Текст книги "Əhməd Cavad haqqında xatirələr"
Автор книги: Sevinc Ədalətqızı
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 5 страниц)
Atıldı dağlardan zəfər topları,
Yürüdü qabağa əsgər, bismillah.
15 sentyabrda Bakı azad edildi. Bu azadlıq İstiqlal dövrümüzün ən məsud günlərindəndir. Məmləkət sevinc içində çalxalanırdı. Fəqət türk və İslam dünyasının güclü istinadgahı Türkiyəmizin hərbdə məğlub olması və misilsiz İstanbulun işğal altına alınması Azərbaycan türklərini kədərə qərq etmişdi. Anadolu məhmədcikləri Azərbaycandan ayrılmalı oldular. İstiqlalımız inkişaf edirdi. Hüdudumuzu keçərək yurdumuza girənlər vəzifəm gərəyincə yanıma gətirilirdi. Bir gün məqamımda bir izdihamla qarşılaşdım. Onlar türkmən qayıqlarıyla Xəzər dənizini keçərək Azərbaycana sığınmışdılar. Hamısı münəvvər gənclər idi. Bolşevik zülmündən dərdli olan bu Türküstanlı qardaşlarımız cənnət yurdumuzun azadlıq simvolu olan üçrəngli, ay-ulduzlu müqəddəs bayrağın bəxtiyar ölkəmizin məsud səmalarında dalğalandığını görüncə sevincdən gözləri yaşarmışdı. O gün ziyarətimə gələn Əhməd Cavad bunları diqqət və maraqla dinləyirdi. Bu münəvvər gənclər Azərbaycandan yardım istəyirdilər. Ertəsi gün Əhməd Cavad yenə yanıma gəldi və bir gün əvvəlki hadisədən ilhamlanaraq bayrağımız haqqında yazdığı yeni şeirini oxudu:
Türküstan elləri öpüb alnını,
Söyləyir dərdini sənə bayrağım!..
Nağı KEYKURİN
“Azərbaycan” aylıq kültür dərgisi |
mart | 1958-ci il | 12-ci nömrə (72)
Naği KEYKURİN
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.