlar əllərində bayraq, şən əhval-ruhiyyə ilə Oslonun ən böyük küçəsi olan Karl Yohan küçəsində gəzişirdilər. Söhbətə başı qarışan iki dost heç özləri də bilmədən mərkəzə gəlib dar bir yan küçəyə buruldular. Küçənin adını oxudular: Sərhəd küçəsi. Bəli Osloda belə eqzotik adları olan çoxlu küçə var idi. Elə bu an Elias göy tramvayın astaca yaxındakı dayanacaqda dayandığını gördü. Hər ikisi xoş əhvalla sürücüyə qışqıra-qışqıra tramvaya doğru qaçdılar. Görünən odu ki biraz gecikmişdilər. Yohanın bəxti gətirmədi və var gücü ilə bağlanmaqda olan tramvay qapılarına çırpıldı. (Sonralar etiraf etdiyinə görə həmin an bir anlıq hər şeyi unudub və yalnız gözünün qabağında rəqs edən ay və ulduzlar olub. Elias Rukla özünü həyacanla dostuna yetirdi. Onu yerdən qaldırdı, üst-başını təmizlədi. Yohan Kornelusenin frakının qabağı da cırılmışdı, düymələri qırılıb tökülmüşdü. Baş verəndən hədsiz qorxmuş kimi görünən tramvay sürücüsü özünü onlara yetirdi. Hər şeyin qaydasında olub olmadığını soruşdu və Yohana tramvaya minməyə yardım idi. Hər iki dost xeyli dərəcədə məmnun görsənirdilər. Ən azından onlar tramvayı qaçırmamışdılar. Tramvay onlara görə, bəli, bəli yalnız onlara görə ləngimiş və yalnız onlar yenidən minənəndən sonra yola düzəlmişdir. Bu fakt cavan dostlara məmnunluq gətirməyə bilməzdi. Yohan Kornelusen və Elias Rukla beləcə tramvayda Oslonu bir xeyli dolaşdılar. Tramvayla gəzintinin verdiyi məmnunluqdan və yorğunluqdan süstləşib sakitcə oturmuşdular. Nəhayət tramvay dayandı və sürücü bu dayanacağın sonuncu olduğunu elan etdi. Əvvəl sürücü ardındca isə Eliasla Yohan tramvayı tərk etdilər. İxtisasca dağ-mədən mühəndisi olan, süxurları, dağları,vulkanları yaxşı bilən tramvay sürücüsü ilə iki dost arasında çox təlimatlandırıcı və maraqlı söhbət baş tutdu. Təəsüf ki, sürücü tramvayını geriyə sürməli idi. Yohan Kornelusen və Elias Rukla onunla çox isti sğollaşıb bu gözəl dağlıq, meşəlik ərazini özləri üçün tədqiq etməyə başladılar. Ətrafdakı bütün villalar, yollar eyni idi. Hər şey bir-birinə çox bənzəyirdi. Hətta yol kənarına yığılmış qarın hündürlüyü belə hər yerdə eyni idi. Ətrafda bir adam da yox idi ki onlar bu labirintdən necə çıxmalı olduqlarını, buranın hara olduğunu soruşsunlar. Xəbərləri də olmadan Oslonun tanımadıqları ucqar bir yerinə gəlmişdilər. Bir-iki saat beləcə nəsə aşkar etmək üçün ətrafı gəzdilər. Amma bir nəfər də qarşılarına çıxmadı. Yalnız günortadan sonra nəhayət ki, insanlar işdən evə qayıtmağa başlayanda onların bəxt gətirdi. Maşınını öz dəbdəbəli villasının qarşısında saxlayıb, maşından enən kişi iki yad tələbələri görüb təəccübləndi. Möhtəşəm qarajı, villasının qabağındakı 7-8 metr artırması bu kişinin hansı kateqoriyadan olması haqda aydın təssəvvür yaradırdı. Kişi çəkinə-çəkinə onlara geriyə yolu, tramvay stansiyanın harada olmasını izah etdi. Yohan Kornelusen dedi ki, onlar tələsməlidirlər. Cünkü cəmi bir saata Sent Antondakı dağ xizəyi yarışması lent yazısı şəkilində televizorda olacaq. Xoşbəxtlikdən dostlar bu yarışa çatdılar. Onlar yarışın başlanmasına cəmi 5 dəqiqə qalmış özlərini Yohan Kornelusenin ən sevdiyi restoran olan Krölleyə saldılar. Zirzəmidə yerləşən bu restoranın televizoru var idi. Onu divarın üstündə dəmirə bərkitmişdilər. Keçib iki nəfərlik yerlərdən birində oturdular. Elə oturdular ki Yohan üzü televizorun ekranına tərəf, Elias isə üzü Yohana tərəf olsun. Hər dəfə maraq ona güc gəlib televizora baxmaq istəyəndə Elias Rukla 180 dərəcə çevrilməli olurdu. Beləcə Sent Antondakı bu yarış başladı. Əvvəl bir-bir idman geyimində olan xizəkçilər gəldi ekrana. Sonra isə onlar özlərini Alp dağlarından aşağı doğru atdılar. Bu idmaçıların çoxunu Yohan üzdən də tanıyırdı. Avstriyanı, Fransanı, Qərbi Almaniyanı, Şərqi Almaniyanı təmsil edən xizəksürənlər idi. Sən demə Yohan Kornelusen dağ xizək yarışlarının böyük azarkeşi imiş. O hər bir idmançının bu yarış öncəsi hansı formada olmasını, kimin hansı zəif, üstün cəhətlərinin olmasını hətta yarışın favoritinin kim olmasını belə bilirdi. Onlar oturub televizorda bu yarışa baxdıqca o, Elias Ruklaya bu barədə elə hey danışırdı. Budur bax, fransa idmançısının fiziki hazırlığı zəifdir. O tez yorulacaq. Budur fransa idmaçısı sağa döngələrdə çatdırmır. Döngələrdə çox xal itirəcək o. Yarış bitəndən sonra onlar bədənlərində günün gətirdiyi yorğunluğu aydın hiss etdilər. Hər ikisinin qarşısında çox sayda boş pivə butulkası vardı. Bu butulkaları oynada-oynada bir-birlərinə baxırdılar. Dəhşətli aclıq hiss edirdilər. Pulları isə deyəsən tamam bitmişdi. Yohan Kornelusen rahat idi, qayğısız görkəmi var idi. Görünür nəsə bir planı vardı. O ofisiantı yanına çağırdı, onunla uzun-uzadı nəsə danışdı və vəziyyəti izah etdi. Az sonra ofisiant əlində iki dolu bakal pivə, iki dolu boşqab ət, soğan, pomidor, yaşıl noxud, yerkökü olan məcməyini ehtiyatla onların stolunun üzərinə qoydu. Stolun üzərində əvvəlcədən qoyulan müxtəlif dadlı souslar, ketçup, moyanez və duz-istiot hələ də onların qarşısında idi. Onlar acgözlüklə yeməyə girişdilər. Yedilər və pivədən içdilər. Ağızlarını marçldadaraq yeyirdilər və tez-tez pivələrindən iri bir qurtum alırdılar. Bu arada sohbət etməyə də imkan tapırdılar. Dərin bir maraqla biri-birinin son zamanlar izlədiyi filimlər haqqında danışıqlarına qulaq asırdılar. Yohan Kornelusen Konisbergdən (Rusiya Federasıyasının Kalininqrad şəhəri) olan bir kişi haqda danışmağa başladı. Bu kişi Yohanın cavan həyatına böyük təsir etmişdi. Yalnız az sonra Elias Rukla Konisbergin Köningsberg olmasını Yohanın danışdığı təsir edici kişinin isə Emmanuel Kant olmasını dərk etdi. Həə, Kalininqraddan olan kişini deyirsən? O soruşdu. Yohan Kornelusen Kantın bəşər tarixinə möcuzəvi təsirindən, fəlsəfi fikirlərindən, ona və ideyalarına olan sevgisindən uzun-uzadı danışdı. Söhbət elə qızışdı ki, onlar bir neçə saat stolun arxasından durmadılar. Sonda Yohan Kornelusen özünü narahat hiss etdi və buradan hansısa əyləncə məclisinə getmək istədiyini bildirdi. Yenidən həmin, dünənki, Soqn tələbə şəhərciyində təşkil olunan tədbirə can atırdı. Bu dəfəki məclis şəhərciyin başqa binasında başqa mənzilində başqa insanların iştirakı ilə baş tuturdu. “Burdan gələcək mənfəət də tamam ayrı cür olacaq” – Yohan gülə-gülə dostuna dedi. Onlar həmin məclisə qalxıb qapının zəngini çaldılar. Qapını açanlar kandarda dayananlar Yohan Korneluseni görüb sevinclə çığırışdılar. Onlar indi məclisin istisini və musiqi səsini daha yaxından duya bilirdilər. Mənzil əllərində pivə butulkaları olan tələbələrlə dolu idi. Elias nə qədər çalışdı ki Yohanı gözdən qoymasın və daima onun yanında olsun, amma alınmadı. Qısa müddət sonra o dostunu gözdən itirdi. Eybi yox, o düşündü, əvəzində bir əlinə bir bakal, o biri əlinə isə bir butulka pivə alıb məclisə qarışdı. Pivəni gah butulkadan gah da bakaldan içərək başı dumanlı halda ətrafda baş verənlərə baxırdı. O, hər ikisi məşğul olan əllərinə baxdı: “Bax bu nəsə başqa söhbətdi” – öz-özünə dedi. Kim bu şəkildə pivə içə bilər? Məclis Elias Ruklanı yaman tutmuşdu. Ətrafdakı qızlar gülərək ona yaxınlaşıb yoxa çıxırdılar, sonra iki dəfə Yohan Kornelusen ona yaxınlaşıb nəsə anlaşılmaz söz deyib o da yoxa çıxdı. Hər şey ətrafda xoş bir şəkildə dönürdü. Ətrafda nə tipdə istəsən qız görmək olardı: Sunmire və Soqndan olan qarasaçlı qızlar, Tirsildən olan sarısaçlı qızlar. Çox idi gözəl qızlar bu məclisdə, həddən artıq çox idi. Elias isəyirdi ki qışqırsın, desin ki ay camaat görmürsunüz mən də varam bu məclisdə. Amma deyəsən onun bu məclisdə varlığı heç kimə maraqlı deyildi və ətrafdakılar ona heç fikir də vermirdilər. O, tək idi, tək tənha. Hətta bu insanların çox olduğu məclisdə də. Yaxşı bəs Yohan Kornelusen hara yoxa çıxdı?
Nəyə görə Elias təkdi indi? Nəyə görə o qışqırsa belə məclis əhlindən onunla heç kim maraqlanmır, danışmır? Onu görmürdülər. Onu yalnız yanında Yohan olanda aşkar edirdilər.
O oyananda ətraf sakitlik və qaranlıq idi. Yavaş-yavaş ətrafına baxdı. Soqn tələbə şəhərciyində tanımadığı bir mənzilin mətbəx stolunun üstündə yatıbmış. Kimsə sağ olsun ki anlayışlı olub və onu bura gətirəndə işığı da söndürüb ki, Elias rahat yatsın. Mətbəxin qaranlığına hardansa gün işığı düşürdü və o dərk etdi ki artıq bu gecə bitib və gələn işıq da mart səhərinin açılmasının göstəricisidir. Çox keçmədən yanında elə stolun üstündəcə yatan Yohan Korneluseni də gördü. O ağzı üstə yatmışdı və bərkdən xoruldayırdı. Yohan Kornelusenin açıq ağızla xoruldamağını saymasaq ətraf tam sakitçilik idi. Elias özünü tam əldən düşmüş hiss etdi. O indi dərk elədi ki onun üçün məclis artıq bitib. Bütün bədənində keyləşmə və ağrılar hiss edirdi. Amma bu narahatçılığın içində bir şey onu sevindirirdi: Axı onun yanında yatan Yohan Kornelusenin özü idi!
Artıq Yohanla əsl dosta çevrilidiklərini hiss edə bilirdi. O dostunu yandan dümsüklədi və Yohan Kornelusen yuxudan ayıldı. “Mən indi gedirəm” Elias dedi. “Gəlirsən səndə?” O dostundan soruşdu. Yohan başı ilə təsdiq cavabı verdi sonra yenidən stolun üstündə üzü üstə çevrilib yatdı. Elias yenidən onu dümsüklədi: “Səninləyəm e, gedirsın ya yox?”
Yohan heç nə demədi asta-asta, əziyyətlə ayağa durdu. Onlar çıxışa yaxınlaşıb fraklarını əyinlərinə keçirdilər. Binadan çıxan kimi soyuq Oslo martı onları şaxta və sazaqla qarşıladı. Bu mart səhərinin soyuğu onların yorğun, əldən düşmüş bədənlərini dəlib-keçib düz iliklərinə işlədi. Bir qədər aşağı birlikdə gedəndən sonra yol ayrıcına çatdılar. Bu yerdə onların yolu ayrılırdı.
“Yaxşı görüşərik,” – Elias dedi.
“Oldu, hələlik,” – Yohan cavab verdi.
Beləcə dostlar ayrıldılar. Amma yalnız bugün üçün, cünkü bundan sonra onlar daha sıx-sıx görüşüb birlikdə vaxt keçirməyə başladılar. Hər yerə bilkdə gedird-lilər, başlarına gələn hər şeyi bir-biri ilə bölüşürdülər. Bir sözlə olmuşdular əsl dost! Onların münasibəti hətta Elias fəlsəfə fakultəsindəki dərsini bitirib imtahanını verəndən sonra da kəsilmədi.
Burda gizli heç nə yox idi! Elias Rukla Yohan Kornelusenlə dostluğu ilə fəxr edirdi. Düzdü tələbələrlə, dost tanışla danışanda bu barədə, bu faktı o həmişə gizlətməyə çalışırdı. Amma bu alınırdımı onda? Bu böyük və açıq qalan sualdı. Ən əsası bunu özündən gizlətmirdi. Hər zaman daxilində özüylə danışarkən etiraf edirdi ki Yohanla dostluq onun üçün çox şey deməkdi və bu cür oğlanla dostluq etdiyi üçün o fəxr edirdi. Bir müddət sonra onlar o qədər mehriban və ayrılmaz dost oldular ki, insanlar haradasa onların birini görəndə dərhal o biri dostu axtarırdılar və iki dostu birlikdə görməyəndə çox təəccüblənirdilər. O özü də başa düşmüşdü ki, adamlar Yohan Korneluseni hardasa görəndə dərk edirdilər ki, Elias Rukla da haradasa yaxınlıqdadır və bu dəqiqə o da peyda olacaq.
Bu dostluq ona özünü xüsusi statusda saymağına şərait yaradırdı. Görün o kimin dostu idi? Yohan Kornelusenin! Yohan onu özünə ən yaxın dost seçmişdi! Eyni zamanda onu da yaxşı dərk edirdi ki həmişə və hamının yanında Yohanın kölgəsində qalacaq. Amma fakt bu idi ki onlar çox mehriban və ayrlmaz dost idilər. Bu da o demək idi ki, Eliasın özündə də nəsə qeyri-adilik var. Yoxsa Yohan onu niyə özünə dost seçsin ki. Bu fikirlərlə Elias həmişə özünü sakitləşdirərdi. Bu “ qeyri-adliyin” nədən ibarət olduğu üzərində isə Elias Rukla həmişə baş sındırardı amma ağlına bir şey gəlməzdi. Axı nəsə olmalıdı onda. Nəsə ki Yohanın onun dostluğunu başqalarının dostluğundan üstün tutmasını şərtləndirsin. Nə axı? Yumor hissi, ünsiyyətcil olması, Yohanla üzbəüz oturarkən həmişə olduğundan daha səmimi və açıq olması? Bu nə sirri-xudadırsa Elias nə qədər düşünsə də bunu tapa bilmirdi. Amma bəlkə də elə yaxşı ki tapmırdı. Cünki həm də qorxurdu ki, birdən bu “nəsəni” tapsa o “nəsə” yoxa çıxar. Yoxa çıxmasa da onu biləndən sonra Eliasın hərəkətlərində, davranışında təbiilik yoxa çıxar. Və bu “nəsənin” də sehirli qüvvəsi artıq işə yaramaz. Yaxud da bu “nəsə” daha az dəyərli bir şeyə çevrilər.
“Bəlkə də elə mənim başqaları kimi ona heyran olmamağım, onu qeyri-adi insan saymamağımdı onun mənə belə marağını oyadan. Mən isə qeyri-səmimi olsam aramızdakı münasibətə xələl gətirərəm” Elias düşündü.
Bu düşüncələr onu çox utandırıdı. Sonra isə bu utanc hissi onlar Yohanla birlikdə olanda keçmirdi belə anlarda isə mənzərə adətən belə olurdu: Bir tərəfdə həyat eşqi ilə dolu, şən Yohan digər tərəfdə isə qaşqabaqlı, özünə qapanan Yohanın kölgəsi. Bu onların dostluğu idi. Hər nə qədər qəribə görsənsə də.
Bu özünə qapanışın səbəbi o idi ki, Elias dostuna qarşı içində tüğyan edən hədsiz minnətdarlıq hissini boğmaq istəyirdi. O heç bir vəchlə bunu biruzə vermək istəmirdi.
Dostuna hədsiz məftunluq və minnətdarlıq duyurdu. Yohanla dostluq onun həyatını dəyişmişdi və bu dəyişiklik yalnız müsbət istiqamətdə idi. Bütün bunlara görə daxilində Yohana qarşı inanılmaz təşəkkür hiss edirdi.
Yohanla dostluq onu çox varlı etmişdi. Yohanın həyat iştahası hədsiz böyük idi. Və birlikdə yaşadıqları macəralı, bir-birinə bənzəməyən günlər tələbə həyatını onlar üçün daha da maraqlı etmişdi. Plansız şəkildə həyat və xöşbəxtlik axtarışı ilə, dərs oxumaqlarla, içki məclisləri ilə, maraqlı müzkirələrlə dolu olan həyat davam edirdi. Yohan Kornelusenin həyat maraqları, gördüyü işlər çox maraqlı və rəngarəng idi. Onun etdiklərini böyük ölçüdə yamsılayan Elias Rukla da özlüyündə hiss edirdi ki heç vaxt belə maraqlı, dəyərli həyat yaşamayıb Yohan-la dostluq ona həm də dəyər verdi. Həyatına və özünə dəyər qatdı. O indi hiss edirdi ki, o artıq yaşayır. Yohan Kornelusen çox üsulluca buz hokkeyi və Kant arasında, yaxud reklam lövhələri və Frankfurt fəlsəfə məktəbi arasındakı eləcə də klassik müsiqidən tutmuş rok musiqisinə kimi bütün müzakirələrdə baş rolda ola bilirdi. Çox sürətli analiz etmə qabiliyyətinə malik Yohan heç bir mövzuda mübahisələrdən qaçmazdı. Çox əhatəli maraq dairəsi vardi: musiqi, buz hokkeyi, ədəbiyyat, film, xizəkçilik, siyasət, reklamlar bunlardan yalnız bəziləri idi. Onun hətta alpinizmə də xüsusi marağı vardı. Antik əşyalar, kino klublar, yeni buraxılış televiziya və radio aparatları da onun maraq dairəsində idi.
Əslində isə o çox böyük bir ictimaiyyətçi idi. İdmanla məğul olmağı çox da sevməzdi amma ictimayyət arasında olmaq ona xoş gəlirdi. Dağ Xizəkçilik yarışlarını da izləmək ona xüsusi zövq verirdi. Onlar hələ uzun illər eyni restoranda ilk görüşlərində oturduqları kimi-iki nəfərlik dəyirmi stolda, Yohan üzü televizora qarşı, Elias isə üzü Yohana qarşı oturub yarışları izləyərdilər. Bu zaman o Yohanın mənalı şərhlərini, idmançlar haqda məlumatlarını həvəslə dinləyərdi. Arxası televizora tərəf olsa da özünü bu yarışlara baxmış kimi hiss edirdi. Yeri gəlmişkən Eliasda dostuna qarşı bu meftunluğu yaradan onun fəlsəfə ilə idmanı eyni zamanda bu dərəcədə yaxşı bilməsi faktı deyildi. O qədər tələbə vardı ki iki-sinindən də əla başı çıxırdı. Elə Eliasın özünün də pis başı çıxmırdı. Məsələ onda idi ki Yohanda bu çox təbii alınırdı. O bu qədər hərtərəfli biri olduğunu nə hissləri ilə nədə intellekti ilə biruzə vermirdi.
O yaxşı təşkil olunmuş xizəkçilik yarışları ilə jan Luk Godardın uğurlu filmini eyni dərəcədə sadə dillə və həvəslə izah edirdi.
Yohanla Elias arasında fəlsəfə mövzsunda söhbət demək olar ki, heç düşmürdü. Yalnız Eliasın fəlsəfə imtahnı yaxınlaşanda və Yohandan imtahnla bağlı bəzi məsləhətlər almaq lazım gələndə onlar fəlsəfədən danışardılar. Həmişə İmmanuel Kant haqqında çox həvəssiz danışardı. Elias Rukla Yohanla bağlı düşünəndə onun necə uğurlu, parlaq gələcəyi ola biləcəyini başa düşürdü. Elə buna görə də onların bu dostluğu tez-tez Eliasa anlaşılmaz gəlirdi. Ona həm də elə gəlirdi ki Yohan onunla bu qədər vaxt keçirməkdə, dərslərinə kömək etməklə və məsləhətlər verməklə yalnız vaxt itkisinə yol verir. O tez-tez həm də etiraf edirdi ki, o dostunun belə hədsiz olan həyat eşqini də başa düşə bilmir. Bu cürə həyata ac olan bir şəxsi nə məcbur eləmişdi görəsən özünü fəlsəfə dünyasına atsın? Deyəsən həmişə böyük həyat eşqi olan insanlar fəlsəfə ixtisasını seçirlər univesitetdə. Əgər bu belədirsə onda niyə həyat eşqi ən çox olanlar insanın müxtəlif vəziyyətlərdə davranışını tədqiq etməyi üstün tuturlar? Misal üçün belə insanlar niyə mühəndislik oxumurlar? Elias Rukla bunları düşünəndə öz məktəb illərini yadına saldı. Onunla birlikdə oxuyanların heç birinin elə də böyük həyat aclığı yox idi. Belə insanlar çox vaxt nəsə qurub yaratmaq işində həvəsli idilər. Onlarsız da əlbəttə yollar, layihələr çəkilməzdi, binalar tikilməzdi, avadanlıqlar işə düşməzdi deyə Ellias Rukla beynindən keçirdi. Bütün bunları düşündükcə Elias Rukla bir daha əmin oldu ki onun mühəndislik oxumağı seçən məktəb yoldaşlarının heç birinin gözündə həyat yanğısı yox idi. Onlar daha çox praqmatik və soyuqqanlı olmaları ilə seçilirdilər. Gələcək mühəndislərdən yeganə yadında qalan maraqlı məqam onların lətifələrə və Trondheym rəqslərinə (Norveçin şimalında şəhər)olan sevgiləri idi.
Amma Yohan Kornelusen nə lətifələr danışardı nə də tələbə rəqs dərnəklərindən gülməli əhvalatlar. O sadəcə həyatın dolanbaclarında azmışdı. O özünü ondan hədsiz çox vaxt və enerji tələb edən bir sahəyə – İmmanuel Kantın fəlsəfi görüşlərini tədqiq etməyə həsr etmişdi. Boş vaxtlarında isə müəllimləri ilə, tələbə yoldaşları ilə onların gözləntilərini tam doğruldan fəlsəfi söhbətlər aparardı. Bu cavan oğlan hər şeydən nəsə bilmək istəyirdi. Ətrafda baş verən hər şeyi nəzarətdə saxlamaq onun niyyəti idi. Soqn tələbə şəhərciyində bir dənə də parti onsuz keçməzdi. Vaxtı olmayanda da 5-10 dəqiqəlik də olsa başını içəri salar, görsün kim var kim yox, nədən gedir söhbətlər kimlər var və s.İnsanların içərisində olmaqla nələrdən xəbərinin olmadığını, hansı məsələləri hələ eşitmədiyini müəyyən edirdi. Ətrafında baş verən nələrisə başa düşə bilməyəndə yaxud özü-özünə izah edə bilməyəndə onun köməyinə Kantın izahlı kitabı çatırdı. O Soqn tələbə şəhərciyində yerləşən öz otağına çəkilir və Kantın fəlsəfi fikirlərini dəfələrlə oxuyur və dərk etməyə çalışırdı. Onu insan təbiəti, davranışı çox maraqlandırırdı. Həmçinin ətafında danışılan şaiyələr və dedi-qodular da onu çox çəkirdi. Onu təşvişə sala biləcək şeylərin içində Şed komandasının ev oyununu hansısa (Onun sevimli komandası Şed idi, əksər Oslolular kimi Volerenqa deyil.) yenicə səhnələş-dirilən bir tamaşaya görə buraxmaq da vardı. Bir gün necəsə o Möldenin işıqlı yay axşamlarında çox məşhur caz ustalarının qatıldığı, (Mölde– Norveçin şimalında bir şəhər) hər il baş tutan jaz festivalı haqqında eşitdi. Hazırlaşıb çadırını, uzaq səyahətə lazım olan başqa əşyalarını da götürüb ora yollandı ( Onlar artıq buna qədər birlikdə 3 dəfə Kopenhagenə rəqs klublarına səfər etmişdilər və günlərlə göyərtənin altında yatmışdılar. Şərqi Prusiyanın Königsberg (İndiki Kalininqrad) şəhərindən olan Kantın həyat, yaşam haqda olan fəlsəfi düşüncələri bu cavan tələbənin də həyat qayəsini, seçdiyi yolu və maraqları müəyyənləşdirmişdi. Elias Ruklanın isə hərəkətlərində, münasibətində bu dahiyə qarşı xüsusi məftunluq heçvaxt duyulmurdu. Onun üçün həyat sakit, problemsiz və hadisələrə adətən seyrici mövqeydə durmaqdan ibarət idi. Başqa şeylər ona çox da çatmırdı. Elə buna görə də o dostunun İmmanuel Kanta bu qədər bağlı olan həyatından elə hey suallar verir və aydınlaşdırmağa çalışırdı ki, necə bir filosof bir tələbənin həyatına bu qədər nüfuz edə bilər. Bu bağlılıq haqında birbaşa suallar Yohanı əsəbləşdiridi. Elə buna görə də Elias Rukla suallarına cavab almaq üçün dolayı yol seçmişdi. Onun saysız sualları qarşısında Yohan başqa şeylərdən– misal üçün bu axşama tələbələr üçün planlaşdırılan tədbirlərdən danışmağa üstünlük verirdi. Beləcə Eliasın sualları da cavabsız qalırdı. Ancaq tək-tük hallarda Yohan Kornelusen Elias Rukla ilə həyatının təməl prinsiplərindən danışardı. Bu zaman isə Elias dostunun danışdıqlarının çox böyük hissəsini başa düşməsə də qulaqlarını şəkləyib diqqətlə həmsöhbətini dinləyərdi. Onun Emmanuel Kantın fəlsəfi düşüncələri haqqında bilikləri bir bakalavr tələbəsinin fəlsəfə fakültəsində öyrəndiklərindən o tərəfə keçmirdi. Buna görə də dostunun danışdıqlarını dərk etmək ondan böyük zəhmət tələb edirdi. Amma yenə də o qulaqlarını şəkləyib həqiqətən də çox diqqətlə qulaq asır, yeni şeylər öyrənməyə can atırdı. Artıq o başa düşürdü ki, Yohan zaman və məkan anlayışına çox bağlıdı. Sözsüz bizim bütün fikirlərimizdə, düşüncələrimizdə bu iki vacib kateqoriya öz yerini alırdı. Bu anlayışlarda hər bir şey öz sərhədinə doğru can atır. Zaman, Məkan. Elias Rukla düşündü ki bu mühakimələr artıq təsdiq olunub. Yohanın münasibəti isə bu həqiqətləri daha da möhkəmləndirirdi. “Həyatını fəlsəfi kateqoriyaları öyrənməyə sərf edən biri görəsən daxili rahatlıq tapa bilərmi? Yaxud özünə bir tutarlı izahı ola bilərdimi”? Bunlar bu anda Eliasın ağlından keçən düşüncələr idi. Elias Rukla birdən həyacanla öz şən və xeyirxah dostuna nəzər saldı. Amma Yohan Kornelusen bu sualları cavabsız buraxdı. Bu dəfə çox güman Yohan öz daxili düşüncələrini, içində olan qiymətsiz sakitliyi, mövzu haqda qiymətli şərhlərini özündə saxlamağa üstünlük verdi. Axırda bircə şeyi dedi ki, onu maraqlandıran əsas məsələ heç Kant da deyil. Kant yalnız təməl idi. Onun illərlə işləyəcəyi magistr işində də heç hər şeyi Kantın fəlsəfi düçüncələrinə bağlamaq fikri yox idi. Əslində onu daha çox maraqlandıran Kantın fəlsəfəsindən bəhrələnən minlərlə başqa filosof idi. Başqa sözlə Kant ədəbiyyatı, Kant haqqında olan ədəbiyyat. Bu kitablar elə bil ki, müasir insana aid sənədlər toplusu idi. Əgər insan bu sənədləri yaxşıca araşdırsaydı bu zaman o insanlıq, var olmaq haqda da çox biliyə sahib olacaqdı. Bu zaman heç başqa bir şey oxumağa, öyrənməyə ehtiyac da qalmır. Kant haqqında yazılan 20-ci əsr ədəbiyyatında insanlıq barədə meyadan çıxa biləcək bütün suallara cavab tapılır. Elə təkcə Karl Marksın Kanta olan münasibətini oxuyan adam hər şeyi öyrənə bilər. Sadəcə adam gərək onda Marksın ideyaları ilə tanış olsun. Eyni fikirləri Vitqanştayna de aid etmək olardı. Vitqanştaynın Kantla işləməsidən, öz fəlsəfi fikirlərini onunla uyğunlaşdırmasından, ona hədsiz ehtiramla yanaşmasından çox şey öyrənmək olardı. O özü də özünün magistr işində Vitqanştayn nəzəriyyəsindən fikirlərindən, faktlarından bu “sənəd toplusundan” gen-bol istifadə etmək niyyətində indi. Bu hədəfin özü belə çox böyük cəsarət tələb edirdi. İnsanlar onu onsuzda qarşısına böyük məqsədlər qoyan biri kimi tanıyırdılar. Axı hara baxsan da o Norveçin şərqində olan balaca bir dəmiryol stansiyası şəhərciyindən idi. Kim nə düşünsə də o hələ də həqiqət axtarışında idi. 200 ildir Kant tədqiqatçıları bu ağır, əzablı işlərində görəsən ona bir boşluq buraxıblarmı? Kantla bağlı tədqiqat işini
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?