Электронная библиотека » Роальд Даль » » онлайн чтение - страница 4

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:21


Автор книги: Роальд Даль


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

MADAM ROZETT

– Aman Allah, necə də yaxşıdır, – Qoca dedi.

O bir əlində sodalı viski qədəhi, digərində siqaret vannada uzanmışdı. Vanna ağzınacan dolu idi və o, vaxtaşırı ayaq barmaqları ilə kranı çevirərək qaynar su əlavə edirdi.

O, başını azca qaldırıb bir udum viski içdi, sonra yenə geri söykənib gözlərini yumdu.

– Yalvarıram, çıx, – qonşu otaqdan səs eşidildi. – Qoca, çıx, bir saatdan çoxdur ki, ordasan.

Gənc çarpayının qırağında çılpaq oturub stəkandan yavaş-yavaş içir və öz növbəsini gözləyirdi.

– Yaxşı, – Qoca hay verdi. – Suyu buraxıram.

O, ayağını uzadıb tıxacı çıxartdı.

Gənc ayağa qalxıb əlində stəkan tələsmədən vanna otağına getdi. Qoca vannada bir az da uzanıb, sonra stəkanını ehtiyatla sabun taxçasına qoydu, ayağa qalxıb dəsmalı götürdü. O, bəstəboy idi, güclü, üstəlik, yoğun ayaqları və baldırları vardı. Kürən və dalğalı saçları cod idi, bir qədər sivri üzünü çillər basmışdı. Sinəsindəki tüklər də kürən idi.

– Aman Allah, – o, vannanın dibinə baxıb dedi, – mən ki səhranın yarısını bura gətirmişəm.

– Yaxşısı budur, qumu yuyub-təmizlə və məni ora burax. Beş aydır ki, vannada yuyunmamışam.

Bu, müharibənin əvvəlində, biz Liviyada italyanlarla döyüşəndə baş vermişdi. Çətin günlər idi, çünki təyyarəçilər azlıq edirdi, əvəzində çox uçmalı olurduq. Onları, şübhəsiz ki, İngiltərədən göndərə bilməzdilər, çünki döyüş Britaniya uğrunda idi. Buna görə də uzun müddət səhrada qalmaq və əcaib, qeyri-təbii həyat sürmək lazım gəlirdi. Çirkli balaca çadırda yaşayır, hər gün eyni parçdakı su ilə əl-üzünü yuyur və üzünü qırxır, sonra elə həmin parçın suyu ilə dişlərini təmizləyir, ya çayın, ya da yeməyin içindən hökmən milçək çıxarmalı olurdun. Üstəlik, bu qum fırtınaları həm çöldə, həm də çadırda eyni cür vıyıldayır və bütün bunlar hətta ən təmkinli kişini belə özündən çıxarırdı. İradəsinə hakim ola bilməyən əsgərlər yoldaşlarına partlayır və özlərinə hirslənirdilər. Onlar dizenteriyadan, «Misir ishalı»ndan, qulaq ağrısından və səhra həyatında qaçılmaz olan digər xəstəliklərdən əziyyət çəkirdilər. Başlarına C-79 italyan təyyarələrindən bombalar yağan bu kişilərin qadınları yox idi və onlar hazırda olduqları yerdə çiçəklərin bitdiyini görmürdülər. Onların, demək olar ki, heç nələri yox idi, həyat bircə qumdan, qumdan və qumdan ibarət idi. Onlar italyan CP-42-lərlə köhnə «gloster-gladiatorlar»la vuruşur, uçmayanda isə özlərinə başqa bir məşğuliyyət tapa bilmirdilər.

Bəzən birisi əqrəb tutur, onları kerosin kanistrinə salır və həşəratları ölümünə döyüşdürürdü. Eskadrilyada əqrəblər arasında həmişə bütün döyüşləri udan məğlubedilməzlər, çempionlar, öz Co Luisləri1010
  Co Luis (1914-1981) – amerikalı boksçu, 1937-1949-cu illərdə ağır çəkidə dünya çempionu


[Закрыть]
olurdu. Ona ləqəb verirdilər; o məşhurlaşırdı, məşq rasionu isə böyük sirr olurdu və bu sirri təkcə sahibi bilirdi. Məşq rasionunun əqrəb üçün mühüm olduğu hesab edilirdi. Bəzilərinə qaxac ət yedizdirirdilər, digərlərinə «makonaçiz» adlı iyrənc ət konservi verirdilər, üçüncüləri böcəklərə qonaq edirdilər, üstəlik, elələri də olurdu ki, onlara döyüşdən əvvəl pivə içizdirirdilər. Pivə əqrəbi guya xoşbəxt və özündən əmin edirdi. Amma pivə içən həşəratlar həmişə uduzurdular. Hərçənd böyük döyüşlər və böyük çempionlar olurdu və axşamlar uçuşlar bitəndən sonra bir qrup təyyarəçi və texnikin qumsallıqda dövrə qurduğunu görmək mümkün idi. Onlar əllərini dizlərinə dirəyib döyüşü izləyir, əqrəbləri həvəsləndirir və sanki boksçulara, ya da pəhləvanlara tamaşa edirlərmiş kimi çığırışırdılar. Sonra qələbə anı gəlir və qalib sahib şadyanalıq edirdi. O, qumun üstündə hoppanıb-düşür, qışqırır, əl-qolunu yelləyir və müzəffər həşəratın məziyyətlərini sadalayırdı. Ən görkəmli əqrəbin sahibi Xəyalpərəst adlı serjant idi. O, çempionu təkcə marmeladla yemləyirdi. Ədəbsiz ləqəbi olan və dalbadal qırx iki döyüş udan bu əqrəb günlərin bir günü məşq zamanı sakitcə öldü. Hadisə Xəyalpərəst onu nəslini davam etdirmək üçün azadlığa buraxmağa hazırlaşanda baş verdi.

Gördüyünüz kimi, səhra həyatı böyük sevinc gətirmədiyindən onu balaca sevinc əvəzləyir və uşaq oyunları yaşlı kişilərin əyləncəsinə çevrilir. Bu orda olan hər kəsə aid idi: həm təyyarəçilərə, həm mexaniklərə, həm paraşüt qablaşdıranlara, həm yemək hazırlayan kaprallara, həm də dükan sahiblərinə. Bu, Qocaya da, Gəncə də aid idi. Onlar yalvar-yaxar iki sutkalıq məzuniyyət götürə bilmiş və təyyarə ilə Qahirəyə gəlmişdilər. Mehmanxanaya gələn Qoca ilə Gənc vannanı elə səbirsizliklə gözləmişdi ki, bəlkə də, yeni evlənənlər ilk gecələrini bu qədər arzulamamışdı.

Qoca qurulandı, sonra dəsmalı belinə sarıyıb və əllərini başının altına qoyub çarpayıda uzandı. Gənc vanna otağında idi. O, başını vannanın ucuna qoyub isti sudan həzz alır və bunu inildəməklə büruzə verirdi.

– Gənc, qulaq as görüm, – Qoca dedi.

– Eşidirəm.

– Bəs indi nə ilə məşğul olacağıq?

– Qadınlarla, – Gənc cavab verdi. – Qadın tapıb şam yeməyinə dəvət edəcəyik.

– Bu sonranın işidir, – Qoca dedi. – Bu gözləyə bilər.

Axşam təzə düşmüşdü.

– Mən belə düşünmürəm, – Gənc dedi.

– Mənsə düşünürəm ki, – Qoca etiraz etdi, – bu gözləyə bilər.

Qoca bu dünyada çox yaşamış və çox şey görmüşdü. Tələsik hərəkət etmək ona görə deyildi. İyirmi yeddi yaşı vardı, eskadrilyada komandir də daxil olmaqla hamıdan çox yaşlı idi və hər kəs onun ağzından çıxana hörmətlə yanaşırdı.

– Əvvəlcə dükanları gəzək, – o dedi.

– Sonra? – vanna otağından səs gəldi.

– Sonra vəziyyətə uyğun hərəkət edərik.

Ortaya sükut çökdü.

– Qoca?

– Hə.

– Burdakı qadınlardan kimisə tanıyırsan?

– Vaxtilə tanıyırdım. Bir türk qızı vardı, dərisi bəmbəyaz idi. Adı Venka idi. Biri də Yuqoslaviyadan vardı, məndən bir baş hündür idi, Kiki deyə çağırırdılar. Hə, bir də, deyəsən, suriyalı. Amma adını xatırlamıram.

– Onlara zəng edək, – Gənc dedi.

– Sən viski gətirməyə gedəndə artıq zəng etmişəm. Heç birini tapmadım. Alınmadı.

– Elə həmişə belə olur, – Gənc dedi.

– Əvvəlcə dükanları gəzək, – Qoca dedi. – Nə qədər desən vaxtımız var.

Gənc vannadan bir saatdan sonra çıxdı. Hər ikisi bozumtul-yaşıl rəngdə təmiz şort və köynək geyinib aşağı düşdü. Onlar mehmanxananın vestibülündən keçib qızmar günəşin yandırdığı küçəyə çıxdılar. Qoca qara eynək taxdı.

– Mənə nə lazım olduğunu bilirəm, – Gənc dedi. – Gün eynəyi.

– Yaxşı. Gedək alaq.

Arabaçı saxlayıb, ona Siqurelə getməyi əmr etdilər. Gənc eynək, Qoca isə poker zərləri aldı, sonra boğanaq və qələbəlik küçədə yavaş-yavaş yeridilər.

– Qıza fikir verdin? – Gənc soruşdu.

– Eynəyi aldığın qızı deyirsən?

– Hə. Qaraşını.

– Yəqin, türk qızıdır, – Qoca dedi.

– Mənə fərq etməz, – Gənc dedi. – Amma yaman qəşəng qız idi. Sənə belə gəlmədi?

Onlar əllərini ciblərinə salıb Şəriə-Qəsr-əl-Nil boyu gəzirdilər. Gənc elə indicə aldığı eynəyini taxdı. Hava çox isti idi. Tozlu küçə misirlilərlə, ərəblərlə və ayaqyalın oğlan uşaqları ilə dolu idi. Milçəklər bu oğlanların iltihabdan qızarmış gözlərinin ətrafında dövrə vuraraq vızıldayırdı. Onlar lap uşaq olanda anaları başlarına nəsə dəhşətli bir şey gətirdiklərindən gözləri bu vəziyyətə düşmüşdü. Qadınlar bunu övladları böyüyəndə orduya götürülməsinlər deyə etmişdilər. Oğlanlar Qoca ilə Gəncin dalınca gəlir və yorulmadan qışqırırdılar: «Bəxşiş! Bəxşiş!» – milçəklər də dilənçilərdən əl çəkmirdilər. Qahirə başqa şəhərlər kimi qoxumur. Burda bir şeyin iyi gəlmir və bu iy, üstəlik, bir yerdən gəlmir. Bu qoxu hər şeyin üzərinə çöküb: qanovlara, səkilərə, evlərə, dükanlara, dükanlarda satılan mallara, elə küçənin ortasındaca hazırlanan yeməklərə, atlara və küçələrdəki at peyinlərinə. Adamlara və qızmar şüalarını onların başına yağdıran günəşə də, qanovlara da, atlara da, yeməyə və küçəni başına alan tullantılara da bu iy hopub. Bu əlahiddə qoxuda eyni zamanda həm şirin, həm çürük, həm qaynar, həm duzlu, həm də acı nəsə hiss olunur və o heç vaxt yoxa çıxmır, hətta sərin sübh çağında belə.

İki təyyarəçi qələbəlikdə sallana-sallana gəzişirdilər.

– Məgər sənin ağlını başından almadı? – Gənc soruşdu.

O, Qocanın fikrini öyrənmək istəyirdi.

– Qəşəng idi.

– Qəşəng dedin qoydun. Bilirsən, Qoca?

– Nə?

– Axşamı bu qızla keçirmək istərdim.

Onlar küçənin o başına keçib irəli getdilər.

– Yaxşı görək, – Qoca dedi. – Bəlkə, madam Rozettə zəng edəsən?

– Rozett hardan çıxdı?

– Madam Rozett, – Qoca ona düzəliş verdi. – Böyük qadındır.

Onlar «Timin Barı»na yaxınlaşdılar. Barın yiyəsi Tim Gilfillan adlı bir ingilis idi. Ötən dəfəki müharibədə serjant-kvartirmeyster olan bu adam hərbçilər Qahirəni tərk edəndən sonra hansısa yolla orda qala bilmişdi.

– Bu da Tim, – Qoca dedi. – Gəl ona baş çəkək.

İçəridə Timdən başqa heç kəs yox idi. O, piştaxtanın arxasında butulkaları taxçalara qoymaqla məşğul idi.

– Belə-belə işlər, – geriyə çevrilən bar yiyəsi dedi. – Uşaqlar, neçə vaxtdır harda itib-batmışdınız?

– Salam, Tim.

O, təyyarəçiləri xatırlamırdı, lakin bircə baxış kifayət idi ki, bu adamların səhradan gəldiyini anlayasan.

– Köhnə dostum Qrasiani necədir? – Tim barın piştaxtasına söykənib dedi.

– Bizdən o qədər də uzaqda deyil, – Qoca cavab verdi. – Mersanın yaxınlığındadır.

– İndi hansı təyyarələrdə uçursunuz?

– «Qladiator»larda.

– Lənət şeytana, onlarda səkkiz il bundan əvvəl uçurdular.

– Elə həmin təyyarələrdir, – Qoca dedi. – Lap köhnəliblər.

Onlar viski götürüb küncdəki masaya doğru getdilər.

– Bu Rozett kimdir? – Gənc soruşdu.

Qoca dərin bir udum edib stəkanı qoydu.

– Böyük qadındır, – o cavab verdi.

– Kimdir ki?

– Qoca və murdar suriyalı yəhudi.

– Bunu bildik, – Gənc dedi, – amma onu niyə xatırladın ki?

– İndi sənə danışaram, – Qoca cavab verdi. – Madam Rozett yer üzündə ən böyük fahişəxananın sahibidir. Deyilənə görə, o, adama Qahirənin istənilən qızını təşkil edə bilər.

– Cəfəngiyyatdır.

– İnanmırsan? Onda ona zəng et və qızı harda gördüyünü, hansı dükanda, hansı şöbədə işlədiyini, necə göründüyünü ətraflı təsvir et, yerdə qalanını özü düzüb qoşacaq.

– Bu qədər sadəlövh olma, – Gənc dedi.

– Bu həqiqətdir. Təmiz həqiqət. Mənə onun haqqında otuz üçüncü eskadrilyada danışıblar.

– Səni ələ salıblar.

– Yaxşı. Gəl telefon sorğu kitabçasını götürüb onun nömrəsini tapaq.

– Bu soyadla onu çətin ki telefon sorğu kitabçasında tapasan.

– Mənsə sənə deyirəm tapacaqsan, – Qoca söylədi. – Get madam Rozetti axtar. Haqlı olduğumu görəcəksən.

Gənc ona inanmadı, amma yenə də Timin yanına gedib ondan telefon sorğu kitabçasını istədi. Geri qayıdıb kitabçanı masanın üstünə qoydu və «Roz…»la başlayan soyadları tapanacan onu vərəqləməyə başladı. Barmağı Rozeppi… Rozeri… Rozett sütununda gəzdi. Bu da madam Rozett, ünvan və telefon nömrəsi, hər şey var. Qoca onu diqqətlə izləyirdi.

– Tapdın?

– Hə, bax burdadır. Madam Rozett.

– Hə, bəlkə, ona zəng edəsən?

– Ona nə deyəcəm ki?

Qoca stəkanının dibinə baxdı və buz parçalarını barmağı ilə qarışdırdı.

– Polkovnik olduğunu söylə, – o cavab verdi. – Polkovnik Higgins. Təyyarəçilərə o qədər də etibar etmir. Bir də de ki, Siqureldə gün eynəkləri satan qəşəng qaraşın qız görmüsən və özün dediyin kimi, onunla şam etmək istəyirsən.

– Burda telefon yoxdur.

– Niyə yoxdur ki? Bax orda.

Gənc ətrafa boylandı və barın piştaxtasının sonunda divardan asılmış telefonu gördü.

– Mənim piastrım yoxdur.

– Məndə var, – Qoca dedi.

O, cibindən çıxardığı pulu masanın üstünə qoydu.

– Tim nə danışdığımı eşidəcək.

– Cəhənnəmə eşitsin, nə dəxli var ki? Bəlkə, elə özü də bəzən ona zəng edir. – Sonra əlavə etdi: – Qorxaqsan.

– Sənsə pox, – Gənc dedi.

Gənc lap uşaq idi. Bu yaxınlarda on doqquz yaşı tamam olmuşdu – Qocadan səkkiz yaş kiçik idi. Kifayət qədər hündür və arıq idi, gur qara saçları, qəşəng üzü və iri ağzı vardı; səhra günəşi dərisini qəhvə rəngində etmişdi. Heç şübhəsiz ki, eskadrilyada ən yaxşı təyyarəçi idi. Müharibənin əvvəlindəcə on dörd italyan vurmuşdu və bu, sənədlə təsdiqlənmişdi. Yerdə yorğun adamlar kimi ağır-ağır hərəkət edirdi, elə düşünməyi də bu cür idi, lap yuxulu uşaqlar kimi. Amma havaya qalxanda ağlı iti işləyirdi, elə hərəkətləri də ondan geri qalmırdı, o qədər sürətlə hərəkət edirdi ki, sanki bütün bunları reflekslə yerinə yetirirdi. Yerdə gəzəndə elə təəssürat yaranırdı ki, sanki kabinəyə oturmazdan əvvəl güc toplaması üçün istirahət edir, mürgüləyir, əvəzində sonra sağlam və qıvraq görünür və ikisaatlıq ifrat fikir cəmliyinə hazır olurdu. Amma indi Gənc aerodromdan uzaqda idi və nəsə onu uçuşdakı kimi sayıq olmağa məcbur edirdi. Bəlkə də, bu vəziyyət uzun çəkməyəcəkdi, amma ən azından həmin dəqiqə fikrini bir yerə cəmləyərək hərəkət edirdi.

O, telefon nömrəsinə bir daha baxıb ayağa qalxdı və yavaş-yavaş telefon aparatına tərəf getdi. Bir piastrı salıb nömrəni yığdı və dəstəyin o başında səsin eşidilməsini gözlədi. Qoca masa arxasında oturub onu izləyir, Timsə piştaxta arxasında butulkaları düzməkdə davam edirdi. Bar sahibi Gəncdən beş yard məsafədə olardı və açıq-aşkar onu dinləmək niyyətində idi. Gənc özünü çox axmaq vəziyyətdə hiss edirdi. O, barın piştaxtasına dirsəklənib gözləməyə başladı və dəstəyin o başında heç kəsin cavab verməyəcəyinə ümid etdi.

Amma elə bu vaxt şıqqıltı səsi eşidildi. Dəstəyi götürdülər və o, qadın səsi eşitdi:

– Alo.

– Sal

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации